Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-577/2024 25.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron ryon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxxxx 2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Novxanı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, məhkəmənin 22 may 2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxxx 1997-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan Sumqayıt şəhəri 9-cu mikrarayonda yerləşən fərdi evdə kirayədə yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılam Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 "xxxx" MMC-nin Abşeron rayonu Novxanı kəndində yerləşən mağazada satıcı işləyərkən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmin mağazada fəhlə işləyən iş yoldaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində işlədiyi mağazasının ikinci mərtəbəsində yerləşən anbara birlikdə qanunsuz daxil olaraq, oradan hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 12061 manat təşkil edən 3500 qutu “Kent 8” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 17230 manat təşkil edən 5000 qutu “Kent Nano 4” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 1723 manat təşkil edən 500 qutu “Kent Nano 1” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 1757,46 manat təşkil edən 510 qutu “Kent Feel” markalı siqareti, hər bir qutunun dəyəri 2,01 manat olmaqla ümumi 1003 manat təşkil edən 500 qutu “X13” markalı siqareti, hər bir qutunun dəyəri 2,73 manat olmaqla ümumi 3216,68 manat təşkil edən 1180 qutu “X9 Siqaret” markalı siqareti və hər bir qutunun dəyəri 2,01 manat olmaqla ümumi 3009 manat təşkil edən 1500 qutu “X12” markalı siqareti vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə 40000,14 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 "xxxx" MMC-nin Abşeron rayonu Novxanı kəndində yerləşən mağazada fəhlə işləyərkən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə həmin mağazada satıcı işləyən iş yoldaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində işlədiyi mağazasının ikinci mərtəbəsində yerləşən anbara birlikdə qanunsuz daxil olaraq oradan hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 12061 manat təşkil edən 3500 qutu “Kent 8” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 17230 manat təşkil edən 5000 qutu “Kent Nano 4” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 1723 manat təşkil edən 500 qutu “Kent Nano 1” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olmaqla ümumi 1757,46 manat təşkil edən 510 qutu “Kent Feel” markalı siqareti, hər bir qutunun dəyəri 2,01 manat olmaqla ümumi 1003 manat təşkil edən 500 qutu “X13” markalı siqareti, hər bir qutunun dəyəri 2,73 manat olmaqla ümumi 3216,68 manat təşkil edən 1180 qutu “X9 Siqaret” markalı siqareti və hər bir qutunun dəyəri 2,01 manat olmaqla ümumi 3009 manat təşkil edən 1500 qutu “X12” markalı siqareti vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş "xxxx" MMC-yə 40000,14 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, vurulan ziyandan zərərçəkənə 20140 manat məbləğində pul ödəniş etdiyini, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Abşeron rayonu, Novxanı kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2019-cu ildən Abşeron rayonu, Novxanı kəndində yerləşən "xxxx" MMC-də satıcı vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs2 da həmin mağazada fəhlə işləmişdir. Vüqarla münasibəti yaxşı olmuş aralarında heç bir düşmənmilik və ədavət olmamışdır. xx.xx.2023cü il tarixdə işlədiyi mağzaya şirkət tərəfindən müxtəlif çeşidli siqaretlər gətirilib marketin 2ci mərtəbəsində yerləşən boş zala yığılmışdır. Həmin siqaretlərin saxlanılması ona və Təqsirləndirilən şəxs2 təhkim olunmamışdır. Həmin yerə girmək üçün anbardardan və mağazanın rəhbərliyindən başqa heç kimə icazə verilməmişdir. Həmin vaxt pula ehtiyacları olduğundan Vüqarla həmin siqaretlərdən oğurlayıb satmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində növbədə olduqları vaxtlar gecə heç kimin xəbəri olmadan Təqsirləndirilən şəxs2lə birlikdə marketin 2-ci mərtəbəsində yerləşən zala daxil olub, siqaret qutularını mağazanın arxa hissəsindən çıxarıb apararaq gizlətmişlər. Sonra Vüqar siqaretləri aparıb tanımadıqları şəxslərə dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi puldan ona vermişdir. xx.xx.2023-cü il tarixdə şirkət tərəfindən həmin siqaretlərə baxılıb sayılarkən 40000.14 manat dəyərində siqaretlərin oğurlandığı aşkar olunmuşdur. Bundan sonra müvafiq yoxlama aparılmış və onunla birlikdə orada fəhlə işləyən Təqsirləndirilən şəxs2 şübhələnmişlər. O da etiraf etmişdir ki, həmin siqaretləri Vüqar ilə birlikdə oğuralyıb satmışlar. Vüqarın həmin siqaretləri oğurlayıb satmasını o, bilmişdir. Vüqarın özü ona bu barədə demişdir. Lakin satdığı siqaretlərdən təxminən 4000 manat pul ona vermişdir.Həmin siqaretləri Vüqar özü aparmış satandan sonra isə gətirib ona pul vermişdir. Vüqarla ondan başqa oradan oğurluq olunmasını heç kim bilməmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu,ziyanı ödəmək imkanı olmadığını nəzərə alaraq cəza təyinində əməlindən peşimançılığının nəzərə alıb yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri 9-cu mikrarayonda kirayədə yaşamışdır. xx.xx.2019-cu ildən Abşeron rayonu, Novxanı kəndində yerləşən "xxxx" MMC-də fəhlə vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 da həmin mağazada satıcı işləmişdir. Kamranla münasibəti yaxşı olmuş aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə işlədiyi mağzaya şirkət tərəfindən müxtəlif çeşidli siqaretlər gətirilib marketin 2-ci mərtəbəsində yerləşən boş zala yığılmışdır. Həmin siqaretlərin saxlanılması ona və Təqsirləndirilən şəxs1 təhkim olunmamışdır. Həmin yerə girmək üçün anbardardan və mağazanın rəhbərliyindən başqa heç kimə icazə veribmişdir. Həmin vaxt pula ehtiyacları olduğundan Kamranla həmin siqaretlərdən oğurlayıb satmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində növbədə olduqları vaxtlar gecə heç kimin xəbəri olmadan Təqsirləndirilən şəxs1lə birlikdə marketin 2-ci mərtəbəsində yerləşən zala daxil olub, siqaret qutularını mağazanın arxa hissəsindən çıxarıb apararaq gizlətmişlər. Sonra o, siqaretləri aparıb müxtəlif yerlərdə tanımadığı şəxslərə dəyərindən ucuz qiymətə sataraq əldə etdiyi puldan Kamrana da vermişdir. xx.xx.2023-cü il tarixdə şirkət tərəfindən həmin siqaretlərə baxılıb sayılarkən 40000.14 manat dəyərində siqaretlərin oğurlandığı aşkar olunmuşdur. Bundan sonra müvafiq yoxlama aparılmış və onunla birlikdə orada satıcı işləyən Təqsirləndirilən şəxs1 şübhələnmişlər. O da etiraf etmişdir ki, həmin siqaretləri Kamran ilə birlikdə oğuralyıb satmışlar. Bununla əlaqədar ofisdə rəsmi olaraq izahat da vermişdir. Kamranın həmin siqaretləri oğurlayıb satmasını o, bilirmişdir. Kamran özü siqaretləri hissə-hissə mənə vermiş, o da həmin siqaretləri Vüsal adlı şəxsə aparıb satmışdır. Həmin pullardan ona 4000 manat pul düşmüşdür. Zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən "xxxx" MMC-yə vurulmuş zərərdən şikayət olunmamışdan əvvəl 4140 manat, məhkəmə istintaqı zamanı isə 16000 manat olmaqla, cəmi 20140 (iyirmi min yüz qırx) manat məbləğdə ödəniş olunmuşdur. Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin - mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də aparıcı hüquqşünas vəzifəsində işləyir. 2022-ci ilin oktyabr ayından bu günə kimi "xxxx" MMC-də aparıcı hüquqşünas vəzifəsində işləyir. Hüquqi şəxsin adından dövlət orqanlarında çıxış etmək, təmsil olunmaq üçün etibarnamə verilmiş və şirkətin hüquqi məsələləri ilə məşğul olmuş, ümumiyyətlə, "xxxx" MMC-i 2011-ci ildən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı ünvan 7çisi X3r. Şirkət qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olur. "xxxx" MMC-nin respublika ərazisində 300-dən çox filialı fəaliyyət göstərir. Bu filiallardan biri də Abşeron rayonu, Novxanı kəndində yerləşir. Həmin filialda işləmiş şəxslərdən 2-si satıcı Təqsirləndirilən şəxs1 və fəhlə Təqsirləndirilən şəxs2 olmuşdur. Bildirmişdir ki, 31 mart 2023-cii il tarixdə biri 437.700 AZN, digəri isə 528.500 AZN olmaqla 2 faktura üzrə, ümumilikdə 966.200 manat dəyərində 17 çeşiddə siqaret məhsulları "xxxx" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən marketin saxlanc yerinə daxil olmuşdur. Həmin vaxt "xxxx" MMC-nin mərkəzi anbarında yer olmadığından rəhbərliyin şifahi göstərişinə əsasən həmin siqaret məhsullarının Abşeron rayonu, Novxanı filialına yerləşdirilməsi qərara alınmışdır. Həmin siqaret məhsulları MMCnin Abşeron rayonu, Novxanı filialında yerləşən və mağaza məhsullarının olmadığı obyektin 2-ci mərtəbəsindəki boş zalda yerləşdirilmişdir. Siqaret məhsullarının həmin zaldan tez müddətdə çıxarılması nəzərdə tutulsa da, şirkətin elektron sistemində yaranmış problemlərlə əlaqədar təxminən 1 ay müddətində siqaret məhsulları həmin zalda qalmışdır. Belə olduqda həmin siqaret məhsulları həmin mağazanın müdiri kimi Şahid1 balansında qalmışdır. Həmin siqaretlərin satışı həyata keçirilməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə faktiki siqaret məhsullarını şirkətin nümayəndələri götürmüşlər. Bu zaman sayım həyata keçirmişlər və ümumilikdə 40.000,14 AZN dəyərində siqaret məhsullarının əksik gəldiyi müəyyən olunmuşdur. Daha sonra bu barədə MMC-nin baş ofisinə rəsmi məlumat verilmişdir. Rəhbərlik bu barədə məlumat aldıqdan sonra daxili auditor araşdırmaya başlamış və təxminən 1 həftə ərzində araşdırma getmişdir. Araşdırmanın nəticəsində bəlli olmuşdur ki, həmin mağazanın satıcısı Təqsirləndirilən şəxs1 və fəhlə Təqsirləndirilən şəxs2 əlbir olub gecə növbəsində olan zaman zala gizlincə və heç bir göstəriş olmadan daxil olmuş, siqaret qutularını mağazanın arxa hissəsindən çıxararaq oğurlamış və başqa şirkətin nümayəndəsinə satmaqla həmin pulu bölüşdürmüşlər. Həmin 2 işçi dərhal MMCnin baş ofisinə dəvət olunmuş və onlar MMC-nin qanuni təmsilçisinə işlə bağlı izahat vermişlər. Hər 2 işçi oğurluq faktını etiraf etmişlər. Həmin şəxslər gecə növbəsində olmalarını fıirsət bilib zala özbaşına daxil olmuş, siqaret qutularını oğurlamış və satıb pul əldə etmişlər. Bu məsələ aydın olan kimi Təqsirləndirilən şəxs1 4.140 AZN pulu maddi ziyanın əvəzi kimi şirkətə ödəmiş və bununla bağlı qəbz verilmişdir. Lakin digər işçi həmin müddətdən bu günə kimi maddi ziyanla bağlı ödəniş etməmişdir. Bu səbəbdən tərəflərindən toplanılan material sərbəst auditora təqdim edilmiş, sərbəst auditor da çatışmazlıq faktını təsdiq etmişdir. Daha sonra iş materialları hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Qeyd etmişdir ki, hazırda ödənilməmiş maddi ziyanın məbləği 35.860,14 manatdır. Bildirirmişdir ki, "xxxx" MMC- nin Abşeron rayonu, Novxanı kəndində yerləşən mağazasında malların üzləşdirilməsi aparılarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanın anbarından hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 12061 manat dəyərində 3500 qutu “Kent 8” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 17230 manat dəyərində 5000 qutu “Kent Nano 4” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 1723 manat dəyərində 500 qutu “Kent Nano 1” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 1757,46 manat dəyərində 510 qutu “Kent Feel” markalı siqareti, hər bir qutunun dəyəri 2,01 manat olan ümumilikdə 1003 manat dəyərində 500 qutu “X13” markalı siqareti, hər bir qutunun dəyəri 2,73 manat olan ümumilikdə 3216,68 manat dəyərində 1180 qutu “X9 Siqaret” markalı siqareti və hər bir qutunun dəyəri 2,01 manat olan ümumilikdə 3009 manat dəyərində 1500 qutu “X12” markalı siqareti oğurlaması nətəcəsində "xxxx" MMC-nə ümumilikdə 40000,14 manat dəyərində maddi ziyan dəymişdir. Şirkətə dəymiş ziyanın 4.140 manatı Təqsirləndirilən şəxs1 tərəfindən maddi ziyanın əvəzi kimi ödənilmişdir. Qeyd etmişdir ki, mağazanın hər hansı işçisi, o cümlədən satıcı və fəhləyə zalda saxlanılan siqaret məhsullarının qorunması səlahiyyəti verilməmiş, bu məhsullara görə hər hansı işçi maddi məsuliyyət daşımamışdır. Bu məhsullar mağaza müdirinin hesabında qalmış və həmin işçilərin bu məhsullarla əlaqəsi olmamışdır.Təqsirləndirilən şəxslər tərəfindən 40000.14 manat məbləğində "xxxx" MMCyə maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs1 vurulmuş zərər məbləğindən 20140 manat məbləğində “Araz supermarket" MMC-yə ödəniş olunmuşdur. Qalan 19860 manat məbləğində zərər digər təqsirləndirlən şəxs tərəfindən Cəmiyyətə bu günə qədər ödənilməmişdir. 19860 manat məbləğində dəymiş zərərin və 150 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 20010 manat məbləğində pulun Təqsirləndirilən şəxs2 tutularaq "xxxx" MMC-yə ödənilməsi, iddianın təmin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. "xxxx" MMCnin Abşeron rayonu, Novxanı filialında yerləşən mağazasının müdiri vəzifəsində işləmişdir. İş zamanı hər hansı qanunsuzluğa yol verməmiş və barəsində araşdırma getməmişdir. 2023-cü ilin sentyabrında öz ərizəsi ilə işdən azad edilmişdir. Mağazalarında o, işləyən zaman 63 işçi çalışmışdır. "xxxx" də satıcının iş rejimi 4 növbə üzrə bölünmüşdür. 1-ci növbə saat 08:00-dan 17:00-dək, 2-ci növbə 10:00-dan 19:00dək, 3-cti növbə 14:00-dan 23:00-dək, 4-cü növbə 23:00-dan 08:00-dək nəzərdə tutulmuşdur. “Araz” supermarketin binası 2 mərtəbəlidir. 2-ci mərtəbə anbar olaraq fəaliyyət göstərmişdir. Siqaret məhsulların, o cümlədən digər məhsullar 2-ci mərtəbə yerləşən anbarda saxlanılmışdır. Anbardar hər gün saat saat 08:00-dan 07:00-dək orada olmuşdur. Anbardar iş vaxtı və ya iş vaxtı bitdikdən sonra da satıcıları anbara daxil olaraq hər hansı bir məhsulu 1-ci mərtəbəyə apararaq yerləşdirmişdir. Ağırlıqdan asılı olaraq bəzən satıcılar fəhləni çağıraraq malların anbardan 1-ci mərtəbəyə yerləşdirilməsini təşkil etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, Kamran və Vüqarla aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Əliyev X6 rayonu Novxanı kəndində yerləşən "xxxx" MMC-də satıcı vəzifəsində işləmiş, Təqsirləndirilən şəxs2 isə həmin mağazada fəhlə işləmişdir. Bildirmişdir ki, 31 mart 2023cü il tarixdə təxminən 1.000.000 manat dəyərində 17 çeşid siqaret məhsulları mağazamıza daxil olmuşdur, "xxxx" MMC-nin mərkəzi anbarında yer olmadığından rəhbərliyin göstərişinə əsasən həmin siqaret məhsullarının Novxanı filialına yerləşdirilməsi qərara alınmışdır. Həmin siqaret məhsulları MMC-nin Novxanı filialında yerləşən və mağaza məhsullarının olmadığı obyektin 2-ci mərtəbəsindəki boş zalda yerləşdirilmişdir. Ona deyilmişdir ki, 3 gün ərzində həmin məhsullar zaldan çıxarılacaqdır. 3 gündən sonra o, rəhbərliyə siqaret məhsullarının götürülməsini bildirdikdə, ona deyilmişdir ki, “şirkətin elektron sistemində problem var, ona görə məhsulları geri çəkə bilmirik, nə vaxt sistem qaydasına düşsə, o zaman məhsulları götürəcəyik”. Belə olduqda həmin məhsullar mağaza müdiri kimi onun balansında qalmışdır. 2023-cü ilin may ayının əvvəllərində şirkətin nümayəndələri həmin məhsulları götürmüşlər. Bu zaman sayım həyata keçirmişlər və ümumilikdə 24 qutu, yəni 2400 blok siqaret məhsullarının əksik gəldiyini müəyyən etmişlər. Bu barədə ona sual verildikdə, o, bu əksiklik barəsində məlumatının olmadığını bildirmişdir. Daha sonra bu barədə MMC-nin baş ofisinə rəsmi məlumat verilmişdir. Eyni zamanda o, mağaza müdiri kimi işçilərlə şifahi sorğu-sual aparmış, lakin əksikliyin kim tərəfindən edildiyini müəyyən edə bilməmişdir. Rəhbərlik bu barədə məlumat aldıqdan sonra daxili audit araşdırmaya başlamış və təxminən 1 həftə ərzində araşdırma getmişdir. Araşdırmanın nəticəsində bəlli olmuşdur ki, satıcı Təqsirləndirilən şəxs1 və fəhlə Təqsirləndirilən şəxs2 əlbir olub gecə növbəsində olarkən zala daxil olmuş, siqaret qutularını mağazanın arxa hissəsindən çıxararaq oğurlamışlar. Bundan başqa məlum olmuşdur ki, onlar bu siqaret məhsullarını Vüsal adlı şəxsə satmışlar. Oğurlanan məhsulların ümumi dəyəri 40.000 AZN olmuş, təxminən 4.140 manat pul şirkətə Kamran tərəfindən maddi ziyanın əvəzi kimi ödənilmişdir. Bunu o, sonradan öyrənmiş və bu qanunsuzluq barədə heç bir məlumatın olmadığımı şirkətə bildirmişdir Bildirirmişdir ki, "xxxx" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən mağazasında malların üzləşdirilməsi aparılarkən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 mağazanın anbarından hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 12061 manat dəyərində 3500 qutu “Kent 8” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 17230 manat dəyərində 5000 qutu “Kent Nano 4” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 1723 manat dəyərində 500 qutu “Kent Nano 1” markalı siqareti, hər bir qutunun dəyəri 3,45 manat olan ümumilikdə 1757,46 manat dəyərində 510 qutu “Kent Feel” markalı siqareti, hər bir qutunun dəyəri 2,01 manat olan ümumilikdə 1003 manat dəyərində 500 qutu “X13” markalı siqareti, hər bir qutunun dəyəri 2,73 manat olan ümumilikdə 3216,68 manat dəyərində 1180 qutu “X9 Siqaret” markalı siqareti və hər bir qutunun dəyəri 2,01 manat olan ümumilikdə 3009 manat dəyərində 1500 qutu “X12” markalı siqareti oğurlaması nətəcəsində "xxxx" MMC-nə ümumilikdə 40000,14 manat dəyərində maddi ziyan dəymişdir. Şirkətə dəymiş ziyandan Təqsirləndirilən şəxs1 tərəfindən maddi ziyanın əvəzi ödənilmişdir. Qeyd etmişdir ki, mağazanın hər hansı işçisi, o cümlədən satıcı və fəhləyə zalda saxlanılan siqaret məhsullarının qorunması səlahiyyəti verilməmiş, bu məhsullara görə hər hansı işçi maddi məsuliyyət daşımamışdır. Bu məhsullar mağaza müdirinin hesabında qalmış və həmin işçilərin bu məhsullarla əlaqəsi olmamışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Füzuli rayonu, Böyük Bəhmənli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi evdə kirayə yaşayır. "xxxx" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən mağazasında kassir vəzifəsində işləyir. İş saatı konkret deyil, dəyişkəndir. Təqsirləndirilən şəxs1 o, həmin supermarketdə işə başlayan vaxtdan orada quru qida bölməsi üzrə satıcı, Təqsirləndirilən şəxs2 isə fəhlə kimi çalışmışdır. İşə başladıqdan təxminən 3 ay sonra o, Vüqarla Novxanı kəndində yerləşən həyət evində kirayə yaşamışlar. Bildirmişdir ki, 2023-cü ilin martında 3 gün müddətinə Füzuli rayonuna ailə üzvlərinin yanma getmişdir. O, işə qayıdanda supermarketin 2-ci mərtəbəsində yerləşən boz zalında, yəni depoda böyük həcmdə siqaret məhsulları olmuşdur. Sonradan öyrənmişdir ki, o, siqaret məhsulları onların supermarketə məxsus deyil, şirkətin mərkəzi anbarında yer olmadığı üçün müvəqqəti olaraq onların deposuna yerləşdirilmişdir. Bundan bir neçə gün sonra Vüqar işdən azad olunmuşdur. Vüqar hələ bundan qabaq spirtli içki oğurluğu etdiyi müəyyən edilmişdir. Kamran isə işinə davam etmişdir. Hələ supermarketə yoxlama gələnə qədər Kamranla Vüqarın hər hansı qanunsuzluğa yol verməsinin şahidi olmamış və məlumat əldə etməmişdir. 2023-cü ilin may ayının əvvəllərində şirkətin nümayəndələri həmin siqaret məhsullarını götürmüşlər. Bu zaman sayım həyata keçirmişlər və ümumilikdə müəyyən sayda siqaret məhsullarının əksik gəldiyini müəyyən etmişlər. Yoxlama zamanı bütün işçilər soğru-sual edilmiş və o, bu əksikliklə bağlı məlumatının olmadığını bildirmişdir. Daha sonra araşdırma zamanı müəyyən edilmişdir ki, satıcı Təqsirləndirilən şəxs1 və fəhlə Təqsirləndirilən şəxs2 əlbir olub gecə növbəsində işləyərkən depoya daxil olmuş, siqaret qutularını mağazanın arxa hissəsindən çıxararaq oğurlamışlar. Qeyd etmişdir ki, həmin vaxtı depoda videomüşahidə kameraları mövcud olmamışdır. O, Təqsirləndirilən şəxs1 hərəkətlərində hər hansı qeyri-adilik müşahidə etməmişdir. Lakin Vüqarla bir evdə qaldığı üçün məlumatı olmuşdur ki, sonuncu özünə hadisədən sonra təxminən 3.000 AZN dəyərində “Samsung” markalı telefon almışdır. Nəzərə alsaq ki, Vüqarın maaşı 400 manat civarmda olmuş, Vüqarın belə telefon alması şübhəli məqam olmuşdur. Həmçinin onu demişdir ki, əvvəl də Vüqar mağazadan oğurluq etmiş, yəni siqaret məhsullarının oğurlanması işini də Vüqar edə bilərdi. Qeyd etmişdir ki, mağazanın hər hansı işçisi, o cümlədən satıcı və fəhləyə zalda saxlanılan siqaret məhsullarının qorunması səlahiyyəti verilməmiş, bu məhsullara görə hər hansı işçi maddi məsuliyyət daşımamışdır. Bu məhsullar mağaza müdirinin hesabında qalmış və həmin işçilərin bu məhsullarla əlaqəsi olmamışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Novxanı bağ massivi, döngə 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Əşya bazarı, Gecəqondu məhəlləsində yerləşən fərdi evdə valideyinləri ilə birlikdə yaşayır. "xxxx" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən mağazasında satıcı vəzifəsində işləyir. "xxxx" də satıcının iş rejimi 4 növbə üzrə bölünür. 1-ci növbə saat 08:00-dan 17:00-dək, 2-ci növbə 10:00-dan 19:00dək, 3-cü növbə 14:00-dan 23:00-dək, 4-cü növbə 23:00-dan 08:00-dək nəzərdə tutulmuşdur. “Araz” supermarketin binası 2 mərtəbəlidir. 2-ci mərtəbə anbar olaraq fəaliyyət göstərmişdir. Siqaret məhsulların, o cümlədən digər məhsullar 2-ci məıtəbə yerləşən anbarda saxlanılmışdır. Anbardar hər gün saat saat 08:00-dan 07:00-dək orada olmuşur. Anbardar iş vaxtı və ya iş vaxtı bitdikdən sonra da satıcıları anbara daxil olaraq hər hansı bir məhsulu 1-ci mərtəbəyə apararaq yerləşdirmişdir. Ağırlıqdan asılı olaraq bəzən satıcılar fəhləni çağıraraq malların anbardan 1-ci mərtəbəyə yerləşdirilməsini təşkil etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, Kamran və Vüqarla aralarında hər hansı bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 o, işlədiyi dövrdən də əvvəl orada satıcı işləmişdir. Təqsirləndirilən şəxs2 isə ondan sonra orada fəhlə işləmişdir. Onları iş yoldaşı kimi tanımışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə daimi olaraq işə gedib-gəlmişdir. Həmin dövrdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 marketdə siqaret məhsullarını kənara çıxarması və ya satmasının şahidi olmamışdır. 2023-cü ilin may ayında marketdə malların üzləşdirilməsi aparılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlbir olaraq 40000 (qırx min) manat dəyərində müxtəlif növ siqaret məhsullarını mənimsədiyi aşkar olunmuşdur. Həmin vaxt Kamranla Vüqar marketdən siqaret məhsulları götürdüyünü etiraf etmişlər. Belə ki, onlar əlbir olaraq siqaret məhsullarını marketdən çıxararaq sataraq pulunu ələ keçirmişlər. Lakin həmin şəxslər sənədlərin üzləşdirilməsi aparılarkən əskik gələn məhsulları marketdən kənara çıxarıb sataraq pulunu ələ keçirmələrini iş yoldaşlarına, o cümlədən ona demişlər. Satıcıların 23:00- dan 08:00-dək nəzərdə tutulmuş 4-cü növbəsində marketdə az sayda işçilər qalmışdır. Qeyd olunan saatda satıcıdan başqa administrator, meyvə və ərzaq məhsulları ilə bağlı 2 nəfər və mühafizəçi marketdə işləmişdir. Gecə saatlarında malların oğurlanması daha əlverişli saatlardır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən, 1-ci Korpusda yerləşən fərdi evdə valideyinlərilə birlikdə yaşayır. "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 tanıyır, Vüqarla münasibətləri hər zamn yaxşı olmuş aralrında heç bir düşmənçilik və ədavət olmamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona bir neçə dəfə olmaqla ona satmağa siqaret gətirmiş o da alıb satmışdır. Vüqar ona siqaretləri satan zaman həmin siqaretin özünə məxsus olduğunu və topdan satış olaraq ucuz qiymətə aldığını və üstünə biraz pul qoyub satdığını bildirmişdir. O da Vüqara inanıb nağd pula Vüqardan müxtəlif adlarda siqaret almışdır. Bildirmişdir ki, o, Vüqardan ümumilikdə 8000 manat dəyərində müxtəlif adda siqaret almış, amma həmin siqaretlərin sayı yadında qalmamışdır. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid5 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi evdə valideyinlərilə birlikdə yaşayır. "xxxx" MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən mağazasında administrator vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 tanıyır, atasının əmisi nəvəsidir. Kamranla münasibəti bir qohum kimi həmişə yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Araz Supermarket” MMC-nin Abşeron rayonu, Novxanı kəndində yerləşən mağazasında işləmişlər. Təqsirləndirilən şəxs1 satıcı Təqsirləndirilən şəxs2 isə fəhlə işləmişdir. 31 mart 2023-cü il tarixdə təxminən 1.000.000 manat dəyərində 17 çeşid siqaret məhsulları mağazaya daxil olmuşdur, "xxxx" MMC-nin mərkəzi anbarında yer olmadığından rəhbərliyin göstərişinə əsasən həmin siqaret məhsullarının Novxanı filialına yerləşdirilməsi qərara alınmışdır. Həmin siqaret məhsulları MMC-nin Novxanı filialında yerləşən və mağaza məhsullarının olmadığı obyektin 2-ci mərtəbəsindəki boş zalda yerləşdirilmişdir. Həmin vaxt işdə növbədə olmamışdır. Sonradan işə gəldikdə həmin depoda qutuların olduğunu görmüşdür. Soruşduqda Depoda yer olmadığı üçün filiala gətirildiyini və 2 gün sonra aparılacağını öyrənmişdir. Kamranın oğurluq etdiyini araşdırma zamanı hamı ilə birlikdə öyrənmişdir, onun bundan qabaq xəbri olmamışdır. Bildirmişdir baş vermiş hadisə ilə bağlı mağazada aparılan araşdırmalara kömək etmiş, oğurluq hadisəsi aşkarlanan gün həmin şəxslərin əllərində olan pulları gətirib mağazaya təhvil vermələrini tələb etmişdir. Gecə vaxtı araşdırma aparan əməkdaşla birikdə 4000 manat pulu Təqsirləndirilən şəxs1 alıb mağazanın seyfinə qoyub, səhəri gün isə ofisə çatdırılmasında şəxsən özü iştirak edərək təhvil vermişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında anbara qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişlər. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların bu əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərinin etirafı ilə yanaşı, bunu tamamlayan zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş ziyanın ödənilməsi cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-937/2023 saylı qərarına əsasən barəsində 02 ay 15 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz olunmuşdur, hazırda ev dusqlığındadır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu, həbsdə və evdustaqlığında olduğu 09 ay 27 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 il 07 ay 24 gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Abşeron rayonu Novxanı kəndində yerləşən evini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3 və 69.3-cü maddələrində nəzərdə tutulan əməlin törədilməsində təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən hökm dəyişdirilmədən saxlanılıb. Təqsirləndirilən şəxs2, həmçinin Nəsimi rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1 və 66.5-ci maddələrində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilib və xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, cəzanın məhkumun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2nna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Ona görə də, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə xx.xx.2023-cü il radələrində şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(012)-988/2023 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 bu vaxta qədər həbsdə saxlanıldığı müddət nəzərə alınaraq cəza müddətinə daxil edilməli və onun cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İşin məhkəmə baxışında müəyyən edidi ki, Təqsirləndirilən şəxs1 tərəfindən vurulmuş zərər 40000.14 manat məbləğində ziyandan 20140 manat məbləğində zərərçəkən “Araz Supermarket" MMC-yə ödəniş olunmuşdur. Qalan 19860 manat məbləğində zərər digər təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 tərəfindən Cəmiyyətə bu günə qədər ödənilməmişdir. Məhkəmə hesab edir ki, məhkəmə prosesində təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş “Araz Supermarket" MMC məxsus ittiham aktında qeyd edilən vurulmuş 40000.14 manat məbləğindən 20140 manat məbləğində qaytarılması nəzərə alınmalı, bu əsasda iddia tələbi təmin edilməli, təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs2 19860 manat məbləğində dəymiş zərər və 150 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 20010 manat məbləğində pul alınıb zərərçəkmiş-mülki iddiaçı “Araz Supermarket" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manatı Təqsirləndirilən şəxs1 və 50 manatı Təqsirləndirilən şəxs2 tutulmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak, maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 09 ay 27 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın, üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə Abşeron rayonu Novxanı kəndində yerləşən evini saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 icra orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam “qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz gücündə saxlanılsın. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş-mülki iddiaçı “Araz Supermarket" MMC-nin iddiası təmin edilsin. Təqsirləndirilən şəxs-cavabdeh Təqsirləndirilən şəxs2 19860 manat məbləğində dəymiş zərər və 150 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 20010 (iyirmi min on) manat məbləğində pul tutulsun, zərərçəkmiş-mülki iddiaçı "xxxx" MMC-yə verilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə məhkəmə xərci 100 (yüz) manat məbləğində pul vəsaitinin 50 manatı Təqsirləndirilən şəxs1 və 50 manatı Təqsirləndirilən şəxs2 tutulsun. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-577/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-577/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver