Məhkəmə qərarları › İş №1(012)-570/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-570/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-570/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, İsmayıllı rayonu, Heydər Əliyev prospekti, ev 9, mənzil 4 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə səhər satlarında Bakı şəhəri, Nizami rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat müqabilində çəkisi 0, 287 qram olan xeyli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd sellofan bükümdə əldə edərək Binəqədi rayonu Sulutəpə qəsəbəsinə daşımış və saxlamış, həmin tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Uğur” adlı mağazanın yaxınlığında saxlanılaraq 40-cı polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 23:00dan 23:25 kimi üzərində aparılan şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, çəkisi 0,287 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» (Siyahı İ) daxil olan 0,525 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoyaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış və saxlamış, 25 oktyabr 2024-cü il tarixdə saat 17:52-də Abşeron rayon polis idarəsinin Cinayət-Axtarışı şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “MM club”-un yaxınlığında saxlanılaraq orada saat 17:52-dən 12:57-yə kimi üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf bükümdə 0,525 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 03 noyabr 2024-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» (Siyahı İİ) daxil olan 0,917 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoyaraq Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və saxlamış, 03 noyabr 2024cü il tarixdə saat 10:42-də Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi ilə hərəkətdə olarkən saxlanılaraq orada saat 10:42-dən 10:55-kimi yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf bükümdə 0,917 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, hazırda ittiham olunduğu cinayət əməli ilə bağlı epizodlar çox olduğundan həmçinin bundan başqa Firuzə Kərimovanın icraatında da həmin maddə ilə bir neçə epizod üzrə cinayət işinin olduğunu buna görə də, həmin hadisələri təfərrüatı ilə xatırlaya bilmədiyini, bununla əlaqədar istintaqda verdiyi ifadəsinin elan edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmədə elan edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 02 avqust 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu “Papanin” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat müqabilində çəkisi 0, 287 qram olan xeyli miqdarda qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini bir ədəd sellofan bükümdə əldə edərək Binəqədi rayonu Sulutəpə qəsəbəsinə daşımış və saxlamış, həmin tarixdə saat 21:30-da Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, “Uğur” adlı mağazanın yaxınlığında saxlanılaraq 40cı polis bölməsinin inzibati binasına gətirilmiş və həmin tarixdə saat 23:00-dan 23:25 kimi üzərində aparılan şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə, çəkisi 0,287 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 24 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» (Siyahı İ) daxil olan 0,525 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat müqabilində əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoyaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış və saxlamış, 25 oktyabr 2024-cü il tarixdə saat 17:52-də Abşeron rayon polis idarəsinin Cinayət-Axtarışı şöbəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “MM club”-un yaxınlığında saxlanılaraq orada saat 17:52-dən 12:57-yə kimi üzəri yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf bükümdə 0,525 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa o, 03 noyabr 2024-cü il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda bir bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına» (Siyahı İİ) daxil olan 0,917 qram çəkidə ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 10 manat müqabilində əldə edib əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoyaraq Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və saxlamış, 03 noyabr 2024cü il tarixdə saat 10:42-də Abşeron rayon polis idarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Hökməli qəsəbəsi, Koroğlu küçəsi ilə hərəkətdə olarkən saxlanılaraq orada saat 10:42-dən 10:55-kimi yoxlanılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf bükümdə 0,917 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsini bir daha təsdiq edərək üzərindən aşkar olunan narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman və idarəyə gətirildikdən sonra ona qarşı hər-hansı bir fiziki və psixi və ya digər formada təsir olunmadığını, əməlindən peşman olmasını, artıq narkotik vasitələrdən istifadə etmədiyini, himayəsində baxıma ehtiyacı olan azyaşlı övladının olmasını qeyd edərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon Pİ-nin 40-cı PB-də cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. X2 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində gəzdirdiyi barədə daxil olmuş əməliyyat məlumatı əsasında bölmənin digər əməkdaşı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Binəqədi rayonun Sulutəpə qəsəbəsində “Ugur” marketinin yaxınlığında olduğunu müəyyən edib ona yaxınlaşaraq ona qanunsuz olaraq narkotik vasitəllər əldə edib üzərində saxlaması ilə əlaqədar barəsində əməliyyat axtarış tədbiri keçirilməsi və ona görədə onlarla birlikdə Binəqədi rayon Pİ-nin 40-cı PB-nə gəlməsi barədə xəbərdar edilmiş, həmin vaxt Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə Binəqədi rayon Pİ-nin 40-cı PB-nə gəlmişlər. Bölmə rəhbərliyinə raportla müraciət etmişlər və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilməklə təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla qadagan edilmiş hər hansı əşya varsa təqdim edilməsi təklif edilmiş həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarın sag yan cibində bir ədəd selloffan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdimm etmiş, tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin büklü qablaşdırılaraq götürülmuş və Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış davam etdirilmiş üzərində digər əşya aşkar edilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Şahid4 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəlləri əldə edib üzərində gəzdirməsi barədə qərəssiz mənbədən əməliyyat məlumatı daxil olduğundan, Təqsirləndirilən şəxs əməlini ifşa etmək üçün idarənin rəhbərliyinə raportla müraciət etmişdir. İdarənin rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 17:52 radələrində Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində “MM” klubun yaxınlığında olduğunu müəyyən edib ona yaxınlaşıb özlərini ona təqdim etmişlər və hüquq və vəzifəlləri izah edilmiş və ona, üzərində qanunsuz olaraq narkotik vasitəlləri əldə edib saxlamaqda şübhəlisən ona görə üzərinizə şəxsi axtarış keçiriləcək demişlər, o, etiraz etməmiş və əynində olan şalvarın sağ cibindən şəffaf sellofana bükülmüş qəhvəyi rəngli kütləni təqdim etmiş və həmin kütlənin narkotik vasitə heroin olduğu və xx.xx.2024-cü il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən 10 manata özü qəbul etmək üçün alıbdır.Üzərində şəxsi axtarış davam etdirilmiş, lakin digər əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilən kütlə zərfə qoyub qablaşdırılmış, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-nə təhvil vermişlər. Götürülmüş narkotik vasitə isə Təhqiqat orqanına təqdim edilmiş və təhqiqatcı tərəfindən həmin narkotik vasitə olan heroin gütürülərək yenidən qablaşdırılmışdır Bundan əlavə Şahid4 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid3 digər Şahid4 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid7 ifadəsində göstərmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edir. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəlləri əldə edib üzərində gəzdirməsi barədə qərəzsiz mənbədən məlumat daxil olduğundan, Təqsirləndirilən şəxs əməllərini ifşa etmək üçün bölmə rəhbərliyinə raportla müraciət etmiş, bölmə rəhbərliyinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 03 noyabr 2024-cü il tarixdə saat 10:42 radələrində Abşeron rayonu Hökməli qəsəbəsində Koroğlu küçəsi ilə piyada hərəkətdə olduğunu müəyyən edib, ona digər polis əməkdaşları ilə birlikdə yaxınlaşaraq video çəklişlə özlərini ona təqdim etmişlər. Ona üzərində narkotik vasitəlləri qanunsuz əldə edib üzərində gəzdirməkdə şübhəli bilindiyini izah etməklə üzərində qanunsuz saxladığı nə varsa təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Elçin əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir.Ondan həmin kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin psixotrop maddə olan metamfetamin olduğu və özü qəbul etmək üçün həmin gün Abşeron rayonu Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin kütlə tərəflərindən götürülmüş və üzərində şəxsi axtarış davam etdirilmiş, lakin digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Qobu PB-nə gətirilmiş onun saxlanılması və üzərində psixotrop maddənin aşkar edilməsi ilə əlaqədar bölmə rəhbərliyinə raportla məruzə edilmiş, psixotrop maddəni aidiyyəti üzrə təhqiqat orqanına təhvil vermişlər. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Şahid8 və ştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid6 digər Şahid7 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

2. “Cinayət işinin başlanması və icraata götürülməsi haqqında” 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmaqla, icraata götürülmüşdür;

3. “Şübhəli şəxsin tutulması haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 02 avqust 2024-cü il tarixdən, saat 21:30-dan hesablanmışdır;

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2024-cü il tarixli, 3-16-16-2-6/3966 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 234” möhür əksi olan üzərində “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,287 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,287 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 0,237 qramdır. Aparılmış tədqiqatın dəyəri 81 manat təşkil edir;

5. “Əşyanın maddi sübut hesab edilməsi” haqqında 03 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,050 qram ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,237 qram miqdarında narkotik vasitə heroin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş, həmin heroin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 № 67” mətninə malik ştampla möhürlənmiş vəziyyətdə saxlanılması üçün Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

7. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunması” haqqında 04 avqust 2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elvin Əlizadənin ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina edilmiş, sonuncu MSY-dən dərhal azad olunaraq, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir;

8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 haqqında 05 avqust 2024-cü il tarixli, 5328 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür;

9. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

10. “Şübhəli şəxsin tutulması haqqında” 25 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:05 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 25 oktyabr 2024-cü il tarixdən, saat 17:52-dən hesablanmışdır;

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 oktyabr 2024-cü il tarixli, 3-16-16-2-6/5018 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 56” möhür əksi olan üzərində “Təqsirləndirilən şəxs” sözləri qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,525 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş heroinin təmiz çəkisi - 0,525 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,475 qramdır. Aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir;

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 26 oktyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmaqla, aidiyyəti üzrə göndəriımişdir;

13. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

14. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş və o, dərhal Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “başqa yerə getməmək haqqlnda iltizam ” qətimkan tədbiri seçilmişdir;

15. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddələrin üzərində gəzdirməsi və məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

16. “Şübhəli şəxsin tutulması haqqında” 03 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30 dəqiqədə şübhəli şəxs qismində tutulmu, tutmanın əvvəli sonuncunun azadlığının faktiki məhdudlaşdırıldığı 03 noyabr 2024-cü il tarixdən, saat 10:42-dən hesablanmışdır;

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 03 noyabr 2024-cü il tarixli, 3-16-16-2-6/5122 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərlər üçün № 245”-li dairəvi möhür əksi və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,917 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim olunmuş metamfetaminin təmiz çəkisi - 0,917 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,867 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir;

18. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 04 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkib əlamətləri olduğuna görə barəsində qeyd olunan maddə ilə cinayət işi başlanılmaqla icraata qəbul edilmişdir;

19. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

20. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” barədə 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir;

21. “Cinayət işinin icraata qəbul olunması və birləşdirilməsi” haqqında 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki,240271290 nömrəli cinayət işi icraata qəbul edilərək, icraatda olan digər ********* saylı cinayət işinə birləşdirilərək, cinayət işinin istintaqı ********* nömrə altında davam etdirilmişdir;

22. Abşeron rayon Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 4(012)-770/2024 saylı qərarı ilə həbsdə saxlanılma müddətinin əvvəli 03 noyabr 2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir;

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 noyabr 2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi maddələri ilə təqsirli bilinərək, 03 il sınaq müddəti təyin edilməklə. 06 il 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur;

24. “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi” haqqında 14 noyabr 2024-cü il tarixli qərardan görünür ki, icraatda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilərək, istintaqın davam etdirilməsi üçün Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir;

25. “Ciinayət işinin icraata qəbul olunması və birləşdirilməsi” haqqında 16 noyabr 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatda olan ********* saylı cinayət işinə birləşdirilməklə, istintaq ********* nömrə altında davam etdirilmişdir;

26. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” barədə 10 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir;

27. “Sübutların qiymətləndirilməsi” haqqında 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin qüvvədə saxlanılmasını, sonuncunun üzərindən aşkar edilərək götürülmüş ona məxsus təmiz çəkisi 0,917 qram çəkidə psixotrop maddə olan metamfetamin ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi – 0,867 qram psixotrop maddə metamfetamin, çəkisi 0,525 qram olan və tədqiqatdan sonra qalıq qalmış 0,475 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlnaılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 03 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3966 saylı, 03 noyabr 2024-cü il tarixli, 3-16-16/2- 6/5122 saylı və 26 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/5018 saylı ekspert rəyləri və məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2024-cü il tarixli, 5328 nömrəli rəyləri, maddi sübut və digər istintaq sənədləri mötəbər sübut kimi qiymətləndirilmişdir;

28. Abşeron rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 4(012)-39/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 15 gün, yəni 18 fevral 2025-ci il tarixədək uzadılmışdır;

29. Abşeron rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasının 1(012)-570/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır;

30. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 iyul 2011-ci il təvəllüdlü X3 və 27 noyabr 2013-cü il təvəllüdlü X4 adlı uşaqları vardır.

Təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 02 avqust 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 02 avqust 2024-cü il tarixdə saat 21:30–da Bakı şəhəri Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yerləşən “Uğur” marketin yaxınlığında saxlanılaraq 40-cı PB-nə gətirilmiş, ona hüquq və vəzifəlləri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş və üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub – olmadığını əgər varsa polisə təqdim edilməsi barədə xəbərdar edilmiş həmin vaxt sonuncu əynində olan şalvarın sag yan cibində bir ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmiş, yenidən üzərində davam etdirilmiş axtarışa əsasən başqa əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olan heroini səhər saatlarında 10 manata özü qəbul etmək üçün aldığını bildirmişdir.

Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 25 oktyabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən həmin diskdə 02 ədəd qovluq olması müəyyən edilmişdir ki, ilkin qovluqda olan görüntülərə əsasən xx.xx.2024-cü il tarixdə saat 18:20dən 18:45-dək olan müddət ərzində Təqsirləndirilən şəxs 25 oktyabr 2024-cü il tarixdə saat 17:52 radəllərində Abşeron rayon polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti “MM” clubunun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılaraq ona özlərini təqdim edir və ona bildirillər ki, qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəlidir ona görədə üzərində qanunla qadağan edilmiş hər hansı əşya varsa təqdim etsin. O əynində olan şalvarın sağ yan cibindən şəffaf sellofana büklümüş qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütləni polis əməkdaşlarına təqdim edir və özü qəbul etmək üçün əldə etdiyini bildirir, üzərində şəxsi axtarış davam etdirilir və üzərində qanunla qadagan edilmiş digər əşya aşkar edilmir. Həmin narkotikə bənzər kütlə götürlərək zərfə qoyulub qablaşdırılır və agzı möhürlənir və görüntü başa çatır. Bundan başqa digər qovlğu açıldıqda görünür ki, əməliyyat müvəkilli 25 oktyabr 2024-cü il tarixdə saat 17:52 radəlləridə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə Abşeron RPİ-nin TŞ-nə gətirillərək təqdim edilir və Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı Fərman Rəhimov tərəfindən həmin narkotik vasitəyə bənzər kütlə zərfdən çıxarılır baxış keçirilməklə həmin narkotikə bənzər kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılır. Həmin vaxt əməliyyat müvəkkili təhqiqatçıya bildirir ki, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüşdür.Təhqiqatçı həmin narkotik vasitə olan zərfi açır və baxış keçirtdikdən sonra qablaşdırılır.

Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması barədə 03 noyabr 2024-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən həmin diskdə 02 ədəd qovluq olması müəyyən edilmişdir ki, ilkin qovluqda olan görüntülərə əsasən qeyd olunan tarixdə Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin əməkdaşları Abşeron rayonu Hökməli qəsəbəsi ilə qeyd olunan tarixdə Təqsirləndirilən şəxs saxlayır və ona özlərini təqdim edir və üzərində qanunsuz olaraq hər hansı əşya və predmet varsa təqdim etməyi bildirirlər və həmin vaxt o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin bir ədəd şəffaf bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edir.Ondan həmin kütlənin nə olduğu soruşulduqda o, həmin kütlənin psixotrop maddə metamfetamin olduğu və özü qəbul etmək üçün 10 manata aldığını bildirdi. Polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüş həmin kütlə zərfə qoyulub qablaşdırılır. Bundan başqa ikinci qovluq açıldıqda görünür ki, Abşeron rayon Polis İdarəsinin Qobu PB-nin əməkdaşları Abşeron rayonu Hökməli qəsəbəsi ilə 03 noyabr 2024-cü il tarixdə saat 10:42 radəllərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin Abşeron RPİ-nin Qobu PB-nə gətirilərək Qobu PB-nin təhqiqatçısına təqdim edilir və təhqiqatçı tərəfindən həmin kütləyə baxış keçirilir və zərfə qoyularaq yenidən qablaşdırılır.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroin və metamfetaminin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş müxtəlif növ narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD disklərdə olan videogörüntülər, həmçinin iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun tərəfindən cinayətlərin təkrar törədilməsini məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Qeyd olunan Məcəllənin normasından da göründüyü kimi Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə narkotik vasitələr əldə edərək, istifadə etməsi üçün üzərində gəzdirməsi onun əməlində təkrarlığı müəyyən edir. Göstərilənləri nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin və heroinin miqdarını, əməlində olan təkrarlığın ağırlaşdırıcı hal olaraq müəyyən edilməsini, həmçinin himayəsində azyaşlı övladlarının olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipi ilə şəxsin islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə cinayət işi üzrə tutulduğu ümumilikdə 04 (dörd) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanıb, ona təyin ediləcək cəzanın müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı andan – 03 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X1 Ekspert komissiyasının 05 avqust 2024-cü il tarixli, 5328 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 0,867 qram psixotrop maddə - metamfetamin, 0,475 qram və 0,237 qram - narkotik vasitə olan - heroin məhv edilməli, iş üzrə - 04 ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 260 (iki yüz altmış) manat məbləğində pul təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Abşeron Rayon Polis İdarəsində saxlanılan, qalıq çəkisi 0,867 qram psixotrop maddə - metamfetamin, 0,475 qram və 0,237 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 04 (dörd) ədəd DVD formatlı kompak disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasını xərci – 260 (iki yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar