Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-578/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Abşeron RİHin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi – böyük məsləhətçi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, evdar qadın, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olan və Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsində nömrəsiz fərdi evdə qeydiyyatsız yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsində yerləşən yaşadıqları nömrəsiz fərdi evdə ögey qızı xx xxxx 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən bir neçə dəfə vuraraq, alın-təpə nahiyəsinin, burunun, hər iki qulaq seyvanının arxa səthlərinin və sağ ayaq pəncəsinin qançırları, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları, sağ baldırın aşağı 1/3-nin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yəni, həyat yoldaşı Şahid1 ilə birlikdə Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsində fərdi yaşayış evində yaşayır. Evdar qadındır və heç bir yerdə işləmir. 2020-ci ildə Şahid1 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan övladı olmamışdır. Şahid1 təxminən 4 il əvvəl xəstəliyi ilə əlaqədar dünyasını dəyişmiş birinci həyat yoldaşından olan iki azyaşlı övladma baxır. Həmin uşaqların biri İlknur, digəri isə Ülkər adında olan uşaqlardır. İlknur hazırda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əziziov adma tam orta məktəbin lb sinifində təhsil alır, Ülkər isə evinin yaxınlığında yerləşən 29 saylı uşaq bağçasına gedir. O, uşaqlara öz uşaqları kimi baxır və hər gün dərsə aparıb, evə gətirir. Həyat yoldaşı isə fəhlə işləməklə hər gün səhər tezdən işə gedir, axşam isə evə gəlir. Şahid2 Babgözəl qızının onun barəsində verdiyi ərizə ilə tanış olmuş və bildirmişdir ki, həmin şəxs Şahid1 keçmiş həyat yoldaşının bacısıdır. Onunla ilk vaxtlarda təxminən bir il müddətinə münasibəti yaxşı olsa da sonradan Xalidə Romanın uşaqlarını öz evlərinə apararaq, onun uşaqların anası olmadığını bildirərək, onunla uşaqların münasibətini kəsmək istəmişdir. Məhz buna görə də aralarında olan münasibət son bir ildə pisləşmişdir. Xalidə hər dəfəsində uşaqları ondan ayırmaq istəmiş, Romanın onu boşamasını tələb etmişdir. İlknurun xəsarət alması ilə bağlı bildirmişdir ki, 24 fevral 2023-cü il tarixdə səhər tezdən İlknuru dərsə aparıb yola salmış, günorta vaxtı isə İlknuru dərsdən gedib götürən zaman İlknurun alın nahiyəsində və sifət nahiyəsində xəsarətlər olmasını görmüşdür. İlknurdan həmin xəsarəti kim tərəfindən yetirilməsini soruşmuş, İlknur əvvəl bu barədə heçnə deməmiş, yenə də kim tərəfindən döyülməsini soruşanda İlknur paltarını asılqandan asan zaman stolun üzərinə çıxdığını və oradan yerə yıxılaraq xəsarət aldığını bildirmişdir. Bundan sonra İlknurun sinif rəhbərinə zəng vurub bu barədə həqiqətən də İlknurun sinifdə yıxılıb-yıxılmamasmı soruşmuş, müəllim bu hadisəni görmədiyini və dərsdə olduğunu onunla telefonda danışaraq uşaqlardan İlknurun yıxılıb-yıxılmamasmı soruşmuşdur. Uşaqlar isə Mələk müəlliməyə İlkurun yıxıldıqlarını bildirmişdilər. O isə müəlliməyə iradını bildirib, İlknurun dəcəl olduğunu, uşağa nəzarət etməsini xahiş etmişdir. O, həmin günü və bir neçə gün ərzində uşağa ilkin tibbi yardım göstərib, uşağa tibbi kremlər sürtmüşdür. 27 fevral 2023cü il tarixdə yəni, həftənin birinci günü eyni qayda ilə məktəbə yola salmışdır. Təxminən saat 10-11 radələrində Şərqiyə adlı məktəbin işçisi ***-***-**-** saylı mobil nömrədən zəng vurub, İlknurun sifət nahiyyəsində xəsarətlər olduğunu, sifətinə qan yığılmasını və şişməsini bildirmişdir. Həmin şəxs onu məktəbə gəlməyini bildirmişdir. O, dərhal evdən çıxıb, məktəbə yollanmış, Şərqiyyə xanım onu məktəbin həyətində qarşılamışdır. Müəllim ona İlknurun xəsarət alması ilə bağlı məktəbin direktoruna məlumat verib-vermədiyini soruşmuşdur. O isə İlkurun məktəbdə yıxılmasını bu barədə sinif rəhbəri olan Mələk müəlliməyə məlumat verdiyini bildirmişdir. İlknurun sifət nahiyəsindəki xəsarətlər onu və müəlliməni narahat etdiyi üçün Mələk müəllimə ilə birlikdə uşağı Müşviqabad qəsəbəsində yerləşən poliklinikaya aparmışdılar. Orada Elçin adlı həkim İlknura ilkin tibbi yardım göstərəndən sonra qorxulu bir şey olmadığını, sadəcə şiş olduğuna görə sifət nahiyəsinin göyərdiyini bildirmişdir. Rahat olmaq üçün rentgen müayinəsindən keçmək üçün onu Abşeron rayon mərkəzi xəstəxanasına getməyini məsləhət bilmişdir. Ancaq həmin günü Abşeron rayon mərkəzi xəstəxanasına getməmiş və evə qayıtmışdır. Roman da işdən axşam evə gələn zaman İlknurun sifətindəki xəsarətləri görmüş, sonra məktəbdən Xalidəyə məlumat verdikləri üçün Xalidə onun tərəfindən uşağın döyülməsi barədə polisə məlumat verdiyi üçün Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları onların yaşadığı evə gəlmiş hadisə barədə maraqlanmışdılar. O, əlavə olaraq uşaqlara normal şəkildə qulluq etdiyini, uşaqları heç vaxt döymədiyini, tərbiyəsi ilə daim məşğul olduğunu, uşaqlar dəcəl olduğu üçün onların qaçmamasmı, ehtiyyatlı olmasını tələb etmişdir. İlknur özü yıxılıb xəsarət almış, onun uşağı vurmağı və Xalidənin barəsində verdiyi şikayət əsassızdır. Xalidə sadəcə Roman ilə ailəsini dağıtmaq niyyətindədir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayədəsi Abşeron RİH-in yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi – böyük məsləhətçi X3 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində fərdi yaşayış sahəsində ailəsi ilə yəni, anası Cəmilə, atası Roman və bacısı Ülkər ilə birlikdə yaşayır. Hazırda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbin 1-ci sinifində təhsil alır. 24 fevral 2023-cü il tarixdə səhər saatlarında anası Cəmilə onu dərsə aparmışdır. O, sinifə daxil olmuş, həmin vaxtı ondan başqa sinifdə Zeynəb də olmuşdur. O, gödəkçəni çıxarıb asılqandan asmaq istəmişdir. Həmin vaxt gödəkçəni asmaq üçün boyu asılqana çatmadığı üçün ayağının altına stulu qoyub qalxmışdır. Stul ayağının altından çıxdığına görə yerə yıxılmışdır. Stul isə başın üzərinə aşaraq ona dəyib xəsarət yetirmişdir. Anasının onu döymədiyini, yerə yıxılıb xəsarət almasını bildirmişdir. Komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 20.04.23-cü il tarixli 1110 №li rəyinin təsviri hissəsində İlknur “mama bacımı döyür, çünki bacı dəcəldir. Məni isə hərdənbir döyür” demişdir. Qəflətən başını qaldırıb atasının ona baxdığını görüb “yox, ana bizi döymür, dəcəllik edəndə küncə qoyur” deyə ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Mövlud oğlu ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yəni, həyat yoldaşı X5 ilə birlikdə Şamaxı rayonu, Sağyan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsində fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq işləmir, ancaq fəhləlik edərək gündəlik qazanc əldə etməklə ailəsini dolandırır. 2020-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan övladı yoxdur. Onun təxminən 4 il əvvəl xəstəliyi ilə əlaqədar dünyasını dəyişmiş birinci həyat yoldaşından olan iki azyaşlı övladı var. Həmin uşaqların biri İlknur, digəri isə Ülkər adında olan uşaqlardır. İlknur hazırda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbin lb sinifində təhsil alır, Ülkər isə evlərinin yaxınlığında yerləşən 29 saylı uşaq bağçasına gedir. Cəmilə uşaqlarına öz uşaqları kimi baxır onları incitməmişdir. Uşaqlar isə Cəmilə ilə mehribandırlar. Cəmilə uşaqları hər gün dərsə aparıb, evə gətirir. O isə fəhlə işləməklə hər gün səhər tezdən işə gedir, axşam isə evə gəlir. Uşaqları dərsə aparıb gətirə bilmir. Şahid2 onun keçmiş həyat yoldaşının bacısıdır, Cəmilə barəsində verdiyi ərizə ilə tanış olmuş və bildirmişdir ki, həmin şəxsin ilk vaxtlarda Cəmilə ilə münasibəti yaxşı olsa da sonradan onun uşaqlarının öz evlərinə apararaq, Cəmilənin uşaqların anası olmadığını bildirərək, Cəmilə ilə uşaqların münasibətini kəsmək istəmişdir. Məhz buna görə də aralarında olan münasibət son bir ildə pisləşmişdir. Hətta onun valideynləri də Xalidənin dediklərini təsdiq edir, onun ailəsinin dağılmasına çalışmışlar. Xalidə hər dəfəsində uşaqları Cəmilədən ayırmaq istəmiş, onun Cəmiləni boşamağını tələb etmişdilər. İlknurun xəsarət alması ilə bağlı bildirmişdir ki, 24 fevral 2023-cü il tarixdə işdə olmuş, axşam isə evə gələn zaman İlknurun sifət nahiyəsinin şişdiyini görmüşdür. İlknur isə məktəbdə yıxıldığını bildirmişdir. Bir neçə gündən sonra isə həmin şişkinliyin kəskin artığını görmüşdür. İlknurun konkret olaraq haradan yıxılmasını görməmişdir. Bundan sonra İlknuru xəstəxanaya aparmış, sifətində hematoma əmələ gəlməsini öyrənmiş, sonra Xalidə onlardan şikayət etmiş, buna görə də hazırda polisdə araşdırma getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 126-da qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir və evdar qadındır. Mərhum bacısı X2 təxminən 2014-cü il tarixində Şahid1 Möviüd oğlu ilə ailə həyatı qurmuş, həmin nikahdan iki azyaşlı qız övladları dünyaya gəlmiş, lakin 27 may 2020-ci il tarixdə bacısı xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Romanın iki azyaşlı övladlarına təxminən 1 il mddətinə öz anası və başqa qohumları himayədarlıq etmişdir. Həmçinin, uşaqlara o da baxır, öz evinə aparıb gətirmişdir. Onlar Romana həyat yoldaşının ölməsindən sonra uşaqlarına himayədarlıq etmək üçün evlənməyi təklif etmiş, lakin Roman bir müddət subay qalsa da sonradan Cəmilə adlı şəxslə evlənmişdir. Roman Cəmilə ilə təxminən iki ildir ki, ailə həyatı qurmuşdur. Cəmilə Roman ilə ailə həyatı qurduqdan sonra onların və digər qohumların evlərinə getməyi qadağan etmiş, ona görə də onlar Romanın evinə gedə bilməmişdilər. Cəmilə özü uşaqlara analıq etmək istədiyini, uşaqları özü tərbiyə etmək istədiyini bildirib evlərinə getməyi qadağan etmişdir. 27 fevral 2023-cü il tarixdə DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə İlknurun anası Cəmilə tərəfindən döyülməsi barədə ərizəni yazmış, həmin tarixdə də Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində qızının yaşadı evdə olmuşdur. Təxminən günorta vaxtı saat 13 radələrində tanımadığı mobil nömrədən zəng gəldiyini görüb telefonu açmışdır. Adının Vəsilə olduğunu deyib özünü ona təqdim etmişdir. İlknurun xalası olduğuna görə zəng vurduğunu və İlknurun sifətində şişkinlik və xəsarət olmasını və bu barədə məlumatlı olub-olmadığını soruşmuşdur. İlknurun sifətində olan xəsarətlərin mütləq formada həkimə göstərmək lazım olduğunu ona bildirmişdir. O da bu xəbəri eşidib, evdən çıxaraq oğlu Vüqar ilə birlikdə Romanın evinin qarşısna gəlmişdir. Evin həyətində it olduğuna görə həyətə daxil ola bilməyib, Romanı səsləməyə başlamışdır. Lakin, evdə heç kim olmadığına görə evdən heç kim çölə çıxmamışdır. Yəni, evdə nə Roman nədə ki, Cəmilə olmuşdur. Vüqar Romana zəng vurub, harada olmasını, İlknuru görmək istədiyini soruşmuşdur. Roman isə işdə olduğunu, evdə olmadığını bildirmişdir. Romanın evi ilə atası Mövlüdün evi yaxın olduğuna görə oğlu Vüqar ilə birlikdə Mövlüdün evinə getmişdilər. İlknurun sifətində olan xəsarətlər barədə atasına məlumat vermək qərarına gəlmişdilər. Mövlüd ilə söhbət əsnasında İlknurun sifətində xəsarət olması barədə məktəbdən ona məlumat verdiklərini deyib, uşağı görmək üçün gəldiyini demişdir. Mövlüd isə İlknurun sifətində xəsarət olması barədə məlumatlı olsa da İlknuru şəxsən görmədiyini bildirmişdir. Mövlüd da uşağı görmək istədiyini, lakin analığı Cəmilə ilə birlikdə evdə olmadıqları üçün görə bilmədiyini bildirmişdir. Həmin vaxt Romanın qardaşı Elman telefonda İlknurun sifətində olan xəsarətlərin şəklinin olduğunu deyib, ona göstərmişdir. O həmin xəsarətləri görüb təəccüblənmiş və həmin xəsarətlərin hansı formada alması barədə Elmandan məlumat almış, lakin Elman həmin xəsarətlərin hansı formada alması barədə məlumatı olmadığını deyib, anası Cəmilə tərəfindən döyülməsini ehtimal etmişdir. Mövlüd şəkilləri görüb, oğlu Romana zəng vurmuşdur. İlknurun xəsarətləri barədə məlumatlı olub-olmadığını soruşmuş, Roman isə İlknurun sifətində olan xəsarətlər olması barədə məlumatının olmadığını demiş, sonra bu barədə Cəmilədən məlumat alaraq deyəcəyini bildirmişdir. Dərhal isə İlknurun məktəbdə yıxılıb xəsarət aldığını bildirmişdir. Bundan sonra İlknurun anası tərəfindən döyülməsini düşünüb, DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermiş, Qobu PB-nin əməkdaşları evinə gələrək onun ərizəsini almışdılar. Səhərisi günü isə izahtının alınması üçün bölməyə dəvət olunmuşdur, orada İlknuru görmüşdür və sifətində olan xəsarətlərin canlı şahidi olmuşdur. O, İlknurun sifətindəki xəsarətləri görüb, yıxılaraq xəsarət almasına uyğun olmadığını görmüşdür. İlknur anası Cəmilə tərəfindən evdə döyülüb və məktəbə yola salınmışdır. O, İlknurun həqiqətəndə məktəbdə yıxılmasını dəqiqləşdirmək üçün məktəbdən maraqlanmışdır. Məktəbdə İlknurun yıxılmadığını haqqında məlumat öyrənmişdir. Məktəbdə olan müəllim və şagirdlər İlknurun sinifdə yıxılmadığını ona demişdilər. Hətta məktəbdə işləyən psixoloq və direktorla danışan zaman İlknur ilə təklikdə danışdıqlarını, İlknurun onlara anası tərəfindən döyüldüyünü dediyini ona bildirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Aslanov küçəsi, döngə 6-da qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Cavadov küçəsində yaşayır. Rəsmi olaraq 2003-cü ildən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbdə işləyir, 2016-cı ildən isə həmin məktəbdə direktor müavini vəzifəsində işləyir. İxtisası biologiya sahəsidir və yuxarı siniflərə dərs keçirir. Məktəbin lb sinifində təhsil alan X4 tanımır, onu haqqında heçnə deyə bilməmişdir. 27 fevral 2023-cü il tarixdə saat təxminən 11 radələrində otağında olan zaman Şahid4 otağına daxil olaraq sinifdə olan Zərərçəkmiş şəxs sifət nahiyəsində xəsarətlər olmasını bildirmişdir. O, uşağı yanma gətirməsini xahiş etmişdir. Uşaqla danışıqlar aparsa da İlknur aldığı xəsarətlər barədə ona heç bir söz deməmişdir. Bundan sonra İlknuru direktorun otağına aparmışdır. Direktor isə bir qədər İlknur ilə söhbətlər aparmışdır. Ancaq onların arasında nə danışıqlar olmasından məlumatı olmamışdır. O, sonra uşağı məktəbdə psixoloq vəzifəsində işləyən Nəzakət xanımın yanma aparmışdır. Ancaq İlknur xəsarət alması barədə Nəzakət xanıma da dəqiq olaraq məlumat verməmişdir. Bundan sonra Sevinc müəllimə axırıncı dərsi keçdiyi üçün gətirib sinifdə təhvil vermişdir. Sevinc müəllimə isə uşağın paltarını geyindirib, yola salmışdır. O, Xalidəni tanımır, Xalidənin dedikləri barədə konkret olaraq heç bir söz deyə bilməmişdir. O, İlknurun sifətində xəsarətlər görsə də həmin xəsarətləri necə və hansı şəraitdə alması haqqında heç bir məlumatı olmamışdır. İlknurun sifətində xəsarət olduğunu görüb, İlknurdan soruşsa da ona heç bir söz deməmiş və o da bu barədə heçnə bilməmişdir. O, İlknurun xəsarət almasını görməmiş, bu barədə də heçnə deyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mkr-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 1/42, mənzil 5-də yaşayır. Rəsmi olaraq 2018-ci ildən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. O, fiziki hazırlıq, təsviri incəsənət və texnologiya fənnləri üzrə dərs keçir. O, ixtisası üzrə ibtidai sinif şagirdlərinə dərs keçir. Belə ki, onun həmin məktəbin lb sinifində təhsil alan X4 tanıyır, həmin şagirdi dərs oxuyan şagird kimi tanımır. İlknur dərsdə daim sakit oturur və aktiv deyil. O, 24 fevral 2023-cü il tarixdə həmin sinifdə fiziki hazırlıq üzrə dərs keçmişdir. Həmin vaxtı İlknurun sifət nahiyəsində və bədəninin hər hansı nahiyəsində xəsarət olmasını görməmişdir. Ümumiyyətlə həmişə olduğu kimi sinifdə özünü normal aparmışdır. Ümumiyyətlə İlknura dərs keçən zaman heç vaxt İlknurun bədənində və sifət nahiyəsində xəsarətlə sinifə gəlməsini görməmişdir. Məktəbdə İlknurun anasının vəfat etməsi haqqında məlumatı olmuş, Cəmilə adlı qadının İlknura analıq etməsini eşitmişdir. 27 fevral 2023-cü il tarixdə eyni qayda ilə İlknura dərs keçən zaman İlknurun sifət nahiyyəsində yəni, baş və göz altında şişkinlik əlamətlərini görüb döyülməsi və ya yıxılması haqqında düşünmüşdür. Ona görə də İlknuru sinifdə yanma çağırıb təklikdə danışmağa başlamışdır. İlknurdan həmin xəsarətləri necə və hansı şəraitdə almasını soruşmuşdur. Lakin, İlknur bu barədə dəqiq olaraq ona heçnə deməmişdir. O, yenidən İlknurdan kiminsə tərəfindən döyülüb-döyülməməsini soruşmuşdur. İlknur susaraq bu barədə ona gah cavab verməmiş, gah döyülməsini, gah da yıxılmasını bildirmişdir. O, İlknurun suallarına adekvat cavab vermədiyini görüb, dərhal bu barədə məktəbin direktor müavininə məlumat vermişdir. Bundan sonra İlknur ilə söhbət etmək üçün psixoloq dəvət olunmuş və İlknuru sinifdən psixoloqun yanma aparmışdılar. O, dərsini bitirənə kimi İlknur sinifə qayıtmamışdır. Dərs bitdikdən sonra İlknur sinifə qayıtmış və İlknurun paltarını geyindirib məktəbin həyətinə düşürmüşdür. Bundan sonra məktəbin həyətində İlknurun valideynini görmüşdür. İlknuru anası Cəmiləyə təhvil vermişdir. Təhvil verən zaman İlknurun sifətində olan xəsarətlərdən məlumatlı olub-olmamasını soruşmuşdur. Anası bu haqda məlumatlı olduğunu deyib, İlknurun bir neçə gün əvvəl məktəbdə yıxılmasını bildirmişdir. Bundan sonra məktəbə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə : Abşeron rayonu, Aşağı-Güzdək qəsəbəsi, ev 9, mənzil 2-də yaşayır. Rəsmi olaraq 2016-cı ildən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. O, həmin məktəbdə ixtisası üzrə ibtidai sinif şagirdlərinə dərs deyir. Belə ki, onun həmin məktəbin lb sinifində təhsil alan X4 tanıyır, həmin şagirdi dərs oxuyan şagird kimi tanımamışdır. Dərslərini zəif hazırlayan şagirddir. İlknur dərsdə digər şagirdlər kimi iştirak edir. O, həmin şagirdin anasının ölməsi haqqında məlumatı olmuşdur. Cəmilə adlı qadının İlknura analıq etməsini bilmişdir. O, İlknura dərs dediyi vaxtlarda İlknurun sifətində hər hansı xəsarətlər olmasını görməmişdir. O, 27 fevral 2023-cü il tarixdə 08 radələrində dərsə gələn zaman İlknurun sifət nahiyəsində xəsarətlərin olmasının şahidi olmuşdur. İlknurun sifətindəki xəsarətlər alın və göz nahiyəsində olmuşdur. O, İlknurun sifətindəki xəsarətləri görüb, təəccüblənmiş və İlknurdan həmin xəsarətləri harada və hansı şəraitdə almasını soruşmuşdur. Onun sözündən sonra İlknur ağlamağa başlamışdır. Lakin, onun sualına cavab verməmişdir. O, İlknurun xəsarət alması ilə bağlı sinifdə olan uşaqlardan kiminsə məlumatının olubolmamasını soruşmuşdur. Uşaqlar isə İlknurun xəsarət alması ilə bağlı məlumatlarının olmadıqlarını bildirmişdilər. Bundan sonra bu barədə İlknurun analığına zəng vurub məlumat vermişdir. İlknurun sifətindəki xəsarətlər barədə soruşmuş, anası Cəmilə isə İlknurun sifətindəki xəsarətlər barədə məlumatının olduğunu deyib, bir neçə gün əvvəl sinifdə yıxıldığını bildirmişdir. O, üzündəki xəsarətlərin ciddi nəticələrə səbəb olmasını düşünüb, analığına İlknuru məktəbdən gəlib götürməsini xahiş etmişdir. Analığının isə İlknurun məktəbdə qalmasını bildirmişdir. Bundan sonra İlknura evə gedib-getməməsini soruşmuşdur. İlknur isə evə getmək istəmədiyini bildirmişdir. O, sinifdə dərsini keçib bitirdikdən sonra məktəbin dərs hissə müdiri Şahid3 məlumat vermişdir. Fəqanə müəllimə sinifə daxil olan zaman İlknurun sifətindəki xəsarətləri görmüşdür. O, dərsini bitirdikdən sonra evə çıxıb getmişdir. İlknurun ailəsinin maddi imkanı zəif olduğuna görə İlknuru dərsdən sonra öz evində təmanna olmadan hazırlamışdır. Həmin günü isə evdə olan zaman Cəmilə İlknuru götürüb özü ilə birlikdə evinə hazırlığa gətirmişdir. O isə İlknurun sifət nahiyəsində olan xəsarətlərin daha da pisləşdiyini, qulaq nahiyəsində göyərmələrin olmasını görüb, analığı Cəmiləyə İlknuru həkimə aparmağı məsləhət bilmişdir. Lakin, Cəmilə pulunun olmadığını və həkimə gedə bilməyəcəyini demişdir. O isə ona görə Cəmilə ilə birlikdə həkimə getmişdir. Müşviqabad qəsəbəsində yerləşən poliklinikida Elçin adlı həkimə yaxınlaşmışdılar. Həkim isə uşaqda olan xəsarətlərin travma olduğunu və bir neçə gün ərzində göyərib keçəcəyini bildirmiş və bununla bağlı Abşeron rayon mərkəzi xəstəxanasına getməyi məsləhət vermişdir. Ancaq onlar mərkəzi xəstəxanaya getməmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, C.Cabbarlı küçəsi, ev 10- da qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayır. Rəsmi olaraq 2019-cu ildən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbdə psixoloq vəzifəsində işləyir. İxtisası üzrə məktəbdə olan şagirdlərlə fərdi qaydada söhbətlər aparmaqdan ibarətdir. Məktəbin lb sinifində təhsil alan X4 tanımır, haqqında heçnə deyə bilməmişdir. Belə ki, onların işi birinci siniflərdə olan şagirdlərin hər biri ilə fərdi qaydada söhbət aparmaq və həmin uşaqların psixoloji xəritəsini hazırlamaqdan ibarətdir. Ona görə də İlknur ilə ümumilikdə 3 dəfə fərdi qaydada psixoloji söhbətlər aparmışdır. O, İlknurun anasının ölməsini və analığı tərəfindən baxılması haqqında məlumatı olmuşdur. Ona görə İlknuru bu istiqamətdə köməklik etməyə çalışmışdır. 27 fevral 2023-cü il tarixdə işdə olan zaman direktor müavini Şahid3 onunla telefon əlaqəsi saxlayaraq, məktəbin lb sinifində təhsil alan X6 ilə fərdi qaydada söhbət aparmağını xahiş etmişdir. O, nə məqsədlə İlknur ilə danışmalı olduğunu soruşduqda, İlknurun sifət nahiyəsində xəsarətlərin olmasını və həmin xəsarətlərin hansı şəraitdə almasını İlknurdan fərdi qaydada danışmaq yolu ilə öyrənməyini xahiş etmişdir. O isə İlknur ilə öz otağında söhbət aparmışdır. İlknurla söhbəti təxminən 10-15 dəqiqə ərzində baş tutmuşdur. O, İlknurdan sifət nahiyəsindəki xəsarətləri hansı şəraitdə almasını soruşmuşdur. İlknur bir qədər sakit formada kimdənsə qorxacaq şəkildə susmuşdur. Onunla danışmaq istəməmişdir. O, İlknurdan həmin xəsarətləri kiminsə tərəfindən vurularaq yetirilməsini soruşmuşdur. İlknur bir qədər söhbətdən sonra anasının onu vurduğunu demişdir. Bundan sonra İlknur hansı səbəbə anası tərəfindən döyüldüyünü, hansı tarixdə döyüldüyünü deməmişdir. O da İlknur ilə söhbət əsnasında öyrəndiyi məlumatları məktəbin rəhbərliyinə məlumat vermişdir. O, İlknurun sifətində xəsarətlər görsə də həmin xəsarətləri necə və hansı şəraitdə alması haqqında heç bir məlumatı yoxdur. O, İlknurun sifətində xəsarət olduğunu görüb, soruşsa da ona heç bir söz deməmişdir. Daha sonra İlknurdan bir qədər söhbət etdikdən sonra anası tərəfindən döyüldüyünü bildirmişdir. O, ancaq dəqiq hansı tarixdə və hansı şəraitdə döyülməsini öyrənə bilməmişdir. Çünki anasının onu döydüyünü ona dedikdən sonra başqa heçnə danışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy Y/M ev 20də qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayır. Rəsmi olaraq 2013-cü ildən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. İxtisası informatika sahəsidir. O, məktəbin direktor müavini Şahid3 iş otağında əyləşir. Məktəbin lb sinifində təhsil alan X4 tanımır, onu haqqında heçnə deyə bilməmişdir. 27 fevral 2023-cü il tarixdə saat təxminən 11 radələrində otağında olan zaman Şahid4 otağa daxil olaraq sinifdə olan Zərərçəkmiş şəxs sifət nahiyəsində xəsarətlər olmasını bildirmişdir. Fəqanə müəllimə uşağı yanma gətirməsini xahiş etmişdir. İlknur otağa daxil olan kimi onun sifət nahiyəsində xəsarətlər olmasını görmüşdür. Bundan sonra Fəqanə müəllimə uşağın valideynləri ilə əlaqə saxlamaq istəmiş, lakin alınmamışdır. Bundan sonra İlknurun xalası Xalidəni tanıdığı üçün özü onunla telefon əlaqəsi saxlamışdır. İlknurun valideyni kimi məktəbə gəlməsini xahiş etmişdir. Bundan sonra Fəqanə müəllimə uşaqla aldığı xəsarətlə bağlı danışıqlar aparmağa başlamışdır. O isə otaqdan çıxmışdır. Onların arasında nə danışıqlar olması barədə heç bir məlumatı olmamışdır. İlknurun xəsarət almasını görməmiş. Bu barədə də heçnə deyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə yəni, həyat yoldaşı Mövlud, kiçik oğlu Elman və onun ailəsi ilə birlikdə Şamaxı rayonu, Saqiyan kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Şahid1 Mövlud oğlu isə böyük oğludur, evinin qonşuluğunda yaşayır. Belə ki, mərhum gəlini X2 təxminən 2014-cü il tarixində Şahid1 ilə ailə həyatı qurmuş, həmin nikahdan onların iki azyaşlı qız övladları dünyaya gəlmişdir. Lakin, 27 may 2020-ci il tarixdə gəlini xəstəliyi ilə əlaqdar vəfat etmişdir. Romanın iki azyaşlı övladlarına təxminən bir il müddətinə himayədarlıq edib həmin uşaqlara baxmışdır. Həmçinin, uşaqlara xalası Xalidə də baxmış, öz evinə aparıb gətirmişdir. Bundan sonra onlar Romana həyat yoldaşının ölməsindən sonra uşaqlarına himayədarlıq etmək üçün evlənməyi təklif etmişdilər. Lakin, Roman bir müddət subay qalsa da sonradan Cəmilə adlı şəxslə evlənmişdir. Roman Cəmilə ilə təxminən iki ildir ki, ailə həyatı qurmuşdur. Cəmilə Roman ilə ailə həyatı qurduqdan sonra onların və digər qohumların evlərinə getməyi qadağan etmiş, ona görə də onların Romanın evinə gedə bilməmişdilər. Cəmilə özü uşaqlara analıq etmək istədiyini, uşaqları özü tərbiyə etmək istədiyini bildirib evlərinə getməyi qadağan etmişdir. 27 fevral 2023-cü il tarixdə evdə olan zaman kiçik oğlu Elman ona zəng vurub, İlknurun sifət nahiyəsində xəsarətlər olmasını və bu barədə məktəbdən zəng vurub məlumat verdiklərini bildirmişdir. Bundan sonra Elman İlknurun sifətində olan xəsarətin şəkillərini mobil telefona göndərmiş və onlar İlknurun sifətində olan xəsarətləri görmüşdülər. Buna görə də həyat yoldaşı Mövlud ilə birlikdə İlknurun oxuduğu məktəbə getmişdilər. Kiçik oğlu Elman da özü birbaşa məktəbə gəlmişdir. Onlar məktəbə çatanda İlknur artıq orada yox idi. Müəllimlərdən maraqlandıqda İlknurun ögey anasının gəlib apardığını onlara bildirmişdilər. Onlar müəllimlərdən maraqlandıqda İlknurun həmin xəsarəti necə və hansı şəraitdə almasını öyrənməyə çalışmışdılar. Orada olan müəllimlər İlknurun sifətində olan xəsarətlərin çox pis vəziyyətdə olmasını, İlknurun müəllimlərlə danışıq əsnasında ögey anası tərəfindən döyüldüyünü bildirməsini onlara demişdilər. Buna görə də kiçik oğlu Elman İlknurun atasına zəng vurub məlumat istəmişdir. Lakin, Roman nə onla, nə həyat yoldaşı ilə nə dəki, digər oğlu ilə danışmadığı üçün mobil telefonu götürməmişdir. Onlar sonra evə qayıdıb gəlmişdilər. Onlar evə qayıdıb gəldikdən sonra Xalidə onların evinə gəlib çıxmışdır. Xalidə onların evinə gəlib İlknurun sifətində xəsarət olması barədə məktəbdən məlumat verdiklərini deyib, uşağı görmək üçün gəldiyini demişdir. Onlar da Xalidəyə İlknurun sifətində xəsarət olması barədə məlumatlı olduqlarını demişdilər. Ancaq İlknuru şəxsən görmədiklərini bildirmişdilər. Onlar da uşağı görmək istədiklərini, lakin analığı Cəmilə ilə birlikdə xəstəxanaya getdiklərini bildirmişdilər. Sonra Elman telefonda İlknurun sifətində olan xəsarətlərin şəklini Xalidəyə göstərmişdir. Xalidə həmin xəsarətləri görüb təəccüblənmiş və həmin xəsarətlərin hansı formada alması barədə Elmandan soruşmuş, lakin Elman həmin xəsarətlərin hansı formada alması barədə məlumatı olmadığını deyib, anası Cəmilə tərəfindən döyülməsini ehtimal etmişdir. Bundan sonra həyat yoldaşı Romana zəng vurmağa çalışmışdır. İlknurun xəsarətləri barədə məlumatlı olub-olmadığını soruşmuşdur. Roman isə İlknurun sifətində olan xəsarətlər olması barədə məlumatının olmadığını demiş, sonra bu barədə Cəmilədən məlumat alaraq deyəcəyini bildirmişdir. Dərhal isə İlknurun məktəbdə yıxılıb xəsarət aldığını onlara bildirmişdir. Bundan sonra Xalidə İlknurun anası tərəfindən döyülməsi barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Onlar İlknurun həqiqətəndə məktəbdə yıxılmasını dəqiqləşdirmək üçün məktəbdən maraqlanmışdılar. Məktəbdə İlknurun yıxılmadığını haqqında məlumat öyrənmişdilər. Məktəbdə olan müəllim və şagirdlər İlknurun sinifdə yıxılmadığını onlara demişdilər. Hətta məktəbdə işləyən psixoloq və direktorla danışan zaman İlknur ilə təklikdə danışdıqlarını, İlknurun müəllimlərə anası tərəfindən döyüldüyünü dediyini onlara bildirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 və X9 şahid Minayə İbrahimovanın ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, N.Aslanov küçəsi, ev 28- də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Sahil Park-2 y/k, bina 8, mənzil 32-də yaşayır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbin direktoru vəzifəsində işləyir. Məktəbin lb sinifində təhsil alan X4 şəxsən tanımamış, ancaq sonradan İlknurun xəsarət alması ilə bağlı ailəsində olan problemlərə görə tanımışdır. Həmin şagirdin anası rəhmətə getmiş və ögey anası Cəmilənin və atası Romanın himayəsindədir. 27 fevral 2023-cü il tarixdə İlknuru ögey anası Cəmilə dərsə gətirmişdir. Həmin tarixdə məktəbin dərs hissə müdiri səhər saatlarında sinifləri gəzərkən İlknurun üz nahiyəsində xəsarətlər aşkar etmişdir. Buna görə də gəlib bu barədə ona məlumat vermişdir. O da bununla bağlı araşdırma aparmışdır. Məktəbin müəllim və psixoloqdan aldığı məlumatlardan həmin şagirdin məktəbdə xəsarət almadığını öyrənmişdir. İlknur onunla və psixoloqla fərdi söhbət zamanı yaşadığı evdə bir neçə gün əvvəl ögey anası Cəmilə tərəfindən döyüldüyünü bildirmişdir. Bu barədə İlknurdan məlumat alıb ögey anası Cəmilə ilə telefon əlaqəsi saxladıqda, İlknurun xəsarəti ilə bağlı soruşduqda, Cəmilə onunla kobud şəkildə danışmış və şəxsi işinə qarışmamağı ondan tələb etmişdir. O isə azyaşlı uşağı döyməsi ilə bağlı müvafiq orqanlara şikayət edəcəyini dedikdə, Cəmilə İlknurun məktəbdə gödəkçəsini asan zaman yerə yıxılıb xəsarət aldığını və məktəbin müəllimlərinin günahkar olduğunu ona demişdir. Cəmilə hadisənin 24 fevral 2023-cü il tarixdə yəni, həftənin 5-ci günü baş verməsini bildirmişdir. O isə əgər elə bir hal baş vermişdirsə, vaxtında məktəbin rəhbərliyinə müraciət etməməsinin səbəbini soruşmuşdur. O, Cəmiləyə həmin günü axşam saat 19:30 radələrinə kimi məktəbdə olduğunu bildirmişdir. O, həmin günü dərs deyən müəllimlərdən də soruşanda İlknurun sifət nahiyəsində hər hansı bir xəsarət olmadığını və məktəbdən evə yola salman zaman neqativ hal aşkar etmədiklərini ona bildirmişdilər. Sevinc müəllimə sonuncu dərsi özü keçdiyini və İlknurda heç bir xəsarət aşkar etmədiyini bildirmişdir. Məhkəmə iclasnda ifadəsi elan edilmiş, ibtidai istintaq zaman şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstrmşir ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, S.Əzizov adma tam orta məktəbin 1-ci sinifində təhsil alır. Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. 27 fevral 2023-cü il tarixdə səhər tezdən səhər saatlarında sinifə ilk o, gəlmişdir. Ondan sonra isə İlknur anası ilə birlikdə sinifə gəlmişdir. Həmin vaxt İlknurun sifətində yəni,alnında və gözlərində göyərti izləri görmüşdür. Həmin vaxt İlknurdan üzündəki xəsarətlərin necə baş verməsini soruşduqda, İlknur ona heç bir cavab vermədən ağlamağa başlamışdır. İlknur 24 fevral 2023-cü il tarixdə sinifdə onun yanında paltarını asılqandan asan zaman yerə yıxılıb xəsarət almamışdır. O, ümumiyyətlə İlknurun yerə yıxılıb xəsarət almasını görməmişdir. 27 fevral 2023-cü il tarixdə isə İlknur sinifə daxil olan zaman sifətində xəsarətlər olmuşdur. İlknuru məktəbdə heç kim vurmamış, məktəbdə yıxılmamışdır. Məhkəmə iclaında ifadsi elan edilmiş ibtidai istintaq zamanı Şahid12 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Gündəlik olaraq fəhləlik edib ailəsini dolandırır. Şahid1 Mövlud oğlunu tanıyır, onun qonşuluğunda yaşayır, münasibəti yaxşıdır, ədavəti yoxdur. Təxminən 5 ildir ki, qonşu kimi münasibəti vardır. O, İlknurun anasının rəhmətə getməsindəndən məlumatı olmuş, Romanın ikinci arvadı Cəmilənin İlknura analıq etməsini bilmişdir. Baş vermiş hadisəyədək Cəmilə daima İlknuru və digər qızını onların evinə gətirmişdir. O İlknuru bir neçə dəfə onların evinə gələn zaman ayağında və qollarında xəsarətlər olmasının şahidi olmuşdur. Belə ki, bir neçə dəfə bədənində olan xəsarətlərin necə və hansı şəraitdə əmələ gəlməsini İlknurdan soruşmuşdur. İlknur isə oyun oynayan zaman və ya bacısı ilə dalaşan zaman xəsarət aldığını bildirmişdir. İlknur ancaq anasının yəni, Cəmilənin onu döyməsi barədə onlara hər hansı məlumat verməmişdir. Sonuncu dəfə İlknurun sifət nahiyəsində olan xəsarətlərlə bağlı bildirmişdir ki, həmin vaxtdan hazıra qədər İlknuru görməmişdir. Həmin xəsarətləri isə hansı şəraitdə almasından məlumatı olmamışdır. O, İlknurun sifətində olan xəsarətləri ancaq qohumlarının telefonunda olan şəkillərdən görüb məlumalı olmuşdur. Məhkəmə iclasında ifadəsi ela edilmiş ibtidai istintaq zamanı şahid qismidə dindirilmiş X12 ifadəsində göstərmidir ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Evdar qadın olmaqla heç bir yerdə işləmir, həyat yoldaşı Orxan isə fəhləlik edib ailəsini dolandırır. Şahid1 Mövlud oğlunu və ailəsini tanıyır, onların qonşuluğunda yaşayır, münasibəti yaxşıdır, ədavəti yoxdur. Təxminən 5 ildir ki, qonşu kimi münasibəti vardır. İlknurun anasının rəhmətə getməsindən məlumatı olmuş, Romanın ikinci arvadı Cəmilənin İlknura analıq etməsini bilmişdir. Cəmilə də daim onların evinə gəlib getmişdir. Baş vermiş hadisəyədək Cəmilə daima İlknuru və digər qızını onların evinə gətirmişdir. Onlar birlikdə uşaqlara dərs öyrətmişdilər. Hətta bir dəfə 2022-ci ilin oktyabr ayında Cəmilə İlknura dərs öyrədən zaman İlknur dərsini yaxşı oxuya bilmədiyi üçün əlində olan ağacın budağı ilə başına vurmuşdur. Bundan sonra da İlknur bir neçə dəfə onların evinə gələn zaman ayağında və qollarında xəsarətlər olmasının şahidi olmuşdular. Belə ki, bir neçə dəfə bədənində olan xəsarətlərin necə və hansı şəraitdə əmələ gəlməsini İlknurdan soruşmuş, İlknur isə oyun oynayan zaman və ya bacısı ilə dalaşan zaman xəsarət aldığını bildirmişdir. İlknur ancaq anasının yəni, Cəmilənin onu döyməsi barədə onlara hər hansı məlumat verməmişdir. Sonuncu dəfə İlknurun sifət nahiyəsində olan xəsarətlərlə bağlı bildirmişdir ki, həmin vaxtdan hazıra qədər İlknuru görməmişdir. Həmin xəsarətləri isə hansı şəraitdə almasından məlumatı olmamışdır. O, İlknurun sifətində olan xəsarətləri ancaq qohumlarının telefonunda olan şəkillərdən görüb məlumalı olmuşdur. Məhkəmə iclasında ifadəsi ela edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 Şahid13nın ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 11 mart 2023-cü il tarixli 402 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - alın-təpə nahiyəsinin, burunun, hər iki qulaq seyvanının arxa səthlərinin və sağ ayaq pəncəsinin qançırları, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları, sağ baldırın aşağı 1/3-nin sıyrığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti müayinədən 4-7 gün əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixdə yarana bilərdilər. - Qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 20 aprel 2023-cü il tarixli 1110 №li rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə Zərərçəkmiş şəxs hər hansı psixi xəstəlik və kəmağıllılıq aşkar olunmur. Zərərçəkmiş şəxs ətrafında baş verən hadisələri düzgün anlamaq və qavramaq qabiliyyətinə malikdir. Məhkəmə- psixoloji ekspertizası üzrə Zərərçəkmiş şəxs özündən uydurmağa və fantaziyalar qurub danışmağa meyillilik əlamətləri aşkar olunmadı. Lakin, azyaşlı olduğundan ailə üzvlərinin təsiri altında situasiyanı dəyişib danışması mümkündür. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun olmaqla norma daxilindədir. Zərərçəkmiş şəxs azyaşlı olduğundan analığı və atası tərəfindən ona təzyiq olunması mümkündür. Həmçinin, rəyin təsviri hissəsində Zərərçəkmiş şəxs “mama bacımı döyür, çünki bacı dəcəldir. Məni isə hərdənbir döyür” demişdir. Qəflətən başını qaldırıb atasını görüb “yox, ana bizi döymür, dəcəllik edəndə küncə qoyur” deyə ifadə verdiyi göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddələri ilə irəli sürülmüş ittiham aktında qeyd edilən əməl üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs İlknuru döymədiyini, onun yıxılaraq xəsarət aldığını gətirdiyi dəlillər məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadəsi və iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinə, ekspert rəylərinə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzasız qalacağına ümid edərək, hər vəchlə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışmış, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Məhkəmə zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, Zərərçəkmiş şəxs təqsirəndrilən şəxsn ögey qızıdır, onlar bir evdə yaşayır, məhz təqsirləndirilən şəxsin etdiyi təzyiq nəticəsində məhkəmə icasında İlkinur onun əleyhinə ifadə verməyərək, həqiqətə uyğun olmayan ifadələr vermiş, bununlada təqsirləndirilən şəxs özünün məsuliyyətini yüngülləşdirməyə nail olmaq məqsədi güdmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.7-ci maddəsinə əsasən cinayətin azyaşlı uşağa qarşı törətməsi onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmənın hazırlıq iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X10 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi subut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-578/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-578/2023
27.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver