Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-574/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızı sədrliyi, məhkəmə iclas katibi X5, xüsusi ittihamçı X1, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Hümbətova Ləman Söhbət qızının müdafiəçisi Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Hümbətova Ləman Söhbət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək Hümbətova Ləman Söhbət qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 148-ci -ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin sentyabr ayının 17-də ünvan 1 ünvanında evlərinin qarşısında anası X3 ilə Mərfizə xala arasında xırda söz atışması başlamışdır. Mərfizə xala anasının üzərinə hücum edib döymək istəyərkən onun qarşısına keçib müdafiə etməyə çalışmışdır. Nəticədə Mərfizə xalaonuda üzündən, sinəsindən və başından xəsarətlər yetirməyə başlamışdır. Bu zaman Mərfızə xalanın gəlini Hümbətova Ləman Söhbət qızı onun barəsində təhqiramiz söyüşlər söyməyə başlamışdır. Bütün bunlar qonşuların gözü qarşısında baş vermiş, ona ən iyrənc formada böhtanlar atmağa başlamışdır. Bu böhtan xarakterli sözlər uşaqlarında və ərində ona qarşı bir inamsızlıq formalaşdırmışdır. Evə gələn həyat yoldaşı “sən nə etmisən ki onlar sənin barəndə bu formada danışırlar!?”. deyə soruşmuşdur. Küçəyə çıxarkən bu sözləri eşidən adamların qarşısında necə gedə biləcəyini!? demişdir. Həmin günü səhərə kimi yata bilməmişdir. Artıq həyat yoldaşı Fəxrədinin və uşaqlarının üzünə belə baxa bilmirmiş. Aradan necə gün keçib bu böhtan və təhqirlər ona mənəvi iztirablar verməyə başlamışdır. Abşeron Rayon Polis İdarəsinə müraciət edib vurulması, barəsində böhtan və təhqirlərə görə şikayət etmişdir. X4 Ləman Hümbətova qarşı məhkəməyə müraciət etməməsinin vacibliyini bildirmişlər. Hümbətova Ləman Söhbət qızının küçənin ortasında onun ünvanına dediyi sözlər və ifadələr açıq-aşkar təhqir xarakterlidir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətin mahiyyətinə uyğun izahat verərək onun icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Buna baxmayaraq məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan digər hallarda məhkəmədə müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4,302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələriylə məhkəməyə verilməsi üçün əsas olan sübutlar məhkəməyə təqdim etmədiyindən, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299,300,384-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Hümbətova Ləman Söhbət qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-574/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-574/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver