Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-570/2022 21.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işsiz, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Məmməd Arif 77, məhəllə 15-də yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:28 radələrində idarə etdiyi Daimler Benz 300 markalı **-DG-*** dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobillə Bakı- Şamaxı-Yevlax avtomobil yolunun Abşeron rayonu ərazisindən keçən 21,7-ci kilometrliyində rayon istiqamətində təxminən 30 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitəsinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkətini davam etdirməli, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib qarşısında eyni istiqamətdə piyada keçidi zolaqlarından əvvəl dayanaraq piyada zolaqları ilə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs qızma yol verən nəqliyyat vasitəsini görüb sağ zolağa çıxaraq yolu keçdiyini görüb sükanı sola burmuş, həmin vaxtı avtomobilitn qabaq sağ hissəsi ilə piyada Zərərçəkmiş şəxs piyada zolağında vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxsnm sağ qamış sümüyünün oynaq daxili yerdəyişmiş qəlpəli qapalı sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti almasına səbəb olan yol- nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə saat 15:28 radələrində etibarnamə əsasında idarə etdiyi özünə məxsus olan Daımler Benz 300 markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şamaxı rayonuna gedərkən Bakı-Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçdiyi vaxtı avtomobili yolun sol zolağı ilə 30 km/saat sürətlə hərəkət etdirmiş, qarşıda Ford markalı avtomobil dayanmış, o, həmin avtomobilin sağına keçib hərəkətini davam etdirərkən azyaşlı piyada qızın yolun solundan sağına doğru piyada keçidi zolaqları ilə keçdiyini görüb qızı vurmamaq üçün sükanı sola burmuş, lakin avtomobilin qabaq sağ tərəfi ilə piyada qıza dəymiş və öz sol avtomobilinin yan tərəfı solda olan Ford markalı avtomobilin qabaq sağ tərəfi ilə toqquşmuşdur. O, tez avtomobili qabaqda sağda saxlayaraq yerə düşmüş, piyada qız xəsarət aldığı üçün onu xəstəxanaya yola salmışlar. Onun avtomobilində sərnişin qismində tanışı Lalə olmuş, sonuncu xəsarət almamışdır. Hadisədən sonra o, xəsarət alan piyada Zərərçəkmiş şəxs maddi köməklik etmişdir. O, Zəhranın atası Amilə onun evində 200 manat pul vermişdir. Bir neçə gün sonra o, Zəhranı təkrar tibbi müayinə üçün Kliniki tibbi mərkəzdən hospitala aparıb 610 manat pul ödəmiş, sonra «Modern hospital»da əməliyat olunması üçün 3500 manat pul ödəmişdir. Hadisə zamanı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində yük olmamışdır. Zərərçəkmiş şəxslə barışmışdır, dəymiş ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə saat 15:30 radələrində Bakı-Şamaxı yolunun Binəqədi yolu tərəfindən həmin yolu Şamaxı istiqamətli hərəkət hissəsinə tərəf keçmək məqsədilə yolun orta hissəsində piyada keçidi zolaqları ilə tək adi yerişlə keçərkən rayon istiqamətli hərəkət hissəyə daxil olduqda Bakı istiqamətindən gələn avtomobil ona yol vermiş, o, hərəkətini davam etdirmiş, piyada keçidi zolaqları ilə bir neçə addım atmışdır ki, birdən sağdan gələn qara rəngli avtomobil dayanmadan onu vurmuş, zərbədən o, yerə yıxılmışdır. Xəsarət aldığı üçün onu xəstəxanaya gətirmişlər. Sürücünü əvvəllər tanımamış, sürücü cavan oğlan olmuşdur. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 14 aprel 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma qızıdır. 25 iyun 2022-ci il tarixdə saat 15:30 radələrində qızı Zəhra Binəqədi rayonu istiqamətindən Bakı-Şamaxı yolunun Şamaxı istiqamətləri hərəkət hissəsinin kənarına doğru yolu keçmək istəyərkən yolda olan piyada keçidi zolaqlarının üstündə digər avtomobillər dayanıb yol versə də Mercedes markalı avtomobili idarə edən sonradan tanıdığı Təqsirləndirilən şəxs avtomobili piyada keçidində dayandırmayaraq qızı Zəhranı avtomobilin ön hissəsi ilə vuraraq xəsarət yetirmiş, xəstəxanada müəyyən müalicə xərcini ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, 25 iyun 2022-ci il tarixdə saat 15:28 radələrində idarə etdiyi özünə məxsus olan Ford Transit markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Şəki şəhərinə gedərkən Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçdiyi vaxtı avtomobili sol zolaqda hərəkət etdirmiş, qarşısında olan piyada keçidi zolaqlarına soldan bir nəfər qızın daxil olduğunu, yüolu soldan sağa keçmək istədiyini görüb avtomobilini saxlayaraq piyadaya yol vermiş, piyada qız yolu adi yerişlə keçmiş, birdən sağdan gələn qara rəngli Mercedes Benz markalı avtomobili piyada qızı piyada keçidi zolaqlarında vurmuş və sola istiqamətlənib onun avtomobilinin qabaq sağ qanadından dəymişdir. Təkcə piyada qız xəsarət almışdır. Piyada qızdan başqa xəsarət alan olmamışdır. O, avtomobilinə 220 manat ziyan dəymişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 36 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ qamış sümüyünün oynaq daxili yerdəyişmiş qəlpəli qapalı sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Sərхоşluq vəziyyətinin tibbi düаyinəsinin xx.xx.2022-ci il tarixli 3012 nömrəli аktından görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs оğlunun аyıq оlduğu müəyyən еdilmişdir. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 08 iyul 2022-ci il tarixli, 8/1656 saylı rəyi ilə müəyyən edilmişdir ki, Daimler Benz 300 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur. Abşeron RPİ DYPŞ-in xx.xx.2022-ci il tarixli 016-85482-1222 nömrəli məktubundan müəyyən edilmişdir ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasına əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028ci il tarixədək etibarlı olan) AE 036140 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Daimler Benz 300 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sаhibi Təqsirləndirilən şəxs qаytаrılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinə zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X3 tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara maddi yardım göstərildiyinə görə onların təqsirləndirilən şəxsə qarşı şikayətləri və maddi tələbləri yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 mart 2022-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, “....Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasından sonra onun məhz həmin Məcəllənin 263.1 və 263.1-1ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü məsələsidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu məsələ həll edilərkən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin ikiobyektli olması nəzərə alınmalıdır. Belə ki, bu cinayət ilk növbədə yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinə qəsd edir. Əlavə obyekt qismində isə insanın həyat və sağlamlığı çıxış edir. Qeyd etmək lazımdır ki, iki obyektli cinayətlərə qəsd zamanı təqsirkar əsas obyektə ziyan vurduqda, zərərçəkən isə bu qəsdin əlavə obyekti qismində çıxış etdikdə, zərərçəkmiş şəxslə barışıq əsas obyektə dəymiş zərəri ortadan qaldırmır. Cinayət Məcəlləsinin 263-cü maddəsilə əlaqədar qeyd etmək olar ki, cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışaraq onun şəxsi maraqları bərpa edilir, ictimai maraqların bərpa olunması isə onun Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilməsi ilə baş verə bilər. Bundan əlavə Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin tələblərinə əsasən cinayət törətmiş və sonra zərərçəkmiş şəxslə barışmış şəxsin məhz həmin Məcəllənin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmasına görə inzibati məsuliyyətə cəlb edilməməsi ümumhüquqi və konstitusiya prinsipləri olan ədalət və bərabərlik prinsipləri ilə uyğun gəlmir. Belə ki, Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrində nəzərdə tutulan nəticələrə səbəb olmayan yol hərəkəti qaydalarının sadə pozuntusu hər bir halda inzibati tənbehin qaçılmazlığı prinsipinə əsasən inzibati xətalara dair qanunvericiliyin tələblərindən irəli gələrək inzibati məsuliyyətə səbəb olmalıdır.” Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Daimler Benz 300 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı minik avtomobil saxlanılması üçün sаhibi Təqsirləndirilən şəxs qаytаrılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilsin. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Daimler Benz 300 markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin saxlanılması üçün sаhibi Təqsirləndirilən şəxs qаytаrılması nəzərə alınsın. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-570/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-570/2022
21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver