Məhkəmə qərarları › İş №1(012)-573/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-573/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-573/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Qanuni nümayəndə və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1967-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, “xxxxx” MMC baytarlıq firmasında işləyən, məhkum olunmamış, Lerik rayonu, Zenonu kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinəAbşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il saat 17:50-də idarə etdiyi X18 yük markalı H028476 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı istiqamətində hərəkətdə olarkən, Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 43,7-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1 -ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərəkətnin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə ziyan vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağında təhlükəsiz hərəkətini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib, idarəetməni itirərək avtomobiliin qabaq hissəsi yolun sağ kənarında ehtiyat hissədə dayanmış Azsamand minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Azsamand markalı avtomobilin sərnişinləri X5 başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs2 sol bud nahiyəsinin yuxarı 1/3-nin və sol bud çanaq oynağı nahiyəsini əhatə edən həmin oynaq səviyyəsində hərəkətlərin məhdudlaşdırılması ilə nəticələnən geniş ölçülü hematoması, sol iç-topuq nahiyəsinin əzilmiş-cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Zərərçəkmiş şəxs3 alın nahiyəsinin sağ hissəsinin geniş həcmli dərialtı hematoması və sıyrığı, sol gicgah nahiyəsinin əzilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, Qanuni nümayəndə sağ aşıqbaldır oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldır nahiyəsinin sağ 1/3-nin və sağ aşıq-baldır oynağı nahiyəsinin geniş ölçülü qançırşişkinliyi, alın nahiyəsinin sağ hissəsinin, bel nahiyəsinin sol yarısının, sol bazu nahiyəsinin orta 1/3- nin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, X1 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ ayaq pəncəsinin sıyrığı, sağ bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əziyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, X18 markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs4 qapalı kəllə beyin travması, alın-təpə nahiyəsinin əzilmiş cırılmış yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarətləri almalarına, habelə Azsamand minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi X9 7500 (yeddi min beş yüz) manat, X18 yük markalı H028476 dövlət qeydiyyat nişanlı avtomobilin əzilərək sahibi «xxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətə 9955 (doqquz min doqquz yüz əlli beş) manat maddi ziyan yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə sürücü işlədiyi «xxxxx» MMC baytarlıq firması-baytarlıq preparatları paylamaq üçün «Avec» firmasına məxsus idarə etdiyi «X18» markalı, H028476 dövlət qeydiyyat nişanlı avtomobil ilə bir nəfər sərnişinlə birgə Şamaxı istiqamətindən Bakı-Şamaxı-Yevlax yolu ilə Bakı şəhərinə gələrkən Bakı- Şamaxı yolunun 43,7-ci kilometrliyinə çatmağa az qalmış avtomobili 70-80 km/saat sürətlə sağ zolaqda hərəkət edərkən ani anda özündən asılı olmayaraq avtomobil yoldan sağa istiqamətlənərək yoldan sağda dayanmış qara rəngli minik avtomobilinin arxa hissəsi ilə toqquşmuş, onun idarə etdiyi avtomobildə qabaq oturacaqda Qobustan rayonunda yoldan götürdüyü adını bilmədiyi cavan bir oğlan olmuş, hadisə nəticəsində həmin oğlan toqquşduğu Azsamand markalı avtomobilin sürücüsü və sərnişinlər xəsarət almışlar. O, xəsarət almamış, avtomobilində 400 kq dərman preparatları olmuşdur. Avtomobili hadisədən əvvəl saz vəziyyətdə olmuş, onu idarə edərkən spirtli içki qəbul etməmiş, onun idarə etdiyi avtomobildə bir nəfər sərnişin olmuş, o, hadisənin səbəbi kimi ani yuxuladığını göstərmişdir. Sonda o, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanın əksər hissəsinin ödənilməsini əsas gətirərək ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Şamaxı rayonundan Bakı şəhərinə gəlmək üçün sərnişin qismində Azsamand markalı avtomobildə arxa sağ oturacaqda, yanında solda anası Xuraman, onun yanında 5 yaşlı oğlu Yusif və qucağında bir yaşı olan qızı Ləman, solda həmyerlisi Dəyanət, qabaqda sürücünün yanında Şamaxıdan olan oğlan əyləşmiş, Bakı- Şamaxı yolunun Abşeron rayonu ərazisində sürücü avtomobili yolun sağına çıxarıb ehtiyat hissədə saxlamış, sürücü və bir nəfər sərnişin oğlan avtomobildən düşüb siqaret çəkmiş, yenidən avtomobilə oturmuşlar. Həmin an əyləşdiyi avtomobilin arxasından zərbə olmuş, avtomobil irəliyə atılıb fırlanmış, o və avtomobildə olan şəxslər xəsarət almışlar. Yerə düşdükdə əyləşdiyi avtomobili arxadan ağ rəngli Fiat markalı avtomobil vurduğunu görmüş, hadisə zamanı 2018-ci il təvəllüdlü qızı xəsarət almamışdır. Sonda o, təqsirləndiirlən şəxsdən şikayətçi olduğunu, onun qanuna müvafiq qaydada cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində qızı Leyla, nəvələri Ləman və Yusiflə birlikdə Bakı-Şamaxı yolu ilə Bakı şəhərinə gedərkən yolda sürücü avtomobili yolun sağ kənarında ehtiyat hissədə saxlayaraq siqaret çəkmiş və sonradan avtomobilə əyləşmiş, həmin vaxtı bir avtomobil gəlib əyləşdiyi avtomobili arxadan vurmuş, hadisə zamanı onlar xəsarət almışlar, yalnız Ləman xəsarət almamış, xəsarət aldıqları üçün xəstəxanaya müraciət etmişlər və on gün müalicə aldıqdan sonra evə buraxılmışlar. Sonda o, təqsirləndiirlən şəxsdən şikayətçi olduğunu, onun qanuna müvafiq qaydada cəzalandırılmasını və ona vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 17:50 radələrində idarə etdiyi Azsamand minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı istiqamətindən Bakı şəhərinə gələrkən Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində avtomobili yoldan sağa ehtiyat hissəyə çəkib saxlamış, o və avtomobildə olan sərnişinlərdən biri düşüb siqaret çəkdikdən təxminən 2 dəqiqə sonra qayıdıb avtomobilə əyləşmişlər. O, avtomobilin mühərrikini işə salmaq istərkən avtomobilinin arxa hissəsindən güclü zərbə olmuş, avtomobili irəliyə atılmış, avtomobildə arxada oturan iki qadın, bir oğlan və bir azyaşlı uşaq, habelə o və yanında oturan sərnişin xəsarət almışlar. Sonradan avtomobili arxadan Fiat Doblo markalı avtomobil vurduğunu bilmiş, həmin avtomobilin sürücüsünü sonradan tanımış və həmçinin avtomobilin yüksüz və saz vəziyyətdə olduğunu qeyd etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Qobustan rayonu dairənin yaxınlığından Bakı şəhərinə gəlmək üçün Fiat Doblo markalı avtomobilə əyləşmiş, yolda sürücü ilə bir qədər söhbət etdikdən sonra yorğun olduğu üçün mürgüləmiş, birdən səs eşidib ayılmış, Görmüşdür ki, sərnişini olduğu avtomobil qara rəngli Azsamand markalı avtomobili vurmuş və zərbədən o, xəsarət almışdır. Həmçinin Azsamand markalı avtomobildə olan səmşinlər və sürücü də xəsarət almışlar. Sonradan o, Fiat markalı avtomobil yoldan çıxaraq yolun sağ ehtiyat hissəsində dayanmış Azsamand markalı avtomobili arxa hissəsindən vurduğunu, sürücünün və sərnişinlərin tanımadığını bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtı Şamaxı şəhərindən Azsamand markalı avtomobilə sərnişin kimi minib arxada sol oturacaqda oturmuşdur. Ondan başqa avtomobildə digər sərnişinlər olmuşdur. Bakı- Şamaxı yolunun Abşeron rayonu ərazisindən keçən hissəsində sürücü Ağalar avtomobili yoldan sağa çıxararaq ehtiyat hissədə saxlamış, o, sürücü ilə birlikdə yerə düşüb siqaret çəkmişlər. Təxminən 2-3 dəqiqədən sonra avtomobilə əyləşmişlər. Sürücü avtomobilin mühərrikini işə salmaq istəyəndə arxadan əyləşdiyi avtomobilə zərbə olmuş, avtomobil irəli sürüşmüşdür. O və avtomobildə olan şəxslər xəsarət almışlar. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, Azsamand minik markalı ** BU *** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili xx.xx.2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs3 sürmək üçün etibarnamə vermişdir. xx xxxxxx 2020-ci il tarixdə axşam vaxtı Ağalar telefon vasitəsilə ona zəng vuraraq bildirmişdir ki, avtomobili Bakı- Şamaxı-Yevlax yolunda dayandığı yerdə arxadan Fiat markalı avtomobili vurmuş, avtomobil tam əzilmiş, o və sərnişinlər xəsarət almışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 7500 manat ziyan dəymişdir. Avtomobilinə dəymiş ziyanın sığorta tərəfindən ödənilməsini istəyir, Fiat Doblo markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs qarşı şikayət, tələb və iddiası yoxdur. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X11 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq verdiyi ifadəni təsdiq etdiyini, Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş hüquqi şəxs qismində tanınmış «xxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X8 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xx xxxxxx 2020-ci il saat 17.50 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Abşeron rayonu ərazisindən keçən 43.7-ci kilometrində Lerik rayonu Zenonu kəndində yaşayan, xx.xx.1967-ci ildə Lerik rayonunda anadan olmuş Təqsirləndirilən şəxs idarə etdiyi X19 yük markalı H028476 dövlət nömrə qeydiyyat avtomobillə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolun sağ kənarında ehtiyyat hissədə dayanmış Azsamand minik markalı ** BU *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə Azsamand minik markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3, həmin avtomobildə olan sərnişinlər-1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2, 1963-cü il təvəllüdlü X2, 1995-ci il təvəllüdlü Qanuni nümayəndə, 2015-ci il təvəllüdlü X10 və X19 yük markalı avtomobilin sərnişini 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs4 xəsarət almışlar. Hadisə zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan yol təsərrüfatına 105 manat maddi ziyan dəymiş, lakin bununla bağlı cəmiyyətin sürücüdən hər hansı bir şikayət, tələb və mülki iddia yoxdur. İş materiallarında olan maddi sübut kimi tanınmış X18 yük markalı H028476 dövlət qeydiyyat nişanlı və Azsamand minik markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobillərin saxlanılması üçün sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1569 nömrəli rəyinə əsasən X4 məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ budun orta-aşağı 1/3-nin ön səthinin və ön iç səthinin əzilmiş-cırılmış-soyulmuş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişdir; xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi; ağırlıq dərəcəsi zərərçəkənin müalicəsi başa çatdıqdan və təkrari müayinəsi aparıldıqdan sonra aydınlaşdırılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1569 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sol bud nahiyəsinin yuxarı 1/3-nin və sol bud çanaq oynağı nahiyəsini əhatə edən həmin oynaq səviyyəsində hərəkətlərin məhdudlaşdırılması ilə nəticələnən geniş ölçülü hematoması, sol iç-topuq nahiyəsinin əzilmiş-cırılmış yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 1570 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər alın nahiyəsinin sağ hissəsinin geniş həcmli dərialtı hematoması və sıyrığı, sol gicgah nahiyəsinin əzilmiş yarası bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1582 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, alın-təpə nahiyəsinin əzilmiş cırılmış yarası bərk-küt əşya təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1583 nömrəli rəyinə əsasən X5 bədəni üzərində aşkar edilmiş xəsarətlər başın təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol qamış sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1584 nömrəli rəyinə əsasən Qanuni nümayəndə bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ aşıq-baldır oynağı nahiyəsində hərəkət məhdudluğu ilə müşayiət olunan sağ baldır nahiyəsinin sağ 1/3-nin və sağ aşıq-baldır oynağı nahiyəsinin geniş ölçülü qançır-şişkinliyi, alın nahiyəsinin sağ hissəsinin, bel nahiyəsinin sol yarısının, sol bazu nahiyəsinin orta 1/3- nin qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETTB-nin Abşeron rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1585 nömrəli rəyinə əsasən X1 bədəni üzərində aşkar edilmiş xəsarətlər qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın nahiyəsinin əzilmiş- cırılmış yarası, sağ ayaq pəncəsinin sıyrığı, sağ bud-çanaq oynağı nahiyəsinin yumşaq toxumalarının əziyi bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, xx.xx.2020-ci il tarixdə salonunda olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx xxxxxx 2020ci il tarixli, 8/1248 nömrəli rəyinə əsasən Fiat Doblo markalı H028476 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 4418 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan «xxxxxxxxxxxxxx» MMC-dən alınmış xx.xx.2020-ci il tarixli ziyan aktından görünür ki, X19 yük markalı H028476 dövlət qeydiyyat nişanlı avtomobilə 9955 (doqquz min doqquz yüz əlli beş) manat ziyan dəymişdir. İş materiallarında olan sürücülük vəsiqəsinin surətindən və Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə verilmiş AE 056574 seriyalı “AE” kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2030-cu l tarixə kimi etibarlıdır. Onun sürücülük hüququ Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin X3 məhdudlaşdırılmamış və onlar sürücülük hüququndan məhrum edilməmişlər. İş materiallarında olan nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamənin surətindən görünür ki, “X18” yük markalı, H028476 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə verilmiş AC seriyalı 216614 №-li qeydiyyat şəhadətnaməsinə əsasən SET AUTO LTD-yə məxsusdur. İş materiallarında olan 1664 saylı yol vərəqəsindən görünür ki, X19 yük markalı H028476 dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs 0208.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək idarə etmək üçün verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 349.4-cü maddəsinə əsasən, məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o, Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmış olsun. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, habelə məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək və bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdiyi qənaətinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli olmaları tam sübuta yetirmişdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, həmçinin onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə hazırki cinayət işi üzrə ittiham hökmü çıxarılmaqla hər iki təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci və 58.3-cü maddələrinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir və cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 №-li qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsiilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. X13 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. X13 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun xx.xx.2004-cu il tarixli, 2 saylı Qərarının 10-cu bəndində göstərilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2018-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxsməhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan Lerik rayon İHB-nın Şingədulan kənd İnzibati-ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 200, 199 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri, yəni 1965-ci il təvəllüdlü arvadı Təranə Qasımova, uşaqları 1993-cü il təvəllüdlü Nəsimi Qasımov, 1996-cı il təvəllüdlü İlahə Qasımov və 1999-cu il təvəllüdlü Aytən Qasımova ilə birgə Lerik rayonu, Zenonu kəndində qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti qismən etiraf etməklə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəzvi ziyanın əksər hissəsinin ödənilməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, yəni bu cinayətin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydarı əleyhinə olan ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun şəxsiyyətini, yəni törədilmiş cinayəti etiraf edərək səmimi peşman olmasını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, hadisə nəticəsində özünün də xəsarət almasını, zərərçəkmiş şəxslərə dəymiş maddi və mənəvi ziyanın əksər hissəsinin ödənilməsini, cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi ədalətli olmaqla cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həbsdə olmamış və xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, məhkəmədə də həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert xərclərinə dair bildirişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 197.1.4,198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəflərinə aid edilən ümumi dəyəri 100 (yüz) manat olan ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Qaradağrayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X15 həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentlyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Bakı şəhəri Qaradağrayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Baş Dövlət X15 həvalə edilməlidir. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və protesti verilmədiyi təqdirdə qeyd olunan müddətin başa çatmasından sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar