Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-575/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim edərək tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin fevral ayında özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin Əziz adlı baş leytenant hərbi rütbəsində olan hərbi qulluqçusu kimi təqdim edib, hərbi forma geyinərək Abşeron rayonu Masazır qəsəbəsində yaşayan vətəndaş Zərərçəkmiş şəxs sonuncunun hərbi xidmətdə olan oğlu X2 xidmət etdiyi Ağcabədi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət keçib başqa hərbi hissəyə göndərilməyəcəyi barədə müvafiq əmr verilməsinə köməklik göstərəcəyini vəd edib aldararaq qeyd olunan hərbi hissənin qarşısında xx.xx.2020-ci il tarixdə hazırda törətdiyi dələduzluq əməlinə görə tam olaraq ödədiyi N manatdan 1400 manat pulu, xx.xx.2020-ci il tarixdə isə Abşeron rayonu, Masazır qəsəbəsində yaşadığı evdə 400 manat pulunu almaqla, o cümlədən xx.xx.2020-ci il tarixdə qeyd olunan hərbi hissəyə Zərərçəkmiş şəxs və onun arvadı X4 ilə birlikdə baş leytenant hərbi rütbəsində forma geyinib andiçmə mərasiminə gedərək özünü orada Azerbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin əməkdaşı kimi, yəni özbaşına vəzifəli şəxs kimi təqdim etməklə, fiziki şəxs Zərərçəkmiş şəxs və dövlət təsisatı olan hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gəncə şəhərində orta məktəbi rus bölməsində bitirməyinə baxmayaraq Azərbaycan dilini sərbəst bilir. Çünki evdə və küçədə Azərbaycan dilində danışmışdır. Bu səbəbdən tərcüməçiyə ehtiyacı yoxdur. Əvvəllər adı X6 olmuşdur. Lakin 2019-cu ildə adını “Kirill ” olaraq dəyişdirmişdir. Əvvəllər Bakı şəhərində ofisiant işləyərək pul qazanmışdır. Hərbi geyimə marağı olduğundan hərbi mağazaların birindən hərbi forma almışdır. Şəhərdə gəzərkən tanımayan adamlar geyiminə görə hərbçi olduğunu düşünmüşlər. 2020-ci ilin yanvar ayında tarixini dəqiq xatırlamadığı gündə Sumqayıt şəhərində yaşayan əsgərlik yoldaşı ilə görüşmək üçün onun Sumqayıt şəhərindəki iş yerinə gedərkən taksi onu lazımı yerdə düşürmədiyinə görə məcbur qalıb yolla gedən avtomobili saxlatdırıb, sürücüdən gedəcəyi ünvanın harada yerləşdiyini soruşmuşdur. Sonradan adının Aslan olduğunu bildiyi şəxs gedəcəyi istiqamətə getdiyini bildirib, onu da öz maşınına mindirmişdir. Yolda olarkən Aslan əynindəki hərbi geyimi görüb hərbçi olduğunu düşünmüş, adını və hansı hərbi hissədə qulluq etdiyini soruşmuşdur. Adının Əziz olduğunu və Müdafiə Nazirliyinin Kadrlar İdarəsində işlədiyini, baş leytenant hərbi rütbəsində olduğunu söyləmişdir. Gedəcəyi ünvana çatdıqdan sonra Aslanın maşınından düşmüşdür. Aslan onun mobil telefonunu istədiyindən telefon nömrəsini ona vermişdir. Bundan bir neçə gün sonra Aslan zəng edib, Ayəddin adlı qohumunun oğlunun yeni çağırışçı kimi Ağcabədi rayonundakı hansısa hərbi hissədə N aylıq karantində olduğunu, həmin oğlanın xidmət yerini Bakı şəhərindəki hərbi hissələrin birinə dəyişməsinə köməklik etmək lazım olduğunu bildirmişdir. Bunun mümkün olmadığını söylədikdən sonra Aslan oğlanın elə həmin hərbi hissədə xidmətdə qalması üçün hərbi hissənin komandirləri ilə danışmağını xahiş etmişdir. Buna görə Ayəddini aldadıb, pulunu ələ keçirmək mümkün olduğunu hiss edib, Aslana həmin oğlana hərbi hissəsində qalmağa köməklik edə biləcəyini bildirmiş və Ayəddinin ona zəng etməsini söyləmişdir. Bundan bir neçə gün sonra Ayəddin və həyat yoldaşı Zülfiyyə hazırda xatırlamadığı mobil telefon nömrə ilə ona zəng etmiş, oğlunun hərbi xidmət yeri ilə bağlı danışmaq istəmişdir. O isə bu söhbəti telefonda edə bilməyəcəyini söyləmiş, Bakı şəhəri, 28 May metrostansiyasının yaxınlığına gəlmələrini bildirmişdir. Az sonra həmin metrostansiyanın yaxınlığında Ayəddinlə görüşüb, Müdafiə Nazirliyinin Kadrlar İdarəsində işlədiyini və oğlunun Ağcəbədidəki hərbi hissədə xidmət aparmasına köməklik edəcəyini bildirmişdir. Ayəddin də bir neçə gündən sonra oğlunun həmin hərbi hissədə andiçmə mərasimi olacağını bildirmişdir. Birlikdə həmin mərasimdə iştirak etmək barədə razılığa gəlmişlər. Bir gün sonra Ayəddinə zəng edib oğlunun hərbi xidməti ilə bağlı görüşmək lazım olduğunu söyləmişdir. Az sonra Bakı şəhəri “İçəri şəhər” metrostansiyasının yaxınlığında görüşmüşlər. Ayəddinə oğlunun hərbi xidmət məsələsini həll etmək üçün 2000 manat pul lazım olacağını bildirmişdir. Ayəddin də bir az aşağı məbləğə bu işi həll etməyini xahiş etmişdir. O da tanışları ilə danışıb sonra ona bir söz deyəcəyini bildirmiş və ertəsi gün ona zəng edib N manat pul lazım olacağını söyləmişdir. Ayəddin də razılaşmışdır. Bir neçə gün sonra, yəni 08 fevral 2020-ci il tarixdə Ayəddin və həyat yoldaşı ilə birlikdə Ağcəbədi rayonuna onun oğlunun xidmət etdiyi hərbi hissəyə getmişlər. Hərbi hissəyə hərbi forma ile getdmişdir. Orada olan hərbi qulluqçular onu həqiqətən Azərbaycan Respublikas Müdafiə Nazirliyinin Kadrlar İdarəsinin əməkdaşı kimi bilmişlər. Andiçmədən sonra Ayəddinin oğlu Şahini də götürüb oradakı kafeyə getmiş, birlikdə yeyib içdikdən sonra Şahini hərbi hissəyə qoyub geri qayıtmışlar. Ayəddindən həmin hərbi hissənin qarşısında N manat pulun 1400 manatını almışdır. Bir neçə gün sonra yəni 16 fevral 2020-ci il tarixdə Ayəddinin Abşeron rayonu, Masazır kəndində yerləşən evinə hərbi forma ilə getmiş və ondan qalan 400 manat pulu da almışdır. Həmin pulları da bir neçə günə şəxsi ehtiyaclarına xərcələmişdir. Bir müddət sonra Gəncə şəhərində xüsusi karantin rejimini pozduğuna görə və qanunsuz olaraq hərbi forma geyindiyinə görə onu Nizami rayon Polis İdarəsinə aparmışlar. Orada onu televiziyaya çəkdikdən sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində 25 gün inzibati həbs tətbiq olunmuşdur. 44 günlük Vətən Müharibəsində iştirak etmiş və bir neçə medala layiq görülmüşdür. Zərərçəkmiş şəxsə vurduğu ziyanı hissə-hissə tam olaraq, ödəmişdir. Əməlindən peşmançılıq çəkir, yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Masazır kəndi, Ü.Hacıbəyov küçəsi-3, dalan 1-də yerləşən fərdi evdə yaşayır. X5 Babayev əsgərliyə gedənə qədər tanımamışdır. 2020-ci ilin yanvar ayının sonlarında tanışı Aslanın ***-***-**-** nömrəli mobil telefonuna zəng edib, sonuncu ilə oğlunun hərbi xidmətdə olduğu yeri dəyişdirməkdə köməklik edə biləcək adam tapmasını xahiş etmişdir. Aslan da ona Əziz adlı tanışının hərbi xidmətlə əlaqədar işləri həll etdiyini və sonuncunun ona köməklik edə biləcəyini söyləmişdir. Aslandan Əziz adlı tanışının ***-***-**-**, 055- ***-**-** mobil nömrələrini alıb, əlaqə saxlamış və 2020-ci ilin fevral ayının əvvəllərində Bakı şəhəri 28 May metrosu yaxınlığında görüşmüşdür. Əziz həmin vaxt hərbi geyimdə olmuşdur. Əynində olan geyimdə rütbəsi baş leytenant olmuşdur. Sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi həmin Əziz adlı şəxslə görüşüb ondan oğlu Şahinin Ağcabədi rayonundakı gənc əsgərlər üçün nəzərdə tutulmuş N saylı hərbi hissədə olduğunu və oğlunun orada xidmətini davam etdirməsində köməklik etməsini xahiş etmişdir. Kirill də ona Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin əməkdaşı olduğunu demiş, oğlu Şahinin xidmət etdiyi yerdə qalması üçün 2000 manat pulun lazım olduğunu söyləmişdir. Kirill lə qısa zamanda görüşüb dediyinə uyğun məbləği düzəldib, ona verəcəyini söyləmişdir. Kirill isə pulu aldıqdan sonra qısa zamanda oğlu Şahinin xidmət etdiyi yerdə qalması üçün əmr imzaladacağını bildirmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə o və arvadı Zülfıyyə Kirillə görüşüb, onunla birlikdə Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissəyə getmişlər. Həmin gün hərbi hissədə andiçmə mərasimi keçirilmişdir. Kirill yenə hərbi geyimdə olmuşdur. Kirill hərbi hissədə oğlunun komandirləri ilə görüşüb, Şahindən xidmət edən zaman muğayat olmalarını xahiş etmişdir. Kirill hərbi hissədə olan zaman özünü komandirlərə Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin əməkdaşı olduğunu söyləmişdir. Məhz bu səbəbdən komandirlər ona qarşı hörmətlə yanaşmışlar. Hərbi hissədə keçirilən tədbirdən sonra oğlu Şahinlə və Kirillə birlikdə şəkil çəkdirib, yemək yemişlər. Həmin vaxt hərbi hissədə Kirillə hörmətlə yanaşılmasını görüb, ona etibar edib, oğlu Şahinin həmin hərbi hissədə xidmətini başa vurması üçün əmr imzalatdırmaqdan ötrü Kirillə verəcəyi 2000 manat pulun üzərində olan 1400 manatını vermişdir. Qalıq 600 manatın 400 manatını pulu olan kimi verəcəyini və 200 manatını isə oğlunun işi həll olunduqdan sonra verəcəyini bildirmişdir. Kirill də onula razılaşmış və 1400 manat pulu ondan alıb, qısa zamanda oğlu Şahinin Ağcabədi rayonundakı hərbi hissədə xidmət etdiyi yerdə saxlanılması barədə əmr çıxardılmasında köməklik edəcəyini bildirmişdir. Bundan bir müddət sonra təxminən xx.xx.2020-ci il tarixdə Kirill yaşadığı evə gəlmişdir. Yaşadığı evdə Kirillə 400 manat pul verib, qalan 200 manatı da oğlunun işi həll edildikdən sonra verəcəyini söyləmişdir. Həmin gündən sonra Kirillə əlaqə saxlamışdır. Sonuncu hər dəfə ona müxtəlif bəhanələr gətirərək, əmrin qısa zamanda imzalanacağı barədə vəd vermişdir. Həmin ərəfədə tarixini dəqiq xatırlamadığı gündə Kirill ona zəng edib, Gəncədə olduğunu və atasının xəstə olduğunu söyləmiş, ona borc pul verməyini xahiş etmişdir. Kirillə 50 manat pulu olduğunu bildirmişdir. Kiril həmin pulu bank vasitəsi ilə ona göndərməyini xahiş etmişdir. Həmin pulu kimin adına göndərəcəyini soruşmuşdur. Kirill “Nikoyl” bankın bebit kartının hesab nömrəsini mobil telefonunun “Whatsapp” xidməti ilə onun mobil telefonuna göndərib, 50 manatı həmin hesab nömrəsinə göndərməyini xahiş etmişdir. Həmin kartın Təqsirləndirilən şəxs adma olduğunu görüb, ondan KiriHin kim olduğunu soruşmuşdur. Kirill də həmin kartın qardaşının kartı olduğunu söyləmişdir. Bundan bir neçə saat sonra 50 manat pulu həmin karta göndərmişdir. Bundan təxminən 10 gün sonra ölkədə tətbiq olunan karantin rejimi ilə bağlı televiziyada verilən xəbərlərdə baxanda özünü hərbi qulluqçu kimi təqdim edən şəxsin polis əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində saxlanıldığını, həmin şəxsin Təqsirləndirilən şəxs adlı mülki şəxs olduğunu gördükdə televizorda həmin Kirill n oğlu Şahinin işini həll edən Əziz olduğunu görüb, sonuncunun onları aldatdığını başa düşmüş və buna görə Abşeron RPİ-nə gəlib ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədə çalışır. Cinayət işinin mahiyyəti ilə tanış olmuşdur. 2020-ci ilin fevral ayında hərbi qulluqçu olmayan 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs hərbi forma geyinərək Azerbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan Ağcabədi rayonu “Taxta körpü” ərazisində yerləşən hərbi hissəyə daxil olması və orda olan hərbi qulluqçulara özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin əməkdaşı kimi təqdim etməsi Nazirliyin nüfuzuna xələl gətirmişdir. Bununla bağlı Azerbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini ona verilən səlahiyyətlərə əsasən istintaq orqanından xahiş etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin şəhadətnamədən görünür ki, xx.xx.1997-ci ildə doğulmuş X6 adını Təqsirləndirilən şəxs olaraq dəyişdirmişdir. Akt xx.xx.2019-cu il tarixdə 121 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Nizami rayon şöbəsindən verilmiş arayışlardan görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Qismən Səfərbərliyə cəlb olunub. xx.xx.2021-ci il tarixdən SHXÇDX-nin Gəncə şəhər Nizami rayon şöbəsində qeydiyyatdadır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və nümayəndənin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 310-cu maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla bağlı aşağıdakıları qeyd edir: Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə obyektiv cəhətdən bir-birilə qarşılıqlı əlaqədə olan üç əlamətlə xarakterizə olunur: 1) özbaşına olaraq özünü vəzifəli şəxs kimi təqdim etməklə və ya vəzifəli şəxsin səlahiyyətlərini mənimsəməklə törədilən hərəkətlər; 2) bunun nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasında ifadə olunan ictimai təhlü-kəli nəticənin baş verməsi; 3) törədilmiş hərəkətlərlə baş vermiş ictimai təhlükəli nəticə arasında səbəbli əlaqənin olması. Özünü vəzifəli şəxs kimi təqdim etmə dedikdə, şəxsin özünü başqalarına əslində malik olmadığı səlahiyyətlərin daşıyıcısı kimi təqdim etməsi başa düşülməlidir. Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmənin mahiyyəti ondan ibarətdir ki, təqsirkar hər hansı bir vəzifəyə daimi və ya müvəqqəti təyin edilmənin (seçilmənin) qaydalarını pozmaqla və ya xüsusi səlahiyyətlər üçün nəzərdə tu-tulmuş rəsmiləşdirmə olmadan hakimiyyət nümayəndəsi funksiyasının həyata keçirilməsi üzrə, yaxud təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasının yerinə yetirilməsi üzrə hüquq və vəzifələri qanunsuz olaraq öz üzərinə götürür. Əməlin təhlil edilən maddə üzrə tövsif edilməsi üçün təqsirkar öz kriminal hərəkətlərini məhz qanunsuz olaraq öz adına uydurduğu və ya mənimsədiyi səlahiyyətlərdən çıxış edərək törətməlidir. Həmçinin göstərilən cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, həmin cinayətin törədilməsi nəticəsində fiziki və hüquqi şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə pozulur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs qanunsuz qazanc əldə etmək məqsədi ilə özünü Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin Əziz adlı baş leytenant hərbi rütbəsində olan hərbi qulluqçusu kimi təqdim etmiş və onun bu hərəkətləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nüfuzuna xələl gətirməklə, adı çəkilən hüquqi şəxsin hüquqlarını və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Zərərçəkmiş şəxs ondan şikayətçi olmamasını, Füzuli rayonunun işğaldan azad olunmasına görə medalı ilə təltif olunmaqla 2-ci Qarabağ müharibəsi iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, zərərçəkmiş şəxsin şikayətçi olmamasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan 28 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, istintaqdan qaçıb gizləndiyindən xx.xx.2021-ci il tarixdə tutularaq Gəncə şəhər Polis İdarəsinə təhvil verilmişdir. 29 yanvar 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02 (iki) gün islah işləri cəzası 1 günə 4 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 8 (səkkiz) gün ona təyin ediləcək islah işləri cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi subut, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutuluğu 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə maddi sübut, mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-575/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-575/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver