Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-575/2025 05.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Lerik rayonu, Blaband kəndində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmuş, Lerik rayon Mərkəzi Xəsrəxənası publik hüquqi şəxsində tibb bacısı işləyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs məqsədi ilə Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumat verib sonuncunun inam və etibarını qazanaraq ona hərbi xidmətdə olan oğlunun xidməti iş yerini Bakı şəhərinə dəyişmək üçün köməklik edəcəyinə yalan vəd verib aldadaraq bu niyyətlə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən "İdeal" marketdə quraşdırılmış elektron ödəniş terminalı vasitəsilə onun bank kartına göndərdiyi 3000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, evlidir və iki yetkinlik yaşına çatmış övladı var. Əvvəllər Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində tibb məntəqəsinin rəisi vəzifələrində işləmişdir. Hal-hazırda isə Lerik rayon Blaband kənd tibb məntəqəsinin müdiri işləyir. 2023-cü ilin oktyabr ayının sonlarında yeznəsi İsmayılov Tural israyıl oğlu ona zəng edərək tanışı Zərərçəkmiş şəxs oğlunun Qarabağ zonasında hərbi hissədə hərbi qulluqçu olduğunu və iş yerini Bakı şəhərinə dəyişdirmək istədiyini bildirmişdir. O, bu zaman Turaba bu işdə kömək edə biləcəyini dedim. Çünki, oğlu Kənan epilepsiya xəstəsi imiş və müalicə üçün təcili pula ehtiyacı var imiş. O, həmin vaxt Turaba bu iş üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Bu hadisədən bir neçə gün sonra Turab onunla əlaqə saxlamış və Bəhmənin 3000 manatı verdiyini demişdir. O da Turaba həmin pulu ona məxsus "xxxx" ASC-yə aid nömrələrini xatırlamadığı bank kartıma göndərməsini bildirmişdir. Bundan sonra onun bank kartına 3000 manat pul gəlmişdir. O, həmin pulla oğlu Kənanın müalicə xərclərini ödəmişdir. Bundan sonra isə verdiyi vədə əməl edə bilməmişdir və Bəhmənə müxtəlif bəhanələr gətirmişdir. Hal-hazırda isə etdiyi əməldən peşmandır. Tezliklə Bəhməndən aldığı 3000 manat pulu geri qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxslə barışmışdır. Hərbçi olmuşdur, məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2023-cü ilin oktyabr ayından tanıyır. Belə ki, oğlu Əfsun Kərimli Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində hərbi qulluqçudur və gizir rütbəsindədir. Oğlunun xidməti yeri Kəlbəcər rayonunda yerləşir. Ancaq o, bundan çox narahatdır. Çünki, oğlunun iş yeri yaşayış yerlərindən çox uzaqdadır və ailə həyatı qurması üçün Abşeron və ya Bakı şəhərinə gəlməsini istəyir. Halbuki oğlu Əfsun bununla razı deyilmiş. Buna baxmayaraq o, bununla bağlı bir neçə nəfərə bu barədə danışmışdır. Həmin şəxslərdən biri də qonşuluqda usta işləyən Şahid imiş. Bu zaman Turab ona Təqsirləndirilən şəxs adında qaynı olduğunu, əvvəllər Müdafiə Nazirliyində işlədiyini və onun kömək edə biləcəyini bildirmişdir. O DA Turabdan xahiş etmişdir ki, bu barədə Altaya desin. Turab Altaya bu söhbəti deyən zaman Altay onlara kömək edə biləcəyini, lakin bu iş üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O da Altayla razılaşmışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən “İdeal market”ə quraşdırılmış "Milliön” ödəniş terminalı vasitəsilə Turabla bir yerdə 3000 manatı Altayın göndərdiyi nömrələrini xatırlmadığı, lakin "Kapitalbank” ASC-yə aid bank kartına göndərmişdir. Həmin vaxtdan sonra isə bir dəfə Atyalı yaşayış massivində yerləşən kafedə Altay ilə görüşmüşdür. Həmin vaxtı Altay ona bu işi həll edəcəyini də söz vermişdir. Lakin Altay daha sonralar müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bir müddətdən sonra isə Altayın onu aldadaraq pulunu ələ keçirdiyini başa düşmüşdür. Buna görə də Abşeron RPlnin Qobu polis bölməsinə müraciət etmişdir. Bu hadisə nəticəsində ona 3000 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onunla barışmışdır. Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, tələbi və iiddiası yoxdur. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, Abşeron RPİ-nin TŞ-də Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış HK-1/1711 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Zərərçəkmiş şəxs qismində tanıma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasİ Cinayət Məcəlləsinin 178.2.3; 178.2.4 və 62-ci maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinərək 4000 manat cərimə cəzasına məhkum edilmiş, Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək 01 il 06 ay islah işləri və 4000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə əlavə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1; 178.2.4; 66.5 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 02 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına və 1623.72 manat cərimə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Lerik rayonu ərazisində tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Abbasov X3 RPİ-nin MSYdən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən göndərilmiş sorğuya cavabdan görünür ki, xx.xx.2025-ci il tarixli N 1(012)-575/2025 saylı məktubunuz cavab olaraq bildiririk ki, Gəncə şəhər məhkəməsinin 1(125)-327/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmə əsasən xx.xx.1977-ci ildə Lerik rayon Blaband kəndində anadan olmuş məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə islah işləri cəzası (bir günə iki gün hesabı ilə hesablanmaqla-Azərbaycan Respublikası CM 68.3.1) və 4000 manat cərimə cəzası hazırki hökümlə təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tam toplansın və üzərində 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası və 4000 manat cərimə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə islah işləri cəzasını çəkməsi və 2376.28 manat cərimə cəzasını icra edilməsi nəzərə alınmış və onun xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı ümumi 2 ay müddət Azərbaycan Respublikası CM-in 69.3 maddəsinə əsasən həbsdə saxlamanın müddəti ona təyin edilmiş cəzadan çıxaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və 1623.72 manat cərimə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 68.2-ci maddəsinə əsasən 1623.72 manat cərimə cəzası müstəqil icra olunmalıdır. Cəzanın icrası A. Abbasov yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmuş və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs təyin olunmuş 1 il 2 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının başlanğıcı xx.xx.2024-ci il tarixdən başlıyaraq xx.xx.2025-ci il tarixə kimi 9 ay 20 gün cəza çəkmiş, çəkilməmiş cəzası 4 ay 11 gündür hal-hazırdada cəzası davam edir, 1623.72 manat cərimə cəzasından, 423.72 manat ödəməmiş qalmışdır, həmin məbləğ isə Lerik rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərara əsasən hər ay 100 manat hisə-hisə əmək haqqısından tutulmaqla davam edir. Hazırda məhkum Abbasov X5 rayon İcra və probasiya şöbəsinin qeydiyatındadır və cəzası davam edir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən, onunla barışmış və Təqsirləndirilən şəxs qarşı hər hansı bir şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödənilmiş, Zərərçəkmiş şəxs ona qarşı hər hansı bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 178-ci, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 11 saata görə 66 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 12 saata görə 132 manat olmaqla, cəmi 198 (bir yüz doxsan səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. X8
Məhkəmə qərarları › İş №1(012)-575/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-575/2025
05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver