Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-571/2021 03.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Təqsirləndirilən şəxs – xx.xx.1970-ci ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Goradil kəndində yerləşən fərdi evdə qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin, sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 avqust 2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Görədil kəndində küçədə olarkən bibisi oğlu Zərərçəkmiş şəxs ilə onu görəndə yerə tüpürməsini irad tutması ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ayaqla qəsdən vurub yerə yıxaraq ayaqla qarın nahiyəsinə bir neçə dəfə vuraraq, sonuncuya döş qəfəsinin sol yarısının küt travması, sol 8-9-10-cu qabırğalarnın qapalı sınıqlarından ibarət sağlamlığın uzun müddətə poulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Görədil kəndində qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Barəsində şikayət edən şəxs Zərərçəkmiş şəxs onun bibisi oğludur. Naqdəli ilə uzun müddətdir ki, münasibəti yoxdur. Buna səbəb isə Naqdəlinin onun ünvanıma dediyi nalayiq sözlər olmuşdur. Buna görə Naqdəliyə bir neçə dəfə irad tutsa da Naqdəli bundan nəticə çıxartmamışdır. Təxminən üç ay olar ki, o, hər dəfə yoldan keçən zaman Nqdəli ona söz atmış, ona qarşı nalayiq sözlər demişdir. 24.08.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı Abşeron rayonu, Görədil kəndində yerləşən evinə gedən zaman, evin yaxınlığında Naqdəlinin qonşuları Anarla söhbət etdiyini görmüşdür. Oradan keçən zaman Anarla salamlaşıb keçib getmişdir. Bir qədər getdikdən sonra Naqdəlinin onun arxasınca yerə tüpürdüyünü görüb, Naqdəliyə yaxınlaşmış və nəyə görə hər dəfə onu gördükdə yerə tüpürməsini soruşmuşdur. Naqdəli isə onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bu zamana aralarında mübahisə yaranmış və Naqdəli onun tutduracağı ilə hədələmişdir. O, Naqdəlinin yaxasından tutmuş, bu zaman Naqdəli yumruqla onun sifət nahiyyəsindən iki dəfə vurmuşdur. Daha sonra o, Naqdəlinin qolundan tutaraq itələmiş və Naqdəli yerə yıxılmışdır. Həmin vaxtı orada olan qonşusu Anar onları sakitləşdirmiş və Naqdəlinin yerdən qaldırıb evinə yola salmışdır. Sonradan bilmişdir ki, Naqdəli ondan şikayət etmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qırarının 9.1 bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş çəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Görədil kəndində yerləşən fərdi evdə yaşayır. Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun dayısı oğludur.Təxminən altı ay əvəl Kamranın qardaşı Zaurla mübahisəsi olduğu üçün Zaurun barəsində şikayət etmişdir. 24.08.2021-ci il tarixdə saat 20 radələrində Abşeron rayonu, Görədil kəndində yaşadığı evin yerləşdiyi küçədə Anar adlı tanıdı şəxslə dayanıb söhbət edən zaman dayısı oğlu Kamran onun yanından keçərkən özündən asılı olmyan səbəbdən boğazı quruduğu üçün yerə tüpürmüşdür. Bu zaman Kamran qayıdaraq onu görən kimi nəyə görə tüpürdüynü əsəbi formada ondan soruşmuşdur. O, Kamrana boğazı quruduğu üçün yerə tüpürdüynü, ona heç bir aidiyyəti olmadığını dedikdə Kamar üstünə cümaraq onu nalayiq söyüşlərlə təhqir edib təpiklə qarın nahiyəsindən vurmuş və o, sol tərəfi üstə yerdə olan qənbər daşlarının üstnə yıxılmışdır. O, bir neçə dəfə təpiklə onun qarın nahiyəsindən zərbə vurmuş və qabırğasından bərk ağrı başlamışdır. Həmin vaxtı tanıdığı Anar adlı şəxs onu yerdən qaldırmış və Kamranı isə sakitləşdirərək evlərinə tərəf yol salmışdır. O, sol qabırğalarından güclü ağrıları başladığından özünü həddindən artıq pis hiss etdiyi üçün gecə saatlarında polis bölməsinə gedib şikayət edə bilməmiş, lakin 25.08.2021-ci il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə gedərək ərizə ilə müraciət etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 25.08.2021-ci il tarixli, 2007 saylı rəyindən görünür ki, 1954-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının küt travması, sol 8-9-10-cu qabırğalarnın qapalı sınıqların bərk küt əşya təsirindən törənmişdir,qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 24.08.2021-ci il tarixdə dava-dalaş zamanı yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qırarının 9.1 bəndini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-571/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-571/2021
03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver