Məhkəmə qərarları › İş №1(012)-578/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-578/2025

13.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-578/2025 13.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəıçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1990-ci ildə Abşeron rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Hökməli qəsəbəsi Dağlıq küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1974-ci ildə Abşeron rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Hökməli qəsəbəsi H.Aslanov küçəsi ev 16-da qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Sumbat oğlu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178.2.1 və 178.2.4-cümaddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 15 000 manata Binəqədi rayonu Hökməli qəsəbəsində torpaq satacağına dair yalandan vəd verib aldadaraq, 2023-cü ilin iyun ayında 200 ABŞ dolları bir, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariat kontorunda ofisində 14.660 manat, ümumilikdə 15.000 manat məbləğində nağd pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Kərimov X3 Valeh Sumbat oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs 15 000 manata Binəqədi rayonu Hökməli qəsəbəsində torpaq satacağına dair yalandan vəd verib aldadaraq, 2023-cü ilin iyun ayında 200 ABŞ dolları bir, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 2 saylı notariat kontorunda ofisində 14.660 manat, ümumilikdə 15.000 manat məbləğində nağd pulu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, əməlindən peşiman olduğunu, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkənə dəyən ziyanı ödədiklərini nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Dağlıq küçəsi ev 18-də yaşayır. Əvvəllər alqı-satqı işlərinə baxmış, Valehi də elə vasitə ilə tanımışdır. Zərərçəkmiş şəxs tanışı vasitəsi ilə tanımışlar, belə ki, Valehlə Abşeron rayonu Hökməli qəsəbəsində ofisləri vardır. Təxminən 2 il bundan əvvəl Füzuli həmkəndliləri olan Ərnəşlə birlikdə ofisə gəlmiş və torpaq sahəsi lazım olduğunu bildirmişdir. Həmin vaxt Tamara adlı qadın onlara müraciət edərək, Binəqədi rayonu Hökməli qəsəbəsində qonşusuna məxsus 6 sot torpaq sahəsini satdığını demişdi. Həmin torpaq sahəsini Füzuliyə göstərmişlər və Füzuliylə 15000 manata razılaşmışlar. Həmin razılığı Tamara adlı qadının vasitəsi ilə almışlar. Füzuli ona 200 dollar beh vermişdir. Həmin vaxtdan 2 gün sonra o və Mübariz həmin torpağın adını bilmədiyi sahibi olan qadın, qardaşı və övladı Abşeron rayonu Xırdalan şəhərində yerləşən notariusa getmişlər. Notariusda alqı-satqı əsasında həmin qadın Füzuliyə etibarnamə vermişdir. Bundan sonra yanlarında behdən əlavə qalan pulu torpaq sahibinin qardaşına vermişdir. Oradan zəhmət haqqı kimi torpağı satan şəxsdən 500 manat almışlar. Təxminən 5-6 ay sonra Füzuli ofisə gələrək, torpağı tikmək üçün əlavə pul lazım olduğunu, tikinti işləri apara bilmədiyini, həmin torpaq sahəsini istəmədiyini demişdir. Ona pulu torpaq sahibinə verdiyini demişlır. Lakin buna baxmayaraq həmin şəxs onlardan şikayət etməyə başlamışdır. Həmin şəxsə 4000 manat pul qaytarmış, lakin həmin pulu öz vəsaiti hesabına, ya həmin qadından alıb verdiyini deyə bilmir. Həmin torpaq sahəsinin alınıb satılmasında yalnız vasitəçi olmuşdur. Füzuli ona hər hansı bir məbləğdə ödəniş etməmişdir. Notariusda etibarnamə verildikdən sonra, Füzuli onun və Valehin yanında torpaq sahibinə pul vermişdir. Həmin torpaq sahəsinin təyinatı barədə heç bir məlumatım olmamışdır. Sadəcə olaraq Tamara adlı qadın qonşusunun torpaq sahəsi satdığını bildirmişdir. Həmin torpaq sahəsinin sahibini tanımır. Yalnız bir dəfə alqı-satqı zamanı həmin şəxsi görmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, əməlindən peşiman olduğunu, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkənə dəyən ziyanı ödədiklərini nəzərə alıb, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi H.Aslanov küçəsi ev 16-da yaşayır. Əvvəllər alqı-satqı işlərinə baxmışdır. Mübarizi də elə vasitə ilə tanımışdır. Zərərçəkmiş şəxs tanışları vasitəsi ilə tanımış, belə ki, Mübarizlə Abşeron rayonu Hökməli qəsəbəsində ofisləri vardır. Təxminən 2 il bundan əvvəl Füzuli həmkəndliləri olan Ərnəşlə birlikdə ofisə gəlmiş və torpaq sahəsi lazım olduğunu bildirmişdir. Həmin vaxt Tamara adlı qadın onlara müraciət edərək, Binəqədi rayonu Hökməli qəsəbəsində qonşusuna məxsus 6 sot torpaq sahəsi satdığını demişdi. Həmin torpaq sahəsini Füzuliyə göstərmişlər və Füzuliylə 15000 manata razılaşmışlar. Həmin razılığı Tamara adlı qadının vasitəsi ilə almışlar. Dəqiq yadında deyil amma Füzuli Mübarizə nə qədər isə beh vermiş, həmin vaxtdan 2 gün sonra o, Mübariz, həmin torpağın adını bilmədiyim sahibi olan qadın, qardaşı və övladı Abşeron rayonu Xırdalan şəhərində yerləşən notariusa getmişlər. Notariusda alqı-satqı əsasında həmin qadın Füzuliyə etibarnamə vermişdir. Bundan sonra yanlarında behdən əlavə qalan pulu torpaq sahibinin qardaşına vermişdir. Oradan zəhmət haqqı kimi torpağı satan şəxsdən 500 manat almışlar. Təxminən 5-6 ay sonra Füzuli ofisə gələrək, torpağı tikmək üçün əlavə pul lazım olduğunu, tikinti işləri apara bilmədiyini, həmin torpaq sahəsini istəmədiyini demişdir. Ona pulu torpaq sahibinə verdiyini demişlər. Lakin buna baxmayaraq həmin şəxs onlardan şikayət etməyə başlamışdır. Onun xəbəri yox idi, lakin Mübariz həmin şəxsə 4000 manat pul qaytarmış, lakin həmin pulu öz vəsaiti hesabına ya həmin qadından alıb verdiyini deyə bilmir. Həmin torpaq sahəsinin alınıb satılmasında yalnız vasitəçi olmuşdur. Füzuli ona hər hansı bir məbləğdə ödəniş etmişdir. Notariusda etibarnamə verildikdən sonra, Füzuli onun və Mübarizin yanında torpaq sahibinə pul vermişdir. Həmin torpaq sahəsinin təyinatı barədə heç bir məlumatı olmamışdır. Sadəcə olaraq Tamara adlı qadın qonşusunun torpaq sahəsi satdığını bildirmişdir. Həmin torpaq sahəsinin sahibini tanımır. Yalnız bir dəfə alqı-satqı zamanı həmin şəxsi görmüşdür. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəyən ziyanın tam olaraq ödənildiyini, onlara qarşı şikayəti tələbi olmadığını bildirmişdir. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Humanotar Kollecin yataqxanasında yaşayır. 2023-cü ilin iyun ayında Hökməli qəsəbəsində maklerlik edən Valeh və Mübariz adlı şəxslərlə görüşüb özünə torpaq almaq üçün maraqlananda onu Binəqədi rayonu Hökməli qəsəbəsində yerləşən torpaq sahəsinə aparıb 6 sot torpaq sahəsi göstərmişlər. Həmin torpaq sahəsinin özlərinə məxsus olduğunu, qiymətinin 15 min manat olduğunu demişlər. O da razılaşıb 200 dollar behi Valehə vermiş, həmin günün səhəri Valeh, Mübariz, o və dostu Xaliq Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı notariusa getmişlər. Orada 14660 manat pulu Valehə verdikdən sonra, Valehgil ona sənəd vermişlər. Hər şey rəsmi olsun deyə notariusda sənəd imzalamaq istəsələr də, notarius onlardan əlavə rüsum istədiyinə və müqavilənin müddəti 8 il olduğu üçün buna razılaşmamışlar. Valehin ona verdiyi etibarnamə və sənədlə Binəqədi rayonu İcra hakimiyyətinə getdikdən sonra, orada işçilər ona sənədin ev tikintisi üçün yararsız olduğunu bildirmişlər. Bundan sonra Valehgillə əlaqə saxlayıb, pulunu geri istəyən zaman, ona torpağı satdıqlarını, pulumu verməyəcəklərini demişlər. Bundan sonra həmin şəxslər barədə şikayət etmək qərarına gəlmişdir. Valeh və Mübariz adlı şəxslər ondan torpaq satacaqları adı ilə dələduzluq edərək 15000 manat pul almışlar. Onlardan şikayət etdikdən sonra 4000 manatını geri qaytarmışlar. 11 000 manatını isə geri qaytarmamışlar. Sonradan öyrənmişdir ki, həmin torpaq sahəsində tikinti aparmaq olmaz. Həmin torpaq sahəsi nə Valehə, nə də Mübarizə məxsus deyildir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Ağcabədi rayonu Mirzəhaqverdili kəndində qeydiyyatda olan Abşeron rayonu Masazır qəsəbəsi H.Əliyev küçəsi fərdi evdə yaşayır. Zərərçəkmiş şəxs dostudur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır. Həmin şəxsləri Füzuli vasitəsi ilə tanımışdır. 2023-cü ilin iyun ayında Füzuli yanına gələrək, Binəqədi rayonu Hökməli qəsəbəsi ərazisində torpaq sahəsi olduğunu və onu almaq istədiyini demişdir. O da dost kimi ona elə iş gördüyünü bildirmişdir. Dəqiq vaxt yadında deyil, lakin həmin ərəfələrdə Füzuli ilə birlikdə həmin torpaq sahəsinə getmişlər. Orada Valeh və Mübariz adlı şəxslərlə tanış olmuşdur. Füzuli orada Valehə 200 dollar beh vermişdir. Ondan bir gün sonra Abşeron rayonu Xırdalan şəhərində yerləşən 2 saylı notariusa getmişlər. Orada da qalan məbləği Füzuli Valehgilə vermiş və Valehgil bunun müqabilində ona sənəd vermişlər. Lakin həmin sənədi notariusda təsdiqləməmişlər. Orada yalnız Füzuliyə etibarnamə vermişlər. Bir müddət sonra Füzuli ona həmin torpaq sahəsində tikinti işləri apara bilmədiyini, torpaq sahəsinin ona məxsus olmadığını, Valeh və Mübariz adlı şəxslərin onu aldadaraq pulunu aldığını bildirmişdir. O, baş verən bütün proseslərdə Füzulinin yanında olmuşdur. İstintaq zamanı Zərərçəkmiş şəxs Abşeron RPİ-yə ərizə ilə müraciət edərək, ona dəymiş ziyanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən tam ödəndiyini, həmin şəxslər barışdığını və heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən gələn tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrində özlərini qismən təqsirli bilmələri yəni zərərəkmiş şəxs Zərərçəkmiş şəxs torpaq satmaq adı ilə 15.000 manat pul almamaları, ondan yalnız torpağın satılmasında vasitəçilik etdikləri üçün 500 manat xidmət haqqı almaları, Zərərçəkmiş şəxs həmin pulu torpaq sahibinə verməsini bildirmələri istintaq materialları ilə tam təkzib edildiyi üçün onların ifadələri özünümüdafiə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və onunla barışıq əldə edilməsi təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən haldır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkənin və şahidin ifadələri,istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1 və 178.2.4-cümaddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğluna CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun təqsirləndirildiyi CM-in 178.2.1 və 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını,əməlindən peşiman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını),dəyən ziyanın ödənilməsini, onların müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə və təyin edilmiş cəzanın məhkumun islah edilməsinə nail olmasının mümkünlüyünü nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri CM-in 178.2.1 və 178.2.4-cümaddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumların cəzanı icra edən orqanda qeydiyyata alındıqları vaxtdan hesablanmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəsəbəsi Dağlıq küçəsi ev 18-də yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 oğlunun üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəsəbəsi H.Aslanov küçəsi ev 16-da yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, barələrində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 müdafiəıçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərfinə görə, hər birinə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilməlidir. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 132, 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəsəbəsi Dağlıq küçəsi ev 18-də yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu Hökməli qəsəbəsi H.Aslanov küçəsi ev 16-da yaşayış evini axşam saat 20:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu ərazisi ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 müdafiəıçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 (otuz) saat vaxt sərfinə görə hər birinə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmün icrası səlahiyyətləri daxilində Abşeron rayon Polis İdarəsinə, Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar