Məhkəmə qərarları › İş №1(012)-574/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-574/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-574/2023 05.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Abıyev Elnur Elman oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Abşeron rayonu, Məmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Məmmədli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində ona Zərərçəkmiş şəxs tərəfindən saxlanılması və artırılması üçün etibar edilmiş 175 baş hər biri 220 manat olan 38500 manat dəyərində qoyunu, hər birinin dəyəri 500 manat olan ümumi 5000 manat dəyərində 10 baş dananı, hər birinin dəyəri 200 manat olan ümumi 1000 manat dəyərində 5 baş iti və hər birinin dəyəri 22,5 manat olan ümumi 180 manat dəyərində 08 ədəd hind quşunu Zərərçəkmiş şəxs həbs edilməsindən istifadə edərək müxtəlif şəxslərə satıb pulunu ələ keçirmiş və zərər çəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 44680 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Nurlan adlı şəxslə İlkin adlı dostunun vasitəsi ilə 1 il müddətdir ki, tanışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində Nurlan ona qoyun alışı ilə məşğul olmaq istədiyini bildirmişdir. Nurlan ona sentyabr ayının sonlarında saxlamaq üçün 16 qoyun vermiş, sonra 10 qoyun, sonra ikisi birlikdə gedib 20 qoyun almışlar, onlarda 11-nin pulunu Nurlan, qalanını isə o vermişdir, daha sonra 14 keçi almaqla, axırda isə 7 qoyun və 1 keçi alıb onun həyətinə buraxmışdır. 15 oktyabrda isə İsgəndər adlı şəxsə məxsus 30 qoyun və 10 keçi gətirmişlər, 25 oktyabrda isə Nurlan özünə məxsus heyvanları götürüb aparmışdır. Sonra isə Nurlanın onda heyvanı olmamışdır. Sonradan Nurlan 4 qoyunu ona vermişdir ki, İsgəndərə olan borcunu bağlasın. Noyabrın əvvəllərində dana alıb gətirmişdi, sonra isə həbs olunanda ona zəng etmişdir ki, danaları satıb pulunu ona versin, həm də 10000 pul tapmasını xahiş etmişdir. 6 dekabrda həbsdən çıxdıqdan sonra 44 qoyun və 43 balasını guya satmaq adı ilə aparmış, sonra isə yolda onun əlindən zorla almışdır, o da polisə müraciət etmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heyvandarlıqla məşğul olur.2022-ci ilin avqust ayı ərzində Təqsirləndirilən şəxs heyvanlarıma baxması üçün 175 ədəd qoyun, 10 ədəd dana və 05 ədəd çoban iti vermişdir.Həmin heyvanlar təxminən noyabr ayının 18-nə qədər Nasir tərəfindən baxılmışdır. Bundan başqa 2022-ci ilin fevral ayında Vahid adlı şəxslə dalaşdığı üçün Sabunçu rayon polis idarəsində barəsində cinayət işi başlanmış və barəsində Sabunçu rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.Onun barəsində həbs qətimkan tədbiri seçildikdən dərhal sonra Təqsirləndirilən şəxs onun həbs edildiyini və həbsdən çıxa bilməyəcəyini düşünüb ona məxsus 10 ədəd dananı əvvəlcə Məmmədli kəndində qəssab işləyən Elçin adlı şəxsə satmağı təklif etmiş, lakin Elçin danaların ona məxsus olduğunu bildiyi üçün həmin danaları tanımış və almaqdan imtina etmişdir.Bundan sonra həmin 10 ədəd dananı Təqsirləndirilən şəxs Məmmədli kəndində işləyən İlkin adlı qəssaba 5000 manat pul müqabilində satmışdır. İlkinin dediyinə görə 1800 manat Nasirə pul vermiş qalanını isə heyvanları kəsib satdıqdan sonra ödəyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs isə təhqiqat dövründə verdiyi ilkin ifadəsində 10 ədəd dananın guya onun İsgəndər adlı şəxsə borcu olduğu üçün həmin şəxsin gəlib onun həyətindən aparmışdır.O, həbsdən çıxdıqdan sonra Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə şikayət ərizəsi yazdıqdan sonra Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili Cahid və sahə inspektorıı Səbuhinin iştirakı ilə həmin 10 ədəd dananı qəssab İlkindən geri almışlar. Lakin Təqsirləndirilən şəxs təhqiqat araşdırması dövründə verdiyi izahatında həmin 10 ədəd dananı guya onun İsgəndər adlı şəxsə borcu olduğu üçün İsgəndərin gəlib apardığını bildirmişdir.Lakin onun İsgəndərə heç bir borcu yoxdur. Bunu İsgəndər özü də təsdiq edə bilər. O, həbsdə olduğu müddət ərzində həyat yoldaşı ilə telefon əlaqəsi saxlayan zaman evdən ona məxsus 08 ədəd hind quşunun oğurlandığını bildirmişdir. Bundan sonra təxminən 1 həftə müddətində həbsdən çıxdıqdan sonra Nasirlə telefon əlaqəsi saxlamış və sonuncu ona hind quşlarını onun həyətindən özünün götürdüyünü və həmin hind quşlarından ikisinin öldüyünü bildirmişdir. O, Nasirin yaşadığı evə gedib ona məxsus 175 baş qoyunun harada olduğunu soruşmuş, sonuncu isə bildirmişdir ki, heyvanlar İmişlidədir. Bundan sonra Nasir ona 43 baş qoyun vermiş və bildirmişdir ki, bunlar doğan bala verən heyvanlardır. O, həbsə getməmişdən öncə həmin heyvanları Nasir İmişliyə aparmışdır. Həmin heyvanlar gedərkən boğaz olmuş. Nasir ona 43 baş qoyun vermiş, həmin qoyunların yanında balaları quzuları da olmuş, Nasirdən qalıq qalan 132 baş qoyunun harada olduğunu soruşmuşdur.Nasir ona bildirmişdir ki, həmin heyvanlar İmişlidə qalmış və hələ gətirməmişdir. Nasir ona məxsus 175 baş qoyunu, 5 baş iti və 08 ədəd hind quşunu və 10 ədəd dananı ələ keçirərək ona 44680 manat məbləğində maddi ziyan vurmuş həmin əmlakdan 10 ədəd dananı özü Nasirin satdığı qəssab İlkindən götürmüş, 43 baş qoyunu isə özü ona geri qaytarmışdır. Ona məxsus 132 baş qoyun, 05 baş it və 08 ədəd hind quşu hələ də Təqsirləndirilən şəxsdır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. O, Məmmədli kəndində kababçı işləyir.Kənddə baş tutan toy mərasimlərində onu kababçı kimi dəvət edirlər.Bunun üçün dəfələrlə Təqsirləndirilən şəxs qoyun quzu almış, Zərərçəkmiş şəxs də həmçinin həmkəndlisidir. Hər iki şəxsin heyvandarlıqla məşğul olduğunu bilir. xx.xx.2022-ci il tarixdə Nasir işlədiyi kababxanaya gələrək ona 10 ədəd dana satdığını və həmin danaların hər birini 500 manata satdığını ümumilikdə 10 ədəd dananı 5000 manata satdığını bildirmişdir. O, qiymətin münasib olduğunu görüb həmin 10 ədəd dananı almağa razılaşmışdır.Lakin onda həmin məbləğ olmamışdır.Bundan sonra Nasirələ razılığa gəlmişlər ki, həmin danalar üçün Nasirə ilkin olaraq 1800 manat pul versin, qalan 3200 manat pulu isə 20 dekabr 2022-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Bundan sonra Nasirgilə danalara baxmaq üçün getmiş, həmin vaxtı Nasirgildə Təqsirləndirilən şəxs və atası olmuşdur. O, Təqsirləndirilən şəxs həyətində 10 ədəd danaya baxdıqdan sonra həmin günün səhəri xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs özü 10 ədəd dananı gətirib ona təhvil vermişdir. Həmin hadisədən təxminən 10 gün sonra Zərərçəkmiş şəxs ona zəng vuraraq ona məxsus danaları aldığını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ondan xəbərsiz 10 ədəd dananı ona satdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ərazinin sahə inspektrou Səbuhi və əməliyyat müvəkkili Cahit Quliyev həmçinin Təqsirləndirilən şəxs oğlu onun yaşadığı evə gəlib heyvanları ondan götürmüşlər. Onun ilkin ödədiyi 1800 manat pulu isə Təqsirləndirilən şəxs oğlu ona geri ödəmişlər. Bundan sonra Təqsirləndirilən şəxs aldığı 10 ədəd dananı Zərərçəkmiş şəxs götürüb getmişdir. Təqsirləndirilən şəxs əvvəllər quzu almış, lakin son iki üç ay ərzində, danalardan başqa heç nə almamış, Təqsirləndirilən şəxs həmin heyvanların özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli kəndində“Araz" marketin qarşısında avto dayanacaqda nəzarətçi işləyir. Hər həftənin bazar günü Bakı şəhəri Sabunçu rayonunda yerləşən mal-heyvan bazarında avtodayanacaqda nəzarətçi işləyir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır.O, Zərərçəkmiş şəxs Sabunçu qəsəbəsində yerləşən malheyvan bazarında qoyun almaq üçün gəldiyini görmüşdür. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Məmmədli kəndində “Araz" marketin qarşısında avto dayanacaqda nəzarətçi işləyir. Hər həftənin bazar günü Bakı şəhəri Sabunçu rayonunda yerləşən mal-heyvan bazarında avtodayanacaqda nəzarətçi işləyir. Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımışdır.Oktyabr ayının ortasında Zərərçəkmiş şəxs Sabunçu qəsəbəsində yerləşən mal-heyvan bazarında görmüş, Nurlandan bazarda nə üçün olduğunu soruşduqda sonuncu qoyun almaq üçün gəldiyini bildirmişdir. Bundan sonra həmin günü bazarın çıxışında Nurlanı görmüşdür. Nurlan həmin günü bazardan 60 baş qoyun almış, həmin heyvanları yaşıl rənglə rəngləmişdir. O, Nurlandan həmin heyvanları harada saxlayacağını soruşmuş, sonuncu ona bildirmişdir ki, yaşadığı Məmmədli kəndində Nasirin həyətində heyvanlar saxlayır. Həmin heyvanların içərisinə qatıb saxlayacaqdır. Nurlan və onun yanında olan tanımadığı bir nəfər fəhlə və özü həmin heyvanları yük avtomobilinə yığmış, sonra Nurlan həmin heyvanları aparıb boşaltmaqda da ona köməklik etməsini xahiş etmişdir. O, Nurlanla birlikdə avtomobilə əyləşib Abşeron rayonu Məmmədli kəndində yerləşən Təqsirləndirilən şəxs həyətinə aparmış, Nurlan və adını bilmədiyi fəhlə həmin heyvanları Təqsirləndirilən şəxs həyətində düşürmüşlər. Həmin vaxtı Təqsirləndirilən şəxs həyətində Nurlanın 30 baş qoyunu olmuş, onların apardıqları 60 baş qoyunla birlikdə Nasirin həyətində olan qoyunların sayı 90 olmuşdur.Bundan sonra Nurlanın bir neçə dəfə də bazardan qoyun aldığının şahidi olmuşdur.Nurlan hər ayın bazar günlərində gəlib bazardan 5-6 baş qoyun almış,o, Nurlanın Məmmədli kəndində 175 baş qoyunu Nasir adlı şəxsin həyətində saxladığını bilmişdir.Noyabr ayının əvvəllərində Məmmədli kəndi ərazisində olan otlaq sahəsində Nurlanın heyvanlarını görmüş, həmin heyvanların hamısı yaşıl rəngli boya ilə boyanmış, həmin heyvanların sayını Nurlandan soruşduqda sonuncu ona bildirmişdir ki, heyvanların sayı 175 başdır.Bundan sonra Nurlanla görüşən zaman heyvanları soruşduqda sonuncu bildirmişdir ki, həbs olunduğu vaxtı Nasir onun 175 baş heyvanını və 10 baş danasını sataraq ələ keçirmişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisidir. O, özü də heyvandarlıqla məşğul olur. Oktyabr ayının 25-dən sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq heyvan almaq istədiyini bildirmiş, həmin vaxtı heyvan bazarında heyvan satmışdır. Nasir də onun heyvan satdığından xəbərdar olmuş, buna görə də ona zəng vuraraq heyvanları almaq istədiyini bildirmişdir. Bundan sonra Nasir və Nurlanı Abşeron rayonu Məmmədli kəndində yerləşən otlaq sahəsinə gəlib heyvanlara baxmışlar. O, Nurlanı ilk dəfə orada görmüş və tanımış, sonra Nasir və Nurlan heyvanları almaq istədiklərini, lakin heyvanları seçərək yalnız kök heyvanlarını alacaqlarını bildirmiş və heyvanları seçmək üçün onun həyətinə gəlmişlər. Həmin vaxtı sonuncular onun həyətindən 62 baş qoyun və 10 baş keçi almış, qoyunlardan 61 başını 270 manata bir baş qoyunu 200 manata 10 baş keçini isə hər birini 100 manata satmışdır.Onlarla danışığı belə olmuşdur ki, 17670 manat puldan noyabr ayının 10-a qədər ona 5000 manat, yerdə qalan pulu isə dekabr avının 31-nə qədər ona ödəyəcəklər.Nasir noyabr ayının 10-a qədər ona borclu olduğu pulu ödəmədiyi üçün Nasirə zəng vuraraq pulunu ödəməsini istəmişdir. Nasir də ona bildirmişdir ki, şəriki Nurlanın yanına gedir, onunla danışıb pulunu ödəyəcəkdir.Nasirlə danışdıqdan 2-3 saat sonra təkrarən Nasirlə əlaqə saxlamış, bu zaman Nasirin telefonunu Nurlan açmış, o, təxminən 10 dəqiqə Nurlanla danışmışdır. Nurlan ona bildirmişdir ki, alınan qoyunların pulunu o özü ödəyəcəkdir. O da Nurlana təklif etmişdir ki, gəlsin onun yaşadığı evə oturaq ətraflı danışsınlar, ödəyə bilərsə borcunu ödəsin,ödəyə bilməzsə heyvanlarını qaytarsın. Nurlan həmin günü axşam saat 17 radələrində Nasirin idarə etdiyi “Niva” markalı avtomobillə onun yaşadığı evə gəlmiş, onun evində oturub çay içib söhbət etmişlər. Nurlan ona heyvanların pulunu özü ödəyəcəyini, lakin hissə-hissə ödəyəcəyini bildirmişdir.Bundan əvvəl də Nurlan ona qoyunların əvəzinə dana vermək istədiyini bildirmiş, lakin onunla razılaşmamışdır. Nurlan ona yanvar ayının 8-nə kimi heyvanların pulunu ödəyəcəyini bildirmiş, noyabr ayının 11-də Nurlanla Abşeron rayonu Məmmədli kəndində marketin qarşısında görüşmüşdür. Nurlanın idarə etdiyi “Hunday ix35" markalı avtomobilə əyləşmiş, həmin vaxtı avtomobilin içərisində Nurlan ona 2000 manat pul vermişdir. Bundan sonra eşitmişdir ki, Nurlan həbs ediblər.Bundan sonra Nasirlə əlaqə saxlayıb pulunu ondan istəmiş, bu zaman Nasir ona dana təklif etmiş, o,əməliyyata getməli olduğu üçün bu təklifi qəbul etməmişdir. Nasirdən əməliyyata getdiyi üçün pul istəmiş, bundan sonra Nasir ona Nurlan həbsdə olan dövrdə 1800 manat pul vermişdir. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Oğlu 2022-ci ilin avqust sentyabr ayı ərzində 175 baş qoyun və 10 baş dana alaraq heyvandarlıqla məşğul olmuşdur. Oğlunun Abşeron rayon Məmmədli kəndində yerləşən torpaq sahəsi heyvandarlıqla məşğul olmaq üçün yararlı olmadığından dostu Təqsirləndirilən şəxs xahiş etmişdir ki, həmin heyvanlar müvəqqəti olaraq onun həyətində qalsın. Oğlunun heyvanlarının və danalarının Təqsirləndirilən şəxs olmasından xəbəri olmuş, 2022-ci ilin noyabr ayının 18-də oğlu Zərərçəkmiş şəxs Sabunçu rayon polis idarəsi tərəfindən həbs edilmişdir. Həmin vaxtı kənddə eşitmişlər ki, Təqsirləndirilən şəxs oğlu Nurlanın danalarını və heyvanlarınlı oğlunun tutulmasından istifadə edərək satır. Əvvəlcə buna inanmamış, sonra hətta eşitmişdir ki, oğlunun 10 baş danasını başqa şəxsə artıq satmışdır.Bundan sonra o, gəlini və Cahangir birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə gedib danaları və heyvanları istəməyə başlamışlar. Bu zaman Təqsirləndirilən şəxs evdən çölə çıxmış və onlar Nasirdən heyvanları və danaları istəmişlər. Bu zaman Nasir onlara bildirmişdir ki, Nurlanın onda heç bir danası və qoyunu yoxdur. Onlar Nasirə heyvanları və danaları verməsi üçün yalvarmış, hətta heyvanları qaytarması üçün göz yaşı belə tökmüşdür. Lakin Nasir buna məhəl qoymamış və ona bildirmişdir ki, oğlunun İsgəndər adlı şəxsə borcu olmuş və sonuncu da gəlib heyvanları və danaları yığıb aparmışdır və onda heç nə yoxdur. Bundan sonra Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmiş,həmin vaxtı Təqsirləndirilən şəxs Mehdiabad polis bölməsinə gələrək izahat vermiişdir. Təqsirləndirilən şəxs həmçinin izahatında da bildirmiş ki, həmin heyvanları və danaları oğlunun İsgəndərə borcu olduğu üçün İsgəndər gəlib aparmışdır.Lakin Təqsirləndirilən şəxs polis bölməsində izahat verdikdən sonra öyrənmişlər ki, həmin danaları Nasir Abşeron rayon Məmmədli kəndində İlkin adlı qəssaba satmışdır.Bundan sonra oğlu Nurlan qısa müddətdə həbsdən çıxmış və Məmmədli kəndinə gəlmiş və heyvanlarının hara satıldığını tapa bilməsə də, 10 baş danasının İlkin adlı şəxsə satıldığını öyrənmiş və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə həmin 10 baş dananı geri almışdır. Hazırda oğlunun 132 baş qoyununu hələ də Təqsirləndirilən şəxs tərəfindən kimə satıldığı naməlumdur. Onun gəlini və Cahangirin Təqsirləndirilən şəxs heyvanları və danaları istəmələrinin videogörüntüləri də vardır və həmin video görüntüləri təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Zərərçəkmiş şəxs tanışıdır. Zərərçəkmiş şəxs ona dəfələrlə söhbət əsnasında heyvandarlıqla məşğul olmağa başladığını 175 baş qoyun, 10 baş dana alaraq saxladığını bildirmişdir. Həmçinin Nurlan ona bildirmişdir ki, 175 baş qoyun və 10 baş dananı dostu Nasir adlı şəxsin həyətində müvəqqəti saxlayır. Hətta bir dəfə dəqiq tarixi xatırlamır, Nurlanla birlikdə olduğu zaman Abşeron rayonu, Mehdiabad qəsəbəsi Araz marketin yaxınlığında Nurlan Nasirdən aldığı 30 baş heyvanın pulunu 5900 manatı Təqsirləndirilən şəxs verəndə Nurlanın yanında olmuşdur. Həmin vaxtı onlardan başqa Kərim adlı şəxs də onların yanında olmuşdur. Nasir adlı həmin şəxs ilk dəfə orada görümüş, Bundan sonra Zərərçəkmiş şəxs Sabunçu rayon polis idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tutuldu. Nasir adlı şəxs Nurlanın birdəfəlik həbs olunduğunu, uzun müddətdən sonra həbsdən çıxacağını düşünüb Nurlanın heyvanlarını danalarını satmağa başlamışdır. Bunu eşitdikdə Nurlanın anası və arvadı birlikdə Nasirin həyətinə gedib heyvanları və danaları soruşmuş, Təqsirləndirilən şəxs danaların və heyvanları verməkdən imtina etmiş, hətta heyvanları saxladığı yeri ona göstərmiş və bildirmişdir ki, heyvanları yalnız Nurlana verə bilər. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Zərərçəkmiş şəxs ikinci arvadıdır. Nurlan birinci arvadı ilə qanuni nikahda olsada onunla faktiki ayrılmış, lakin nikah pozulmamışdır. Onunla isə faktiki olaraq 4 ildir ki, ər arvad kimi yaşasalar da hələ ki, qanuni nikaha daxil olmamışlar. Zərərçəkmiş şəxs 2022-ci ilin avqust ayında 175 baş qoyun 10 baş dana alaraq heyvandarlıqla məşğul olmağa başlamışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs həyətində heyvanları saxlamaq üçün münasib şərait olmadığıüçün Nurlan heyvanlarını dostu Nasirin həyətində müvəqqəti saxlamışdır. Bundan sonra 2022-ci ilin noyabr ayının 18-də Zərərçəkmiş şəxs tutulmuşdur. Zərərçəkmiş şəxs tutulduqdan sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs Nurlanın heyvanlarını və danalarını satır. Bunu eşitdikdən sonra Zərərçəkmiş şəxs anası Şahid4 və Cahangir adı ilə tanıdığı Xəyyam ilə birlikdə Nurlanın heyvanlarını Nasirdan istəmək üçün Təqsirləndirilən şəxs evinə getmişlər. Bu zaman Təqsirləndirilən şəxs evdən çölə çıxmış və onlar Nasirdən heyvanları və danaları istəmişlər. Bu zaman Nasir onlara bildirmişdir ki. Nurlanın onda heç bir danası və qoyunu yoxdur. Onlar Nasirə heyvanları və danaları verməsi üçün yalvarmışlar. Hətta qaynanası heyvanları qaytarması üçün göz yaşı belə tökmüş, lakin Nasir buna məhəl qoymamış və onlara bildirmişdir ki, Nurlanın İsgəndər adlı şəxsə borcu olmuş və sonuncu da gəlib heyvanları və danaları yığıb aparmışdır və onda heç nə yoxdur. Bu zaman Təqsirləndirilən şəxs videoya çəkmiş, Təqsirləndirilən şəxs heyvanları verməkdən imtina etdiyi üçün anası və Cahangir ilə birlikdə gedib Abşeron RPİ-nin Mehdiabad polis bölməsinə ərizə ilə müraciət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs Mehdiabad polis bölməsinə gələrək izahat vermiş, Təqsirləndirilən şəxs həmçinin izahatında da bildirmişdir ki, həmin heyvanları və danaları Nurlanın İsgəndərə borcu olduğu üçün İsgəndər gəlib aparmışdır. Lakin Təqsirləndirilən şəxs polis bölməsində izahat verdikdən sonra öyrənmişlər ki, həmin danaları Nasir Abşeron rayon Məmmədli kəndində İlkin adlı qəssaba satmışdır. Bundan sonra Nurlan qısa müddətdə həbsdən çıxmış və Məmmədli kəndinə gəlmiş və heyvanlarının hara satıldığını tapa bilməsə də, 10 baş danasının İlkin adlışəxsə satıldığınıöyrənmiş və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə həmin 10 baş dananı geri almışdır. Hazırda Nurlanın 132 baş qoyununu hələ də Təqsirləndirilən şəxs tərəfindən kimə satıldığı naməlumdur. Onun qaynanasının və Cahangirin Təqsirləndirilən şəxs heyvanları və danaları istəməyin videogörüntüləri də vardır. Məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hərdən bir pul müqabilində həyətində fəhlə işləyir. O, təxminən həftədə iki dəfə Nasirin həyətində olur, pul müqabilində işlər görmüşdür. Əsasən Nasirin həyətində hasar tikir, ot yığmaqda kömək edir, tövlədə heyvanların altın təmizləyir, həyətdə otları biçməkdə kömək etmişdir. O, özü də Təqsirləndirilən şəxsla həmkəndlidir. Zərərçəkmiş şəxs də onun həmkəndlisidir. Təxminən oktyabr ayında Zərərçəkmiş şəxs piyada olaraq Nəsir Xalıqovun həyətinə təxminən 70 - ə yaxın qoyun gətirmiş, həmin qoyunları həyətdə ayırmış və Zərərçəkmiş şəxs həmin heyvanları yaşıl rəngli boya ilə boyamışdır. Bundan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin heyvanları iki yerə ayırmış və Zərərçəkmiş şəxs öz qoyunlarını ayırıb aparmışlar. Zərərçəkmiş şəxs həmin qoyunları hara apardığını isə bilmir, Təqsirləndirilən şəxs isə Mercedes marklalı yük avtomobili ilə öz heyvanlarını yükləyib İmişli rayonuna aparmışlar. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Xalıqov X3 rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021 -ci il tarixdə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən heyvanlarının geri tələb edilməsi ilə bağlı tərəflər arasında aparılan danışıqların video görüntü formasında köçürüldüyü bir ədəd DVD diskinə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, Şahid4 və Şahid5 Təqsirləndirilən şəxs heyvanları və danaları istəmələri ilə bağlı danışıqlar aparırlar. Görüntülər həm avtomobildə və həm də tövlənin qarşısında çəkilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxsla telefon danışığının aparılması və həmin danışığın video görüntü və səsli aparılması zamanı qarşı tərəf heyvanların onda olduğu etiraf etməsi öz əksini tapmışdır. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən heyvanlarının geri tələb edilməsi ilə bağlı tərəflər arasında aparılan danışıqların videogörüntü formasında köçürüldüyü bir ədəd DVD diski iş üzrə sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilərək saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünün təqsirli bilməməsi ilə bağlı dediklərini özünümüdafiə kimi qiymətləndirməklə inandırıcı hesab etmir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddələrinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğundan onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2023-cü tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərəçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı məhkəmə zalından həbs olunduğu vaxtdan yəni, xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin, həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından dərhal həbs edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. Zərəçəkmiş şəxsə dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar