Məhkəmə qərarları › İş №1(012)-577/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-577/2021

10.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-577/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sdrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 və vəkili Bakı şəhəri, 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci, 147-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1.az saytına göndərdiyi məlumatda “Respublika Diaqnostika Mərkəzinin Fizioterapiya və reabilitasiya şöbəsindən həkim Pərvin Əkbərov mənə dedi ki, istənilən mərkəzi xəstəxana pulsuz göndəriş verə bilər. Respublika Diqanostika Mərkləzinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi var. Müalicə təmamilə ödənişsiz olmalıdır. Ancaq Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova göndəriş üçün ondan 500-600 AZN dəyərində rüşvət tələb etdi. Bir neçə aydır bu göndərişi ala bilmir. Daha sonra şikayət üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə getdi. Orada agentliyin Sevinc Quliyeva adlı əməkdaşı işinə laqeyd yanaşaraq, məsələyə qarışmadığını və məbləği ödəməli olduğunu dedi. Mehriban Qaralova sabiq Baş prokuror Zakir Qaralovun qardaşı qızı olduğu üçün ondan çəkinirlər. Hətta bunu da əlavə edir ki, Abşeron rayon Mərkəzi Xəstəxanasının tibb personalı da baş həkim Mehriban Qaralovadan narazıdır” kimi onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yayıb. X5 bundan sonra da öz cinayətkar əməlini təkrar edərək Azərbaycan Respublikası İcbari Tibbi Sığortalar üzrə Dövlət Agentliyinə yazdığı müraciətdə “Hörmətii İcbari tibbi sığorta üzrə dövlət agentliyinin rəhbərliiyi. Sizə yazıb bildirirəm ki, mən sol qolumdan 2 dəfə ağır damar və sinir cərrahiyyə əməliyyatı keçirmişəm və şikəst qalmışam, imkanım yoxdur müalicəyə. Abşeron rayon mərkəzi xəstəxanasının baş həkimi Mehriban Qaralova və İcbari tibbi sığorta üzrə dövlət agentiyinin əməkdaşı Sevinc Quliyeva məndən açıq aşkar rüşvət tələb edirlər. Anam rəhmətə gedib heç cür imkanı yoxdur müalicəyə. Abşeron rayon mərkəzi xəstəxanası ona göndəriş vermir, Respublika Diaqnostika Mərkəzinin fizioterapiya şöbəsinə. Niyə görə məndən pul tələb edirlər? Odur ki İcbari tibbi sığorta üzrə dövlət agentliyinin rəhbərliyi sizdən çox xahiş edirəm mənə köməklik göstərəsiniz və bu məsələ ilə bağlı araşdırma aparasınız. Abşeron rayon mərkəzi xəstəxanasının baş həkimi Mehriban Qaralova və İcbari tibbi sığorta üzrə dövlət agentliyinin əməkdaşı Sevinc Quliyeva məndən açıq aşkar pul tələb edirlər. Bu ölkədə haqq-ədalət olmuyub və olmayacaq, heç məsələ ilə bağlı araşdırma aparılmayıb indiyə kimi. Mehriban Qaralova ermənidi. İndiyə kimi mən etik normalara riayət edirdim, amma bu gün Prezident Administrasiyasının qarşısında məni açıq aşkar sizin ünvanınıza etik normaları pozacam. Sizə yazıb bildirirəm ki, Abşeron rayon mərkəzi xəstəxanasının həkimi Aygün Abdullayevə və nevropotoloq Leyla məni kompüter tomoqrafiyası müayinə etməkdən imtina edirlər. Niyə səbəb nədir? Darıxmayn buğun mən Prezident Adminstrasiyasının qarşısında sizə paz soxacam darıxmayın” kim yenidən onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatları yayıb. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və vəkili xüsusi ittiham qaydasında şikayətin forma və məzmunca Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilməməsini bildirərək şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda, 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 293.3.1-ci maddəsinə əsasən şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan müddəalarına uyğun olmayaraq tərtib edilmişdir. Xüsusi ittihamçı şikayət ərizəsində barəsində şikayət verilən şəxsin məsulyyətə cəlb olunmasını xahiş etsə də CM-də olmayan maddəni qeyd etmişdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayətin məzmunu həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar