Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-573/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Şikayət verən X2 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci, 147.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 onun barədə şərəf və ləyaqətini ləkələyən və alçaldan, işgüzar nüfuzuna xələl gətirən məlumatları kütləvi qaydada sosial şəbəkə vasitəsilə yaymaqla ona qarşı qərəzli kompaniya aparmış, onu terrorçuluqda, dövlətə qarşı gəlməklə dini təbliğat aparmaqda, onu öldürməklə hədələməkdə, qanunsuz silah saxlamaqda və bu kimi digər ağır cinayətləri törətməkdə ittiham etmişdir. Belə ki, profil adı Zəhra İsayeva- X3 tərəfindən öz səhifəsində 24.09.2021-ci il tarixdən 27.09.2021-ci il tarixlərində paylaşılaraq onun barəsində təhqiramiz və böhtan xarakterli ifadələr yazaraq sosial şəbəkə vasitəsilə kütləvi şəkildə yaymışdır. Onun barəsində yazılan böhtan və təhqiramiz ifadələr ona qarşı şər-böhtan xarakterli olmuş, onun şərəf və ləyaqətini alçatmaq və nüfuzdan salaraq ona mənəvi və digər xatakterli zərər vurulması məqsədi daşımış, onu işlədiyi sahədə nizam-intizamlı işçi olduğuna qəsdən ləkə salmaq məqsədi daşımışdır. Qeyd edir ki, o, Fatimə İsayevanı əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. O, barəsində bu böhtan və təhqiramiz və alçaldıcı ifadələrin yazıldığını, kütləvi şəkildə sosial şəbəkə vasitəsilə yayıldığını və şəkillərinin paylaşıldığını öyrəndiyi zaman ağır mənəvi sarsıntı və iztirablar keçirtmişdir. Bundan başqa Fatimə İsayeva yaxın ətrafına, sosial şəbəkədə olan dostlarına bu böhtan xarakterli məlumatları göndərməklə onu yaxın ətrafının yanında nüfuzdan salmış barəsində həqiqətə uyğun olmayan əsassız şikayətlə onu cinayət törətməkdə ittiham etmişdir. Fatimə İsayevanın qanunsuz hərəkətləri bir-başa ona ailəsində, qohumları, dostları, iş yerində nüfuzdan salmaq məqsədi daşımış və bu hərəkətlər ona çox pis təsir edərək həddindən çox arzu olunmaz vəziyyətə salmışdır. Hətta artıq tanımadığı şəxslər belə ondan bu barədə soruşmuş və məyus olduqlarını bildirmiş, öz qohumları arasında şəhid ailələri olduğundan onlar da bərk sarsıntı keçirtmişlər. 28 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Nərimanov rayon RPİ-nin qərarında qeyd olunur ki, vətəndaş X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Belə ki, həmin qərarda bütün xüsusatlar araşdırılmış, şahidlərin izahatı alınmış, cavabdehin istinad etdiyi heç bir hal öz təsdiqini tapmamışdır. Əksinə cavabdeh özü iddiaçı Rauf Salehov barəsində yalan məlumatlar verərək, kütləvi yayılan sosial şəbəkədə iddiaçını ağır cinayət törətməkdə qanunsuz və əsassız olaraq ittiham edərək böhtan xarakterli məlumatlar yaymışdır. Bu birbaşa onun şəxsi və ailə həyatına müdaxilə, işgüzar nüfuzunu ləkələmək məqsədi daşımışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində barəsində şikayət verilən şəxsin barəsində məlumatlar tam olaraq göstərilməmişdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-573/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-573/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver