Məhkəmə qərarları › İş №1(012)-575/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-575/2020

23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-575/2020 23.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi Soltan oğlunun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğuı olan, Yardımlı rayonu, Bürzünbül kəndində qeydiyyatda olan və Abşeron rayonu Qobu qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraatişinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Ş.İ.Xətai küçəsində yerləşən fərdi yaşayış evində olan zaman sosial şəbəkələrdən birində tanımadığı şəxslə olan mesajlarını əri Təqsirləndirilən şəxs göstərməsi səbəbindən aralarında qısqanclıq zəminində mübahisə yaranmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs sillə zərbələri ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə vurmaqla və bədənin müxtəlif nahiyələrinə taxta və digər məişət əşyaları ilə zərbə endirməklə ona burun sümüyünün 1/3-nin qapalı yerdəyişməyən sınığı, burun, hər iki bazu, hər iki kürək, sol sağrı, sol bud və sol baldır nahiyələrinin geniş sahəli qançırlarından ibarət sağlamlığına qəsdən yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 2003-cü ildən rəsmi nigahda olmaqla birlikdə yaşayır və bu münasibətdən 3 övladı vardır. Sveta ilə onun münasibətləri əvvəllər normal olmuşdur. xx.xx.2020-ci il tarixdə səhər saat 09 radələrində birgə yaşadıqları evdə olan zaman Svetanın mətbəxdən çıxmadığını görüb narahat olaraq mətbəxə keçmiş, bu zaman Svetanın küncdə oturmuş vəziyyətdə dayanaraq hansısa bir işlə məşğul olduğunu görüb ona yaxınlaşmış, həmin vaxt Svetanın mətbəxdə olan qab-qacağın içinə nəsə qoyduğunu görüb ondan bu barədə maraqlandıqda Sveta ona aqressiv cavab vermişdir. O, Svetanın qəribə davranışlarından şübhələnərək həmin əşyanı götürməyə cəhd etsə də Sveta ona mane olmağa çalışmışdır. Bu zaman əsəbləşib Svetanın qollarından tutub kənara çəkmiş və sonuncunun sifət nahiyəsindən 4-5 dəfə sillə zərbəsi vurmuşdur. O, telefonu götürdükdən sonra Svetanın bir nəfər şəxslə danışdığını gördükdə mübahisə bir qədər də böyümüş və daha ağır nəticələrin baş verməməsi üçün evdən bayıra çıxmışdır. Bir qədər sonra Svetanın qardaşı X3 onların yaşadığı evə gələrək Svetanı özü ilə aparmışdır. Daha sonra Svetanın xəstəxanaya müraciət etdiyi ona məlum olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq mübahisə zamanı Svetanın sifət nahiyəsindən bir neçə dəfə əli ilə vurduğunu, həmin zaman Svetanın sifət nahiyəsindən xəsarət aldığını, mübahisənin qısqanclıq zəmnində baş verdiyini, Svetanın telefonda başqa bir şəxslə yazışmasından şübhələnərək mübahisə etməyə başladığını və həmin zaman sonuncunu döydüyünü, mübahisə zamanı Svetanın ona heç bir müqavimət göstərmədiyini və xəsarət yetirmədiyini, mübahisənin təxminən 5 dəqiqə davam etdiyini, həmin zaman evdə onlardan başqa heç kimin olmadığını bildirmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. O, Təqsirləndirilən şəxs ilə 2003-cü il tarixdən rəsmi nigahda olmaqla birlikdə yaşayır və onların bu münasibətdən 3 övladı vardır. Dəyanət ilə onun münasibətləri əvvəldən normal olmamışdır. Son zamanlar onların arasında tez-tez mübahisələr baş verdiyindən o, Dəyanətdən dəfələrlə boşanmaq istəsə də, sonuncu onunla razılaşmayaraq ayrılmaq istəmədiyini bildirmişdir. Yalnız Dəyanətə xəyanət edəcəyi halda sonuncunun ondan ayrıla biləcəyini dediyi üçün o, internet saytlarının birində tanımadığı şəxslə mesaj vasitəsilə danışıb sonradan həmin mesajları Dəyanətə göstərməyi düşünmüşdür. Bu məqsədlə xx.xx.2020-ci il tarixdə səhər 09 radələrində birgə yaşadıqları evdə olan zaman tanımadığı şəxslə olan mesajlarını Dəyanətə göstərmiş və boşanmaq istədiyini bildirmişdir. Bu zaman Dəyanət əsəbləşib telefonu onun əlindən alaraq mesajlara baxmış və əsəbi halda onunla mübahisə etmişdir. Mübahisə zamanı Dəyanət əli ilə onun sifət nahiyəsindən bir neçə dəfə zərbə vurmuş, taxta və digər məişət əşyaları ilə onun bel, ayaq və qol nahiyələrindən də zərbələr endirmişdir. Dəyanət bir qədər sonra evdən çöləçıxıb onun qardaşı X2 zəng edərək yaşadıqları ünvana çağırmış, Elçin oraya gəldikdən sonra onu özü ilə aparmışdır. Həmin gün onun bədən və sifət nahiyələrində xəsarətlər olduğu üçün Sabunçu 3 saylı xəstəxanasına müraciət etmişdir. Zərərçəkmiş şəxs гызы ifadəsində əlavə olaraq mübahisənin qısqanclıq zəmnində baş verdiyini, onun yalnız xəyanət edəcəyi halda Dəyanətin ondan boşanacağını bildirməsi səbəbindən bilərəkdən tanımadığı şəxslə olan mesajlarını Dəyanətə göstərdiyini və bu səbəbdən sonuncunun əsəbləşərək onu döydüyünü, mübahisə zamanı Dəyanətə heç bir müqavimət göstərmədiyini, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini və həmin zaman evdə onlardan başqa heç kimin olmadığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə - tibbi ekspertizasının İş üzrə keçirilmiş MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2020-ci il tarixli 1988 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – burun sümüyünün 1/3-nin qapalı yerdəyişməyən sınığı, burun, hər iki bazu, hər iki kürək, sol sağrı, sol bud və sol baldır nahiyələrinin geniş sahəli qançırlarıbərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də cinayət əməlini törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində ibtidait istintaq və məhkəmə istintaqı dövründə qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Soltan oğlunun göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X1 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına, məhkəmə istintaqı zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi Soltan oğlunun göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğdə pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi subut və mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən:Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar