Məhkəmə qərarları › İş №1(012)-58/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-58/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-58/2023 09.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyani sahəsinə sonra isə həyətyani sahədə inşa edilmiş saxlanc yeri kimi otağa qanunsuz daxil olaraq oradan bir ədəd dəyəri 100 manat olan laqonda, bir ədəd dəyəri 250 manat olan beton deşən alət, bir ədəd dəyəri 50 manat olan plastik yapışdıran ütü, bir ədəd dəyəri 30 manat olan vint açan dəzgahı gizli olaraq talayıb zərərçəkmiş Ruslan Məmmədova ümumilikdə 530 manat dəyərində ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə 24 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu Xırdalan şəhəri MD-23 qəsəbəsi Qaçaq Nəbi küçəsi 23 saylı fərdi yaşayış evinin qarşısında saxladığı “Mercedes Ateco” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin biri 200 manat dəyərində olan iki ədəd akumlyatorunu gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 400 manat dəyərində maddi ziyan vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Hökməli qəsəbəsində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 10 manat müqabilində bir ədəd ağ kağıza bükülmüş 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı” na (Siyahı İ) daxil olan 0,214 qram çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz əldə edib üzərində saxlayaraq, daşımış, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri MD-23 qəsəbəsində saxlanılıb, Abşeron RPİ-yə gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən həmin bir ədəd ağ kağıza bükülmüş 0,214 qram çəkidə qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazıralnmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 23 yanvar 2022-ci il tarixdə pula ehtiyacı olduğu üçün oğurluq etmək qərara almışdır. Həmin tarixdə saat 04 radələrində Abşeron rayonu Xırdalan şəhəri MD-23 qəsəbəsi A.Ələsgər küçəsində tək gəzişərkən boş ərazidən sahibini tanımadığı fərdi yaşayış evinə daxil olmaq üçün əlverişli şərait olduğunu görüb mişar daşı ilə tikilmiş hasardan həyətyani sahəyə daxil olmuşdur. Həyətyani sahədə işıq olmadığı üçün qaranlıq olmuş, fərdi yaşayış evinin də işıqları yanmamışdır. Ev sahibinin yatdığını görüb, oğurluq edəcəyi təqdirdə onu heç kəsin görməyəyini başa düşmüşdür. Əvvəlcə ətrafa diqqətlə baxıb, heç kəsin olmadığını gördükdən sonra həyətyani sahədə olan mişar daşlarından inşa edilmiş saxlanc yerinə yaxınlaşmışdır. Həmin saxlanc yerinin qıfılını asanlıqla açıb içəri daxil olmuşdur. Oradan bir ədəd laqonda, 1 ədəd drel, 1 ədəd plastik yapışdıran ütü, bir ədəd vint açan dəzgah və bir ədəd beton deşən dəzgahı özü ilə götürüb, həmin yerdən uzaqlaşmışdır. Götürdüyü əşyaları özü ilə aparıb, yaşadığı mənzilin yaxınlığında gizlətmişdir. Bundan sonra 23 yanvar 2022-ci il tarixdə saat 11 radələrində həmin əşyaları Bakı şəhəri Nəsimi rayonu 3cü mikrorayon ərazisində yerləşən bazarda tanımadığı şəxsə 100 manat mübaqilində satmışdır. Həmin əşyalardan bir ədəd laqonda, 1 ədəd drel, 1 ədəd plastik yapışdıran ütü, bir ədəd vint açan dəzgah çantanın içərisində olmuşdur. Bundan başqa 24 yanvar 2022-ci il tarixdə saat 05 radələrində Abşeron rayonu Xırdalan şəhəri MD-23 qəsəbəsi Q.Nəbi küçəsində olan zaman içərisində sahibi olmayan tünd göy rəngli “Mercedes-Ateko” markalı ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görüb, akumlyatorunu oğurlamaq qərarına gəlmişdir. Avtomobilin hər iki akumlyatorunu götürüb özü ilə aparmışdır. Yolun kənarına çıxandan sonra markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksiyə minib evə gəlmişdir. Həmin tarixdə saat 09 radələrində iki ədəd akumlyatoru Bakı şəhəri Biləcəri qəsəbəsində dəmir məmulatları yığan tanımadığı şəxsə satmışdır. Oğurladığı əşyaları satdığı şəxslərə həmin əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində özünü şübhəli apardığı üçün Abşeron rayonu MD-23 qəsəbəsində olan zaman mülki paltarda iki nəfər şəxs ona yaxınlaşmış, Abşeron RPİ-nin polis əməkdaşları olduqlarını bildirib, polis vəsiqələrini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Abşeron RPİ-nə getməli olduğunu bildirmişlər. O, da etiraz etmədən həmin polis əməkdaşları ilə birlikdə polis idarəsinə gəlmişdir. Abşeron RPİnin xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşlarının və dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ona bildirmişlər ki, üzərinə şəxsi axtarış keçirəcəklər, əgər üstündə saxlanılması qadağan olunan əşya və predmet varsa onu təqdim etsin. O, da göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 1 ədəd bükümdə olan şəxsi istifadəsi üçün aldığı heroini təhvil vermişdir. Heroini xx.xx.2022-ci il tarixdə Hökməli qəsəbəsində üzdən tanıdığı adını bilmədiyi şəxsdən 10 manat müqabilində almışdır. Həmin kütlə qablaşdırılmış və möhürlənmişdir. Bundan əlavə şəxsi axtarış zamanı üzərində olan pul qabı dəri kəmər 3 ədəd alışqan iş üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Üzərində çıxan narkotik maddədən əlavə heç yerdə narkotik vasitə saxlamır. Narkotik aldığı şəxsin mobil nömrəsini bilmir, ilk dəfədir ki, ondan heroin alır. Polis idarəsində olan zaman ona qarşı heç bir fiziki və psixi zor tətbiq olunmayıb, onunla yaxşı rəftar olunmuşdur. Oğurluğu tək etmiş, yanında heç kəs olmamışdır. Oğurladığı əşyaları satdığı əşyaları tanımır, onlar həmin əşyaların oğurluq olduğunu bilməyiblər. Oğurluq olan evə bir dəfə girmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 1994-cü il tarixdən məcburi köçkün kimi yaşayır, fərdi əməklə məşğul olmaqla qazanc əldə edir. “Mercedes-Benz Atego” ** FT *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, həmin avtomobil ilə sifariş əsasında yük daşımaqla qazanc əldə edir. Qeyd olunan avtomobili iş olmayanda yaşadığı fərdi yaşayış evinin qarşısında saxlayır. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 05 radələrində yaşadığı Xırdalan şəhəri, MD-23 qəsəbəsi, Q.Nəbi küçəsi ev 23 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında saxladığı Mercedes-Benz Atego” ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin iki ədəd markasını xatırlamadığı 24 Volter gücündə akumlyatoru oğurlayaraq, ojna 400 manat dəyərində ziyan vurmuşdur. Həmin akumlyatorun Təqsirləndirilən şəxs tərəfindən oğurlanması ona təhqiqat araşdırması müddətində bildirilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri MD-23 qəsəbəsi A.Ələsgər küçəsi döngə 1 ev 4 ünvanında 0,04 ha torpaq sahəsinin içərisində 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evi ona məxsusdur. Həmin torpaq sahəsinin içərisində bunnan əlavə saxlanc yeri tikdirmişdir. Həmin saxlanc yerində özünə aid bəzi əşyaları saxlayır. Naməlum şəxs və ya şəxslər xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə olan müddət ərzində ona məxsus fərdi yaşayış evinin həyətyani sahəsinə qanunsuz daxil olaraq, boş torpaq sahəsində tikilmiş saxlanc yerinin qapısında olan qıfılı açaraq, oradan 1 ədəd dəyəri 100 manat olan laqonda, 1 ədəd 250 manat dəyərində beton deşən dəzgah, 1 ədəd 100 manat dəyərində drel, 1 ədəd dəyəri 50 manat olan plastik yapışdıran ütü, 1 ədəd dəyəri 30 manat olan vint açan dəzgahı oğurlamaqla ümumilikdə 530 manat maddi ziyan vurmuşdur. Oğurluq hadisəsi baş verməsini xx.xx.2022- ci il tarixdə saat 16 radələrində aşkar eləmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzi sisteminə bu barədə məlumat vermişdir. Hadisə baş verən gün evdə olmuş, hava küləkli olduğu üçün səs-küydən hər hansı şəxsin evə girməsi barədə məlumatı olmayıb. Ona məxsus fərdi yaşayış evində arvadı X2, oğlu Şahid5 və qızı Şahid4 olmuşdur. Onlarda fərdi yaşayış evinin həyətyani sahəsində olan mişar daşı ilə tikilmiş saxlanc yerinə naməlum şəxsin daxil olmasının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olan zaman, xx.xx.1990-cı il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq miqdarda üzərində və istifadəsi gəzdirməsi ilə bağlı məlumat əldə etdikdən sonra raportla rəhbərliyə məruzə etdikdən və razılıq aldıqdan sonra, özündən və Abşeron RPİ-nin İTŞnin sahə rəisi polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, MD-23 qəsəbəsində Təqsirləndirilən şəxs gözləmişlər. Bir qədər sonra saat 15 radələrində Təqsirləndirilən şəxs görüb ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrdən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə üzərində gəzdirmə ilə bağlı şübhəli olduğunu bildirib Abşeron rayon Polis İdarəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə xidməti otaqlardan birində Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3 tərəfindən vəkili X4 iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Əvvəlcədən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmaması əgər varsa təqdim etməsi təklif olumnuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağızı çıxardıb, içərisində heroin olduğunu həmin narkotik vasitəni, xx.xx.2022-ci il tarixdə Hökməli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra müvafiq sənədləşdirmə aparılaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddəyə bənzər kütlə qablaşdırıldı və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, MD-23 qəsəbəsi, A.Ələsgər küçəsi döngə 1 ev 4 ünvanında 0,04 ha torpaq sahəsinin içərisində 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evində yaşayır. Həmin torpaq sahəsinin içərisində bunnan əlavə saxlanc yeri vardır. Həmin saxlanc yerində əri Ruslan özünə aid bəzi əşyaları saxlayır. Naməlum şəxs və ya şəxslər xx.xx.2022- ci il tarixdən xx.xx.2022-ci il tarixə olan müddət ərzində onlara məxsus fərdi yaşayış evinin həyətyani sahəsinə qanunsuz daxil olaraq, boş torpaq sahəsində tikilmiş saxlanc yerinin qapısında olan qıfılı açaraq, oradan 1 ədəd dəyəri 100 manat olan laqonda, 1 ədəd 250 manat dəyərində beton deşən dəzgah, 1 ədəd 100 manat dəyərində drel, 1 ədəd dəyəri 50 manat olan plastik yapışdıran ütü, 1 ədəd dəyəri 30 manat olan vint açan dəzgahı oğurlamaqla ümumilikdə 530 manat maddi ziyan vurmuşdur. Hava küləkli olduğu üçün səs-küydən hər hansı şəxsin evə daxil olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 şahid Fərqanə Məmmədovanın ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1276 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün N 56” dairəvi möhür əksi, « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri və s. yazılar imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,214 qram çəkidə qəhvəyi rəngli maddə kustra üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,164 qram - 0,05 qram narkotik vasitə heroin tədqiqata sərf edilmişdir). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, 2679 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi həmin Məcəllənin 177.1-ci maddəsinə tövsif olunaraq Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilib, CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 09 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat təmin edilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Şübhəli şəxsi tutma haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə keçirilmiş baxış qeydə alınan bir ədəd SD disk cinayət işinə əlavə edilmiş, qalıq çəkisi 0,164 qram narkotik vasitə olan heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılmışdır. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən həmin bir ədəd şəffaf rəngli selofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq, götürülməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən poçt vasitəsi ilə teleqram vuraraq, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, Təqsirləndirilən şəxs оğlunnun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, onun narkotik vasitələr aludəçisi olduğunu və bu mənada cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzanın ona tərbiyəedici və xəbərdaredici təsir göstərməyəcəyini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,164 qram narkotik vasitə olan heroin məhv edilməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,164 qram narkotik vasitə olan heroin məhv edilsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X5 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar