Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-579/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci il ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2amış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “Daş bazarı” deyilən ərazidə istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə bir ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,193 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə qurudulmuş marixuananı 15 manat müqabilində qanunsuz olaraq əldə edib yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə gələrək həmin narkotik vasitəni üzərində daşıyaraq saxlamış, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində bir ədəd ağ rəngli kağız bükümdə 0,193 qram narkotik vasitə qurudulmuş marixuananı tanışı Şahid1 8 manat pul müqabilində satmış, həmin gün saat 16 radələrində Şahid1 Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində saxlanılaraq Saray polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd ağ rəngli kağız bükümdə 0,193 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təxminən 1-2 il müddətdir ki, narkotik vasitə marixuana istifadə edir. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində “Daş bazarı” deyilən ərazidə olarkən tanımadığı şəxsdən 15 manat müqabilində bir ədəd kağız bükümdə narkotik vasitə marixuana almışdır. Bundan sonra evə gəlmişdir. Həmin narkotik vasitə marixuanadan bir hissəsini axşam saatlarında istifadə etmişdir. Qalan hissəsini isə sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yaşadığı evin yaxınlığında tanışı Rəşadla rastlaşmışdır. Salamlaşdıqdan sonra bir qədər söhbət etmişlər. Söhbət əsnasında Rəşad ondan satdıq “nəşə” olub-olmadığını soruşmuşdur. O, da Rəşada üzərində bir büküm “nəşə” olduğunu bildirmişdir. Bundan sonra üzərində olan həmin bir büküm marixuananı Rəşada 8 manat müqabilində satmışdır. Rəşad ondan aldığı içərisində narkotik vasitə marixuana olan bir bükümü cibinə qoyub sağollaşdıqdan sonra ayrılmışlar. O, Rəşaddan ayrıldıqdan sonra evə gəlmişdir. Aradan bir qədər keçdikdən sonra yaşadığı evin qapısı döyülmüşdür. O, qapının səsini eşidib küçəyə çıxmışdır. Həmin vaxt iki nəfər mülki geyimdə özlərini təqdim etdikdən sonra bildiyi polis əməkdaşları ondan adını, soyadını soruşduqdan sonra ona üzərində narkotik vasitə gəzdirmək və satmaqda şübhəli olduğunu deyərək onu Abşeron rayon polis idarəsinin Saray polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Saray polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmiş, əynində olan boz rəngli şalvarın sağ yan cibindən Rəşaddan aldığı 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 8 manat pul çıxmışdır. Bundan sonra o, tanışı Rəşada satdığı bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə marixuananın müqabilində həmin 8 manatı Rəşadın ona verdiyini bildirmişdir. Daha sonra polislər onun təqdim etdiyi pulu zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, ilk dəfədir ki, narkotik vasitə marixuananı tanışı Rəşada 8 manat müqabilində satmış, bundan başqa o, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. İstifadəsində ***-***-**-** saylı nar nömrə vardır, həmin mobil nömrəni təxminən 4-5 ay müddətdir ki, istifadə edir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. Arada iş olanda tikintidə fəhlə işləyir. 44 günlük İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Təxminən 1 ay müddətdir ki, narkotik vasitə qəbul edir. Həmin müddət ərzində bir neçə dəfə marixuana istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı evdən çıxaraq özü üçün yaxınlıqda olan marketdən siqaret almağa gedirmiş. Bir qədər getdikdən sonra ara küçələrin birində tanışı Mirhətəmlə rastlaşmışdır. Salamlaşdıqdan sonra bir qədər söhbət etmişlər. Söhbət əsnasında o, Mirhətəmə “nəşə” istədiyini bildirmişdir. Mirhətəmə ona nəşə tapmaqda köməklik göstərməsini xahiş etmişdir. Mirhətəm ona istədiyini verə biləcəyini demişdir. Bundan sonra o, cibində olan 8 manat pulu çıxarıb Mirhətəmə uzatmışdır. Mirhətəm də pulu ondan aldıqdan sonra əynində olan şalvarın cibindən bir ədəd kağıza bükülmüş “nəşə” kimi tanıdığı narkotik vasitə marixuananı ona vermişdir. O, həmin narkotik vasitəni əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş ki, gedib istifadə edər. O, Mirhətəmdən bir qədər aralandıqdan sonra iki nəfər şəxs ona yaxınlaşmışlar. Polislər ona Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını, barəsində narkotik vasitə qəbul etməkdə, üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra onu Saray polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsinin inzibati binasında ona videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O, da etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə marixuana olan 1 ədəd kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin narkotik vasitə marixuana götürülmüşdür. Sorğu zamanı o, həmin narkotik vasitə marixuananı bir az əvvəl, yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olan zaman tanışı Mirhətəmdən 8 manat müqabilində aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə marixuana olan 1 ədəd kağız bükümünü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin narkotik vasitə marixuananı özü istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə əldə etməyi barədə heç kimin məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Mirhətəmi Abşeron rayonu Saray qəsəbəsində yaşayan şəxs kimi tanıyır, yaxın münasibətləri olmasa da, bir-birini görəndə salamlaşıb hal-əhval tuturlar, əvvəllər ondan istifadə etmək və ya satmaq üçün hər hansı narkotik vasitə və ya psixotrop maddə almamış, ilk dəfədir ki, Mirhətəmdən narkotik vasitə almışdır. O, narkotik vasitə marixuana aldığı tanışı Mirhətəmin narkotik vasitə satdığını əvvəlcədən bilmirmiş, Mirhətəmlə küçədə görüşüb söhbət edən zaman o, Mirhətəmə “nəşə” lazım olduğunu və tapmaqda ona köməklik edə biləcəyini soruşduqdan sonra Mirhətəm ona narkotik vasitə marixuana satmışdır. Narkotik vasitə alanadək Mirhətəmin narkotik vasitə satıb-satmaması barədə heç bir məlumatı olmamışdır. xx.xx.2022-ci il tarixdə narkotik vasitə marixuana aldığı Təqsirləndirilən şəxs verdiyi 8 manat pulun 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq pul əskinasları şəklində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, DİO-da 2015-ci ildən, tutduğu vəzifədə, yəni Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində 2020-ci ildən polis baş leytenantı rütbəsi ilə xidmət edir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda qeydiyyatda olan Şahid1 narkotik vasitə istifadə etməsi və üzərində daşıması, eyni zamanda ünvan 2ayan Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2022-ci il tarixdə saat 16 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri Şahid3la birlikdə daxil olmuş məlumatı yoxlamaq üçün Abşeron rayonu, Saray qəsəbəsi, H.Aslanov küçəsinə getmişlər. Həmin küçədə yaşadığı evdən bir qədər aralıda ara küçədə Şahid1 görüb ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə şübhəli olduğunu bildirdikdə, Rəşad üzərində narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni tanışı Mirhətəmdən aldığını demişdir. Bundan sonra onlar Şahid1 avtomobilə əyləşdirib Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmişlər. Rəşad da heç bir etiraz etməyib onlarla polis bölməsinə getməyə razılaşmışdır. Bundan sonra dərhal Saray PB-nin sahənin polis nəfəri Şahid3la birlikdə Təqsirləndirilən şəxs yaşadığı Saray qəsəbəsi, M.Ə.Sabir küçəsi ev 60 ünvanda yerləşən evinə getmişlər. Qapını döydükdən sonra Mirhətəm çölə çıxmışdır. Onlar özlərini təqdim etdikdən sonra Mirhətəmə narkotik vasitə istifadə etməsi, üzərində daşıması və satması barədə şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsinə dəvət etmişlər. Mirhətəm də heç bir etiraz etməyib onlarla polis bölməsinə gəlmişdir. Saray polis bölməsinin inzibati binasında təhqiqatçı İlkin Ağayev və müdafiəçi Valeh Məhərrəmovun iştirakı ilə Şahid1 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Rəşad üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş ilə Rəşadın üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Rəşad əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən içərisində narkotik vasitə marixuana olan 1 ədəd ağ rəngli kağız bükümünü çıxarıb təqdim etmişdir. Bundan başqa Şahid1 üzərindən hər hansı qanunla qadağan edilmiş əşya, predmet aşkar olunmamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid1 üzərindən aşkar olunmuş 1 ədəd bükümdə narkotik vasitə marixuananı xx.xx.2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yaşayan tanışı Mirhətəm adlı şəxsdən 8 manat müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra polis bölməsinin inzibati binasında təhqiqatçı İlkin Ağayev və müdafiəçi Sirac Əsgərovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Mirhətəm üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra Mirhətəmin üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmiş, Mirhətəmin əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq əskinaslar olmaqla ümumilikdə 8 manat pul çıxmışdır. Bundan sonra Mirhətəm tanışı Rəşada satdığı bir ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə marixuananın müqabilində həmin 8 manatı Rəşadın ona verdiyini bildirmişdir. Daha sonra həmin pul əskinasları təhqiqatçı tərəfindən zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray PB-nin sahənin polis nəfəri Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Evlidir, üç övladı vardır. Heç bir yerdə işləmir, təqaüdçüdür. Oğlunun biri Xəyyam Məmmədov və həyat yoldaşı 1942-ci il təvəllüdlü Novruz Məmmədov xəstədirlər. Digər oğlu Təqsirləndirilən şəxs arada iş olanda bərbər işləyib evi dolandırırmış. xx.xx.2022-ci il tarixdə oğlum Mirhətəm narkotik vasitə satmaqda şübhəli bilinərək Abşeron rayon Polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən tutulmuşdur. Oğlu Mirhətəm eşitdiyinə görə təxminən 1-2 il müddətdir ki, narkotik vasitə marixana çəkir. O, bir neçə dəfə Mirhətəmə narkotik vasitə çəkməsini eşidib irad bildirsə də, Mirhətəm ona narkotik vasitə marixana çəkmədiyini deyirmiş. Ancaq o, bir neçə dəfə oğlu Mirhətəmin narkotik vasitə marixuana çəkməsini eşitmiş, lakin çəkməsini görməmişdir. Mirhətəm yaşadıqları evdə heç vaxt narkotik vasitə qəbul etməmişdir. Mirhətəm atası Novruzdan qorxduğu üçün evdə siqaret də çəkmirmiş. Əlavə olaraq bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs narkotik vasitə marixuananı çəkməsi barədə bir iki dəfə eşidib ona irad bildirmiş, lakin Mirhətəmin nə xx.xx.2022-ci il tarixdə, nə də əvvəllər narkotik vasitə satması barədə heç bir məlumatı olmamışdır. Oğlu Mirhətəmin heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 7/840 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şahid1 üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,193 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (qalıq 0,173 qram - 0,02 qram narkotik vasitə qurudulmuş marixuana tədqiqata sərf edilmişdir). Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1709 №-li rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar olunmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 4950 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk və Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, Şahid1 üzərindən aşkar olunmuş narkotik vasitə olan 0,173 qram narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq ümumilikdə 8 manat pul əskinasları saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 0,173 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından az olduğundan onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin Şahid1 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq ümumilikdə 8 manat pul əskinasları polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq ümumilikdə 8 manat pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə təhvil verilməli və iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 72 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qeyd edir ki, Şahid1 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 0,173 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından az olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərildiyindən, maddi sübut qismində tanınmış həmin narkotik vasitə olan qurudulmuş marixuananın taleyi hazırki iş üzrə yekun məhkəmə qərarı ilə həll edilə bilməz, sözügedən maddi sübutun taleyinin inzibati iş üzrə yekun qərarla həll edilməli oduğu nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Abşeron rayon Pİ-də saxlanılan 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq ümumilikdə 8 manat pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 72 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş təmiz çəkisi - 0,173 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın maddi sübut qismində taleyinin Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə ayrılmış inzibati iş üzrə yekun məhkəmə aktı ilə həll edilməli oduğu nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-579/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-579/2022
21.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver