Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-577/2025 09.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1957-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1957-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmayan, ünvan 2 ünvanında kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs oğlu Şahid Azərbaycan Respublikası Neft Kəməri Mühafizə İdarəsinə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 2014-cü ilin mart ayında Ucar rayonu Ramal kəndində 1000 manat, 11 iyun 2014-cü il tarixdə "xxxx" ASC-nin Ucar rayon fialından Xəzri pul köçürməsi vasitəsi ilə 2000 manat,05 may 2017-ci il tarixdə "xxxx" ASC-nin Ucar rayonu filialından pul köçürmə vasitəsi ilə 500 manat, 2017-ci ilin avqust ayının axırlarında Ucar rayonu Ramal kəndində 6000 manat, 2017-ci ilin sonlarında Bakı şəhəri, nəsimi rayonu 4-cü mikrarayon ərazisində 1000 manat, 2018-ci ilin oktyabr ayında Göyçay rayonunda 500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 11.000 manat pulunu alıb ələ keçirərək aralarında bölməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs Bakı şəhərində əlillər üçün tikilən binadan 3 otaqlı mənzil alacağına dair yalan vəd verib aldadaraq 2020-cı ilin oktyabr ayında Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerdə Zərərçəkmiş şəxs 2.000 manat pulunu alıb ələ keçirərək aralarında bölməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs oğlu Şahid Azərbaycan Respublikası Neft Kəməri Mühafizə İdarəsinə işə düzəltmək adı ilə yalandan vəd verib aldadaraq 2014-cü ilin mart ayında Ucar rayonu Ramal kəndində 1000 manat, 11 iyun 2014-cü il tarixdə "xxxx" ASC-nin Ucar rayon fialından Xəzri pul köçürməsi vasitəsi ilə 2000 manat, 05 may 2017-ci il tarixdə "xxxx" ASC-nin Ucar rayonu filialından pul köçürmə vasitəsi ilə 500 manat, 2017-ci ilin avqust ayının axırlarında Ucar rayonu Ramal kəndində 6000 manat, 2017-ci ilin sonlarında Bakı şəhəri, nəsimi rayonu 4-cü mikrarayon ərazisində 1000 manat, 2018-ci ilin oktyabr ayında Göyçay rayonunda 500 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 11.000 manat pulunu alıb ələ keçirərək aralarında bölməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs Bakı şəhərində əlillər üçün tikilən binadan 3 otaqlı mənzil alacağına dair yalan vəd verib aldadaraq 2020-cı ilin oktyabr ayında Abşeron rayonu, Xırdalan dairəsi adlanan yerdə Zərərçəkmiş şəxs 2.000 manat pulunu alıb ələ keçirərək aralarında bölməklə dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs o, 1981-cı ildən Əfqanistanda qulluğ etdiyi dövrdən tanıyır, Təqsirləndirilən şəxs1 ilə isə orta məktəbdə bir yerdə oxumuş və həmin vaxtdan tanımışdır.Hər ikisi ilə münasibəti yaxşı olmuş və hər ikisinə də hörməti vardır. 2014-cü ilin fevral ayının axırları və ya mart ayının əvvələrində özünə məxsus ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs ***-***- **-** mobil nömrəsinə zəng edib bildirmişdir ki,onunla işi var və hazırda yoldadır yaşadığı ünvana gəlir. Zərərçəkmiş şəxs ondan nə işi olduğunu soruşmuş, bu zaman o, Bayrama demidir ki, bu telefon söhbəti deyil gəlib kəndə danışar.O, tanımadığı bir şəxsin ağ rəngli VAZ-2107 markalı avtomobil ilə Zərərçəkmiş şəxs yaşadığı Ucar rayonunun Ramal kəndinə gəlmiş və kənddə Bayramla görüşmüşdür. Görüşüb hal-əhval tututduqdan sonra Bayrama bildirmişdir ki, onun bar tanışı var onun imkanı var ki, şəxsləri Azərbaycan Respublikası Neft Kəməri Mühafizə İdarəsinə işlə təmin edə bilir və ona məsləhət etmişdir ki, oğlu Təbrizi həmin idarəyə düzəltsin.Bu zaman Zərərçəkmiş şəxs ona bildirmişdir ki, oğlunu işlə təmin etmək üçün nə qədər pul lazım olacaqdır. O, Baryama bildirmişdir ki, 7.000 və ya 8.000 manat pul lazım olacaqdır. Bundan sonra Bayram o qədər pulunun olmadığını bildirmiş və demişdir ki, onun cəmi 1000 manat pulu vardır. Ona görə də o, Yaqutdan icazə aldıqdan sonra 2014-cü ilin mart ayında 1000 manat pulu Bayramdan alıb gəldiyi avtomobillə geri qayıtmışdır. Sürücü onun hansı məqsədlə gəlməyini bilməmişdir.Ona görə də o, Göycay şəhərinə gəlib avtomobildən düşüb Yaqutun yaşadığı ünvana getmiş və Bayramdan aldığı 1000 manat pulu Yaquta verib bildirmişdir ki, Bayram pulun qalan hissəsinin düzəldib ona deyəcək və o, da pulu alıb ona verəcəkdir. Elə də Yaqutla razılaşıb aralanmışlar. Sonra 2014-cü ilin iyun ayının ortalarında Yaqut ona zəng edib pulun qalan hissəsini istəmiş, o, bu zaman Yaquta demişdir ki, gözləsin Bayramla danışıb məlumat verəcəkdir. Ona görə də o, Bayramla danışıb pulun olub-olmamasını soruşmuş, Bayram isə ona bildirmişdir ki, onun hazırda evdə 2.000 manat pulu var və həmin pulu verə bilər. Ona görə də o, Bayram "xxxx"-ın Ucar filialından 2014-cü ilin iyun ayında 2.000 manat pul göndərmim və o, da pulu cıxarıb Təqsirləndirilən şəxs1 vermişdir. Həmin vaxt o, Yaquta ümumilikdə 3.000 manat pul vermişdir. Hardasa 2017-ci ilin avqust ayına qədər Bayram ona tez-tez zəng edərək işin nə yerdə olduğunu soruşmuş, lakin Bayrama demişdir ki, tələsməsin hələ o şəxs pul tələb etmir, pul istəyən kimi özü məlumat verəcəkdir. 2017-ci ilin avqust aylarında Təqsirləndirilən şəxs1 ona zəng edib əlavə pul istəmiş, ona görə də o, Bayrama zəng edib bildirmişdir ki, həmin şəxs pulun qalığını istəyir.Bayram ona bildirmişdir ki, o, təsərrüfatında olan mal heyvanı satmış və hazırda evdə 6.000 manat pul vardır. Ona görə də o, bu barədə Yaquta bildirmiş və Yaqutda ona demişdir ki, gedim pulu alım gətirsin. Lakin o, Yaquta demişdir ki, o pulu almaq üçün tək getməyəcək, məbləğ böyükdür bir yerdə getməlidirlər.Onunla Yaqut razılaşmış və 2017-ci ilin avqust ayında Yaqutla bir yerdə Ucar rayonunun Ramal kəndinə sürücüsünü tanımadığı bir taksi avtomobili ilə getmiş,kənddə o,Yaqutu Bayramla tanış edib bildirmişdir ki, onun oğlunun işini bu qadın düzəldir. Ona görə də o, Bayramdan 6.000 manat pulu alıb saymış və avtomobildə geri qayıdarkən pulu Yaquta vermişdir.6.000 manat pulu aldıqdan sonra Yaqut ona zəng edib əlavə Bayramdan 1000 manat pul verməsini istəmişdir.O,da bunu Bayrama demiş və Bayram da razılaşıb pulunun olmadığını, lakin pul tapıb göndərəcəyini bildirmişdir.O, bu barədə Yaquta demiş və Yaqut onunla razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs1 onun xəbəri olmadan Zərərçəkmiş şəxsla Bakı şəhərində görüşərək 1000 manat pulu özü Yaquta vermişdir. 2018-ci ilin oktyabr ayında Bayram ona 500 manat sonra isə 10 gün keçmiş yenə də 500 manat pul göndərmiş və o, da həmin pulları Təqsirləndirilən şəxs1 vermişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs1 10.000 manat pul vermişdir. Sonradan Yaqut ona bildirmişdir ki, Bayramın oğlunun işi alınmır, Bakı şəhərində əlillər üçün evlər tikilir oradan Bayram üçün 3 otaqlı mənzil düzəlsinlər. Bu zaman o, Yaquta bildirmişdir ki, o, bu barədə Bayramdan soruşmalıdır. Ona görə də bu barədə Bayrama demiş və Bayram onunla razılaşmışdır. Bayram onunla razılaşdığı üçün bu barədə Yaquta demiş və həmin anda Yaqut ona əlavə pulun lazım olduğunu bildirmişdir. O, Bayrama bildirmişdir və Bayram razılaşdığı üçün ondan əlillik vəsiqəsinin, şəxsiyət vəsiqəsinin, ailə tərkibi haqda sənədlərin surətlərini alıb Yaquta göndərmişdir. 2020-cı ilin oktyabr ayının ortalararında Bayram oğlu Bəhruza 2.000 manat pulu Təqsirləndirilən şəxs1 vermək üçün göndərmiş və Bəhruz Xırdalan dairəsi adlanan yerdə Yaqutla görüşüb 2.000 manatı Yaquta vermişdir O, pulun verilməsində iştirak etməmişdir. Hazırda dəymiş ziyan ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 oğlu Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 coxdan tanıyır, orta məktəbdə bir yerdə oxumuş, Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs2 görə tanımışdır.2014-cü ilin fevral ayının əvvələrində Səfixan Abdullazadəyə bildirmişdir ki, onun zərbaycan Respublikası Neft Kəmərlərinin Mühafizə İdarəsinə vətəndaşları işlə təmin etməyə imkanı vardır və orada tanışı işləyir.Onun bu sözlərindən sonra Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, ona belə bir şəxs xahiş etsə müraciət edə bilər. Ona görə də 2014-cü ilin əvvələrində Səfxan ona bildirmişdir ki, Bayramın oğlu Bəhruzu neft kəmərlərinin mühafizə idarəsinə düzəltmək olarmı. O, da Səfxana bildirmişdir ki, Baryamın oğlunu işlə təmin edər, amma deməsin ki, işi kim düzəldir. Təqsirləndirilən şəxs2 onunla razılaşmışdır.Haradasa 2014-cü ilin fevral-mart ayının əvvələrində Təqsirləndirilən şəxs2 ona zəng edib bildirmidir ki, o hazırda Ucar rayonun Ramal kəndindədir və Bayramda onun yanındadır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, Bayramın deyilən məbləği verə bilmir, lakin cəmi 1000 manat pul verə bilir.O, da Səfxana bildirmişdir ki, pulu alı gətirsin, qalığını sonra verər. Ona görə də o, Göyçay şəhərində Səfxanla görüşüb 1000 manatı almış və bildirmişdir ki, qalan pulları da alar. Sonra 2014-cu ilin iyun ayında o, Səfxan Abdullazədəyə zəng edib bildirmişdir ki, Bayramla danışsın və verdiyi pulun üstünü düzəltsin. Ona görə də Səfxan ona bildirmişdir ki, qoy o, bir Bayramla danışsın və cavabını deyəcəkdir.Sonra Səfxan ona bildirmişdir ki, Bayram cəmi 2.000 manat pul verə bilər. O, daə Səfxanla razılaşmış və demişdir ki, 2.000 manat pulu alıb göndərsin.Ona görə də Təqsirləndirilən şəxs2 2.000 manat pulu alıb ona göndərmişdir. Sonradan o, Səfxana bildirmişdir ki, Bayramın oğlunun Neft kəməri mühafizə idarəsinə işlə təmin edilməsi alınmır, Bakı şəhərində veteranlar üçün mənzil tikilir və oradan 3 otaqlı mənzil alıb verə bilər, lakin verilmiş pulun üstünü düzəltmək lazımdır.Səfxan ona demişdir ki, o,bu barədə Bayramdan soruşar. Səfxan ona zəng edib bildirmişdir ki, Bayram razıdır. O, isə Səfxana bildirmişdir ki, 2.000 manat pul lazım olacaqdır.Lakin Səfxan pulu gətirməkdən etiraz etdiyi üçün o, Xırdalan dairəsində 2020-cı ilin oktyabr ayında Bayramın oğlu Bəhruzdan Xırdalan dairəsində 2.000 manat pul almışdır.O, pulu alanda Səfxan orada olmamışdır.Ümumilikdə o, Zərərçəkmiş şəxs 5.000 manat pul almışdır. Hazırda dəymiş ziyan ödənilmiş və zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur. Odur ki, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1981-ci ildə Təqsirləndirilən şəxs2 ilə birlikdə Əfqanstanda hərbi xidmətdə olmuş və həmin vaxtdan da aralarında yaxın münasibətləri, bir-birlərinin evlərinə gedibgəlişləri olmuşdur. 2014-cü ilin fevral-mart ayının əvvəllərində Səfxan öz istifadəsində olan ***-***-**-** mobil nömrədən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək yaşadığı Ucar rayonu, Ramal kəndinə gəldiyini, işinin olduğunu bildirmişdir. Səfxandan nə işinin olmasını soruşmuş, bu zaman Səfxan ona vacib işi olduğunu və telefon söhbəti olmadığını bildirmişdir. Səhəri gün Səfixan tanımadığı bir nəfərin idarə etdiyi ağ rəngli VAZ- 2107 markalı avtomobillə onun yaşadığı evə gəlmişdir. Səfxan ona demişdir ki, onun Neft Kəmərində tanışı var, oğlu Bəhruzu oraya işə duzəldə bilər. O, Səfixandan soruşmuşdur ki, oğlu Bəhruzun Neft kəmərində işə duzəçlməsi üçün nə qədər pul lazım olar. Səfixan da ona bildirmişdir ki, Bəhruzun Neft kəmərində işə düzəlməsi üçün 7-8 min manat pul lazım olacaq. Səfixana demişdir ki, onun dediyi qədər pulu yoxdur ona 1.000 manat pul verə bilər, qalan pulu isə hevanlarını satandan sonra verər. Səfixan onun dediyi ilə razılaşmışdır.O,Səfixanın gəldiyi avtomobilin sürücüsünün yanında 1.000 manat pulu sayıb Səfixana vermişdir. Səfixan da pulu ondan alıb avtomobilə əyləşib getmişdir. O, Səfixanla tez-tez görüşürmüş, zəng edib əlaqə saxlamışdır. Hər dəfə də oğlunun işi ilə maraqlananda Səfixan ona demişdir ki, tələsməsin, səbirli olsun iş düzələcəkdir. O, da Səfixana inanaraq gözləmişdir. 2014-cü ilin iyun ayında Səfixan ona zəng edib demişdir ki, əlavə olaraq 2.000 manat pul lazımdır. O, Səfxana demişdir ki, bank vasitəsi ilə onun adını 2.000 manat pul göndərər. "xxxx"ın Ucar filialını gedib oradan Səfixanın adını 2.000 manat pul göndərmişdir. Bir neçə gündən sonra o, şəxsi təsərrüfatında olan mal-qoyunlarımı satıb 6.000 manat pul toplamışdır.2017-ci ilin avqust ayının axırlarında Səfixan ona zəng edib qalan pulu hazırlayıb-hazırlamadığını soruşmuşdur.O,da demişdir ki, gəlsin o, qalan pulu ona versin. Səfixan 2017-ci ilin avqust ayında onun yaşadığı Ucar rayonu, Ramal kəndindəki evinə gəlmişdir.Səfixan onun evinə tanımadığı şəxsin idarə etdiyi taksi ilə gəlmiş, Səfixanın yanında bir nəfər tanımadığı qadın da olmuşdur. Səfixan ona demişdir ki, onunla gələn qadının adı Yaqutdur, sinif yoldaşıdır, Neft şirkətində işləyir,Bəhruzun işə düzəlməsinə bilavasitə köməklik edir. O, yaşadığı Ucar rayonu, Ramal kəndindəki evində 6.000 manat pulu sayıb Səfixana vermişdir. Səfixan ona demişdir ki, oğlu Bəhruzun işi 9.000 manata düzəlməsə əlavə pul verməli olacaqdır. Səfixan 6.000 manat pulu evində alandan sonra Yaqut adlı qadınla birlikdə gəldikləri taksiyə əyləşib getmişlər. Sonra o,Səfixan və Yaqutla birlikdə Tovuz rayonunda qulluq edən oğlu Təbrizin yanına getmiş,gedişinin məqsədi o, olmuşdur ki, Təbrizin xidməti yerini dəyişsin. Səfixanla Yaqut ona söz vermişdilər ki, Təbrizin xitməti yerini dəyişəcəklər. Təbriz xidməti yerini dəyişmək istəmədiyinə görə sonradan Səfixanla Yaqutla heç bu mövzuda heç bir söhbəti olmamışdır. Təxminən bir aydan sonra o, özü Səfixana zəng etmiş və Bəhruzin işi ilə maraqlanmışdır.Səfixan ona demişdir ki, Bəhruzin işi düzəlmir, əlavə olaraq ona 1.000 manat pul verməlidir. 2018-ci ilin oktyabr ayında o, Səfixana əlvə olaraq 500 manatr pul göndərmişdir.Həmin vaxtı Səfixan Bakı şəhərində olmuş, o, pulu Səfixanna bank vasitəsi ilə göndərmişdir. Bundan 10 gün sonra Səfixanla Göyçay şəhərində görüşüb 500 mana pul vermişdir. Səfixanla hər dəfə görüşb danışanda və ya telefonla danışanda ona demişdir ki, iş düzüləndə özü xəbər edəcəkdir. Sonra isə Səfixan ona demişdir ki, Bəhruz hərbi xidmətdə olmadığına görə onun işi alınmır.O, Səfxandan 10.000 manat pulumu istəyəndə Səfixan ona demişdir ki, Bakı şəhərində əlillər üçüun evlər tikilir, həmin evdən ona iki otaqlı mənzil alıb verə bilər. O, da Səfixanın təklifi ilə razılaşmışdır. Səfixanın deməsi ilə o, əlillik vəsiqəsini, şəxsiyyət vəsiqəmin surətini, ailə tərkibi haqqında arayış alıb Göyçay şəhərinə gedib orada Səfixana vermişdir.2020-ci ilin oktyabr ayının ortalarında Səfixan ona zənd edib demişdir ki, ev məsələsinin həlli üçün Yaquta 2.000 manat pul çatdırmaq lazımdır, ona iki otaql mənzilin əvəzinə üç otaqlı məqnzil verilsin. O, Səfixana inanmış və oğlu Bəhruzla 2.000 manat pul vermişdir ki, aparıb Yaquta çatdırsın. Bəhruz Abşeron rayou Xırdalan şəhərinə gəlib Xırdalan dairəsi adlandırılan yerdə Yaqutla görüşüb 2.000 manatı Yaquta vermişdir. Axrıncı dəfə Xırdalan şəhərində Yaquta 2.000 manat pulu oğlu Bəhruz vermişi, ondan sonra yenə də Səfixanla Yaqutdan bir xəbər olmamışdır. O, 2023-cü ilin fevral ayına kimi gözləmiş, Səfixanla Yaqut onun üçün mənzil verilməsinə də köməklik etməmişlər. Telafonla zəng edəndə də həm Yaqut, həm də Səfixan müxtəlif bəhanərlə onu yola verib aldatmışlar. xx.xx.2023-cü il tarixdə pulunu qaytarmadıqları üçün o, polisə şikayət etmişdir. Ümumilikdə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəmi 13.000 manat pul vermişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Şikayət və tələbi yoxdur.Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə Şahid ifadəsində göstərmişdir ki, Səfxan Ağasəf oğlunu tanıyır və o atası ilə birlikdə Əfqanistanda hərbi qulluğda olmuşlar. 2014-cü ilin fevral ayının axırları, mart ayının əvvələrində yaşadıqları Ucar rayonunun Ramal kəndinə Təqsirləndirilən şəxs2 gələrək Azərbaycan Respublikası Neft Şirkətinin Mühafizə idarəsində tanışı olduğunu və onun əli ilə işlə təmin edə biləcəyini demiş və atası bu işin necəyə başa gəlməsini və bildikdə ki, 7000-8000 manata başa gəldiyitni bilərək cəmi 1000 manavt olduğunu demişdir. Səfxan atamla razılaşdıqdan sonra cıxıb getmişdir. Sonra 2014-cü ilin iyun ayında Səfxan atası Bayram zəng edərək əlavə pul istəmiş və atam Bayram Kapital bank vasitəsi ilə Ucar rayonundan Səfxana 2.000 manat pul göndərmiş, sonradan malheyvanı satdıqdan sonra 2017-ci ilin iyun ayında Səfxana özü ilə gəlmiş Yaqut adlı qadına 6.000 manat pul vermiş və həmin anda bildirmişdir ki, bu işlə Yaqut məşqul olur. Bundan sonra Səfxan Yaqutun yanında atama bildirdi ki, əgər verdiyin 9.000 manata iş alınmasa əlavə pul verməli olacayıq. 2017-ci ilin soyuq aylarında atam Bayram Nəsimi rayonun 4-cü mikrorayon ərazisində müharibə veteranları üçün pensiya təminat şöbəsinin qarşısında Təqsirləndirilən şəxs1 1000 manat pulu əlbə-əl vermişdir. Sonradan atası tez-tez Səfxanla əlaqə saxlayaraq işin nə yerdə olması barədə Səfxandan soruşmuş, Səfxan isə işin aındığını və özü məlumat verəcəyini demiş, əlavə olaraq 1000 manat pul istəmişdir. Sonradan Səfxan işin alınmadığını, lakin Bakı şəhərində əlillər üçün mənzil tikildiyini və oradan mənzil alıb verə biləcəyini deyərək əlavə 2.000 manat pul istəmişdir. Ona görə 2020-ci ilin oktyabr ayında Xırdalan dairəsi deyilən yerdə Təqsirləndirilən şəxs1 ilə görüşüb 2.000 manat pulu əlbə-əl vermişdir. Pulu Yaquta verərkən Səfxan orada olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinyət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Əməlin tövsif edilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqqında 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. - Abşeron Rayon Polis İdarəsinin 22 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 tutularaq Abşeron RPİ-nin İŞ-nə təhvil verilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində həbs tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinyət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair Abşeron RPİ-nin İstintaq şöbəsinin baş müstəntiqi Elçin Süleymanovun xx.xx.2024-cü il tarixli vəsatəti təmin edilməmişdir. - “Qətimkan tədbiri seçilməsi haqqında” 22 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinyət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10 dekabr 2024-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 01 yanvar 2025-ci il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə əməl Həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi” haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələr ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Qətimkan tədbiri seçilməsi haqqında” 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinyət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. - “Sübutların qiymətləndirilməsinə dair” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri sübut növü kimi qiymətləndirilmiş, 11 iyun 2014-cü il tarixli ödəmə bildirişi və xx.xx.2018-ci il tarixli "xxxx" ASC tərəfindən verilmiş ödəmə qəbzi maddi sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 1(012)-577/2025 saylı, 07 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. - “Axtarışda olan şəxsin tutulması haqqında” 16 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 16 sentyabr 2025-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, təkrarlıq institutu cinayətlərin çoxluğunun ən mürəkkəb formasıdır və Cinayət Məcəlləsində dar mənada istifadə olunur. Cinayət Məcəlləsində nəzərdə tutulmuş eyni tərkib əlamətlərinə malik olan cinayətin təkrar törədilməsi eyni cinayət hesab olunur (məsələn, şəxs iki oğurluq cinayəti və ya ardıcıl olaraq iki dəfə talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə cinayəti törədir). Həmcins cinayətlər isə oxşar tərkib əlamətlərinə malik olan cinayətlərin qəsdən və ya ehtiyatsızlıqdan təkrar törədilməsi kimi qəbul edilir (Cinayət Məcəlləsinin 177-185-ci maddələri). Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan təkrarlıq: həm ehtiyatsızlıqdan, həm də qəsdən törədilən cinayətlər zamanı; cinayətləri təkrar törətmiş şəxs, onlardan heç birinə görə məhkum olunmadığı halda; şəxsin iki və ya daha artıq cinayət törətməsi zamanı; eyni və həmcins cinayətlərin törədilməsi zamanı yaranır. Eyni cinayətlərin təkrarlığı zamanı, bu cinayətlərə aid olan cinayət əməlləri başa çatmış olduqda və ya cinayətə cəhd təşkil etdikdə, törədilənlərin hamısı Cinayət Məcəlləsinin eyni maddəsi ilə əhatə olunur. Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxslərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsinə dair ifadəsinə münasibətdə məhkəmə hesab edir ki,bu ifadəyə şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün özünü müdafiə kimi ifadə olaraq qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxslərin hər birinə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Hazırki cinayət işində iki nəfər təqsirləndirilən şəxs olduğundan məhkəmə cəza təyini məsələsini hər bir təqsirləndirilən şəxsə münasibətdə təhlil etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması,2-ci qrup əlil olmasını, veteranlığını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Göyçay rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaq dövründə axtarış nəticəsində həbsdə saxlanıldığı 24 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 01 ay 18 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmaması onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs1 onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə cəza müddəti ərzində yaşadığı ünvan 4 ünvanında yerləşən yaşayış evini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yeri olan Göyçay rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Həmin Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 02 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 15 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 255 manat (15 saat x 6 AZN + 15 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 hüquqi yardıma görə sərf etdiyi 15 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 200 manat (15 saat x 6 AZN + 10 saat x 11 AZN), həmçinin Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 05 iş saatının hər iş saatının 11 manatdan hesablanmaqla dövlət büdcəsindən vəkilə cəmi 55 manat məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 16 sentyabr 2025ci il tarixdən 09 oktyabr 2025-ci il tarixədək, yəni 24 gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 1 ay 18 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Göyçay rayon hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Göyçay şəhəri, Natəvan küçəsi,dalan 1,ev 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 1 gün müddət həbsdə saxlama müddətinin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ümumilikdə 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 28 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən Göyçay rayon hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 30 saat üçün nəzərdə tutulan 255 manat və digər Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon vəkil Bürosunun vəkili Müdafiəçi3 25 saat üçün nəzərdə tutulan 200 manat, həmçinin Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 05 saat üçün nəzərdə tutulan 55 manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-577/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-577/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver