Məhkəmə qərarları › İş №1(012)-570/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-570/2020

13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-570/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs ƏsədovHəsənElşadoğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1963-cü ildə Ermənistan Respublikası Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 08:40 radələrində avtomobili darə etmək üçün AC 049547 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi VAZ 2107 markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşınla saatda 40 km sürətlə Abşeron rayonu Digah-Mehdiabad yolu ilə Digah qəsəbəsi istiqamətində ikitərəfli yolla hərəkət edərkən Abşeron rayonu Mehdiabad qəsəbəsi bağlar massivi Nurlan İnşaat marketin qarşısında yolun hərəkət hissəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələsinə yol verməli olduğu halda bunu etməmiş, həmin yolun hərəkət hissəsinin sol hissəsinə çıxmış və əks istiqamətdə hərəkət edən Zərərçəkmiş şəxs idarə etdiyi «xxxxxxx» MMC-yə məxsus Mondial 125 MH motosikl markalı motosikletlə toqquşmuş, ehtiyyatsızlıqdan motosikletin sürücüsü Zərərçəkmiş şəxs sol bud sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerdəyişən sınığı, sağ bud nahiyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti yetirmiş, «xxxxxxx» MMC-yə 390 manat ziyan vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ona məxsus VAZ 2107 minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili idarə edir. Ona Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən AC 049547 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 08:40 radələrində idarə etdiyi VAZ 2107 minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu Mehdiabad Digah ikitərəfli yol ilə Digah qəsəbəsi istiqamətində tək 40 km saatda sürətlə öz hərəkət yolu ilə hərəkət etmişdir. Həmin vaxtı onun hərəkət etdiyi yolun əks istiqamətində bir motosiklet hərəkət etmişdir. Mehdibad qəsəbəsi Bağlar massivində Nurlan İnşaat marketin qarşısına çatmağa az qalmış o soldakı ara yola dönmək istəmiş, güman etmişdir ki, motosikletçi ona çatmamış həmin yola dönə bilər, ona görə motosikletlə aralarında təxminən 4-5 metr məsafə olanda öz hərəkət etdiyi yoldan, yolun sol tərəfinə keçmiş və həmin motosikletin hərəkət etdiyi yolda onun idarə etdiyi VAZ 2107 minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin motosiklet toqquşmuşdur. VAZ 2107 minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə həmin motosikletin qabaq hissəsi toqquşmuşdur. Toqquşmadan sonra motosikletin sürücüsü yolun hərəkət hissəsinə yıxılmışdır. Motosikletçi motosikletdə tək olmuşdur. Motosikletin sürücüsünü ətrafda olan tanımadığı insanlardan kömək edib yolun hərəkət hissəsinin kənarına çəkmişdir. Sonra hadisə yerində olan tanımadığı şəxslər təcili tibbi yardım maşını çağırmışlar, təcili tibbi yardım maşını gəlmiş və onu X4 aparmışlar. Özü isə hadisə yerində qalmış, hadisə yerinə polis əməkdaşları gəlmişlər, hadisə yerinə baxış keçirmişlər və bu barədə protokol tərtib etmişlər. Həmin protokolu imzalamışdır. Hadisə zamanı idarə etdiyi avtomobildə tək olmuş, hadisə zamanı ayıq olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomobilində heç bir yük və sərnişin olmamışdır. Hadisədən əvvəl avtomobili texniki cəhətdən saz olmuşdur. Hadisə zamanı toqquşma motosikletin hərəkət etdiyi yolda baş vermişdir. Zərərçəkmiş şəxslərə lazımi maddi köməklik etmişdir. Zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdirki, 2019-cu ilin iyul ayında xxxxxxx MMC şirkətindən daxili kredit şərtləri ilə idarə etmək üçün Mondial MH Drift markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikleti 450 manat ilkin ödəniş edərək götürmüş və həmin vaxtdan həmin motosikleti idarə etmişdir. xxxxxxx MMC şirkəti ilə aralarında bağlanan müqaviləyə əsasən o həmin motosikletə görə hər ay şirkətə 241 manat kredit ödəmişdir, 1 il ərzində əyər o həmin krediti fasiləsiz ödəsəydi, həmin motosiklet sonunda ona qalacaqdı, yəni motosikletin sahibi artıq özü olacaqdı. Həmin şirkətdən motosikleti götürəndən sonra 2020-ci ilin may ayına qədər o bir qədər pul ödəmiş, müəyyən məbləğdə onun həmin şirkətə motosikletə görə borcu qalmışdır. 2020-ci ilin may ayında həmin Mondial MH Drift markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletin sahibi xxxxxxx MMC şirkəti olmuşdur. Ona Azərbaycan Respublikası DİN-nin BDYPİ-si tərəfindən AD 083587 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Motosiklet idarə etmək üçün onun sürücülük vəsiqəsində kateqoriyası olmamışdır. xx.xx.2020-ci il tarixdə o idarə etdiyi Mondial MH Drift markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletlə Maştağa qəsəbəsindən Abşeron rayonu Mehdiabad qəsəbəsi istiqamətində getmişdir. Saat 08:40 radələrində o həmin motosikletlə Abşeron rayonu Digah-Mehdiabad ikitərəfli yol ilə Mehdiabad qəsəbəsi isqamətində 55-60 km saatda sürətlə hərəkət edərkən Mehdibad qəsəbəsi Bağlar massivində Nurlan İnşaat marketin qarşısına çatanda uzaqdan əks yolla bir qırmızı rəngli VAZ 2107 markalı avtomobilin öz yolu ilə hərəkət etdiyini görmüş, həmin maşın ona çatmağa təxminən 3-4 metr məsafə qalmış, avtomobil qəftələn onun hərəkət etdiyi yola çıxaraq üzbəüz onunla toqquşmuş, yəni VAZ 2107 markalı avtomobilin qabaq hissəsi ilə, onun idarə etdiyi motosikletin qabaq hissəsi toqquşmuşdur.Toqquşma onun hərəkət etdiyi yolda baş vermişdir. Toqquşma baş verəndən sonra yerə yıxılmış, onu ətrafda olan tanımadığı insanlardan kömək edib yolun hərəkət hissəsinin kənarına çəkmişdir. Hadisə yerində o VAZ 2107 markalı onun idarə etdiyi motosikletlə toqquşan avtomobilin sürücüsünü görmüş, o təxminən 55-60 yaşlarında yaşlı bir şəxs olmuş, sonradan adını bildiyi Təqsirləndirilən şəxsdur. Sürücü hadisə yerində qalmış, bir müddət sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş və onu X4 aparmışlar. Həmin hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdirki, xx.xx.2019-cu il tarixdən xxxxxxx MMC-də hüquqşunas vəzifəsində işləyir. Şirkətdə 2020-ci ilin may ayının axırlarında ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2107 markalı ** DX *** dövlət qeydiyat nişanlı avtomobillə hərəkətdə olarkən Mehdiabad Digah yolunda Zərərçəkmiş şəxs idarə etdiyi xxxxxxx MMC-ə aid Mondial 125 MH Motosikl markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşmuş, nəticədə Mondial 125 MH Motosikl markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs bədən xəsarətləri almış, xxxxxxx MMC-ə aid Mondial 125 MH Motosikl markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletə ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 30 Ə saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bud sümüyünün orta 1/3nin qapalı, qəlpəli yerdəyişən sınığı, sağ bud nahiyəsinin yuxarı 1/3-nin sağ diz oynağı nahiyəsinin sıyrıqları bərk- küt əşya ( əşyalar) təsirindən törənmişdir; qərarda göstərilən şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində idarə etdiyi motosikletin avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 8/1444 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə VAZ 2107 markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbələrinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tətqiqi hissəsində göstərilən səbəblərə görə: Hərəkət üçün təhlükə yaranan anda Mondial 125 MH markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 36,1-41,2 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində hadisənin qarşısının alınması ilə əlaqədar «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda Mondial 125 MH markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletin toqquşma yerindən 36,1-41,2 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü Zərərçəkmiş şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələbələrinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü H.E. Əsədov Mondial 125 MH markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikleti müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəşunaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/3001 №li rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2019-cu il buraxılışlı Mondial markalı 99 B 456 dövlət qeydiyyat nişanlı motosikletin hadisaə baş verən tarixə təmir bərpa xərcləri təxminən 390,0 manat müəyyən edilir. O cümlədən dəyişdirilməli hissələrin qiyməti 210,00 manat, təmir-bərpa işlərinin qiyməti 180,00 manatdır. xx.xx.2020-ci il tarixli, 2/6912 saylı X3 və Sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə protokoldan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. AC 049547 serialı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə “BC” kateqoriyalı AF130998 nömrəli sürücülük vəsiqəsi verilmiş və sürücülük vəsiqəsi xx.xx.2020-ci il tarixədək etibarlıdır. Abşeron RPİ-nin DYPŞ-nin iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə Azərbaycan Respublikası DİN-in BDYPİ-nin QİŞ-si tərəfindən “BC” kateqoriyalı, AC 049547 nömrəli sürücülük vəsiqəsi verilmiş və X1 hüququndan məhrum edilməmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxs X6 tərəfindən verilmiş notariat qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və zərərçəkmişşəxsin nümayəndəsi qismindədindirilmişNümayəndə tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və xxxxxxx MMC-nin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 200 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar