Məhkəmə qərarları › İş №1(012)-579/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-579/2021

21.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-579/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, xx.xx.1988-ci ildə Bərdə rayonu, Gülgəzli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Gülgəzli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01.08.2021-ci il tarixdə saat 12 radələrində Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında açıq sahədə olan 1 ədəd sarı rəngli 1982-ci il buraxılışlı, 7782 zavod nömrəli, 24169 qeydiyyat nişanlı RDK-25-2 markalı sepli yük qaldıran tırtıllı kranın 2000 manat dəyərində qolu adlanan hissəsini özü ilə götürdüyü rezakla kəsərək iki hissəyə bölmüş, həmin tarixdə qolun bir hissəsini, 02.08.2021-ci il tarixdə kranın qolunun digər hissəsini, 03.08.2021-ci il tarixdə saat 19 radələrində isə qeyd edilən sarı rəngli 1982-ci il buraxılışlı, 7782 zavod nömrəli, 24169 qeydiyyat nişanlı RDK- 25-2 markalı, mühərriki işlək vəziyyətdə olmayan və 1982-ci ildən 2017-ci ilədək müddət ərzində istismar olunmuş 20000 manat dəyərində sepli yük qaldıran tırtıllı kranı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb, zərərçəkmiş Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə ümumilikdə 22.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qeyri-rəsmi münasibətdə olduğu Yeganə adlı qadınla birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Təxminən 2017-ci ildə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində yaşamışdır. Həmin ərəfədə Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında boş sahədə sarı rəngli yük kranının olduğunu görmüşdür. Orada yaşadığı müddətdə həmin yük kranı yerindən tərpənmədiyi üçün sahibsiz olduğunu düşünürmüş. Son zamanlar maddi sıxıntıları olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2021-ci ilin avqust ayının ilk günlərində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində gördüyü kranın yanına getmişdir. Həmin yük kranı yerində olmuşdur. O, həmin yük kranını oğurlamaq qərarına gəlmişdir. Bundan sonra 01.08.2021-ci il tarixdə saat təxminən 12 radələrində özü ilə dəmir kəsmək üçün rezak kəsici aləti götürüb yük kranının yanına getmişdir. Həmin kranın sterlasını özü rezakla iki hissəyə bölmüşdür. Bundan sonra həmin sterlanı daşımaq üçün saat təxminən 18 radələrində Abşeron rayonu, Xırdalan dairəsində dayanan evakuator sürücüsünə yaxınlaşmışdır. Sonradan adını bildiyi Kamran adlı şəxsə ona məxsus yük kranı olduğunu, həmin kranın sterlasını satmaq üçün Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir. Bundan sonra həmin gün saat 19 radələrində Kamrana məxsus evakuatorla Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında boş sahədə sarı rəngli yük kranının iki yerə böldüyü sterlasının bir hissəsini Bakı şəhəri, Dərnəgül qəsəbəsi ərazisində yerləşən metal qəbulu yerinə satmışdır. Həmin sterlanın çəkisi 860 kq müəyyən olunduqdan sonra, həmin sterlanın bir kiloqramını metal kimi 30 qəpikdən hesablamaqla 258 manata satmışdır. Həmin puldan 60 manat pulu evakuator sürücüsü Kamrana zəhmət haqqı kimi vermişdir. Qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin vaxt Kamrandan mobil telefonunu almış ki, səhəri gün digər sterlanı həmin metal qəbulu yerinə gətirsin. Səhəri gün, 02.08.2021-ci il tarixdə saat təxminən 11 radələrində o, Kamrana zəng edərək həmin digər sterlanı yükləyib metal qəbulu yerinə gətirməsini və gətirdikdən sonra zəhmət haqqını verəcəyini bildirmişdir. Saat təxminən 12 radələrində o, Bakı şəhəri, Dərnəgül qəsəbəsində metal qəbulu yerində Kamranın gətirdiyi sterlanın ikinci hissəsini qəbul etmişdir. Bundan sonra həmin sterlanın çəkisi 580 kq müəyyən olunduqdan sonra, həmin sterlanın bir kiloqramını metal kimi 30 qəpikdən hesablamaqla 174 manata satmışdır. Həmin puldan 60 manat pulu evakuator sürücüsü Kamrana zəhmət haqqı kimi vermişdir. Qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. 03.08.2021-ci il tarixdə saat təxminən 11 radələrində Kamrana zəng edərək ona özünə məxsus dediyi kranı yükləmək üçün yük maşını və avtokran lazım olduğunu bildirmişdir. Kamrana özünə məxsus yük kranını satmaq istədiyini demişdir. Kamran ondan həmin krana məxsus sənədinin olub-olmamasını soruşduqda, o, Kamrana qazi olduğunu, həmin yük kranının özünə məxsus olmasını və krana aid sənədlərinin olduğunu bildirmişdir. Bundan sonra Kamran həmin yük kranının olduğu yerə həmin yükü qaldırmaq üçün 3 ədəd avtokran çağırmışdır. Həmin avtokranlar gəldikdən sonra yerdə olan yük kranını yükləmək üçün Kamran 156 yükdaşıma xidmətinə zəng edərək yük maşını sifariş etmişdir. Daha sonra yük kranını avtokranlar vasitəsi ilə yük maşınına yükləmişlər. Həmin vaxt sonradan adını bildiyi kran sürücüsü Abduləli də kranı yüklədikləri yerə gəlmişdir. O, söhbət əsnasında Abduləliyə həmin yük kranını 11.000 manata satdığını demişdir. Bir qədər sonra Abduləli yük kranını baha satdığını deyərək 9500 manata ala biləcəyini bildirmişdir. O, da Abduləli ilə razılaşıb həmin qiymətə sata biləcəyini demişdir. Bundan sonra saat təxminən 19 radələrində yük kranını Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən ağır yüklərin çəkildiyi tərəziyə aparıb çıxardıqdan sonra Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən metal qəbulu yerinə aparmışlar. Bundan sonra yük kranını metal qəbul edən yerə salmışlar. O, isə çöldə gözləmişdir. Bir qədər keçdikdən sonra Abduləli onun yanına gələrək ona 9500 manat pul vermişdir. O, da həmin puldan ümumilikdə 900 manat pul yük kranını yükləyən avtokranlara və həmin yükü daşıyan yük maşınına vermişdir. Daha sonra oradan çıxıb getmişdir. Əldə etdiyi pulu, yəni özündə qalan 8600 manat pulu Balakən rayonu, Qulular kəndində qeyri-rəsmi ər arvad münasibətində yaşadığı Yeganə adlı qadına məxsus həyətyanı sahəyə hasar çəkməyə xərcləmişdir. 28.08.2021-ci il tarixdə saat təxminən 17 radələrində Bakı şəhəri, Şamaxinka deyilən ərazidə olan zaman iki nəfər mülki geyimdə olan özlərini təqdim etdikdən sonra Abşeron rayon Polis İdarəsinin əməkdaşları olduqlarını bildiyi şəxslər onu Abşeron rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində onunla fərdi söhbət zamanı o, Abşeron rayonu, Masazır qəsəbəsi Yeni Bakı yaşayış massivindən yük kranı oğurladığını etiraf etmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, sonradan adını bildiyi Nümayəndə rəhbəri olduğu Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında boş sahədə olan sarı rəngli 1982-ci il buraxılışlı, 7782 zavod nömrəli, 24169 qeydiyyat nişanlı RDK-25-2 markalı sepli yük qaldıran kranı oğurlamağı barədə heç kimin məlumatı olmamışdır. O, oğurladığı sözügedən kranı yükləyən, həmin yük kranını Abduləli ilə satmağa razılaşan, həmin yük kranını satıb 9500 manat pulu əldə edən zaman heç kimə həmin yük kranını oğurlamağı barədə məlumat verməmiş, yük kranını yük maşınına yükləyən avtokran sürücülərinə, evakuator sürücüsü Kamrana, həmin yük kranını satmaq üçün razılaşdığı Abduləliyə və digər hər hansı şəxsə həmin sözügedən yük kranının özünə məxsus olduğunu, özünün qazi olduğunu, yük kranına aid sənədlərin özündə olduğunu bildirmişdir. O, evakuator sürücüsü Kamrana və Bakı şəhəri, Dərnəgül qəsəbəsində yerləşən metal qəbulu yerində işləyən Şöhrət adlı şəxslərə onları inandırmaq üçün qazi olduğunu bildirmiş, sənəd tələb etdikdə həmin yükə aid heç bir sənədi olmadığına görə həmin şəxsləri inandırmaq üçün yalan danışmışdır. O, həmin yük kranını 2017-ci ildən həmin yerdə görmüş, uzun müddət həmin yük kranının sahibsiz olduğu üçün həmin yerdə qaldığını görüb həmin yük kranını oğurlamaq qərarına özü gəlmiş və bu barədə heç kimə heç nə deməmişdir. Hazırda əməlindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. 2012-ci ildən Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinin rəisi vəzifəsində çalışır. 2017-ci ilin dekabr ayında rəhbəri olduğu idarəyə məxsus sarı rəngli 1982-ci il buraxılışlı 7782 zavod nömrəli 24169 qeydiyyat nömrəli sepli RDK-25-2 markalı yük qaldıran kranı idarənin qarajında yer olmadığı üçün Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində boş sahəyə yerləşdirmişdir. Həmin zaman ətrafda tikinti işləri getdiyi üçün orada mühafizəçilər də həmin krana nəzarət edirmişlər. Kranın müəyyən hissələri sökülmüş vəziyyətdə olmuşdur. Sonuncu dəfə təxminən 29.07.2021-ci il tarixdə o, həmin krana nəzarət etmək məqsədi ilə Masazır qəsəbəsinə getmişdir. Həmin vaxt yük qaldıran kran yerində olmuşdur. 16.08.2021-ci il tarixdə saat 12 radələrində krana baxmaq üçün Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivinə getmişdir. O, kranın olduğu yerə çatdıqda rəhbəri olduğu müəssisəyə məxsus sözügedən yük qaldıran kranın yerində olmadığını görmüşdür. Bundan sonra o, həmin kranın oğurlandığını başa düşüb DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları həmin yerə gələrək baxış keçirmişlər. Əlavə olaraq bildirmişdir ki, rəhbəri olduğu Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə məxsus sarı rəngli 1982-ci il buraxılışlı 7782 zavod nömrəli 24169 qeydiyyat nömrəli sepli RDK-25-2 markalı yük qaldıran kran 20.08.1982-ci il tarixdən 2017-ci ilin dekabr ayınadək olan müddət ərzində rəhbərlik etdiyi idarə tərəfindən istismar olunmuş, 2017-ci il tarixdə mühərrikində yaranmış nasazlığa görə təmir olunması məqsədi ilə 2000 manat vəsait tələb olunduğu üçün həmin vaxtdan istifadə olunmamışdır. İstintaqa əvvəl verdiyi ifadəsində qeyd etdiyi kimi rəhbəri olduğu Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə məxsus sarı rəngli 1982-ci il buraxılışlı 7782 zavod nömrəli 24169 qeydiyyat nömrəli sepli RDK-25-2 markalı yük qaldıran kranın 1982-ci ildə müəssisəyə 35000 (otuz beş min) manata alındığı üçün elə qeyd etmişdir. Lakin həmin tarixdən yük qaldıran kran 2017-ci ilədək istismar olunmuş və mühərrikində yaranmış nasazlığa görə istifadəsi 2017-ci ildən dayanmışdır. Ona görə də ekspertizanın onun rəhbəri olduğu müəssisəyə məxsus yük qaldıran krana verdiyi qiymətə etirazı olmadığını, iş üzrə təyin olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmiş, rəhbəri olduğu Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə məxsus sarı rəngli 1982-ci il buraxılışlı 7782 zavod nömrəli 24169 qeydiyyat nömrəli sepli RDK-25-2 markalı oğurlanmış yük qaldıran krana 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 22.000 (iyirmi iki min) manat qiymət verilməsi ilə razı olduğunu bildirmişdir. Hazırda dəymiş ziyandan 7270 manat ödənilmiş, qalan ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəlmişdir, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, 2016-cı ildən müxtəlif şirkətlərdə evakuator sürücüsü işləyir. Hazırda etibarnamə ilə “Mersedes Ateko” markalı evakuatoru sifariş əsasında sürür. Adətən Abşeron rayonu ərazisində Xırdalan dairəsində dayanır. 2021-ci ilin avqust ayının ilk günlərində saat 18 radələrində Xırdalan dairəsində dayanmış. Bir nəfər tanımadığı şəxs gümüşü rəngli “Mersedes-Vito” markalı nömrə nişanını xatırlamadığı avtomobil ilə gəlib ona yaxınlaşmışdır. Həmin şəxs özünə məxsus kranın sterlasını Abşeron rayonu Masazır qəsəbəsi ərazisindən Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən metal qəbulu yerinə aparmağını bildirmişdir. O, həmin şəxsdən aparacağı yükün sənədini soruşduqda həmin şəxs sterlanın ona məxsus olduğunu, özünün qazi və şəhid qardaşı olduğunu bildirmişdir. O, da həmin şəxsə həmin yükü aparmağı 60 manata aparacağını demişdir. Həmin şəxs də onunla razılaşmışdır. Daha sonra həmin şəxs idarə etdiyi “Mersedes-Vito” markalı avtomobil ilə, o, da idarə etdiyi evakuator ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahəyə getmişlər. Boş sahədə hasarın dibində sarı rəngli kran və sterlası olmuşdur. O, həmin kranın sterlasının bir hissəsini evakuatora yükləmişdir. Bundan sonra o, həmin sterlanı tanımadığı həmin şəxslə birlikdə Bakı şəhəri Dərnəgül qəsəbəsində metal qəbul olunan yerə aparmışlar. Həmin şəxs orada ona 60 manat pul vermişdir. O, da ondan ayrılıb çıxıb getmişdir. Razılaşmalarına görə səhəri gün, saat 12 radələrində həmin şəxsin sifarişi ilə o, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində bir gün əvvəl apardığı kranın sterlasının qalan hissəsini yükləyib Bakı şəhəri Dərnəgül qəsəbəsində yerləşən metal qəbul olunan yerə aparmışdır. Orada həmin şəxs onunla görüşüb zəhmət haqqı kimi 60 manat pul vermişdir. Tanımadığı həmin şəxslə söhbət əsnasında həmin şəxs ona sterlasını daşıdığı kranın metal qəbulu yerinə aparılması üçün tanış kran, evakuator, həmin kranı daşıya biləcək yük maşınının olub-olmamasını soruşmuşdur. O, da həmin şəxsə həmin sahədə tanışlarının olduğunu və ona bu işdə kömək edə biləcəyini demişdir. Bundan sonra o, tanışı kran sürücüsü Cavidə zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində bir ədəd kranı yükləyib metal qəbulu yerinə aparmaq lazım olduğunu demişdir. Cavid də ona həmin işi 700 manata görə biləcəyini demişdir. O, da həmin şəxslə əlaqə saxlayıb ona kranın yüklənməsi qiymətini dedikdə həmin şəxs daha ucuz kran tapmağını bildirmişdir. Bundan sonra o, digər tanışı Raminə zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivindən bir ədəd kranın yük maşınına yüklənməsi işini hansı qiymətə görəcəyini soruşduqda Ramin ona 400 manata həmin işi görəcəyini demişdir. O, da həmin şəxsə bu barədə dedikdə razılaşmışdır. Bundan sonra təxminən 03.08.2021-ci il tarixdə saat 12 radələrində o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında yerləşən kranın yanında Raminlə görüşmüşdür. Ramin əlavə olaraq adlarını bilmədiyi kran sürücülərini də həmin yerə çağırmışdır. Həmin kranın yüklənməsini sifariş edən həmin şəxs bir qədər keçdikdən sonra həmin yerə gəlmişdir. Həmin vaxt kran sürücüləri özünü kranın sahibi kimi təqdim edən şəxsdən yükləyəcəkləri krana aid hər hansı sənədin olub-olmamasını tələb etdikdə, həmin şəxs özünün qazi olduğunu, heç kimin onunla işi olmadığını və narahat olmamağı kran sürücülərinə bildirmişdir. Bundan sonra o, 156 yükdaşıma xidmətinə zəng edərək kranı daşıya biləcək yük maşını sifariş etmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra 156 yükdaşıma şirkətinə məxsus yük maşını gəlmişdir. Daha sonra orada olan Ramin və tanımadığı digər iki nəfər kran sürücüləri yerdə olan kranı yük maşınına yükləmişlər. Kranın yüklənməsi zamanı kran sürücüsü Abduləli də həmin yerə gəlmişdir. Söhbət əsnasında Abduləli yüklədikləri kranı almaq istədiyini, heç olmasa boşaldılması işini ona gördürməyi xahiş etmişdir. O, da Abduləliyə yükün gedəcəyi yerdə onun həmin yükü boşaltmasını bildirmişdir. Söhbət əsnasında Abduləli ondan həmin kranı özünü kran sahibi kimi təqdim edən şəxslə danışmağını, kranı neçəyə satmasını öyrənməyini demişdir. O, da həmin şəxsdən kranı neçəyə satması barədə soruşduqda, həmin şəxs kranı 12.000 manata satdığını demişdir. O, Abduləliyə bunu dedikdə, Abduləli 9.500 manata həmin kranı ala biləcəyini demişdir. Bundan sonra özünü kranın sahibi kimi təqdim edən şəxs bir qədər onlardan ayrılıb telefonla danışdıqdan sonra geri qayıtmış və həmin kranı 9500 manata satmağa razı olduğunu bildirmişdir. Abduləli də həmin şəxslə razılaşmışdır. Bundan sonra təxminən saat 19 radələrində yüklə birlikdə həmin yerdən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən ağır yüklərin çəkildiyi tərəzinin olduğu yerə getmişlər. Həmin yüklədikləri kranın çəkisi müəyyən edildikdən sonra Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsi ərazisində yerləşən metal qəbulu yerinə getmişlər. Orada Abduləli içəri daxil olub bir qədər keçdikdən sonra yanına gəlmişdir. Abduləli 9.500 manat pulu sayaraq özünü yüklədikləri kranın sahibi kimi təqdim edən şəxsə vermişdir. Bundan sonra həmin şəxs ona zəhmət haqqı kimi 120 manat pul vermişdir. Daha sonra ayrılıb çıxıb getmişlər. Əlavə olaraq bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahədə hasarın dibində yerdə qoyulmuş sarı rəngli yük kranının əvvəlcə sterlasını, sonradan isə özünün yüklənib metal qəbulu yerinə aparılması zamanı həmin kranın kimə məxsus olmasını, oğurluq olubolmamasını bilməmişdir, hətta həmin kranın sterlasını və özünü yükləyib aparan zaman özünü ona kranın sahibi kimi təqdim edən adını bilmədiyi şəxs həmin kranın ona məxsus olduğunu, narahat olmamağını ona bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 il müddətdir ki, özünə məxsus avto kranla fərdi qaydada sifariş əsasında yük qaldıran işləyir. Hazırda özünə məxsus “XCMG QY-50K” markalı avrtokranı sifariş əsasında idarə edir. Adətən Abşeron rayonu ərazisində Xırdalan dairəsində dayanır. 2021-ci ilin avqust ayının ilk günlərində oğlu Cavid ona zəng edərək evakuator sürücüsü Kamranın ona zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində bir ədəd kranın yüklənib boşalmasının qiymətini soruşduğunu bildirmişdir. O, da Cavidlə söhbət əsnasında Kamranın telefon nömrəsini Caviddən almışdır. Bundan sonra o, evakuator sürücüsü Kamranla telefon əlaqəsi saxlamışdır. Kamran özü gələ bilməsə də, ona göstərdiyi istiqamətlə o, gedərək Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında hasarın dibində yerdə olan sökülmüş vəziyyətdə krana baxmışdır. O, Kamrana zəng edərək həmin yükü kiçik kranın qaldırmağa gücünün çatmayacağını, böyük kranla həmin yükü yükləyib boşaltmaq üçün 700 manat pul alacağını dedikdən sonra həmin yerdən çıxıb getmişdir. Aradan təxminən 1-2 gün keçdikdən sonra, 03.08.2021-ci il tarixdə saat təxminən 16 radələrində Kamran ona zəng edərək həmin yerə, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivinə onu çağırmışdır. O, da həmin yerə getmişdir. Orada Ramin, Raco və Rasim adlı kran sürücülərinin yerdə olan kranı yük maşınına yükləməkdə çətinlik çəkdiklərini görmüşdür. Orada söhbət əsnasında Kamran ona həmin yükləmək istədikləri kranı satdıqlarını və sahibinin onun xalası oğlu olduğunu, həmin şəxsin qazi olduğunu bildirmişdir. Özünü həmin yük kranının sahibi kimi təqdim edən şəxs də orada olmuşdur. O, Kamrana həmin yük kranını hansı qiymətə satdıqlarını soruşduqda Kamran ona həmin yük kranını 12.000 manata satdıqlarını və həmin yük kranının sənədlərinin olduğunu bildirmişdir. O, da həmin yük kranını baha satdıqlarını və tanışına zəng edib qiymət öyrənib cavab deyəcəyini demişdir. Bundan sonra o, Kamrandan bir qədər aralanıb tanışı metal alqı-satqısı ilə məşğul olan Babəkə zəng etmişdir. Babəkə 12.000 manata yük qaldıran kranın sökülmüş vəziyyətdə satıldığını bildirmişdir. O, həmin yük kranının şəkillərini çəkib vatsap proqramı vasitəsi ilə Babəkin telefonuna göndərmişdir. Babək şəkillərə baxdıqdan sonra həmin krana 7000 manat verə biləcəyini demişdir. Bundan sonra o, Kamranın yanına gəlmişdir. Özünü yük kranının sahibi kimi təqdim edən şəxs də Kamranın yanında olmuşdur. O, onlara tanışı ilə əlaqə saxladığını, həmin yük kranına 7000 manat pul verə biləcəyini demişdir. Daha sonra razılaşmaya görə Kamran və tanımadığı həmin şəxs kranı özləri gətirdikləri kranlarla yük maşınına yükləyib onun deyəcəyi yerə aparmaqla ümumilikdə ondan 9500 manat pul alacaqlarını bildirmişlər. Söhbəti bitirdikdən sonra o, razılaşıb çıxıb getmişdir. Bundan sonra o, Babəkə zəng edərək həmin yük kranını 9500 manata razılaşıb gətirib metal qəbulu yerində təhvil verəcəklərini demişdir. Babək də onunla razılaşmışdır. Babək ona öz kranını da metal qəbulu yerinə gətirməyini, özü boşaltmağını və yükü boşaltmaq üçün isə 500 manat ona pul verəcəyini demişdir. Bundan sonra o, Babəkə nə qazanc əldə edəcəyini soruşduqda Babək ona həmin yük kranının tərəzidə çəkiləcəyini, sonra metal qəbulu yerinə təhvil verdikdən sonra əldə olunan məbləği iki yerə böləcəyi bildirmişdir. O, da Babəklə razılaşmışdır. Babək ona yüklənən yük kranının Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən metal qəbulu yerinə gətirilməsini demişdir. Bundan sonra o, özünə məxsus avtokranla oğlu Cavidlə birlikdə Babəkin dediyi yerə getmişlər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində ağır yüklərin çəkildiyi tərəzidə həmin apardıqları yük kranı çəkilmişdir. Həmin yük kranının təxminən 35 ton çəkidə olduğu müəyyən olunmuşdur. Daha sonra yük kranının Babəkin dediyi yerə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən metal qəbulu yerinə aparmışlar. Yüklənmiş yük kranı 156 yükdaşıma xidmətinə məxsus yük maşınında daşınmışdır. Saat təxminən 19 radələrində onlar həmin metal qəbulu yerinə çatdıqda Babəkin orada onları gözlədiyini görmüşlər. O, Babəklə görüşüb içəri daxil olmuşdur. Həmin yük kranını onun öz kranı ilə metal qəbulu yerində içəridə yerə qoymuşlar. Bundan sonra o, Babəklə metal qəbulu yerində məsul şəxsin otağına getmişlər. Metal qəbulu yerinin məsul şəxsi Mübariz adlı şəxs ona yükün sahibinə vermək üçün 10.000 manat pul vermişdir. O, həmin pulu götürüb metal qəbulu yerindən çölə çıxıb Kamranın yanında özünü həmin yük kranının sahibi kimi təqdim edən şəxsə 9500 manat pulu vermişdir. 500 manat pul isə yükü öz kranı ilə boşaltdığı üçün özündə qalmışdır. Bundan sonra o, kranını aparmaq üçün geri metal qəbulu yerinə qayıtmışdır. Daha sonra qalan məbləği götürmək üçün Mübarizlə birlikdə yükü çəkdikləri tərəzinin yanına getmişlər. Tərəzinin yerləşdiyi yerdə Mübariz Babəkin yanında ona qalan məbləği, yəni 4500 manat pulu vermişdir. Daha sonra Babəklə gələrək Abşeron rayonu ərazisində Xırdalan dairəsində qazanc kimi qalan 4500 manat pulu Babəklə ikisi arasında iki yerə bölmüşlər. Onun payına həmin puldan təxminən 2600 manat, Babəkə isə 1900 manat pul düşmüşdür. Əlavə olaraq bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahədə hasarın dibində yerdə qoyulmuş sarı rəngli yük kranının yüklənib metal qəbulu yerinə aparılması zamanı həmin kranın Kamranın dediyinə görə yanında olan xalası oğluna məxsus olmasını, həmin kranın sənədlərinin olduğunu bilirmiş. Lakin kranın oğurluq olub-olmamasını bilmirmiş, hətta həmin kranı yükləyib aparan zaman özünü ona kranın sahibi kimi təqdim edən adını bilmədiyi şəxs həmin kranın ona məxsus olduğunu, narahat olmamağını ona bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 il müddətdir ki, fərdi qaydada metal alqı-satqısı ilə məşğul olur. 2021-ci ilin avqust ayının ilk günlərində Abduləli ona zəng edərək bir ədəd yük kranının olduğunu bildirmişdir. Həmin yük kranının 12.000 manata satıldığını bildirmişdir. O, da Abduləliyə həmin kranın şəkillərini çəkib ona göndərməsini bildirmişdir. Bir qədər keçdikdən sonra Abduləli vatsap proqramı vasitəsi ilə həmin kranın şəkillərini çəkib göndərmişdir. O, şəkillərə baxdıqdan sonra kranın sökülmüş vəziyyətdə olduğunu, həmin vəziyyətdə 12.000 manata baha olduğunu bildirmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Abduləli ona zəng edərək həmin yük kranını 9500 manata razı olduğunu, 500 manat isə başqa şəxsə veriləcəyini demişdir. O, da Abduləliyə həmin yükü Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən metal qəbulu yerinə gətirməsini, həmin yükə dair sahibindən sənəd tələb etməsini, yük ilə birlikdə sahibinin də gəlməsini bildirmişdir. Bir qədər keçdikdən sonra o, metal qəbulu yerində olan zaman Abduləli yüklə birlikdə həmin yerə gəlmişdir. Abduləli içəri daxil olduqdan sonra metal qəbulu yerinin məsul işçisi Mübarizdən 10.000 manat pul alıb yükün sahibinə vermək üçün çölə çıxmışdır. Bir qədər sonra Abduləlinin kranı yükü içəridə yerə qoyduqdan sonra onlar Mübarizlə birlikdə yükün çəkildiyi tərəzinin yanına getmişlər. Daha sonra yükü aparan yük maşının boş şəkildə tərəzidə çəkildikdən sonra Mübariz Abduləliyə qalan məbləği, yəni 4500 manat pulu vermişdir. Daha sonra onlar Abduləli ilə birlikdə gələrək Abşeron rayonu ərazisində Xırdalan dairəsində qazanc kimi qalan 4500 manat pulu ikisi arasında iki yerə bölmüşlər. Onun payına həmin puldan 1900 manat pul düşmüşdür. Abduləli isə özünə işin əsas hissəsini o, gördüyünə görə 2600 manat pul götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, o, Abduləlinin Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahədə hasarın dibində yerdən yükləyərək onun Abduləliyə dediyi yerə, yəni Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşən metal qəbulu yerinə gətirdiyi yük kranının kimə məxsus olmasını, oğurluq olub-olmamasını bilmirmiş, hətta o, həmin yük kranının sahibinin də yükün yanında gəlməsini, yük kranına aid sənədlərinin də gətirməsini Abduləliyə bildirmiş. Abduləli də ona yük kranının sahibinin də yüklə birlikdə gəlib bayırda gözlədiyini, yük kranının sənədlərinin də sahibində olduğunu ona bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin aprel ayından "xxxx" MMC-də nəzarətçi işləyir. Qardaşı həmin müəssisənin müdiridir. İşlədiyi zavod Bakı şəhəri, Qaradağ rayonu, Buta qəsəbəsində yerləşir. Onlar zavodda qara metal alqı-satqısı ilə məşğul olurlar. 03.08.2021ci il tarixdə saat təxminən 13 radələrində Babək adlı şəxs ona zəng edərək əlində metalı olduğunu və satmaq istədiyini bildirmişdir. O, da Babəkə nə vaxt gətirsə ala biləcəyini demişdir. Həmin gün saat 19 radələrində Babək ona zəng edərək gətirdiyi yükün qabarit olduğunu bildirərək həmin yükü Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisində yerləşən ağır yüklərin çəkildiyi tərəzidə çəkib sonra zavoda aparmağını demişdir. O, da Babəklə razılaşıb tərəzinin yanına getmişdir. Orada 156 xidmətinə məxsus yük avtomobilinin üzərində sarı rəngli yük kranı olmuşdur. O, Babək və Abduləlidən həmin yük kranının sənədlərini istədikdə onlar yükün sahibini göstərərək bildirmişlər ki, yük həmin şəxsə məxsusdur, sənədləri o, gətirib təqdim edəcək. Bundan sonra onlar tərəzidə həmin yük kranını çəkib zavoda getmişlər. Yükü işlədiyi zavoda saldıqdan sonra o, Abduləliyə 10.000 manat pulu ilkin olaraq yükün sahibinə ödəməsi üçün vermişdir. Abduləli də zavoddan bayırda pulu gözləyən yükün sahibinə ona verdiyi pulu ödəməsi üçün çölə çıxmışdır. Bir qədər sonra isə Abduləli geri qayıtmışdır. Onlar yükü yük maşınının üzərindən Abduləlinin avtokranı vasitəsi ilə yerə qoymuşlar. Bundan sonra o, Babək və Abduləli ilə yükü daşıyan yük maşınının boş vəziyyətdə çəkisini müəyyən etmək üçün Lökbatan qəsəbəsində yerləşən tərəziyə getmişlər. Orada yük maşınını çəkdikdən sonra məlum olmuş ki, onun Babək və Abduləlidən metal kimi aldığı yük kranının ümumi çəkisi 35 ton 288 kq olmuşdur. Bundan sonra o, həmin yükün 1 tonunun qiymətini 420 manatdan hesablamaqla Babəkə ümumilikdə 14.820 manat verməli olduğu puldan qalan məbləği, yəni 4820 manat pulu vermişdir. Bundan sonra o, ayrılıb getmişdir. Aradan bir neçə gün keçdikdən sonra onlar aldığı yük kranını zavodda hissələrə ayırmağa və metal şəklinə salmağa başlamışlar. Əlavə olaraq bildirmişdir ki, o, Babək və Abduləlini müştəri kimi tanıyır, bir neçə dəfə onlardan metal almışdır. O, 03.08.2021-ci il tarixdə Babək və Abduləli adlı şəxslərdən yük kranını alan zaman həmin kranın oğurluq olub-olmaması barədə məlumatı olmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən tərəzidə olan zaman onlar yük kranının çəkisini çəkən zaman Babək və Abduləlidən həmin kranın sənədlərini tələb etdikdə, ona bir nəfər şəxsi göstərərək həmin yük kranının sahibinin olduğunu, sənədlərin həmin şəxsdə olduğunu bildirmişlər, həmin şəxs ona sənədləri iki gün ərzində çatdıracağını bildirmişdir. Məhkəmə istintaqında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. 2015-ci ildən metal alqı-satqısı ilə məşğul olur. Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsində yerləşən 10 nömrəli Cəzaçəkmə müəssisəsinin yaxınlığında icarə əsasında metal qəbulu yerini işlədir. Adətən metal qırıntıları qəbul edir. Daha sonra aldığı metalları müxtəlif zavodlara aparıb satır. 02.08.2021-ci il tarixdə saat təxminən 19 radələrində işdə olan zaman bir nəfər evakuatorun üzərində yük kranının sterlasının bir hissəsini gətirmişdir. Həmin şəxs ona yaxınlaşaraq gətirdiyi sterlanı satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən gətirdiyi yükə aid hər hansı sənəd təqdim etməsini bildirmişdir. Həmin şəxs ona qazi olduğunu, həmin sterlanın atasına məxsus krana aid olduğunu bildirmişdir. O, da həmin şəxsə inanmışdır. Bundan sonra həmin yükü tərəziyə çıxarmışlar. Həmin sterlanın hissəsinin 860 kq olduğu müəyyən olunmuşdur. O, həmin şəxsə gətirdiyi sterlanın hissəsini 1 kiloqramını 30 qəpikdən hesablamaqla, 258 manat pul müqabilində almışdır. Səhəri gün, yəni 03.08.2021-ci il tarixdə saat təxminən 13 radələrində həmin şəxs evakuatorla eyni qaydada sterla hissəsi gətirmişdir. O, həmin şəxsdən sənəd tələb etdikdə həmin şəxs ona bundan sonra yük kranının özünü gətirən zaman sənədləri də gətirəcəyini bildirmişdir. Bundan sonra o, həmin sterlanın hissəsini tərəzidə çəkmişdir. Həmin yükün çəkisi 580 kq olmuşdur. O, həmin şəxsin gətirdiyi sterla hissəsini 1 kiloqramını 30 qəpikdən hesablamaqla, 174 manat pul müqabilində almışdır. Bundan sonra həmin şəxs çıxıb getmişdir. O, aldığı sterla hissələrini xatırlamadığı zavoda təhvil vermişdir. Əlavə olaraq bildirmişdir ki, ona 02.08.2021 və 03.08.2021-ci il tarixlərdə yük kranının sterlasının hissələrini satan şəxsi tanımır, əvvəllər həmin şəxs ona hər hansı metal satmamış, ilk dəfədir ki, həmin şəxsdən metal almış, həmin şəxs ona sözügedən metalları satan zaman yanında evakuator sürücüsü olmuş, həmin şəxsdən başqa heç kim olmamış, o, həmin metalları alan zaman sənəd tələb etdikdə metalı ona satan şəxs özünün qazi olduğunu bildirərək ona yük kranının özünü atası ilə birlikdə satmağa gətirən zaman sənədləri də gətirəcəyini bildirmiş, həmin aldığı yük kranının sterlasının hissələrinin oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 4 il müddətdir ki, özünə məxsus avto kranla fərdi qaydada sifariş əsasında yük qaldıran işləyir. Hazırda özünə məxsus “XCMG QY-25K” markalı avrtokranı sifariş əsasında idarə edir. Adətən şirkətlərlə müqavilə əsasında işləyir. İş olmayanda isə Abşeron rayonu, Xırdalan şəhərində Vaz dairəsi deyilən yerdə dayanır. 03.08.2021-ci il tarixdə saat təxminən 13 radələrində dayısı oğlu avtokran sürücüsü Şahid6 ona zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində olan yük kranının yüklənməsi üçün ona kömək etməyini xahiş etmişdir. O, da həmin vaxt işi olduğu üçün Raminin nömrəsini Mehran adlı sürücüyə vermiş ki, onun avtokran ilə gedib Raminə kömək etsin. Mehrana həmin atokranımı idarə etmək üçün etibarnamə də vermiş. Arada onun işi olanda Mehran avtokarnla iş görməyə gedir. Bundan sonra o, şəxsi işi ilə bağlı şəhərə getmişdir. Aradan təxminən bir qədər keçdikdən sonra Mehran ona zəng edərək Raminin yanında olduğunu, yük kranının ağır olduğunu, həmin yükü yük maşınına yükləyə bilmədiklərini demişdir. O, da Mehrana yükü yükləyə bilməyəcəyi halda geri qayıtmasını bildirmişdir. Sonradan Mehran ona dediyinə görə üçüncü avtokran gəldikdən sonra həmin yükü çətinliklə yük maşınına yüklədiyini bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahədə hasarın dibində yerdə qoyulmuş onun avtokranı ilə yük maşınına Mehran adlı sürücüsü tərəfindən yüklənmiş sarı rəngli yük kranının kimə məxsus olması, oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Sözügedən yük kranının sürücüsü Mehran tərəfindən yük maşınına yüklənməsi müqabilində Mehrana 150 manat pul verilmiş, Mehran da həmin pulu ona vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 1 il müddətdir ki, anasının adına olan avto kranla fərdi qaydada sifariş əsasında yük qaldıran işləyir. Hazırda “Kamaz” markalı avrtokranı sifariş əsasında idarə edir. Adətən Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan dairəsində dayanır. 03.08.2021-ci il tarixdə saat təxminən 13 radələrində Xırdalan dairəsində evakuator sürücüsü işləyən Kamran ona yaxınlaşaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində olan yük kranının olduğunu və sahibinin həmin yük kranını yükləməsi üçün avtokran istədiyini bildirmişdir. O, da həmin vaxt boş olduğu üçün həmin işi görə biləcəyini Kamrana demişdir. Həmin vaxt onun yanında olan digər avtokran sürücüsü Rasim də onlarla Kamranın dediyi yerə, yəni Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında yerdə qoyulmuş yük kranının yanına getmişlər. Sonradan Raconun sürücüsü də kranla həmin yerə gəlmişdir. Bir qədər gözlədikdən sonra özünü yük kranının sahibi kimi təqdim edən bir nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxs özünün qazi olduğunu, həmin yük kranının atasına məxsus olduğunu, uzun müddətdir ki, yük kranının həmin yerdə qaldığını və müəyyən hissələrinin sökülüb aparıldığını bildirmişdir. Hazırda isə həmin yük kranını aparmaq üçün yük maşınına yükləmək istədiyini demişdir. O, həmin şəxsdən həmin yük kranına aid hər hansı sənədinin olub-olmamasını soruşduqda, özünü qazi kimi təqdim edən həmin şəxs ona yük kranının sənədlərinin özündə olduğunu bildirmişdir. Bundan sonra həmin yerə 156 yükdaşıma xidmətinin yük maşını gəlmişdir. Bir qədər keçdikdən sonra yerdə olan yük kranını o, Raconun sürücüsü və Rasim avtokranlar vasitəsi ilə qaldırıb yük maşınına yerləşdirmişlər. O, yükün qaldırılıb yük maşınına yüklənməsi müqabilində özünü yük kranının sahibi kimi təqdim edən şəxsdən 100 manat pul almışdır. Daha sonra isə oradan çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahədə hasarın dibində yerdə qoyulmuş onun avtokranı ilə yük maşınına yüklənmiş sarı rəngli yük kranının oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamış, həmin yük kranının sahibi kimi təqdim edən şəxs özünün qazi olduğunu, krana aid sənədlərinin özündə olduğunu, narahat olmamağı onlara dediyi üçün inanıb həmin yük kranını yük maşınına yükləmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Təxminən 10 il müddətdir ki, avto kranla fərdi qaydada sifariş əsasında yük qaldıran işləyir. Hazırda isə icarə əsasında “Maz” markalı avrtokranı sifariş əsasında idarə edir. Adətən Abşeron rayonu, Xırdalan şəhərində Xırdalan dairəsində dayanır. 03.08.2021-ci il tarixdə saat təxminən 13 radələrində Xırdalan dairəsində olan zaman həmin yerdə evakuator sürücüsü işləyən Kamran ona yaxınlaşaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində olan yük kranının olduğunu və sahibinin həmin yük kranını yükləməsi üçün avtokran istədiyini bildirmişdir. O, da həmin vaxt boş olduğu üçün həmin işi görə biləcəyini Kamrana demişdir. Həmin vaxt onun yanında olan digər avtokran sürücüsü Ramin də onlarla Kamranın dediyi yerə, yəni Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında yerdə qoyulmuş yük kranının yanına getmişlər. Sonradan Raconun sürücüsü də kranla həmin yerə gəlmişdir. Bir qədər gözlədikdən sonra özünü yük kranının sahibi kimi təqdim edən bir nəfər şəxs onlara yaxınlaşmışdır. Həmin şəxs özünün qazi olduğunu, həmin yük kranının atasına məxsus olduğunu, uzun müddətdir ki, yük kranının həmin yerdə qaldığını və müəyyən hissələrinin sökülüb aparıldığını bildirmişdir. Hazırda isə həmin yük kranını aparmaq üçün yük maşınına yükləmək istədiyini demişdir. O, həmin şəxsdən həmin yük kranına aid hər hansı sənədinin olub-olmamasını soruşduqda, özünü qazi kimi təqdim edən həmin şəxs ona yük kranının sənədlərinin özündə olduğunu bildirmişdir. Bundan sonra həmin yerə 156 yükdaşıma xidmətinin yük maşını gəlmişdir. Bir qədər keçdikdən sonra yerdə olan yük kranını o, Raconun sürücüsü və Ramin avtokranl vasitəsi ilə qaldırıb yük maşınına yerləşdirmişlər. O, yükün qaldırılıb yük maşınına yüklənməsi müqabilində özünü yük kranının sahibi kimi təqdim edən şəxsdən 100 manat pul almışdır. Daha sonra isə oradan çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahədə hasarın dibində yerdə qoyulmuş onun avtokranı ilə yük maşınına yüklənmiş sarı rəngli yük kranının oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamış, həmin yük kranının sahibi kimi təqdim edən şəxs özünün qazi olduğunu, krana aid sənədlərinin özündə olduğunu, narahat olmamağı onlara dediyi üçün inanıb həmin yük kranını yük maşınına yükləmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. İş olanda Bakı şəhərinə gəlib qohum evində qalır. Təxminən 3 il müddətdir ki, iş olanda müxtəlif şəxslərə məxsus avto kranla sifariş əsasında yük qaldıran işləyir. X4 da təxminən 2 il müddətdir ki, tanıyır. İş əsnasında Raco ilə tanış olmuş. Arada iş olanda Raconun avtokranını da idarə edir. 03.08.2021-ci il tarixdə saat təxminən 13 radələrində Raconun qohumu avtokran sürücüsü Şahid6 ona zəng edərək Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində olan yük kranının yüklənməsi üçün kömək lazım olduğunu bildirmişdir. O, da həmin vaxt Racoya məxsus atokranla Raminin dediyi yerə getmişdir. O, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında olan yük kranının yanına getmişdir. Həmin vaxt orada avtokran sürücüləri Ramin, Rasim, evakuator sürücüsü Kamran və sonradan bildiyi özünü yük kranının sahibi kimi təqdim edən adını bilmədiyi şəxs orada olmuşdur. Həmin şəxs özünün qazi olduğunu, həmin yük kranının atasına məxsus olduğunu, uzun müddətdir ki, yük kranının həmin yerdə qaldığını və müəyyən hissələrinin sökülüb aparıldığını bildirmişdir. Hazırda isə həmin yük kranını aparmaq üçün yük maşınına yükləmək istədiyini onlara demişdir. O, həmin şəxsdən yük kranına aid hər hansı sənədinin olub-olmamasını soruşduqda, özünü qazi kimi təqdim edən həmin şəxs ona yük kranının sənədlərinin özündə olduğunu və bir ədəd üzərində yazılar olan ağ kağız göstərdikdə ona inanmışdır. Bundan sonra həmin yerə 156 yükdaşıma xidmətinin yük maşını gəlmişdir. Bir qədər keçdikdən sonra yerdə olan yük kranını o, Rasim və Ramin avtokranlar vasitəsi ilə qaldırıb yük maşınına yerləşdirmişlər. O, yükün qaldırılıb yük maşınına yüklənməsi müqabilində Ramin onu həmin yerə çağırdığı üçün ona 150 manat zəhmət haqqı kimi pul vermişdir. Daha sonra isə oradan çıxıb getmişdir. O, da aldığı həmin pulun 120 manatını Racoya, 30 manat pulu isə özünə götürmüşdür. Əlavə olaraq bildirmişdir ki, o, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli orta məktəbin yaxınlığında boş sahədə hasarın dibində yerdə qoyulmuş idarə etdiyi avtokranla yük maşınına yüklənmiş sarı rəngli yük kranının oğurluq olub-olmaması barədə heç bir məlumatı olmamış, həmin yük kranının sahibi kimi təqdim edən şəxs özünün qazi olduğunu, krana aid sənədlərinin özündə olduğunu, hətta ona üzərində yazılar olan ağ kağız göstərdiyini, narahat olmamağı onlara dediyi üçün inanıb həmin yük kranını yük maşınına yükləmişlər. Məhkəmə istintaqında Şahid9 elan olunmuş ifadəsindən görünür ki, qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Murad ilə 2020-ci ilin sentyabr ayında tanış olmuşdur. Həmin vaxtdan onunla qeyrirəsmi ər-arvad münasibətində birlikdə yaşayırlar. Murad tikinti sahəsində müxtəlif yerlərdə işləyirmiş. Murad tikinti sahəsində işləyərək aldığı zəhmət haqqı ilə dolanırmışlar. Arada Muradın ayağında xəsarəti olduğu üçün işə gedə bilmirmiş, hətta günlərlə evdə olurmuş. Əlavə olaraq bildirmişdir ki, Muradın 03.08.2021-ci il tarixdə saat 19 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında boş sahədə olan 1 ədəd sepli yük qaldıran kranı oğurlaması barədə heç bir məlumatı olmamış. Murad onu tanıdığı müddətdə heç vaxt oğurluq etməmişdir. Murad 2021-ci ilin avqust ayında ona məxsus Balakən rayonu, Qulular kəndində yerləşən torpaq sahəsinə hasar çəkdirmişdir. Murad həmin hasarı hansı yol ilə əldə etdiyi pul ilə çəkdirdiyi barədə heç bir məlumatı olmamışdır. Həmin ərəfədə Murad tikintidə işləyirmiş. Murad ona oğurluq etməsi barədə heç bir söz demədiyini bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış 28.09.2021-ci il tarixli 9/6393 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlarından və "xxxx" ASCnin Mexanikləşdirmə İdarəsi tərəfindən tərtib edilmiş arayışdan istifadə etməklə ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 1982-ci il buraxılışlı, 7782 zavod nömrəli, 24169 qeydiyyat nişanlı RDK-25-2 markalı sepli yük qaldıran tırtıllı kranın istismar müddəti və mühərrikinin işlək vəziyyətdə olmaması nəzərə alınmaqla 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 22000,0 manat müəyyən edilir. İş materiallarında olan 20.10.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 1982-ci il buraxılışlı, RDK-25-2 markalı 1982-ci ildən 2017-ci ilədək istismar olunmuş sepli yük qaldıran tırtıllı kranın qolu istismar müddəti nəzərə alınmaqla 2021-ci ilin avqust ayına orta bazar qiyməti təxminən 2000 (iki min) manat təşkil edir. İş materiallarında qərarlardan görünür ki, 28.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, 30.08.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Abşeron rayon məhkəməsinin 30.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 04.09.2021-ci il tarixli tələbnamədən görünür ki, barəsində əməliyyat-sorğu kortetakasında heç bir məlumat yoxdur. İş materiallarında olan Bərdə rayon Korayıl kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Gülgəzli kəndində qeydiyyatdadır və barəsində heç bir yazılı və şifahi şikayəty daxuil olmamışdır. İş materiallarında olan ərizədən görünür ki, zərərçəmi şəxsin nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. Məhkəmə bu halı şəxsə cəza təyin edərkən nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı dəymiş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 28 avqust 2021-ci tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında açıq sahədən oğurladığı zərərçəkmiş Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə məxsus, Şahid4 könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd sarı rəngli 1982-ci il buraxılışlı, 7782 zavod nömrəli, 24169 qeydiyyat nişanlı RDK-25-2 markalı sepli yük qaldıran tırtıllı kranın saxlanması üçün zərərçəkmişin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 61 (altmış bir) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 366 (üç yüz altmış altı) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 28 avqust 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində 4 nömrəli tam orta məktəbin yaxınlığında açıq sahədən oğurladığı zərərçəkmiş Azərnəqliyyat Yol Tikinti ASC-nin Mexanikləşdirmə İdarəsinə məxsus, Şahid4 könüllü olaraq istintaqa təqdim etdiyi 1 ədəd sarı rəngli 1982-ci il buraxılışlı, 7782 zavod nömrəli, 24169 qeydiyyat nişanlı RDK-25-2 markalı sepli yük qaldıran tırtıllı kranın saxlanması üçün zərərçəkmişin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 61 (altmış bir) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 366 (üç yüz altmış altı) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar