Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-574/2025 11.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Pirməmmədzadə Vüsal Əliş oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1961-ci ildə Yardımlı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Biləsuvar Rayon Məhkəməsinin 1(022)-19/2025 saylı, 03 aprel 2025-ci il tarixli hökmünə əsasən, 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Belə ki, Təqsirləndirilən şəxs tamah niyyət ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə özünü uşaqların əlilliyinin bərpa və reabilitasiya mərkəzinin həkimi kimi təqdim edərək Zərərçəkmiş şəxs inandırmış və ona nəvəsi X4 əlillik dərəcəsi düzəldəcəyinə yalandan vəd verib inandırmış, bu məqsədlə sonuncudan 2023-cü il in noyabr ayından 2024-cü ilin iyun ayınadək olan müddət ərzində hissə hissə olmaqla, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 1155 manat pulunu alıb, ələ keçirərək, vədinə əməl etməyib, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər həkim kimi də fəaliyyət göstərmiş və uzun illər Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmişdir. Bundan başqa cərrah kimi də fəaliyyət göstərmişdir. 2023-cü ilin noyabr ayında X5 Reabilitasiya mərkəzində olan zaman həmin reabilitasiya mərkəzinin həyətində bir nəfər şəxsin nəvəsinə əlillik təqaüdü düzəltmək istədiyini görmüşdür. Təqsirləndirilən şəxs həmin şəxsə yaxınlaşıb onlara özünü təqdim eləyərək burada cərrah işlədiyini və yaxşı tanışları vasitəsi ilə təqaüd düzəldə biləcəyini demişdir. Həmin şəxsin adını soruşmuşdur. Qadın isə adının Zərərçəkmiş şəxs olduğunu və nəvəsi X3 epilepsiyası olduğunu və tez tez sudurqalarının olduğunu, nəvəsinə əlillik təqaüdü düşdüyünü lakin həmin təqaüdü ala bilmədiyini özünü həkim kimi təqdim edən Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs isə həmin şəxslərə neçə il Salyan şəhərinin mərkəzi xəstəxanasının baş həkimi vəzifəsində işlədiyini və hal hazırda isə orada işdən çıxdığını bildirmişdir. Həmin şəxslər Təqsirləndirilən şəxs nəvəsinin əlillik dərəcəsinin bərpa edərək düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona nəvəsinə əlillik təqaüdünü bərpa elətdirə biləcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs onlara tibbi xərclərə görə 1000 manat lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Söhbət zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Yardımlı rayonundan olduğunu bildiyindən ona özünün də cənub bölgəsidən olduğunu demişdir. Təqsirləndirilən şəxs də onların yerliləri olduğunu bilib kömək etmək qərarına gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sevinc adlı qadından sənədlərini baxmaq üçün almışdır.Sənədlərə baxan zaman uşağın epilepsiya xəstəliyinin olduğunu və qıcolmalarının olduğunu görmüşdür. Sevinc Ağayevanın ona verdiyi sənədlərə baxan zaman bəzi çatışmazlıqların olduğunu görmüşür. Təqsirləndirilən şəxs sənədlərə baxan zaman Göyçay Rayon Mərkəzi Xəstəxanasının əlilliyin təyin olunması üçün “88 forma” göndərməli olduğunu lakin göndərmədiyini görmüş və bu barədə uşağın nənəsi Zərərçəkmiş şəxs məlumat vermiş və həmin “forma 88”in alınmadan əlillik təqaüdünün düzəldiməsinin qeyri müəyyən olduğunu demişdir. Zərərçəkmiş şəxs həmin “forma 88” in düzəldilməsi üçün pul lazım olduğunu bildirmiş Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Bir neçə gün sonra həmin Sevinc adlı qadın ilə əlaqə saxlayaraq ona öz plastik kartını göndərmiş və həmin qadından pulu ora göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 2-3 dəfə olmaqla hissə-hissə ümumilikdə 1000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs ona sənədlərin 3 ay müddətində təsdiq ediləcəyini bildirmişdir. 2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq müayinə xərcləri üçün 155 manat pul verməli olduğunu və xəstənin də gəlib müayindən keçməli olduğunu ona bildirmişdir. Telefonla Sevinc adlı qadınla danışmışdır. Sevinc isə ona gələ bilmədiyini və pulu kart ilə göndərmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs özünün istifadə etdiyi “Leobank” kartını göndərərək pulu ora göndərməsini istəmişdir. Zərərçəkmiş şəxs da onun kart hesabına 155 manat pul göndərmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs onunla danışaraq yeznəsinin artıq onun uşağına əlillik təqaüdü lazım olmadığını və pulu geri qaytarmağını ondan istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə onunla danışaraq pulu geri qaytaracağını bildirmişdir. Təxminən 2-3 ay sonra oğlu Turala 300 manat pul verərək Sevinc adlı qadına qaytarmasını istəmişdir. Oğlu Tural isə həmin qadınla Xırdalan şəhərində görüşərək 300 manat pulu geri qaytardığını ona demişdir. Daha sonra Təqsirləndirilən şəxs Sevinc adlı qadınla danışmışdır. Həmin qadında ona 300 manat pulun geri qaytarıldığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə telefonla danışan zaman xəstə olduğunu və yerdə qalan pulu da qısa zamanda geri qayataracağını ona demişdir. Daha sonra isə xəstə olduğundan həmin qadın ilə əlaqə saxlaya bilməmiş və ondan nəvəsinin əlillik təqaüdü üçün aldığı pulu qaytara bilməmişdir. Hazırda ziyanlığı tam olaraq ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın ödənildiyini, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını, qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini, növbəti məhkəmə iclasına onun iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından etibarən tanıyır.X7 onun nəvəsidir. Nəvəsinin epilepsiya xəstəliyi və qıcolmaları vardır. Buna görə də nəvəsinə əlillik təqaüdü təyin edilmişdir. Lakin bəzi səbəblərdən nəvəsinin təqaüdü ləğv edilmişdir. Zərərçəkmiş şəxs da nəvəsinin təqaüdünü bərpa elətdirmək niyyətində imiş Bu məqsədlə də tanış adam axtarırmış. 2023-cü ilin noyabr ayında nəvəsi X3 xəstəliyi ilə əlaqədar olaraq X6 Reabilitasiya mərkəzinə gəlmişdir. Orada onlara bir nəfər yaxınlaşmışdır. Həmin şəxs onlara özünü həmin reabilitasiya mərkəzinin həkimi kimi təqdim etmişdir. Söhbət zamanı həmin şəxs onlara adının Təqsirləndirilən şəxs olduğunu və nəvəsinin əlillik təqaüdünü bərpa elətdirməkdə köməklik edə biləcəyini demişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra Mirəddin adlı şəxs Zərərçəkmiş şəxs nəvəsinin xəstəliyi ilə bağlı toplanmış sənədləri istəmişdir. Zərərçəkmiş şəxs da həmin şəxsi həkim bilib onun nəvəsinə köməklik edəcəyinə, nəvəsi Hürrəm İsrayılzadənin təqaüdünü bərpa elətdirəcəyinə inanıb nəvəsinin əlillik təqaüdünə aid sənədləri Təqsirləndirilən şəxs vermişdir. Özünü həkim kimi təqdim edən Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs aldığı sənədlərə baxdıqdan sonra köməklik edə biləcəyini, əlillik dərəcəsini bərpa elətdirə biləcəyini, lakin sənədlərdə müəyyən dəyişiklik olunmalı olduğunu onlara bildirmişdir. Təqsirləndirilən şəxs həmin sənədləri Zərərçəkmiş şəxs alaraq özündə saxlamışdır. Həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sənədlərin düzəldilməsi və nəvəsinin əlillik təqaüdünün bərpa olunması üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Lakin Zərərçəkmiş şəxs Mirəddinlə danışan zaman o qədər pulu düzəldib verə bilməyəcəyini ona demişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs Mirəddinin Yardımlı rayonunda anadan olduğunu bilib özünün də cənub bölgəsindən olduğunu və imkanı olmadığını əgər imkan varsa onlara köməklik etməsini və qiyməti biraz aşağı salamasını istəmişdir.Sonunda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs 1000 manata razılaşmışlar. Zərərçəkmiş şəxs ona pulu bir müddət sonra verəcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin pulu iki gün ərzində hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ona verdiyi kart hesabına Abşeron Rayonu, Xırdalan şəhərində yerləşən ödəmə terminalı vasitəsi ilə ümumilikdə 1000 manat göndərmişdir. Daha sonra isə Sevinc Ağayeva mütəmadi olaraq Mirəddinlə əlaqə saxlayaraq işin gedişatı barədə ondan məlumat almağa çalışmışdır. Lakin Təqsirləndirilən şəxs isə hər dəfə ona müxtəlif bəhanələr gətirərək yaxında nəvəsinin əlillik təqaüdünün bərpa olacağını bildirmişdir.2024-cü ilin iyun ayında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zəng edərək bütün sənədləri topladığını, sonuncu dəfə 155 manat ödəniş edilməli olduğunu ona bildirmişdir. Zərərçəkmiş şəxs da ona inanaraq Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 155 manat pulu Abşeron Rayonu, Xırdalan şəhərində yerləşən terminallardan biri ilə göndərmişdir.Daha sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əlaqə saxlayaraq hər şeyin hazır olduğunu, nəvəsinin adına sosial müavinətlə bağlı kart gələn zaman onunla əlaqə saxlanacağını bildirmişdir. Zərərçəkmiş şəxs da ona inanaraq həmin pulu göndərmiş və bir müddət gözləmişdir. Zərərçəkmiş şəxs bir müddət gözləsə də də Təqsirləndirilən şəxs xəbər çıxmamışdır. Hər dəfə ona zəng edən zaman müxtəlif bəhanələrlə Mirəddinin onu yola verdiyini və sənədləri hazılamadığını görmüşdür. Bir neçə müddət də gözlədikdən sonra X8 yalan danışdığını görüb ondan nəvəsi üçün ödədiyi pulu və sənədləri geri qaytarmasını tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs ona işi həll edə bilmədiyini və sənədləri də qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu aldadaraq nəvəsinə əlillik təqaüdünün bərpası üçün onun 1155 manat pulunu ələ keçirdini görüb bu barədə 102 xidmətinə müraciət etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işi başlama və icraata qəbul edilməsi barədə” 24 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. “Zərərçəkmiş şəxs kimi tanınmaq barədə” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 15 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 18 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Bundan başqa həmin tarixli tələbnamədən görünür ki, Ağayev X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4, 66.5, 70.1 və 70.3-cü maddələri ilə təqsirli bilinmiş və barəsində 01 il 06 ay 09 gün azadlıqdan məhrumetmə 01 il şərti sınaq müddəti təyin edilmişdir.xx.xx.2020-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-549/2024 saylı, 26 noyabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam veirilmişdir. Biləsuvar Rayon Məhkəməsinin 1(022)-19/2025 saylı, 03 aprel 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasınınşərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarına əsasən əgər şəxsin törətdiyi cinayət əməllərinin hər biri onun törətmiş olduğu cinayət əməllərindən hər hansı birinə görə cinayət məsuliyyətindən azad edilməsindən əvvəl aşkar olunmuş olsaydı, bu, işin hallarından asılı olaraq Cinayət Məcəlləsinin 16 və 17-ci maddələrinə əsasən təkrarlıq və ya cinayətlərin məcmusunu yaradardı. Bu isə şəxsin qanunvericiliklə məsuliyyətdən azad edilmənin mümkün olduğu halda cinayət məsuliyyətindən azad edilməsinə imkan vermiş olardı. Lakin şəxsin cinayət məsuliyyətindən azad edildikdən sonra həmin ana qədər törətdiyi digər cinayət əməli ilə bağlı icraatda artıq bir dəfə cinayət məsuliyyətindən azad edilmiş şəxs kimi qiymətləndirilməsi onun vəziyyətini ağırlaşdırmaqla, cinayət qanunvericiliyinin prinsiplərinin pozulmasına gətirib çıxarar. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin həmin anadək törətmiş olduğu digər cinayətləri aşkar edildiyi halda, barəsində cinayət məsuliyyətindən azad etmənin tətbiqi mümkündür. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs hazırki cinayəti cinayət məsuliyyətindən azad edilənədək, yəni xx.xx.2024-cü il tarixədək törətdiyindən ona Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır, lakin Biləsuvar Rayon Məhkəməsinin 1(022)-19/2025 saylı, 03 aprel 2025-ci il tarixli hökmünə əsasən hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə dövlət büdcəsi vəsaiti hesabına hüquqi yardım göstərmiş vəkilin hesabatını əsas götürərək, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 200 manat (15 saat x 6 AZN + 10 saat x 11AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 saat hüquqi yardıma görə , Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 200 (iki yüz) manat ödənilsin və həmin vəsaitin ödənilməsi Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar, apelyasiya şikayəti və protesti verilmədiyi halda, qeyd olunan müddətin başa çatdığı vaxtın sonrakı günü qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-574/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-574/2025
11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver