Məhkəmə qərarları › İş №1(012)-574/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-574/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-574/2021 08.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2002-ci ildə Abşeron rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Azərbaycan Texniki universitetinin tələbəsi, işsiz, əvvəllər məhkum olunmamış, hazırda Cəbrayıl rayonu, Dərzili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasında məskunlaşaraq yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 29 iyun 2021-ci il tarixdə saat 16 radələrində məcburi köçkün kimi məskunlaşaraq yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasının ikinci mərtəbəsinin dəhlizində qonşusu Zərərçəkmiş şəxs ilə onlara yaşamaq üçün Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində yaşayış mənzilləri verilməsinə baxmayaraq sonuncunun məskunlaşdıqları binadan çıxmaması və ona verilmiş mənzilə köçməməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona verdiyi sərt cavaba görə qəsdən yumruqla sifətinə və bədəninin digər nahiyələrinə dəmir ayaqqabı geyinən alətlə başına vuraraq sonuncuya sol göz almasının kontuziyası (əzilməsi) ilə nəticələnən sol göz ətrafı yumşaq toxumaların-burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol üst və alt göz qapaqlarının, sol gözaltı nahiyədə əhatə olunmaqla qançır şişkinliyi, başın təpə nahiyəsinin sağ yarısının dərialtı hematoması, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin qançırından ibarət sağlamlığın qısa müddətə poulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasında məskunlaşaraq ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsidir. Zərərçəkmiş şəxs tanıyır, Mətanətlə qonşuluqda yaşayır, münasibəti normal olmuşdur, aralarında ədavət və düşmənçilik olmamışdır. Onların yaşadığı bina köhnə statistika binası olduğu, eyni zamanda həmin binada məcburi köçkünlər yaşadıqlarına görə aidiyyəti qurumlar onları həmin binadan Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində məcburi köçkünlər üçün tikilmiş binaya köçürmək istəmişlər. Buna görə də bina sakinləri bununla bağlı narazılıqlar etmiş, Cəbrayıl rayon məcburi köçkünləri olduqları üçün onları öz rayonlarına birdəfəlik köçürmələrini tələb etmiş, həmin binadan köçməmək üçün vəkil tutmuşlar. 29 iyun 2021-ci il tarixdə saat 16 radələrində anası Samirə binada Mətanəti görüb, qeyri rəsmi yaşadığı Ariz adlı şəxsi çağırmasını istəmiş, Mətanət Arizi yuxudan oyatmaq üçün evə gedən zaman Arizlə Mətanətin arasında mübahisə düşmüş, həmin mübahisədən sonra Mətanət onun anası ilə mübahisə etməyə başlamışdır. O da həmin vaxt həyətdə oturmuşdur. Mətanətin anası ilə mübahisəsini görüb anasını vurmasından qorxub araya girmiş, Mətanətin qollarından tutub itələmiş, o, yerə yıxılmışdır. Sonra ətrafda olan qonşular onu kənara çəkilməsini istəmişlər. Ariz də həmin vaxt araya girib Mətanəti aralaşdırmış və yumruqla sifət nahiyəsindən vurmuşdur. Sonra Mətanət anası ilə sözlə mübahisə edib onların evindən stəkan götürmüş və həmin stəkanı sındırıb qollarını kəsmişdir. O, həmin vaxt oradan çıxıb getmişdir. Həmin günü Mətanətin onu vurması ilə bağlı Abşeron RPİ-nə şikayət ərizəsi yazmasını bilmişdir. Hərəkətindən peşmandır. Barəsində amnistiya qərarının tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş çəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasında məskunlaşaraq yaşayır. Rəsmi olaraq Abşeron rayonu, Xırdalan şəhəri, 2 nömrəli MİKS-də xadiməçi işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımış, Sənanla qonşu kimi münasibəti normal olmuşdur. Onların yaşadığı bina satıldığı üçün, həmin binada yaşayanlar üçün Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində yaşayış evləri verilmişdir. Orada yaşayanların hər birinə yaşayış evləri verildiyi və binada yaşayanlardan 6 ailə həmin binanı tərk etmədiyinə görə Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi binadan köçməyən şəxsləri məhkəməyə vermiş və binadan çıxmalarını tələb etmişdir. Sənan İmamqyuliyevin ailəsi də həmin binadan köçməyənlərin siyahısında olmuşdur. Buna görə də binadan köçməyən hər bir ailə 200 manat pul verərək evdən çıxmamaq üçün vəkil tutmuşlar. Lakin, o, həmin pulu verməmişdir. Tutduqları vəkil də həmin məhkəmədə uduzduğu üçün vəkildən pullarını almış və yeni vəkil tutmuş, o, yenə də pul verməmişdir. O da Ariz ilə birlikdə yaşadığı üçün hər birinə bir otaqlı mənzil sahəsi verilmişdir. Lakin, o, həmin evdən çıxmaq istəmədiyinə görə həyat yoldaşı Ariz ona Bakı şəhəri, Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində verilən bir otaqlı mənzilə köçərək hazırda orada yaşayır. 29 iyun 2021-ci il tarixdə təxminən 18-19 radələrində o, yaşadığı binanın həyətində qonşuları ilə birlikdə oturub söhbət edərkən Sənan da yanlarında oturub tək pivə içmişdir. Bu zaman söhbət əsnasında Sənan ona evdən çıxmağını, həyat yoldaşı olan Arizin evinə köçüb getməyini bildirmişdir. Sənan həmçinin evdən çıxmadığına görə onu təhqir eləməyə başlamış, dövlət hesabına boş yerə ev alıb orada yaşamadığını bildirmişdir. O da Sənana yaxşı edirəm ev alıram, sənə nə demişdir. Buna görə də aralarında mübahisə başlamış, mübahisə zamanı qonşular onları aralaşdırmağa başlamışdır. Onların mübahisəsi sakitləşdikdən sonra o, yaşadığı evə çıxarkən Sənan onu evinin qabağında tutaraq öz evinin qarşısında olan ayaqqabı geyinilən dəmirlə belindən vurduqda o, özünü müdafiə edərək Sənana əl-qol atanda Sənan yumruqla sol gözündən vurmuş, o, Sənanın qolundan dişləmişdir. Bu vaxt onun anası Samirə də yanlarında olmuş və onları aralaşdırmağa çalışmışdır. Sonra Sənan evdən gedib stəkan gətirib onu vurmaq istəyəndə o, Sənanın əlindən stəkanı almış, o, stəkanı əlinə alan zaman stəkan əlində qırılmış və əlini kəsmişdir. Bundan sonra Sənanın ondan aralaşması üçün stəkanla sol qolunu kəsmişdir. Sənanın anası Samirə oradan qaçmasını istədikdə Sənan oradan qaçaraq çıxıb getmişdir. O da sonra sakitləşmiş, Abşeron RPİ-nə gəlib şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə Zərərçəkmiş şəxs ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 6 ünvanında yerləşən köhnə statistika binasında məskunlaşaraq yaşayır. Zərərçəkmiş şəxs ilə o, 7 ildən artıqdır ki, birlikdə yaşayırlar. 29.06.2021-ci il tarixdə o, dostu Dadaş ilə birlikdə Ucar rayonuna getmiş, həmin günü saat təxminən 16 radələrində yaşadığı evə qayıtdıqda Mətanətin yerdə uzanıqlı olduğunu görüb onu X3 yardım xəstəxanasına aparmışdır. Həmin vaxt Mətanət aralarında yaranmış mübahisə zamanı Sənanın ona xəsarət yetirdiyini, Sənandan DİN-nin 102 xidmətinə şikayət etdiyini demişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertin 02.07.2021-ci il tarixli 1431 N saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol göz almasının kontuziyası (əzilməsi) ilə nəticələnən sol göz ətrafı yumşaq toxumaların-burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol üst və alt göz qapaqlarının, sol gözaltı nahiyədə əhatə olunmaqla qançır şişkinliyi, başın təpə nahiyəsinin sağ yarısının dərialtı hematoması, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin qançırı bərk küt əşya (əşyalar)təsirindən törənmişdir,qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 29.06.2021-ci il tarixdə dava-dalaş zamanı yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol saidnahiyəsinin aşağı 1/3-nin səthi kəsilmiş yarası və sağ əlin V barmağının kəsilmiş yarası iti kənara malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir. qərarda qeyd olunan müddətdə yəni yəni 29.06.2021-ci il tarixdə əmələ gələbilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.Qeyd edilən bu xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bildiyindən konkret olaraq jansı şəraitdə əmələ gəlməsi istintaq yolu aydınlaşdırıla bilərdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş təkrar məhkəmətibbi ekspertinin 17.08.2021-ci il tarixli 29 Ə saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol göz almasının kontuziyası (əzilməsi) ilə nəticələnən sol göz ətrafı yumşaq toxumaların-burun sümüyünün qapalı yerdəyişməyən sınığı, sol üst və alt göz qapaqlarının, sol gözaltı nahiyədə əhatə olunmaqla qançır şişkinliyi, başın təpə nahiyəsinin sağ yarısının dərialtı hematoması, sağ bazu nahiyəsinin yuxarı 1/3-nin qançırı bərk küt əşya (əşyalar)təsirindən törənmişdir,qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 29.06.2021-ci il tarixdə dava-dalaş zamanı yumruq və təpik zərbələri ilə vurulması nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Sol said nahiyəsinin aşağı 1/3-nin səthi kəsilmiş yarası və sağ əlin V barmağının kəsilmiş yarası iti kənara malik olan əşyanın (əşyaların) təsirindən törənmişdir. Qərarda qeyd olunan müddətdə yəni yəni 29.06.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.Qeyd edilən bu xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bildiyindən konkret olaraq jansı şəraitdə əmələ gəlməsi istintaq yolu aydınlaşdırıla bilərdi. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarını tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1 maddəsinə görə amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Həmin Məcəllənin 81.2 maddəsinə görə cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə görə amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 bəndindən görünür ki, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Milli Məclisinin 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı isə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar