Məhkəmə qərarları › İş №1(012)-571/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-571/2023

16.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-571/2023 16.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs “A+CO” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olan və müxtəlif ad, çeşid, miqdarda spirtli və enerji içkilərinin istehsalını və satışını həyata keçirən “A+CO” Açıq Səhmdar Cəmiyyətinin satış təmsilçisi vəzifəsində işləyərkən MMC ilə aralarında bağlanmış 05 aprel 2019-cu il tarixli əmək müqaviləsinə və həmin tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə, habelə vəzifə təlimatına əsasən, ona həvalə edilmiş sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda müəssisəyə ziyan vurmaması, rəhbərliyə vaxtlı- vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat verməsi, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq uçotunu aparması, maddi sərvətlərin inventarizasiyasında iştirak etməsi və öhdəsində olan maddi sərvətlərlə bağlı məsul şəxs kimi müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirməyi üzərinə götürdüyü halda, həmin müqaviləyə əsasən maddi-məsul şəxs kimi “A+CO” ASC-nin mülkiyyətində olan malları Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən ona təhkim olunmuş satış nöqtələrinə Cəmiyyət tərəfindən müəyyən edilmiş qiymətlərə sataraq əldə etdiyi satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə ələ keçirməklə talayıb qanunsuz qazanc əldə etmək qərarına gəlmiş, bu məqsədlə öz qulluq mövqeyindən istifadə edərək Sumqayıt şəhəri ərazilərində fəaliyyət göstərən daimi müştərilərə (satış nöqtələrinə) satılması üçün, həmin müştərilər tərəfindən ona verilmiş sifarişlər barədə məlumatları terminal vasitəsi ilə Cəmiyyətə ötürməsi prosesində, satışının və satışdan əldə olunmuş gəlirinin daha yüksək olması üçün, “A+CO” ASC -dən satış üçün spirtli və enerji içkiləri qəbul edən, Cəmiyyətlə ticarət münasibətlərində olan daimi müştərilərin adından faktiki olaraq mal sifariş vermədikləri halda guya ona spirtli və enerji içkiləri sifariş vermələri barədə məlumatları post terminal vasitəsi ilə mütəmadi olaraq ASC- yə ötürməklə, tamah niyyəti ilə, fəaliyyət sahəsinə aid edilmiş, vəzifəli şəxs kimi informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil edərək 13 yanvar 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində sifarişi əsasında Cəmiyyətin Abşeron rayonu Xırdalan şəhərində yerləşən hazır məhsul anbarından rəsmi sənəd olan 490 ədəd satış fakturası əsasında çıxarılmış və satış üçün tam maddi məsuliyyətinə götürdüyü ümumilikdə 146121,20 manat dəyərində müxtəlif ad, çeşid və miqdarda spirtli və enerji içkilərini satış ərazisində yerləşən, Cəmiyyətlə ticarət münasibətində olan ona təhkim olunmuş satış nöqtələrinə və Cəmiyyətlə ticarət münasibətlərində olmayıb, adı müvafiq satış fakturalarında göstərilməyən Şahid9 və istintaqa məlum olmayan digər şəxslərə satmasına, habelə 19 yanvar 2022-ci il tarixə ticarət dövriyyəsi ilə əlaqədar ticarət obyektləri üzrə hesabında 68059,17 manat məbləğində Cəmiyyətə ödəniləcək satış pulu qalığının olmasına baxmayaraq, sifarişi əsasında 13 yanvar 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində satdığı mailar və hesabında olan Cəmiyyətə ödəniləcək satış pulu qalığı üzrə əldə olunmuş ümumilikdə 214180,37 manat pulun cəmi 82608,41 manatını kassa mədaxil orderləri əsasında Cəmiyyətin xəzinəsinə nağd olaraq mədaxil edilməsi, 44956,90 manat dəyərində məhsulun müvafiq geri qaytarma fakturaları ilə Cəmiyyətin anbarına qaytarılması, 13 yanvar 2022-ci il tarixdən 05 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində satdığı mallar üzrə 37424,69 manat məbləğində endirim edilməsi, ticarət dövriyyəsi ilə əlaqədar satış nöqtələri üzrə üzləşmə zamanı təsdiqlənmiş 30450,80 manat məbləğində Cəmiyyətə ödəniləcək borc qalığının qalması nəzərə alınmaqla, 21 müştəri (satış nöqtəsi) üzrə, yəni “Marketoyil” adlı müştəri üzrə 33,08 manat, “Sumqayıt market” adlı müştəri üzrə 28,61 manat, “Rafiq market” adlı müştəri üzrə 19,04 manat, “Kamal market” adlı müştəri üzrə 50,00 manat, “Mini dükan” adlı müştəri üzrə 323,59 manat, “F market” adlı müştəri üzrə 16,46 manat, “Eko mini market” adlı müştəri üzrə 2125,16 manat, “Rauf aptek depo” adlı müştəri üzrə 887,00 manat, “Natiq dejurnu” adlı müştəri üzrə 365,00 manat, “Anar kiosk” adlı müştəri üzrə 371,05 manat, “Emin market” adlı müştəri üzrə 438,16 manat, “Emil market” adlı müştəri üzrə 58,14 manat, “Abdulla market” adlı müştəri üzrə 3258,11 manat, “Mojito Club Sumqayıt” adlı müştəri üzrə 1406,44 manat, "xxxx" adlı müştəri üzrə 1506,93 manat, “Rafiq market” adlı müştəri üzrə 1740,45 manat, “Elmin market” adlı müştəri üzrə 1375,17 manat, "xxxx" adlı müştəri üzrə 827,00 manat, "xxxx" adlı müştəri üzrə 1372,79 manat, "xxxx" adlı müştəri üzrə 1622,81 manat, “Teymur loto” adlı müştəri üzrə 1622,81 manat olmaqla öhdəsində qalan 18739,57 manat məbləğində satış pulunun 5000 manatı mal satdığı şəxslərdən Şahid9 olsa da, qalan 13739,57 manatı Cəmiyyətin xəzinəsinə təhvil verməyib ələ keçirərək özünün şəxsi ehtiyaclarına sərf etməklə, vəzifəli şəxs kimi informasiya resurslarına tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş 13739,57 manat dəyərində xeyli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək qeyd etdi ki, gərək vaxtında işdən çıxaydı, əgər vaxtında işdən çıxsaydı belə bir vəziyyət yaranmazdı. İşin materiallarında olan Təqsirləndirilən şəxs ifadəsində göstərilir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “A+CO” ASC-də (əvvəlki MMC) satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. “A+CO” ASC enerji və spirtli içkilərin istehsalını və satışını həyata keçirir. İşlədiyi müddətdə bölgə müdiri əvvəlcə Mirzə Zülfüqarov, daha sonra isə Şahid2 olmuşdur. Satış təmsilçisi kimi vəzifələri müştərilərdən sifarişləri qəbul edərək, ASC tərəfindən mobil telefonuna yüklənmiş terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq Cəmiyyətin kassasına mədaxil edilməsindən ibarət olmuşdur. Satış təmsilçisi kimi Sumqayıtda fəaliyyət göstərən müştərilərlə, yəni marketlərlə işləmiş, həmin müştərilərə enerji və spirtli içkilərin satışını həyata keçirtmişdir. Ümumi qaydalara əsasən sifarişləri terminala işlədikdən sonra malpaylayan (sürücü) həmin sifarişləri anbardan satış fakturasını imzalamaqla qəbul edərək müştərilərə çatdırmışdır. Bu zaman 3 nüsxədə satış fakturası tərtib olunmuşdur ki, malpaylayan sifarişləri müştəriyə çatdırdıqda satış fakturasının bir nüsxəsini müştəriyə vermiş, digər nüsxəsini isə müştəriyə imzalatmaqla anbara qaytarmışdır. Satış fakturasının üçüncü nüsxəsi isə ekspeditor kimi ona verilmişdir. Sonradan anbarda olan satış fakturaları imzalaması üçün ona təqdim edilmiş və o, satış fakturasını imzalayıb anbara qaytarmışdır. Mallar müştəriyə verildikdən sonra o, ödənişləri müştərilərdən yığaraq əvvəlcə terminal vasitəsilə hansı müştəridən nə qədər ödəniş alması barədə məlumatları sistemə işləmiş, daha sonra isə həmin ödənişləri ASC-nin kassasına mədaxil etməsi üçün bölgə müdirinə vermişdir. Rəhbərliyin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçiləri ödənişləri bölgə müdirinə verməli, bölgə müdiri isə kassaya mədaxil etməli imiş. Buna görə də, işlədiyi müddətdə heç vaxt ASC-nin (MMCnin) kassasına satış pulu mədaxil etməmişdir. İşlədiyi müddətdə O, bölgə müdirlərinin, satış müdiri Xaliq müəllimin, menecer Elnur müəllimin razılıqları və şifahi göstərişləri əsasında hansısa bir müştərinin adına sifariş yazaraq ASC- nin anbarından mal çıxardıb, həmin malları Cəmiyyətlə əməkdaşlıq etməyən ayrı-ayrı şəxslərə sataraq əldə olunmuş satış pullarını anbardan mal çıxartdığı müştərinin adından Cəmiyyətin kassasına mədaxil etməsi üçün bölgə müdirinə vermişdir. Bu hal adlarını qeyd etdiyi şəxslərin razılıqları əsasında, işlədiyi müddətdə mütəmadi olaraq baş vermişdir. O, işə girərkən onunla əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmış, o, həmin müqavilələri imzalamışdır. İş materiallarında olan qarşılıqlı üzləşmə aktlarında və təhviltəslim aktlarındakı imzalar ona məxsusdur. Üzləşmə zamanı ’’Marketoil” adlı müştərinin Cəmiyyətə borcu 226,65 manat olmuşdur. ’’Marketoil” adlı müştəri üzrə hesabında 33,08 manat çatışmazlıq yaranmasına səbəb müştəri tərəfindən təhvil-təslim zamanı satışdan geri qaytarılmış 33,08 manat dəyərində araq və enerji içkilərinin şirkət tərəfindən qəbul edilməməsi nəticəsində, həmin maliarın dəyərinin onun hesabına çatışmazlıq kimi əlavə olunması olmuşdur. Üzləşmə zamanı “Sumqayıt market” adlı müştərinin Cəmiyyətə borcu 206,50 manat olmuşdur. “Sumqayıt market” adlı müştəri üzrə hesabında 28,61 manat çatışmazlıq yaranmasına səbəb müştəri tərəfindən satışdan geri qaytarılmış 28,61 manat dəyərində araq və enerji içkilərinin şirkət tərəfindən qəbul edilməməsi nəticəsində, həmin malların dəyərinin hesabına çatışmazlıq kimi əlavə olunması olmuşdur. Həmçinin “Rafiq market” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 19,04 manat, habelə “Kamal market” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 50 manat dəyərində mal anbar tərəfindən qəbul edilmədiyi üçün həmin müştərilər üzrə hesabında çatışmazlıq yaranmışdır. Təhvil-təslim zamanı “Mini dükan” adlı müştərinin şirkətə olan borcu 722 manat olmuşdur. İfadəsində adlarını qeyd etdiyi şəxslərin göstərişləri əsasında həmin müştərinin adına ASC- nin anbarından xeyli sayda spirtli və enerji içkiləri çıxardaraq başqa müştərilərə daha ucuz qiymətə satmışdır. Sonradan fakturadakı qiymətlə malları satdığı qiymət arasında yaranmış fərq şirkət tərəfindən onun hesabından silinməmiş, əksinə hesabına çatışmazlıq kimi əlavə olunmuşdur. Buna görə də, “Mini dükkan” adlı müştəri üzrə hesabında 323,59 manat çatışmazlıq yaranmışdır. “F market” adlı müştəri üzrə hesabında 16,46 manat çatışmazlıq yaranmasına səbəb müştəri tərəfindən satışdan geri qaytarılmış 16,46 manat dəyərində son istifadə tarixi keçmiş malların şirkət tərəfindən qəbul edilməməsi nəticəsində, həmin malların dəyərinin onun hesabına çatışmazlıq kimi əlavə olunması olmuşdur. Üzləşdirmə zamanı “Eko mini market” adlı müştərinin şirkətə borcu 650 manat olmuşdur. O, bölgə müdirinin, satış müdirinin, menecerin razılıqları əsasında “Eko mini market” adlı müştərinin adına şirkətin anbarından mal çıxardıb müxtəlif şəxslərə, o cümlədən Samir və Azad adlı şəxslərə satmışdır. Lakin Samir və Azad pulumuz yoxdur deyərək, satış pullarını ona verməmişlər. Buna görə də, “Eko mini market” adlı müştəri üzrə hesabında 2125,16 manat satış pulu çatışmazlığı yaranmışdır. “Natiq” adlı müştəriyə ondan əvvəlki satış təmsilçisi tərəfindən faiz endirimi edilmiş, lakin sonradan şirkət tərəfindən həmin endirim nəzərə alınmadığı üçün yaranmış 365 manat fərq onun hesabına çatışmazlıq kimi əlavə olunmuşdur. Həmin müştəri sonradan fəaliyyətini dayandırmışdır. “Anar kiosk” adlı müştəri tərəfindən satışdan geri qaytarılmış 371,05 manat dəyərində “Mamedoff enerji işçkiləri şirkət tərəfindən qəbul edilmədiyi üçün həmin malın dəyəri hesabına çatışmazlıq kimi əlavə olunmuşdur. Şirkətin həmin malı götürməməsinə səbəb mallar satışdan geri qaytarıldığı vaxt “Mamedoff’ enerji içkilərinin satışının artıq "Veysəloğlu” şirkəti tərəfindən həyata keçirməsi olmuşdur. Təhvil- təslim zamanı "Emin market” adlı müştərinin borcu 688 manat olmuşdur. “Emin market” adlı müştəri üzrə hesabında 438,16 manat çatışmazlıq yaranmasına səbəb həmin müştərinin adına şirkətin anbarından mal çıxardıb səyyar satış həyata keçirən Samir adlı şəxsə msatması olmuşdur. 438,16 manat satış pulu Samir adlı şəxsdədir. O, “Emil market’ adlı müştəri tərəfindən təsdiq olunmuş 113,82 manat borcla razılaşır, üzləşdirmə zamanı həmin müştərinin borcu 113,82 manat olmuşdur. “Emil market” adlı müştəri üzrə hesabında 58,14 manat çatışmazlıq yaranmasına səbəb müştəri tərəfindən təxminən 2022-ci ilin yanvar- fevral aylarında satışdan geri qaytarılmış 58,14 manat dəyərində malın şirkət tərəfindən qəbul edilməməsi olmuşdur. Təhvil-təslim zamanı “Abdulla market’ adlı müştərinin şirkətə borcu 45 manat olmuşdur. O, “Abdulla market” adlı müştərinin adına şirkətin anbarından mal çıxartdırıb həmin malı səyyar satış həyata keçirən Əhməd adlı şəxsə satmışdır. Lakin Əhməd 3258,11 manat satış pulunu hazırki vaxtadək ona ödəməmişdir. Bun agörə də, “Abdulla market” adlı müştəri üzrə hesabında 3258,11 manat satış pulu çatışmazlığı qalmışdır. O, həmçinin “Mojito club” adlı müştərinin adına şirkətin anbarından mai çıxardıb həmin malları səyyar satış həyata keçirən Əhməd adlı şəxsə satmış, lakin Əhməd 1406,44 manat satış pulunu hazırki vaxtadək ona ödəməmişdir. Üzləşmə zamanı "xxxx" adlı müştərinin ASC-yə borcu 724,81 manat olmuşdur. "xxxx" adlı müştəri üzrə hesabında 1506,93 manat satış pulu çatışmazlığı yaranmasına səbəb, həmin müştərinin adına şirkətin anbarından mal çıxartdırıb Sumqayıt bulvarında kioskları olan Rəşad adlı şəxsə satması, lakin Rəşadın 1506,93 manat satış pulunu ona ödəməsi olmuşdur. O, “Elmin market” adlı müştəri tərəfindən təsdiq olunmuş 109,75 manat borcla razılaşır, üzləşmə zamanı həmin müştərinin borcu 109,75 manat olmuşdur. O, həmin müştərinin adına şirkətin anbarından mal çıxartdırıb səyyar satış həyata keçirən Əhməd adlı şəxsə satmışdır. Lakin Əhməd 1375,17 manat satış pulunu ona ödəməmişdir. Ona görə də, “Elmin market” adlı müştəri üzrə hesabında 1375,17 manat satış pulu çatışmazlğı yaranmışdır. Təhvil-təslim zamanı “Mojito rooms” adlı müştərinin şirkətə borcu 369 manat olmuşdur. O, həmin müştərinin adına şirkətin anbarından, 2019-cu ilin sonlarında enerji içkiləri çıxardıb Elçin adlı şəxsə satmışdır. Lakin “Covid 19” pandemiyası ərəfəsində Elçin qalan 827 manat borcu ona ödəmədən marketi bağlamışdır. Buna görə də, “Mojito rooms” adlı müştəri üzrə hesabında 827 manat satış pulu çatışmazlğı yaranmışdır. “Teymur loto” adlı müştəri tərəfindən təsdiq olunmuş 156 manat borcla razılaşır, üzləşmə zamanı həmin müştərinin ASC-yə borcu 156 manat olmuşdur. O, “Teymur loto” adlı müştərinin adına şirkətin anbarından mal çıxartdırıb səyyar satış həyata keçirən Əhməd, Samir və Elvin adlı şəxslərə satmışdır. Buna görə də, həmin müştəri üzrə hesabında 1622,81 manat satış pulu çatışmazlğı yaranmışdır. Üzləşmə zamanı "xxxx" adlı müştərinin şirkətə borcu 1260 manat olmuşdur. "xxxx" adlı müştəri üzrə hesabında 1372,79 manat satış pulu çatışmazlığı yaranmasına səbəb, həmin müştərinin adına şirkətin anbarından mal çıxartdırıb həmin malları Sumqayıt bulvarında kioskları olan Rəşad adlı şəxsə satması olmuşdur. Həmçinin təhvil-təslim zamanı "xxxx" adlı müştərinin ASC-yə borcu 320 manat olmuşdur. Həmin müştəri üzrə hesabında 914,58 manat satış pulu çatışmazlığı yaranmasına səbəb müştəriyə verilməli olan 400 manat məbləğində endirimin şirkət tərəfindən nəzərə alınmaması və həmin müştərinin adına anbardan mal çıxardıb Elçin adlı şəxsə satması olmuşdur. Lakin Elçin adlı şəxsə həmin malların pulunu ona ödəməmişdir. Onun hesabında satış pulu çatışmazlığı kimi göstərilmiş 18739,57 manatın 6000 manatı səyyar satış həyata keçirən Əhməd adlı şəxsdə, 2500 manatı Samir adlı şəxsdə, 900 manatı Azad adlı şəxsdə, 2800 manatı Rəşad adlı şəxsdə, 1300 manatı Elçin adlı şəxsdə, 1000 manata yaxını Eivin adlı şəxsdə, 1740,45 manatı isə Rafiq adlı şəxsdədir. Geri qalan çatışmazlıq isə edilmiş endirimlərin şirkət tərəfindən sonradan nəzərə alınmaması nəticəsində yaranmışdır. O, ifadəsində adlarını qeyd etdiyi şəxslərin razılıqları, göstərişləri əsasında müştərilərin adlarına anbardan mal çıxardıb səyyar satış həyata keçirən şəxslərə satmışdır. O, həmin şəxslərə malları fakturasız vermişdir. Belə ki, malpaylayan malları fakturada adları göstərilmiş müştərilərə aparmış və müştəri fakturanı imzalamaqla sifarişləri qəbul etmişdir. Daha sonra o, yaxınlaşaraq həmin malları öz avtomobili ilə apararaq Əhməd, Samir, Azad, Rəşad, Elçin və Elvin adlı şəxslərə satmışdır. O, adına anbardan mal çıxartdığı müştərilərə əvvəlcədən “sənin marketinin adına mal vurmuşam malpaylayan gətirdikdə fakturanı imzalamaqla həmin malları qəbul et, daha sonra gəlib aparıb başqa yerə satacam, pulunu isə sənin adından şirkətə ödəyəcəm” dediyi üçün müştərilər onunla razılaşıb, öz sifarişləri olmadığı halda satış fakturalarını imzalmışlar. Bəzi hallarda hətta o, müştərinin satışdan geri qaytardığı malları öz avtomobili ilə aparıb adlarını qeyd etdiyi şəxslərə satmışdır. Hazırda həmin şəxslərdən Əhmədlə qismən münasibəti olsa da, digərləri ilə heç bir münasibəti yoxdur. Əhmədin istifadəsində olan mobil nömrə **********-dir. Digər şəxslərin isə harada olmalarını, mobil nömrələrini bilmir. Sonda o himayəsində iki azyaşlı uşağı olmasını və zərəçəkmiş şəxsə dəymiş maddi ziyanın tam ödənildiyini əsas gətirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə dəyən ziyanın ödənildiyini, şikayəti və tələbi olmadığını bildirdi. İşin materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 01,04.2022-ci ildən “A+CO” ASC-də hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Əsas vəzifələri işlədiyi şirkətə dair hüquqi normativ sənədlərin hazırlanması, şirkətin dövlət orqanlarında və digər orqanlarda təmsil edilməsindən ibarətdir. “A+CO” ASC nizamnamə əsasında fəaliyyət göstərən hüquqi şəxs olaraq istər qida, istərsə də qeyri-qida sektorunda daxili-xarici bazarda davamlı istehsal, idxal, satış fəaliyyətini həyata keçirir. Şirkət 01 fevral 2021-ci il tarixindən etibarən təşkiiati-hüquqi formasını dəyişərək Məhdud Məsuliyyətli Cəmiyyətdən Açıq Səhmdar Cəmiyyətinə çevrildiyi üçün “A+CO” ASC, “A+CO” MMC-nin hüquqi varisidir. “A+CO” ASC qida və qeyri-qida məhsullarının idxalını və satışını həyata keçirir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə “A+CO” ASC-də satış təmsilçisi vəzifəsinə işə götürülmüş, sonuncu ilə əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi və malların ödənişlərini müştərilərdən yığaraq ASC-nin xəzinəsinə mədaxil edilməsi üçün bölgə müdirinə verilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi ona ayrılmış ərazi olan Sumqayıt şəhərindəki ticarət obyektlərinə mal satmışdır. Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı daxili təftiş aparılarkən sonuncunun hesabında çatışmazlıq olması aşkar edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs müştərilərdən aldığı satış pullarının bir hissəsini ASC-nin kassasına mədaxil edilməsi üçün bölgə müdirinə verməyib, mənimsəmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ASC-nin rəhbərliyinin, satış müdirinin, bölgə müdirinin məlumatı olmadan, ASC ilə ticarət münasibətlərində olan, ASCdən mal alan müştərilərin adlarına ASC-nin anbarından mal çıxardıb, ASC ilə ticarət münasibətlərində olmayan başqa-başqa şəxslərə satmışdır. ASC- nin müəyyən etdiyi qaydalara əsasən satış təmsilçisi Təqsirləndirilən şəxs əvvəlcə müştərilərin sifarişləri barədə məlumatları terminal vasitəsi ilə ümumi sistemə ötürmüş və bununlada anbarda həmin sifarişlərin hazırlanması prosesinə başlanmışdır. Daha sonra Ruslana ayrılmış sürücü anbardan malları 3 nüsxədə tərtib olunan satış fakturası əsasında qəbul etmiş və malı qəbul etməsi ilə bağlı fakturanı imzalamışdır. Bundan sonra sürücü həmin malları müştəriyə çatdırmış və müştəri malı qəbul etməsi ilə bağlı satış fakturasını imzalamışdır. Satış fakturasının bir nüsxəsi sürücü tərəfindən müştəriyə, digər nüsxəsi isə anbara təhvil verimişdir. Sonradan satış təmsilçisi kimi Təqsirləndirilən şəxs həmin satış fakturasındakı sifarişləri yoxlayaraq, satış fakturasını özü də, imzalayıb anbara qaytarmışdır. Satış fakturasında satış təmsilçisinin adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Bundan sonra satış təmsilçiləri, həmçinin Təqsirləndirilən şəxs satdığı həmin malların ödənişlərini yığıb, MMC-nin kassasına mədaxil etməsi üçün bölgə müdirinə verməlidir. Satış təmsilçisi müştərilərdən ödənişləri aldıqdan sonra ödəniş etmiş müştəri və ödənişin məbləği barədə məlumatları özündə olan terminal vasitəsi ilə sistemə işləməli və bundan sonra həmin məbləği kassaya mədaxil etməsi üçün bölgə müdirinə verməlidir. Bölgə müdiri isə satış pulunu kassaya mədaxil etdikdən sonra kassa mədaxil orderini Ruslana vermişdir. Bölgə müdiri Ruslandan aldığı satış pulunu kassaya mədaxil etdikdən sonra, həmin məbləğin kassaya mədaxil edilməsi Ruslanda olan terminalda da, görünmüşdür. Özündə olan terminal vasitəsilə hər bir satış təmsilçisi kimi Təqsirləndirilən şəxs öz satışına tam olaraq nəzarəti həyata keçirə bilmişdir. Ümumi qaydalara əsasən satış təmsilçisi ödənişlə bağlı məlumatları terminala işləməsə, kassa həmin ödənişi qəbul etmir. Bölgə müdiri Əlişdə və satış meneceri Elnurda Təqsirləndirilən şəxs hesabında çatışmazlıq yaranmasına şübhələr aşkar olunduğu üçün sonuncu barəsində daxili təftiş aparılmış və daxili təftiş zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə ASC ilə ticarət münasibətlərində olan, yəni özünün mal satdığı müştərilərin adlarına terminala sifarişlər işyərərək, həmin malların ASC-nin anbarından çıxarılmasına nail olmuş, daha sonra həmin sifarişlər Ruslanla işləyən sürücü Şahid8 tərəfindən fakturada adı qeyd olunmuş müştərilərə aparılmışdır. Müştəri həmin malları sifariş etmədiyini bildirdikdə isə sürücü Elçin Təqsirləndirilən şəxs bu barədə məlumat vermiş, daha sonra Ruslan özü marketə gələrək və ya müştəri ilə mobil telefonla əlaqə saxlayaraq danışmış, bundan sonra isə müştəri malı qəbul etməsi ilə bağlı satış fakturasını imzalamışdır. Daha sonra Təqsirləndirilən şəxs gələrək həmin malları müştəridən götürüb səyyat satış həyata keçirən Əhməd adlı şəxsə və digər başqa şəxslərə satmışdır. Bundan ASC-nin rəhbərliyinin, bölgə müdiririn məlumatı olmamışdır. Sürücü Elçin isə satış fakturasını ASC-nin anbarına təhvil vermişdir. Təqsirləndirilən şəxs həmçinin ASC ilə ticarət münasibətlərində olan müştərilərdən aldığı satış pullarının bir hissəsini ASC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Bundan sonra Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və hesabında 18739,57 manat satış pulu çatışmazlığı qalması müəyyən edilmişdir. Nümayəndə ifadəsində həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs ASC-nin anbarından çıxartdığı malları ASC ilə əməkdaşlıq etməyən, adları satış fakturalarında göstərilməyən şəxslərə satmasından menecer Elnurun, ASC-nin rəhbərliyinin, bölgə müdirinin məlumatı olmamış, Ruslan bunu hamıdan xəbərsiz, özbaşına etmişdir. Rəhbərliyin verdiyi müvafiq əmrdə satış təmsilçilərinə qadağan edilmiş fəaliyyətlər göstərilmiş və həmin fəaliyyətlərə yol vermiş satış təmsilçilərinin dərhal işdən azad olunması qeyd olunmuşdur. Bu hallardan biri də, satış təmsilçisinin sürüşməyə yol verməsi, yəni bir müştərinin adına anbardan çıxartdığı malı, başqa bir müştəriyə satmasıdır, yəni malı adı satış fakturasında göstərilməyən şəxsə satmasıdır. Bu zaman satış təmsilçisi dərhal işdən azad olunur. Həmçinin həmin əmrdə bu hallara göz yuman bölgə müdiri və digər əməkdaşlarında dərhal işdən azad olunacaqları göstərilmişdir. Belə bir əmrin mövcudluğunu və nəticədə işdən azad olunacağını bilə-bilə nə satış meneceri, nə satış müdiri nə bölgə müdiri Ruslana sürüşməyə yol verməsi ilə bağlı göstəriş verməz. Təqsirləndirilən şəxs həmçinin müştərilərə özündən də, endirim etmişdir ki, həmin endirimlərdən heç kimin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs satdığı mallara görə müştərilərə edilmiş bütün endirimlər nəzərə alınmış və həmin endirimlərin dəyəri Ruslanın hesabından çıxılmışdır. Təqsirləndirilən şəxs sürüşməyə yol verməsi aşkar olunduqdan sonra dərhal işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs mal satdığı səyyar satış həyata keçirən şəxslərdən biri olan Şahid9 ona 5000 manat satış pulunun özündə olduğunu, həmin məbləği Təqsirləndirilən şəxs vermədiyini demişdir.Ona görə də, 5000 manat satış pulu Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıqdan çıxılmalı və nəticədə Ruslanın hesabında 13739,57 manat satış pulu çatışmazlığının qalmasını nəzərə alınmalıdır. Sonda o, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanın ödənildiyini və ASC-nin sonuncuya qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 oğlu ifadəsində göstərdi ki, 2020- ci ildən “A+CO” ASC-də təftiş üzrə mütəxəssis vəzifəsində işləyir. Təftişçi kimi vəzifələri yəni satış təmsilçilərinin fəaliyyətini rəhbərliyin müəyyən etdiyi siyahı əsasında yoxlamaqdan, müştərilərdə hansı məbləğdə pul qalığının qalmasının yoxlanılmasından ibarədir. Fəaliyyətini yoxlamaq üçün təhkim olunduğu satış təmsilçilərindən biri də, Təqsirləndirilən şəxs olmuşdur. O, Təqsirləndirilən şəxs ərazidə pul qalığının çox olması ilə bağlı rəhbərliyə bir neçə dəfə təqdiumat ünvanlamış və nəticədə Ruslan cərimə olunmuşdur. 2022-ci ilin aprel və ya may aylarında Təqsirləndirilən şəxs işdən çıxmaq istədiyini bildirdiyi üçün sonuncunun ərazisində təhvil-təslim aparılmışdır. Bu zaman Ruslanın mal satdığı müştərilər üzrə hesabında çatışmazlıqlar aşkar olunmuşdur. Ruslan barəsində aparılmış təftiş zamanı müəyyən edilmişdir ki, sonuncu ASC ilə ticarət münasibətlərində olan müştərilərin adına onların sifarişləri olmadığı halda sifariş yazaraq, həmin malların ASC-nin anbarından çıxarılmasına nail olmuş və malları ASC ilə ticarət münasibətlərində olmayan şəxslərə satmışdır. Bu haldan rəhbərliyin məlumatı olmamışdır. Ümumiyyətlə ASC-də müştərinin adına anbardan çıxarılmış malın başqa bir şəxsə satılması qadağandır, belə hallara yol vermiş satış təmsilçisi dərhal işdən azad olunur. Təhvil-təslim zamanı Təqsirləndirilən şəxs müştərilərin təsdiq etdiyi satış pulu məbləğlərini qəbul etmiş və hesabında yaranmış çatışmazlıqlarla bağlı müştərilərdən aldığı satış pullarının bir hissəsini mənimsədiyini etiraf etmişdir. Təhvil-təslim zamanı hər bir müştəri üzrə müştərinin və Ruslanın iştirakları ilə akt tərtib olunmuş və Ruslan aktları imzalamaqla, hər bir müştəri üzrə hesabında yaranmış çatışmazlığı təsdiq etmişdir. İş üzrə Şahid6 teleqramma ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini və bunun nəzərə alınmasını xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mkr.-da yerləşən “Elmin market” adlı ərzaq mağazasında satıcı işləyir. Həmin market Əziz Məmmədov adlı şəxsindir. "xxxx" marketin mal aldığı firmalardan biri də, “A+CO” ASC-dir. “A+CO” ASC-dən spirtli və enerji içkiləri alır. Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. “A+CO” ASC-dən aldığı mallara görə Təqsirləndirilən şəxs tərəfindən ona satış fakturasında göstərilən endirim məbləğindən əlavə heç vaxt hər hansı bir endirim edilməmişdir. Təqsirləndirilən şəxs "xxxx" marketin adına sifarişlər yazaraq ASC-nin anbarından mal çıxartması və həmin malları səyyar satış həyata keçirən şəxsə satması barədə onun məlumatı olmamışdır. 2022-ci ilin may ayında Təqsirləndirilən şəxs və ASCnin əməkdaşları mağazaya gələrək təhvil-təslim aparmışlar. Həmin vaxt marketin ASC-yə borcu 109,75 manat olmuşdur. Bu zaman akt tərtib olunmuş və o, aktı imzalamaqla ASCyə borcunu təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2021-ci ilin yanvar ayından etibarən “A+CO” ASC-nin kommersiya direktoru vəzifəsində işləyir. ASC-də vəzifələri satış komandasına rəhbərlik etməkdən, satışın iş bölgüsünü, marketing hədəflərini müəyyənləşdirməkdən ibarətdir. Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir O, Təqsirləndirilən şəxs şəxsən tanımamış, işlədiyi müddətdə Ruslanla aralarında heç vaxt hər hansı bir söhbət olmamışdır. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi və satış pullarını müştərilərdən yığaraq ASC-nin xəzinəsinə ödənilməsi üçün bölgə müdirinə verilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs fəaliyyəti ilə bağlı daxil təftiş aparılarkən sonuncunun hesabında çatışmazlıq olması müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs müştərilərdən aldığı satış pullarının bir hissəsini ASC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Bundan başqa o, ASC-nin rəhbərliyinin məlumatı olmadan ASC ilə əməkdaşlıq edən, mal alan müştərilərin adlarına ASC-nin anbarından mal çıxardıb, ASC ilə ticarət münasibətlərində olmayan başqa-başqa şəxslərə satmışdır. Daha sonra Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və hesabında 18739,57 manat satış pulu çatışmazlığı qalması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yalan danışır, ona Ruslana heç vaxt hansısa bir müştərinin adına ASC-nin anbarından mal çıxardıb, ASC ilə əməkdaşlıq etməyən şəxslərə satmasını deməmişdir. Həmçinin Təqsirləndirilən şəxs bölgə müdiri olmuş şəxslər və menecer Şahid5 Ruslana belə bir göstəriş verməmişlər. Ruslanın ASC-nin anbarından çıxartdığı malları ASC ilə əməkdaşlıq etməyən, adları satış fakturalarında göstərilməyən şəxslərə satmasından onun, ASC-nin rəhbərliyinin, menecerin, bölgə müdirinin məlumatı olmamış, Ruslan bunu hamıdan xəbərsiz, özbaşına etmişdir. Rəhbərliyin verdiyi 2019-cu il tarixli əmrdə satış təmsilçilərinə qadağan edilmiş fəaliyyətlər göstərilmiş və həmin fəaliyyətlərə yol vermiş satış təmsilçisinin dərhal işdən azad olunması qeyd olunmuşdur. Bu fəaliyyətlərdən biri də, satış təmsilçisinin sürüşməyə yol verməsi, yəni bir müştərinin adına anbardan çıxartdığı malı, başqa bir müştəriyə satmasıdır, yəni malı adı satış fakturasında göstərilməyən şəxsə satmasıdır. Bu zaman satış təmsilçisi dərhal işdən azad olunur. Həmçinin həmin əmrdə bu hallara göz yuman bölgə müdiri və digər əməkdaşlarında dərhal işdən azad olunacaqları göstərilmişdir. Qeyd olunan əmr ASC-nin inzibati binasında giriş çıxışdakı elan lövhəsindən asılmışdır. Təqsirləndirilən şəxs sürüşməyə yol verməsi aşkar olunduqdan sonra dərhal işdən azad olunmuşdur. Təqsirləndirilən şəxs satdığı mallara görə edilmiş bütün endirimlər nəzərə alınmış və həmin endirimlərin dəyəri Ruslanın hesabından çıxılmışdır. Həmçinin həmin endirimlər hesab fakturalarında qeyd olunmuşdur. Bəzi hallarda olmuşdur ki, hansısa müştəri hesab fakturasında göstərilən endirimdən əlavə endirim istədikdə satış təmsilçisi bu barədə bölgə müdirinə məlumat vermiş və bölgə müdiri isə ona bu barədə email göndərmişdir. O, müştərinin istədiyi endirimin verilməsini məqbul hesab etdikdə bu barədə bölgə müdirinə emaillə razılıq cavabı vermişdir. Yalnız bundan sonra satış təmsilçisi həmin müştəriyə qeyd olunmuş endirimi tətbiq edə bilər. Həmin endirimlər isə ay sonunda hesablanmaqla müştərinin borcundan və satış təmsilçisinin hesabından çıxılmışdır. Satış fakturasından kənar endirimlər müəyyən şərtlər altında verilir. Məsələn müştəri daha çox mal aldıqda, ödənişi nağd olaraq ödəyəcəyini bildirdikdə, həmin müştəriyə satış fakturasından kənar endirim tətbiq edilir. Həmçinin ay ərzində tətbiq edilmiş bütün kompaniyalar üzrə müştərilərə edilmiş endirim faizləri və hədiyyə qismində verilmiş mallar hər bir halda satış fakturalarında göstərilmişdir. Ümumiyyətə Təqsirləndirilən şəxs işlədiyi müddətdə digər satış təmsilçiləri kimi özündə olan terminal vasitəsilə satışına tam nəzarəti həyata keçirtmişdir. Ruslan terminal vasitəsilə hansı müştəriyə hansı tarixdə nə qədər mal satdığına, hansı tarixdə, hansı müştəridən kassaya nə qədər satış pulu mədaxil edilməsinə, bütün müştərilərin borclarına, hər bir müştəriyə edilmiş endirimlərin məbləğinə nəzarət etmiş, qeyd olunan məlumatların hamısı terminalda əks olunmuşdur. Təqsirləndirilən şəxs satdığı mallara görə müştərilərə edilmiş bütün endirimlər nəzarə alınmışdır. Əgər Ruslan hansısa bir müştəriyə özündən əlavə endirim etmişdirsə, bunu rəhbərlikdən, ondan və bölgə müdirindən xəbərsiz etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş “A+CO” ASC-də satış meneceri vəzifəsində işləyən Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs hansısa bir müştərinin adına ASC-nin anbarından mal çıxardıb, həmin malları ASC ilə əməkdaşlıq etməyən şəxslərə satmasını deməmiş, bununla bağlı heç bir göstəriş verməmişdir. Ruslanın ASC-nin anbarından çıxartdığı malları ASC ilə əməkdaşlıq etməyən, adları satış fakturalarında göstərilməyən şəxslərə satmasından onun, ASC-nin rəhbərliyinin, bölgə müdirinin məlumatı olmamış, Ruslan bunu hamıdan xəbərsiz, özbaşına etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2018-ci ilin aprel ayından “A+CO” ASC-də bölgə müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi, yəni ekspeditor vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən ticarət obyektlərinə “A+CO” ASC- nin mallarını satmışdır. Ya 2019-cu ildən yada ki, 2020-ci ildən işlədiyi son günədək Təqsirləndirilən şəxs bölgə müdiri o olmuşdur. Bölgə müdiri kimi vəzifələri rəhbərliyin müəyyən eydiyi günlük planları satış təmsilçiləri arasında bölüşdürülməsi, satışın təşkil olunması, ona tabe olan satış təmsilçilərinin fəaliyyətinə, onlar tərəfindən günlük, aylıq planların icrasına nəzarət etməkdən, satış təmsilçiləri tərəfindən sifarişlərin qəbul edilməsinə, çatdırılmasına və ödənişlərin yığılmasına nəzarət etməkdən ibarətdir. Həmçinin satış təmsilçiləri müştərilərdən aldıqları satış pullarını terminala işlədikdən sonra, kassaya mədaxil edilməsi üçün ona verirlər. O, isə həmin pulları kassaya mədaxil etdikdən sonra kassir tərəfindən ona verilmiş kassa mədaxil orderlərini satış təmsilçisinə verir. Kassa mədaxil orderində satış təmsilçisinin adı, ödəniş etmiş müştərilərin adları və ödəniş məbləğləri qeyd olunur. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi, həmin sifarişlərin terminala işlənməsi və malların ödənişlərinin müştərilərdən yığılması və həmin ödənişlərin ASC-nin kassasına mədaxil edilməsi üçün ona verilməsindən ibarət olmuşdur. Belə ki, satış təmsilçisi kimi Təqsirləndirilən şəxs müştərilərdən sifarişləri qəbul etdikdən sonra həmin sifarişləri ASC tərəfindən verilmiş mobil telefonda olan terminal deyilən proqrama işləmişdir. Bundan sonra, həmin sifarişlər mərkəzi anbarda göründüyündən sifarişlərin hazırlanma prosesi başlamış və həmin sifarişlərə dair anbarda 3 nüsxədə satış fakturası çap olunmuşdur. Daha sonra növbəti gün ASC tərəfindən Ruslana ayrılmış sürücü həmin sifarişləri qəbul edərək müştərilərə çatdırmışdır. Bu zaman sürücü satış fakturasının bir nüsxəsini imzalamaqla malları qəbul etməsini təsdiq etmiş və həmin nüsxəni anbara qaytarmışdır. Daha sonra sürücü həmin malları müştərilərə satış fakturası əsasında təhvil vermişdir. Bu zaman sürücü satış fakturasının bir nüsxəsini müştəriyə vermiş digər nüsxəsini isə müştəriyə imzalatmaqla özündə saxlamışdır. Sonda isə sürücü müştəriyə imzalatdığı satış fakturasını satış təmsilçisi Ruslana vermişdir. Satış fakturalarında satış təmsilçisi kimi Təqsirləndirilən şəxs adı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Bundan sonra Ruslan həmin malların pulunu müştərilərdən yığmağa başlamış və satış pulunu müştəridən aldıqdan sonra özündə olan terminala işləmiş və daha sonra, kassaya mədaxil edilməsi üçün ona vermişdir. Ümumi qaydalara əsasən satış təmsilçiləri müştərilərdən aldıqları satış pulunu terminala işləməsə, satış pulunu ona versə belə, kassa həmin məbləği qəbul etmir. Gərək əvvəlcə satış təmsilçisi aldığı satış pulunun məbləği, hansı müştəridən alması barədə məlumatları terminala qeyd etsin ki, kassa satış təmsilçisinin ona əlbəəl verdiyi satış pulunu qəbul etsin. Təqsirləndirilən şəxs işlədiyi müddətdə də, qayda bu cür olmuşdur. O, Ruslandan aldığı bütün satış pullarını ASC-nin kassasına mədaxil etmiş və kassir tərəfindən ona verilmiş kassa mədaxil orderlərini Ruslana təqdim etmişdir. Təqsirləndirilən şəxs ərazisində aparılan təftiş zamanı sonuncunun, adını hazırda xatırlamadığı müştərinin adına sifarişlər yazaraq həmin malları ASC ilə əməkdaşlıq etməyən şəxslərə satması aşkar olunmuşdur. Bu barədə rəhbərliyə məlumat verilmiş və rəhbərlik Ruslanın dərhal işdən azad olunması ilə bağlı göstəriş vermişdir. Bundan sonra Ruslanın fəaliyyəti yoxlanılmış və sonuncunun özünün də, iştirakı ilə bütün müştərilərlə təhvil-təslim aparılmışdır. Bu zaman hər bir müştəri üzrə akt tərtib olunmuş və aktlar həm Ruslan, həmdə müştərilər tərəfindən imzalanmışdır. Təftiş zamanı Təqsirləndirilən şəxs hesabında 18739,57 manat satış pulu çatışmazlığı qalması aşkar olunmuşdur. Ruslanın özüdə etiraf etmişdir ki, müştərilərin adına sifarişlər yazmaqla, həmin malların anbardan çıxarılmasına nail olmuş və malları ASC ilə əməkdaşlıq etməyən şəxslərə satmışdır. Təqsirləndirilən şəxs tamamilə yalan danışır, o, sonuncuya ona heç vaxt deməmişdir ki, hansısa bir müştərinin adına ASC-nin anbarından mal çıxardıb, həmin malı ASC ilə əməkdaşlıq etməyən şəxslərə satsın. Ruslanın ASC-nin anbarından çıxartdığı malları ASC ilə əməkdaşlıq etməyən, adları satış fakturalarında göstərilməyən şəxslərə satmasından onun, ASC-nin rəhbərliyinin, menecer Elnurun məlumatı olmamış, Ruslan bunu hamıdan xəbərsiz, özbaşına etmişdir. Rəhbərliyin verdiyi müvafiq əmrdə satış təmsilçilərinə qadağan edilmiş fəaliyyətlər göstərilmiş və həmin fəaliyyətlərə yol vermiş ekspeditorların dərhal işdən azad olunması qeyd olunmuşdur. Həmin fəaliyyətlərdən biri də, satış təmsilçisinin sürüşməyə yol verməsi, yəni bir müştərinin adına anbardan çıxartdığı malı, başqa bir müştəriyə və ya ASC ilə əməkdaşlıq etməyən şəxsə satmasıdır, yəni malı adı hesab fakturasında göstərilməyən şəxsə satmasıdır. Bu zaman satış təmsilçisi dərhal işdən azad olunur. Həmçinin həmin əmrdə bu hallara göz yuman bölgə müdiri və digər əməkdaşlarında dərhal işdən azad olunacaqları göstərilmişdir. Həmin əmr ASC-nin inzibati binasında giriş çıxışdakı elan lövhəsində asılmışdır. Təqsirləndirilən şəxs sürüşməyə yol verməsi aşkar olunduqdan sonra dərhal işdən azad olunmuşdur. Ruslanın işdən azad olunmasına səbəb məhz bu amil olmuşdur. Təqsirləndirilən şəxs satdığı mallara görə müştərilərə edilmiş bütün endirimlər nəzərə alınmış və həmin endirimlərin dəyəri Ruslanın hesabına çatışmazlıq kimi əlavə olunmamışdır. Həmin endirimlər məhz satış fakturalarında qeyd olunmuşdur. Bəzi hallarda olmuşdur ki, hansısa müştəri hesab fakturasında göstərilən endirimdən əlavə endirim istədikdə satış təmsilçisi barədə bölgə müdiri kimi ona məlumat verir və ümumi qaydalara əsasən o, müştərinin istədiyi endirim barədə satış müdiri Şahid4 emai! göndərir. Şahid4 isə müştərinin istədiyi endirimi məqbul hesab etdikdə bu barədə ona razılıq emaili göndərir. Yalnız bundan sonra satış təmsilçisi həmin müştəriyə qeyd olunmuş endirimi tətbiq edə bilər. Həmin endirimlər isə ay sonunda hesablanmaqla müştərinin borcundan və satış təmsilçisinin hesabından çıxılmışdır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə də, belə olmuşdur və onun mal satdığı hansısa bir müştəri əlavə endirim istədikdə, yalnız Şahid4 razılığı əsasında müştəriyə həmin endirim edilmiş və endirim məbləği bütün hallarda həm müştərinin həm də, Ruslanın hesabından çıxılmışdır. Hesab fakturasından kənar endirimlər müəyyən şərtlər altında verilir. Məsələn müştəri daha çox mal aldıqda, ödənişi nağd olaraq ödəyəcəyini bildirdikdə, həmin müştəriyə hesab fakturasından kənar endirim tətbiq edilir. Həmçinin ay ərzində tətbiq edilmiş bütün kompaniyalar üzrə müştərilərə edilmiş endirim faizləri və hədiyyə qismində verilmiş mallar hər bir halda hesab fakturalarında göstərilmişdir. Ümumiyyətə Təqsirləndirilən şəxs işlədiyi müddətdə, özündə olan terminal vasitəsilə satışına tam nəzarəti həyata keçirtmişdir. Ruslan terminal vasitəsilə hansı müştəriyə hansı tarixdə nə qədər mal satdığına, hansı tarixdə, hansı müştəridən kassaya nə qədər satış pulu mədaxil edilməsinə, bütün müştərilərin borclarına, hər bir müştəriyə edilmiş endirimlərin məbləğinə nəzarət etmiş, qeyd oiunan məlumatların hamısı terminalda göstərilmişdir. Əgər Ruslan hansısa bir müştəriyə özündən əlavə endirim etmişdirsə, bunu rəhbərlikdən və ondan xəbərsiz etmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs tamamilə yalan danışır. Ruslan işlədiyi müddətdə ASC ilə əməkdaşçlıq edən müştərilərin adlarına böyük həcmdə sifarişlər yazaraq həmin malların anbardan çıxarılmasına nail olmuş, daha sonra həmin malları ASC ilə əməkdaşlıq etməyən şəxslərə satmaqla əldə etdiyi pulları mənimsəmişdir. İş materiallarındakı satış fakturalarının hamısı Təqsirləndirilən şəxs sifarişləridir, həmin fakturalarda qeyd olunan mallar Ruslanın sifarişləri əsasında anbardan buraxılmışdır. Satış fakturalarında həm satış təmsilçisi kimi Təqsirləndirilən şəxs adı qeyd olunmuşdur, həm də, satış fakturalarında qeyd olunan müştərilər Təqsirləndirilən şəxs mal satdığı müştərilərdir. Həmdə satış fakturaları Ruslan tərəfindən imzalanmışdır. Belə ki, anbarda qalan satış fakturaları, imzalaması üçün sonradan Təqsirləndirilən şəxs təqdim edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, 2019-cu ilin aprel ayından 2020-ci ilin yanvar ayınadək “A+CO” ASC-də bölgə müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən ticarət obyektlərinə “A+CO” ASC-nin mallarını satmışdır. İşlədiyi müddətdə, Təqsirləndirilən şəxs onun tabeçiliyində olan satış təmsilçilərindən biri olmuşdur. Təqsirləndirilən şəxs tamamilə yalan danışır, o, Ruslana ona heç vaxt deməmişdir ki, hansısa bir müştərinin adına MMC- nin anbarından mal çıxardıb, MMC ilə əməkdaşlıq etməyən şəxslərə satsın. O, işlədiyi müddətdə “A+CO” ASC-nin təşkilat forması ASC deyil, MMC olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs spirtli içki deyil, yalnız enerji içkiləri satmışdır. Onun işlədiyi müddətdə belə bir hal olmamışdır ki, Təqsirləndirilən şəxs hansısa bir müştərinin adına MMC-nin anbarından mal çıxarıb başqa şəxslərə satsın. Ümumiyyətlə bu hal MMC-də həmişə qadağan edilmiş və belə hallara yol verən satış təmsilisi cəzalanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin yanvar ayından “A+CO” ASC-də təftiş üzrə mütəxəssis vəzifəsində işləyir. Təftişçi kimi vəzifələri satış təmsilçilərinin fəaliyyətini rəhbərliyin müəyyən etdiyi siyahı əsasında yoxlamaqdan, müştərilərdə hansı məbləğdə pul qalığının qalmasının yoxlanılmasından ibarədir. Fəaliyyətini yoxlamaq üçün təhkim olunduğum satış təmsilçilərindən biri də, Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs işdən çıxmaq istədiyini bildirdiyi üçün 2022-ci ilin may ayında sonuncunun ərazisində təhvil-təslim aparılmışdır. Bu zaman Ruslanın hesabında, mal satdığı müştərilər üzrə çatışmazlıqlar aşkar olunmuşdur. Təhvil təslimdə o iştirak etməmiş, ASC-nin digər təftiş üzrə üzrə mütəxəssisi Şahid3 iştirak etmişdir. Sonradan bir neçə müştəri ASC ilə əlaqə saxlayaraq, habelə Ruslanın yerinə təyin olunmuş satış təmsilçisinə təftiş zamanı borclarını səhv göstərdiklərini bildirmişlər. Belə ki, Ruslan təftişdən əvvəl bir çox müştəridən xahiş etmişdir ki, təhvil-təslim zamanı ASC-nin göstərdiyi məbləğlərə qol çəksinlər, yəni ASC-yə olan borclarını artıq göstərsinlər. Müştərilərdən "xxxx", "xxxx", "xxxx", "xxxx" adlı müştərilər isə Ruslana inanıb etibar etdiklərindən sonuncu ilə razılaşıb, təhvil- təslim zamanı ASC-nin göstərdikləri məbləği təsdiq etmişlər. Ruslan həmin müştəriləri aldadaraq demişdir ki, “siz borc olaraq ASC deyən məbləği təsdiq edin, mən bir neçə gün ərzində bu məsələni həll edəcəm, sizin adınızdan ASC-nin kassasına pul mədaxil edib borcu bağlayacam”. Nəticədə təhvil təslim zamanı, "xxxx" adlı müştərinin borcu cəmi 320 manat olsa da, borcunu 1234,58 manat, "xxxx" adlı müştərinin borcu cəmi 1260 manat olsa da, borcunu 2632,79 manat, "xxxx" adlı müştərinin borcu cəmi 156 manat olsa da, borcunu 1878,81 manat, "xxxx" adlı müştərinin borcu cəmi 369 manat olsa da, borcunu 1196 manat göstərmiş və təhvil təslim aktlarını imzalamışlar. Şahid3 tərəfindən keçirilmiş təftişdən bir neçə gün sonra o, adlarını qeyd etdiyi 4 müştəri üzrə yenidən təhvil-təslim aparmış və məlum olmuşdur ki, "xxxx" adlı müştərinin ASC-yə borcu cəmi 320 manat, "xxxx" adlı müştərinin ASC-yə borcu cəmi 1260 manat, "xxxx" adlı müştərinin ASC-yə borcu cəmi 156 manat, "xxxx" adlı müştərinin isə ASC-yə borcu cəmi 369 manatdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün həmin müştəriləri aldatmışdır. Ruslan müştərilərə ASC-yə olan borclarını bir neçə gün ərzində kassaya mədaxil edəcəyini dediyi üçün həmin müştərilər sonuncu razılaşıb, sözünə etibar edərək ilkin təhvil-təslim zamanı borclarını çox göstərmişlər və ya borc olaraq ASC-nin sistemində olan məbləği təsdiq etmişlər. Ruslan ya həmin müştərilərdən aldığı satış pullarını ASC-nin kassasına mədaxil etməyib mənimsəmiş, ya da ki, həmin müştərilərin adlarına sifariş yazaraq ASC-nin anbarından mal çıxardıb başqa şəxslərə satmışdır. Ümumiyyətlə ASCdə hansısa müştərinin adına sifariş yazılaraq həmin malın başqasına satılması qadağandır, aşkar olunduqda satış təmsilçisi işdən azad olunur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2020-ci ildən 2022-ci ilin payız aylarınadək “A+CO” ASCdə sürücü vəzifəsində işləmişdir. Sürücü kimi vəzifələri satış təmslçilərinin sifarişləri əsasında ASC-nin anbarından buraxılmış malların müştərilərə çatdırlmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yerləşən ticarət obyektlərinə “A+CO” ASC-nin mallarını satmışdır. O, Təqsirləndirilən şəxs sifarişləri əsasında ASC-nin anbarından buraxılmış malları müştərilərə çatdırmışdır. Malları anbardan satış fakturasını imzalamaqla qəbul etmişdir. Daha sonra malları fakturada adları qeyd olunan müştərilərə aparıb təhvil vermiş və bu zaman satış fakturasının bir nüsxəsini müştəriyə imzalatmaqla anbara qaytarmışdır. Bəzi vaxtlar olmuşdur ki, Ruslanın sifarişi əsasında anbardan götürdüyü malları müştəriyə apardıqda müştəri həmin malları sifariş vermədiyini bildirmişdir. Bu zaman o, Ruslana zəng etdikdə, Ruslan dərhal ora gələrək həmin müştəri ilə danışmış və müştəri fakturanı imzalamışdır. Daha sonra o, müştəridən fakturanı alıb oradan uzaqlaşmışdır. Yalnız Ruslan işdən çıxdıqdan sonra o, bilmişdir ki, Ruslan həmin malları özü aparıb başqa şəxslərə satmışdır. Bu hal bir neçə müştəri üzrə bir neçə dəfə baş vermişdir. ASC-də sürüşdürmə, yəni malın adı fakturada göstərilən müştəriyə deyil, başqasına satılması qadağandır və bu zaman satış təmsilçisi işdən azad olunur. Sürücü malı başqa ünvana apardıqda isə sürücü də, işdən azad olunur. Ona görə də, o, Təqsirləndirilən şəxs sifarişi əsasında anbardan buraxılmış malları həmişə fakturada adı göstərlən müştərilə aparıb təhvil vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2020-ci ilin fevral ayından 2022-ci ilin sentyabr ayınadək Sumqayıt şəhəri, 1-ci mkr.-da yerləşən “Eko mini” market adlı ərzaq mağazasını işlətmişdir. Mağaza fəaliyyət göstərdiyi müddətdə mal aldığı firmalardan biri də, “A+CO” ASC olmuşdur. “A+CO” ASC-dən spirtli və enerji içkiləri almışdır. ASC-nin istehsal etdiyi spirtli və enerji içkilərini onun mağazasına ASC-nin ekspeditoru Təqsirləndirilən şəxs satmışdır. Təqsirləndirilən şəxs əvvəlcə mağazaya gələrək ondan sifarişləri götürüb, ASCyə ötürmüş, səhəri gün isə həmin sifarişlər malpaylayan tərəfindən onun mağazasına gətirilmişdir. Bu zaman ya o, yada ki, mağazada işləyən satıcı satış fa kturasını imzalamaqla həmin sifarişləri qəbul etmişdir. O, malları Ruslandan nisyə almış və aldığı malların pulunu əksər hallarda ay sonunda və ya növbəti ay ərzində Ruslanın özünə əlbəl vermişdir. O, “A+CO” ASC-dən aldığı malların pulunu yalnız Ruslanın özünə vermişəm. Aldığı mallara görə Təqsirləndirilən şəxs tərəfindən ona satış fakturasında göstərilən endirim məbləğindən, endirim faizindən əlavə heç vaxt hər hansı bir endirim edilməmişdir. 2022-ci ilin may ayında, mağazada satıcı işləyən Şamil Hüseynov ona zəng edərək “A+CO” ASC-nin nümayəndəsinin, Təqsirləndirilən şəxs və yeni ekspeditor Mehmanın mağazaya gəlib təhvil-təslim apardıqlarını deyib, ondan mağazanın ASC-yə nə qədər borcu olmasını soruşmuşdur. Həmin vaxt mağazada olan borc dəftəri yanında olduğu üçün o, dəftərə baxıb borcun 650 manat olduğunu bildirmişdir. Həmin tarixdə onun ASCyə borcu 650 manat olmuşdur. Bu zaman akt tərtib olunmuş və Şamil Hüseynov aktı imzalamaqla “Eko mini” marketin “A+CO” ASC-yə 650 manat borcu olmasını təsdiq etmişdir. Təqsirləndirilən şəxs “Eko mini” marketin adına sifariş yazaraq, həmin sifarişlər əsasında anbardan çıxartdığı malları başqa şəxslərə satmasından onun məlumatı olmamışdır. Bir neçə dəfə olmuşdur ki, sifariş vermədiyi halda, “A+CO” ASC-nin sürücüsü onun mağazasına “Eko mini” marketin adından verilmiş sifarişlər gətirmişdir. Həmin vaxt o, sürücüyə, gətirdiyi malları sifariş vermədiyini bildirdikdə, sürücü ona satış fakturasında onun mağazasının adının qeyd olunduğunu bildirmişdir. Belə hallarda o, Təqsirləndirilən şəxs zəng etmiş və Ruslan ona “sən narahat olma, həmin mallar sənin sifarişin deyil, səhv yazılıbdır, satış fakturasını imzala malları qəbul et, mən özüm gəlib həmin malları səndən götürəcəm” demişdir. O, isə Ruslana etibar etdiyindən sonuncu ilə razılaşaraq satış fakturasını imzalamaqla həmin malları qəbul etmişdir. Bu hal cəmi ya 1, yada ki 2 dəfə olmuşdur. Həmin malların dəyərinin nə qədər olmasını isə hazırda xatırlamır, çünki həmin mallar onun sifarişim olmamışdır. Həmin mallar araq içkiləri olmuş, böyük həcmdə mallar olmamış və cəmi 2-3 qutu araqdan ibarət olmuşdur. Sonradan Təqsirləndirilən şəxs onun mağazasına gələrək həmin 2-3 qutu arağı öz avtomobilinə qoyub aparmışdır. Sürücünün ona verdiyi satış fakturasını isə o, Ruslana vermişdir. Lakin Ruslanın onun adından verdiyi həmin sifarişlərin ümumi dəyəri, Ruslanın onun mağazası üzrə hesabında yaranmış çatışmazlıq məbləği olan 2125 manatdan az olmuşdur. Çox gümanki Təqsirləndirilən şəxs ondan aldığı satış pulunun bir hissəsini də, şirkətin kassasına ödəməmişdir. ASC-nin əməkdaşı təhvil- təslim aparılması üçün onun mağazasına gəldiyi gündən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs mağazaya gələrək ondan xahiş etmişdir ki, A+CO” ASC-nin əməkdaşı mağazaya gəldikdə mağazanın borcunu daha çox, təxminən 2800 manata yaxın göstərsin. Bu zaman Ruslan “narahat olma, sən borcu mən deyən məbləğdə göstər, mən “A+CO” ASC-də işləyə- işləyə başqa firmada da, işləyirəm, sən mənimlə razılaş, təsdiq edəcəyin borcun əvəzində sənə işlədiyim digər firmadan pulsuz mal verəcəm” demişdir. O, isə Ruslanla razılaşmamışdır.Yalnız təhvil-təslim aparıldıqdan sonra o, bilmişdir ki, onun mağazası üzrə Ruslanın borcu 2800 manata yaxındır. Həmin məbləğin yalnız 650 manatı onun borcudur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid9 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, 2020-ci ildən 2022-ci ilin fevral ayınadək “A+CO” ASC-də bölgə müdiri vəzifəsində işləmişdir. İşdən çıxdıqdan sonra bir müddət səyyar satışla məşğul olmuşdur. Təqsirləndirilən şəxs tanıyır, sonuncu ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs işlədiyi müddətdə başqa-başqa müştərilərin adlarına ASC-nin anbarından mal çıxardıb ona satmışdır. Ruslanın bunu rəhbərlikdən xəbərsiz edib-etməməsini o bilməmişdir. O, Ruslandan aldığı malların pulunu Ruslanın özünə vermişdir. Lakin sonuncunun həmin məbləğləri ASC-nin kassasına ödəyibödəməməsi barəsində onun məlumatı yoxdur. O, aldığı malların pulunun bir hissəsini Ruslana ödəsə də, 5000 manatını ödəməmişdir. 5000 manatı Ruslana ödəməməsinə səbəb “A+CO” ASC-nin ona təxminən 5000 manat borclu olması olmuşdur. İş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: 05 aprel 2019-cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs “A+CO” MMCnin direktoru X2 müraciət edərək MMC-də satış təmsilçisi işinə qəbul edilməsini xahiş etmişdir. “A+CO” MMC-nin direktoru X3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 05 aprel 2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən “A+CO” MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. “A+CO” MMC-nin direktoru X3 tərəfindən verilmiş 05 aprel 2019-cu il tarixli 31OK nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 05 aprel 2019-cu il tarixdə satış təmsilçisi vəzifəsinə təyin edilmişdir. “A+CO” MMC-nin direktoru X3 ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 05 aprel 2019-cu il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, Təqsirləndirilən şəxs ona həvalə edilmiş sərvətləri qoruyub saxlamaq, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmaq, eyni zamanda müəssisəyə ziyan vurmamaq, rəhbərliyə vaxtlı- vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat vermək, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq uçotunu aparmaq, maddi sərvətlərin inventarizasiyasında iştirak etmək və tam maddi məsuliyyət haqqında müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirmək vəzifələrini öhdəsinə götürmüşdür. Vəzifə təlimatından görünür ki, Təqsirləndirilən şəxs satış təmsilçisi kimi vəzifələri və öhdəlikləri ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etmək, şirkətin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim etmək, cari sifarişləri nəzarətdə saxlamaq və təlimatda göstərilən digər vəzifələrdən ibarətdir. Təqsirləndirilən şəxs vəzifə təlimatı ilə tanış olmuş və təlimat tərəfindən imzalanmışdır. “A+CO” MMC-nin direktoru X3 tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli 208K nömrəli əmrdən görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunmuşdur. 14 iyun 2022-ci il tarixli müstəqil auditor hesabatından (rəy) görünür ki, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək dislokasiyasına aid edilən satış nöqtələri ilə qarşılıqlı üzləşdirmə aktları əsasında 68059,17 manat məbləğində mal qalığı Təqsirləndirilən şəxs tam maddi məsuliyyətinə verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixindən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində Cəmiyyətin anbarından 146121,20 manat dəyərində mal sifariş etmiş və həmin sifarişlər üzrə mallar R. Həsənov tərəfindən öz maddi məsuliyyətinə qəbul edilmişdir. Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində akt üzrə maddi məsuliyyətinə verilmiş 68059,17 manat və Cəmiyyətin anbarından götürmüş olduğu 146121,20 manat dəyərində, cəmi 214180,37 manat məbləğində maldan 44956,90 manat dəyərində olan hissəsini Cəmiyyətin anbarına geri qaytarmış, maddi məsuliyyətinə qəbul edilmiş mallara Cəmiyyət tərəfindən 37424,69 manat dəyərində endirim olunmuş, Cəmiyyətin kassasına nağd şəkildə 82608,41 manat ödəniş etmiş, ərazidə 30450,80 manat mal qalığı qalmışdır. Nəticədə mühasibat qalığı ilə faktiki mal qalığını üzləşdirdikdə Təqsirləndirilən şəxs hesabında 18739,57 manat çatışmazlıq müəyyən olunmuşdur. Məhkəmə-mühasibatlıq ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 9/6893 nömrəli ekspert rəyindən görünür ki, “A+CO” ASC-nin sabiq satış təmsilçisi Təqsirləndirilən şəxs hesabında 27 may 2022-ci il tarixə yaranmış çatışmazlıq 18739,57 manat məbləğində müəyyən edilir. “A+CO” ASC-dən daxil olmuş 19 may 2023-cü il tarixli XS-385 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ASC-yə vurulmuş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir tələbləri yoxdur. Kapital Bank ASC-yə məxsus ödəniş qəbzindən görünür ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi, yəni 3440 manat miqdarında pulu məhkəmə zamanı dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Ona görə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinməsi sübutdur, ona görə də həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və Gəncə şəhər Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. CMS-AZEMİS çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017ci il təvəllüdlü Melisa və xx.xx.2020-ci il təvəllüdlü Mədəd adlı uşaqları var. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyası həddində islah işləri növündə cəza ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. İş üzrə keçirilmiş 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər İcra İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə keçirilmiş 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Sumqayıt şəhər İcra İdarəsinə və Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar