Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-58/2021 02.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin şöbəsinin prokuroru, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil X4, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ev 75-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Məmmədli kəndi, Xəqani küçəsi ev 28A ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində «nəzarət altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Rəhimov RRamiz Əliağa oğlu tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən hasara alınmış fermanın ərazisinə qanunsuz daxil olaraq, orada heyvan saxlanması üçün nəzərdə tutlmuş tikilidən hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 360-*/ manat dəyərində 12 ədəd pakpen markalı, ağ rəngli 55x80 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz nəfəslikləri, həmin ərazidə yaşayış üçün nəzərdə tutulmuş bir otaqlı tikilidən hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 02 ədəd pakpen markalı, ağ rəngli 125x55 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz pəncərələri, 100 manat dəyərində 01 ədəd ağ rəngli 80x200 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz qapını və hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 120 manat dəyərində 12 ədəd 55x80 sm ölçüdə çərçivəsiz nəfəsliyin şəffaf şüşələrini gizli olaraq talayıb ümumilikdə 660 (altı yüz altmış) manat məbləğində inşaat mallarını arabaya yığaraq, ələ keçirdiyi əmlakı özündə saxlamaq məqsədi ilə öz hərəkətlərini davam etdirərək, hadisə yerindən uzaqlaşmaq istəmiş, lakin həmin vaxt ərazidə xidmət aparan Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. xx.xx.2005-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən hasara alınmış fermanın ərazisinə qanunsuz daxil olaraq, orada heyvan saxlaması üçün nəzərdə tutlmuş tikilidən hər birinin dəyəri 30 manat olmaqla ümumilikdə 360 manat dəyərində 12 ədəd pakpen markalı, ağ rəngli 55x80 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz nəfəslikləri, həmin ərazidə yaşayış üçün nəzərdə tutulmuş bir otaqlı tikilidən hər birinin dəyəri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində 02 ədəd pakpen markalı, ağ rəngli 125x55 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz pəncərələri, 100 manat dəyərində 01 ədəd ağ rəngli 80x200 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz qapını və hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 120 manat dəyərində 12 ədəd 55x80 sm ölçüdə çərçivəsiz nəfəsliyin şəffaf şüşələrini gizli olaraq talayıb ümumilikdə 660 (altı yüz altmış) manat məbləğində inşaat mallarını arabaya yığaraq, ələ keçirdiyi əmlakı özündə saxlamaq məqsədi ilə öz hərəkətlərini davam etdirərək, hadisə yerindən uzaqlaşmaq istəmiş, lakin həmin vaxt ərazidə xidmət aparan Abşeron RPİ-nin Mehdiabad PB-nin əməkdaşları tərəfindən saxlanıldığından, öz iradəsindən asılı olmayan səbəblərdən oğurluq cinayətini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, qardaşı Təqsirləndirilən şəxs2la birlikdə küçədə dayanmışdır. Qardaşı Hafizlə söhbət edən zaman, pul olmadığını və haradan pul qazana biləcəyini soruşmuşdur. Hafizdə ona Məmmədli kəndinin yaxınlıqda ferma olduğunu, həmin fermada heç kimin yaşamadığını və orada plastik materialdan hazırlanmış qapı və pəncərələrin olduğunu, həmin qapı və pəncərələri oğurlayıb sata biləcəklərini bildirmişdir. Həmin söhbətdən sonra onlar, həmin fermadan oğurluq etmək qərarına gəlmişlər. Hafiz evlərində olan əl arabasını gətirmişdir. Daha sonra birlikdə fermaya tərəf getmişlər və ferma mişar daşları ilə hasara alınsa da, fermanın girişində darvaza olmamışdır. Onlar birlikdə fermanın hasarından içəri daxil olduqdan sonra, orada olan mal-qara saxlamaq üçün nəzərədə tutulan tikilinin 12 ədəd nəfəsliklərin, çərçivəsi yerində qalmaqla, açılıbbağlanan hissələrini, bir-bir çıxardıb arabaya qoymuşlar. Həmin nəfəsliklərin üzərində olan şüşələrin bir qismi çart olduğundan, şüşələri sındırmışlar ki, həmin əşyaları rahat apara bilsinlər. Daha sonra isə fermanın həyətində inşa edilmiş saxlanc yerinin 01 ədəd iki taylı pəncrəsini və 01 ədəd qapını çərvilərindən əlləri ilə çıxardıb arabaya qoyub oradan getmək istəmişlər. Bu zaman asfalt yoldan «VAZ-2107» markalı avtomobil onlara tərəf gələrək yanlarında saxlamışdır. Həmin avtomobildən 2 nəfər şəxs düşüb, özlərini Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları olduqdarını bildirərək, həmin palstik pəncərə, nəfəslik və qapını hardan və nə məqsədlə götürdüklərini soruşmuşlar. Onlarda həmin əşyaları fermadan oğurlamaq istədiklərini etiraf etmişlər. Polis əməkdaşları həmin əşyaları onlarla birlikdə X5 aparmışlar. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştiraki ilə dindirilmiş, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 11 radələrində o, qardaşı RTəqsirləndirilən şəxs1la birlikdə küçədə dayanmışdır. Qardaşı RRamizlə söhbət edən zaman, o pul olmadığını və haradan pul qazana biləcəyini ondan soruşmuşdur. O, RRamizə Məmmədli kəndinin yaxınlıqda ferma olduğunu, həmin fermada heç kimin yaşamadığını və orada plastik materialdan hazırlanmış qapı və pəncərələrin olduğunu, həmin qapı və pəncərələri oğurlayıb sata biləcəklərini bildirmişdir. Həmin söhbətdən sonra onlar, həmin fermadan oğurluq etmək qərarına gəlmişdilər. O, evlərində olan əl arabasını gətirmiş və daha sonra birlikdə fermaya tərəf getmişdilər. Ferma mişar daşları ilə hasara alınsa da, fermanın girişində darvaza olmamışdır. Onlar birlikdə fermanın hasarından içəri daxil olduqdan sonra, orada olan mal-qara saxlamaq üçün nəzərədə tutulan tikilinin 12 ədəd nəfəsliklərin (çərçivəsi yerində qalmaqla) açılıb-bağlanan hissələrini, bir-bir çıxardıb arabaya qoymuşdular. Həmin nəfəsliklərin üzərində olan şüşələrin bir qismi çart olduğundan, şüşələri sındırmışlar ki, həmin əşyaları rahat apara bilsinlər. Daha sonra isə fermanın həyətində inşa edilmiş saxlanc yerinin 01 ədəd iki taylı pəncrəsini və 01 ədəd qapını çərvilərindən əlləri ilə çıxardıb arabaya qoyub oradan getmək istəmişdilər. Bu zaman asfalt yoldan «VAZ-2107» markalı avtomobil onlara tərəf gələrək yanlarında saxlamışdır. Həmin avtomobildən 2 nəfər şəxs düşüb, özlərini Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları olduqdarını bildirərək, həmin palstik pəncərə, nəfəslik və qapını haradan və nə məqsədlə götürdüklərini soruşmuşlar. Onlarda həmin əşyaları fermadan oğurlamaq istədiklərini etiraf etmişlər. Polis əməkdaşları həmin əşyaları onlarla birlikdə X5 aparmışlar. Hazırda əməlindən peşmançılıq çəkir. Hazırda əməlindən peşmançılıq çəkir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun Abşeron rayonu, Məmmədli qəsəbəsində mişar daşlarından olan hasarın içərisində özünə məxsus ferması yerləşir. Bundan əlavə onun həmin ərazidə bir otaqlı təmirsiz tikilisi də vardır. Həmin fermada heyvan saxlanılmadığından, arada-bir vaxt tapıb fermaya baş çəkirmişdir. Sonuncu dəfə o, 2019cu ilin dekabr ayında olan zaman hər şey öz yerində olmuşdur. Növbəti dəfə xx.xx.2020-ci il tarixdə baxmaq üçün fermaya gedən zaman, fermanın 12 ədəd hər birinin dəyəri təxminən 150 manat olmaqla 1600 manat dəyərində şüşələri ilə birlikdə plastik nəfəsliklərin, fermanın həyətində olan bir otaqlı tikilinin 01 ədəd 150 manat dəyərində olan plastik qapısının və 02 ədəd hər birinin dəyəri 125 manat olmaqla 250 manat dəyərində plastik pəncərəsinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, Abşeron RPİ-nin X5 ərizə ilə müraciət etmək üçün gəldikdə, bölmənin həyətində polis əməkdaşları tərəfindən taksi avtomobilindən özünə məxsus 12 ədəd plastik nəfəslikləri, 01 ədəd plastik qapını və 02 ədəd plastik pəncərələrələri düşürdən zaman, o, fermasından oğurlanan əşyalarını tanımışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəyən zərər tam ödənilmişdir.Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Onlara yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Mehdiabad PB-nin ə/m Şahid2 ifadəsində göstərmişdir ki, 2001-ci ildən DİO-da, 2016-cı ildən isə Abşeron RPİ-nin Mehdiabad PB-də baş ə/m vəzifəsində xidmət edir. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində həmkarı Şahid1lə sonuncuya məxsus «Vaz-2107» markalı avtomobillə Abşeron rayonu, Məmmədli kəndi istiqamətində hərəkətdə olan zaman, «Yanar Dağ» qoruğunun yaxınlığında 2 nəfər şəxsin araba ilə gəldiklərini görmüşdülər. Həmin arabanın içərisində plastik materialdan hazırlanmış çərçivəsiz nəfəsliklərin, plastik materialdan hazırlanmış çərçivəsiz pəncərələrin və plastik materialdan hazırlanmış çərçivəsiz qapının olduqlarını görmüşlər. Şahid1 idarə etdiyi avtomobili həmin şəxslərin yanında saxlamış və onlar avtomobildən düşüb özlərini təqdim edərək, arabanın içərsinidə olan əşyaları haradan əldə etdiklərini soruşmuşlar. Həmin şəxslərdən biri özünü Abşeron rayonu, Məmmədli kənd sakini Təqsirləndirilən şəxs1 digəri isə onun qardaşı Təqsirləndirilən şəxs2 olduğunu, arabada olan əşyaları isə yolun kənarında yerləşən fermadan oğurladıqlarını bildirmişdir. Bundan sonra onlar həmin şəxsləri avtomobilə otuzdurub və daha sonra oğurlanmış əşyaları yoldan keçən taksiyə qoyub Abşeron RPİ-nin Mehdiabad PB-nə gətirmişlər. Bölmənin həyətində həmin əşyaları taksidən düşürdən zaman, bölməyə oğurluq faktı ilə bağlı ərizə yazmağa gəlmiş Zərərçəkmiş şəxs həmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, məhkəmə istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 ifadəsinə oxşar məzmunlu ifadələr vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr – 2020-ci ilin fevral aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 540,00 manat, şəffaf şüşələr nəzəri qaydada – 120,00 manat müəyyən edilir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirlilikləri özlərinin tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lun barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, onun ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətini, barələrində məhkumluğun olunmamasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və cinayət əməlini törədərkən və hazırda yetkinlik yaşına çatmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə işin faktiki hallarını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələri sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyindən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. İş üzrə maddi sübut 12 ədəd pakpen markalı, ağ rəngli 55x80 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz nəfəsliyin, 02 ədəd pakpen markalı, ağ rəngli 125x55 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz pəncərələrin və 01 ədəd ağ rəngli 80x200 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz qapının istintaq zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə-ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi X2 25 saat göstərdiyi hüquqi yardıma görə 150 manat məbləğdə pul, müdafiəçi X3 oğlunun 25 saat göstərdiyi hüquqi yardıma görə 150 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaq zamanı müdafiəçi X4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğdə pul və Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğdə pul Abşeron Rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “nəzarət altına vermə növündə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq Abşeron rayon vəkil bürosunun müdafiəçisi X2 25 saat göstərdiyi hüquqi yardıma görə 150 manat məbləğdə pul, müdafiəçi X3 oğlunun 25 saat göstərdiyi hüquqi yardıma görə 150 manat məbləğdə pul, eyni zamanda məhkəmə istintaq zamanı müdafiəçi X4 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğdə pul və Müdafiəçi1 40 saat göstərdiyi hüquqi yardıma görə 240 manat məbləğdə pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut 12 ədəd pakpen markalı, ağ rəngli 55x80 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz nəfəsliyin, 02 ədəd pakpen markalı, ağ rəngli 125x55 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz pəncərələrin və 01 ədəd ağ rəngli 80x200 sm ölçüdə plastik materialdan hazırlanmış çərçivəsiz qapının istintaq zamanı zərərçəkən şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-58/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-58/2021
02.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver