Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-579/2024 22.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində aparılmış, ittiham aktı Bakı şəhər prokurorunun müavini tərəfindən təsdiq olunaraq aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İstintaq orqanı tərəfindən verilmiş ittihama görə, Təqsirləndirilən şəxs tamah məqsədilə ofisiant kimi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən «Diana» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, Şahid7, Şahid1, X2 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə 2023-cü ilin avqust ayının sonlarında istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin həmin otaqda pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunları oynamalarını təşkil edib keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə ofisiant kimi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən «Diana» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, Şahid7, Şahid1,X2 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə 2023-cü ilin sentyabr ayının əvvəllərində istintaqa məlum olmayan tarix və saatda həmin restoranın istintaqla müəyyən edilməyən otağında təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin həmin otaqda pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədilə ofisiant kimi işlədiyi Abşeron rayonu, Novxanı qəsəbəsi, Sumqayıt-Novxanı şossesinin kənarında yerləşən «Diana» adlı restorana qumar oynamaq üçün müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, Şahid7, Şahid1.X2 və Şahid4 dəvət edib onlara həmin məqsədlə otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını almaq üçün mühafizə tədbirləri görməklə 20 sentyabr 2023-cü il tarixdə həmin restoranın 9 nömrəli otağında qumar oyunlarının keçirilməsi üçün təkrarən yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan qumar oyunları oynamalarını təkrarən təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2023-cü il tarixdə saat 00:40 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində «Diana» adlı restoranın 9 nömrəli otağına Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə baxış keçirilərkən orada müştərilər Şahid6, Şahid3, Şahid2, Şahid5, Şahid7, Şahid1.X2 və Şahid4 qumar oynamaları müəyyən edilmiş, eləcə də otaqda olan masanın üzərindən qumar oyunlarından əldə edilmiş 2719 manat məbləğində pul vəsaitləri, qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 04 dəst oyun kartı aşkar edilib götürülmüşdür. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən təqdim edilmiş koordinatlara əsasən “Diana” restoranının yerləşdiyi ərazi “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 17 oktyabr tarixli 1005-VİQ nömrəli Qanunu”nun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2023-cü il tarixli 4160 nömrəli Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonundan Sumqayıt şəhərinin inzibati hüdudlarına daxil edilmiş əraziyə düşür. Azərbaycan Respublikası CPM-nin 299.3.1-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Həmin Məcəllənin 299.4.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası zamanı, həmçinin verilmiş vəsatət və etirazların təmin edilməsi və ya onların təmin edilməsinin rədd edilməsi barədə məsələlər həll edilir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı şifahi vəsatət verərək, təqsirləndirilən şəxs «Diana» adlı restoranda təkrarən qumar oyunları təşkil edib keçirmiş, həmçinin təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır, bununla da cinayətin törədilmə yerinin Sumqayıt şəhərinin ərazisi hesab olunduğunu göstərmiş, ona görə cinayət işinin hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti üzrə həmin şəhər məhkəməsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi şifahi vəsatət verərək, təqsirləndirilən şəxs «Diana» adlı restoranda təkrarən qumar oyunları təşkil edib keçirmiş, həmçinin təkrarən qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamışdır, bununla da cinayətin törədilmə yerinin Sumqayıt şəhərinin inzibati ərazisi hesab olunduğunu göstərmiş, ona görə cinayət işinin hazırlıq iclası mərhələsində baxılması üçün aidiyyəti üzrə həmin şəhər məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi dövlət ittihamçısının vəsatətinin təmin olunmasına etiraz etmədilər. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, cinayət işinin aidiyyəti Abşeron Rayon Məhkəməsinə aid deyil, ona görə dövlət ittihamçısının vəsatəti təmin olunaraq, iş aidiyyəti məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 75.1 -ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir; 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir; Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad olunan normalarının tələblərinə əsasən hesab edir ki, dövlət ittihamçısının vəsatəti əsaslı olduğundan təmin edilməli, təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti törətdiyi yer Sumqayıt şəhərinin inzibati ərazisi hesab olunmaqla, həmin yerin yurisdiksiyasına uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsində baxılması üçün aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 300.5-ci maddəsinə əsasən bu Məcəllənin 300.1.3, 300.1.6 və 300.1.7-ci maddələrində nəzərdə tutulmuş qərarlardan bu Məcəllənin 381, 383 və 384-cü maddələrinin müddəalarına uyğun olaraq apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Məhkəmə hesab edir ki, cinayət işinin aidiyyəti məhkəməyə göndərilməsi barədə qərar CPM-nin 300.1.4-cü maddəsinin müddəalarına uyğun tənzimləndiyindən və CPMnin 300.5-ci maddəsinin təsiri altına düşmədiyindən hazırkı qərardan şikayət və ya protest verilə bilməz. Məhkəmə əlavə olaraq qeyd edir ki, dövlət hesabına təyin olunmuş vəkil müdafiəçi məhkəmənin hazırlıq iclasında iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərsə də, hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayış təqdim etməmişdir, ona görə müdafiəçiyə əmək haqqının tutulması məsələsi həll edilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Suqayıt şəhər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən : Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-579/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-579/2024
22.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver