Məhkəmə qərarları › İş №1(012)-580/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-580/2020

24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-580/2020 24.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 4, keçid 2, ev 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 02 iyul 2020-ci il tarixdə saat 17 radələrində avtomobil idarə etmək üçün “BC” kateqoriyalı AD 307161 seriya nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Opel Astra» markalı **-GE-*** qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsi daxilindən keçən Qobu- Lökbatan avtomobil yolu ilə 60 km/saat sürətlə hərəkətdə olarkən “Qobu-Park” yaşayış kompleksindən yaxınlığndan keçən hissəsində olan avtobus dayanacağının qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə idarə etdiyi nəqliyyat vasitəsini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli olduğu halda bunu etməyərək, həmin vaxtı yolu sağdan sola keçən piyada 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs avtomobilin qabaq sol tərəfi ilə vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan sonuncunun koma halı ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin sol gicgah payında epidural qansızma (sərt qışanın altına qanın toplanması), pnevmosefaliya (kəllə boşluğuna havanın toplanması), sol gicgah sümüyünün xətti sınığı; sol tərəfli otohemolikvoriya (orta qulağa qanın və likvorun toplanması), sol diz oynağının bağlarının zədələnməsi, başın təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası; üz və alın nahiyələrinin əzilməsi və sıyrıqları, döş qəfəsinin sol yarısının əzilməsindən ibarət dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobil idarə etmək üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. “Opel Astra” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid2 Müşfiq oğluna məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Avtomobil ilə taksi sürücüsü kimi fəlaiyyət göstərir. xx.xx.2020-ci il tarixdə əməkdaşlıq etdiyi “*2111” taksi sifariş xidmətindən Lökbatan qəsəbəsində yerləşən 233 saylı orta məktəbin yaxınlığından Qobu qəsəbəsinə sifariş qəbul etmişdir. Müştərini götürüb Abşeron rayonu, Qobu qəsəbəsinə gətirib ünvana çatdırmışdır. Təxminən saat 17 radələrində Abşeron rayonu, Qobu qəsəbəsindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Abşeron rayonu Qobu qəsəbəsində yerləşən Kərpic zavoda təxminən 200 metr Lökbatan qəsəbəsi istiqamətində 50-60 km/saat sürəti ilə hərəkətdə olarkən avtobus dayanacağının qarşısında yolun sağ hissəsindən yolu heçmək istəyən piyadanı görmüşdür. Həmin vaxtı əyləcə basanda avtomobilin sol tərəfi piyada sonradan adının bildiyi Zərərçəkmiş şəxs dəymişdir. Dərhal avtomobili saxlayıb həmin piyadanı avtomobilə qoyaraq X1 xəstəxanasına oradan isə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparmışdır. Orada həkimlər Teymura ilk tibbi yardım göstərmişlər. Vuduğu piyadanın mülicə xərclərindən təxminən 2000 manatını ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 4 mənzil 4 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu Qobu qəsəbəsi X.Rza küçəsində valideyinləri ilə birlikdə yaşayır. Azərbaycan Texniki üniversitetinin 3-cü kursunda təhsil alır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində qohumu Şahid1 yola salmaq üçün Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu- Lökbatan yoluna çıxmışdır.Həmin vaxtı Leylanı 140 saylı marşurut avtobusuna mindirdikdən sonra yolu keçib evlərinə getmək istəyərkən bu zaman Abşeron rayonu, Qobu qəsəbəsi istiqamətindən gələn “Opel Astara” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. Sonradan sürücü və Leyla onu götürərək Lökbatan qəsəbəsində yerləşən X1 xəstəxanasına oradan isə Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 3 saylı xəstəxanaya aprmışlar. Sonradan bilmişdir ki, onu avtomobil ilə vuran sürücü Təqsirləndirilən şəxsdur. Həmin hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ona lazımi maddi köməklik göstərilmişdir. Onunla barışdığından Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 6 mənzil 16 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda valideyinləri ilə birlikdə yaşayır. “Azərsun Holdinqin” tərkibində olan “Bazar Store” mağazasında kassir vəzifəsində işləyir. Zərərçəkmiş şəxs onun xalası oğludr. xx.xx.2020-ci il tarixdə Teymurgilin yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən evlərinə qonaq getmişdir. Həmin günü saat təxminən 17 radələrində Teymur onu Abşeron rayonu, Qobu qəsəbəsi daxilindən keçən Qobu-Lökbatan yoluna gətirmişdir. Həmin vaxtı Teymurla birlikdə yolu keçmişdir. Teymur onu 140 saylı marşurut avtobusuna mindirdikdən sonra yolu keçib evlərinə getmək istəyərkən bu zaman Abşeron rayonu, Qobu istiqamətindən gələn “Opel Astra” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə gələrək Teymuru vurmuşdur. O da bunu gördükdən sonra dərhal avtobusdan düşmüşdür. Həmin sonradan adının Vasif kimi bildiyi şəxs başqa avtomobil saxlayıb Teymuru onunla birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən X1 xəstəxanasına, oradan isə Bakı şəhəri Sabunçu rayonunda yerləşən 3 saylı şəhər xəstəxanasına aparmışdır. Həkimlər Teymura ilk tibbi yardım göstərmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 Müşfiq oğlu ifadəsində göstərmişdir ki, ünvan 7 7 ünvanında qeydiyyatda olmaqla faktiki olaeaq ünvan 86, mənzil 8 ünvanında valideyinləri ilə birlikdə yaşayır. Dövlət Sosial Müdafiə Fondunun göndərişi ilə “Azəriqaz” İstehsalat birliyində Çilingər vəzifəsində işləyir. “Opel Astra” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsudur. Həmin avtomobili etibarnamə ilə idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Vasif ona zəng vuraraq Abşeron rayonu, Qobu qəsəbəsində avtomobil ilə piyada Zərərçəkmiş şəxs vurduğunu nəticədə piyadanın xəsarət aldığını bildirmişdir.O da bundan sonra avtomobilə baxanda avtomobilin alın şüşəsinin sınıq olduğunu görmüşdür. Həmin hadisə nəticəsində ona heç bir ziyan dəyməmişdir. Bununla əlaqədar onun heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx xxxx 2020-ci il tarixli 2/9908 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02 iyul 2020-ci il tarixdə avtomobili idarə edərəkən ayıq vəziyyətdə olmuşdur. Abşeron RPİ-nin DYPŞ-nin xx.xx.2020-ci il tarixli 525 saylı məktubundan görünür ki, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Massiv 4, keçid 2, ev 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə AD 307161 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilnərək, CM-in 70-ci maddəsinə əsasən 6 il 11 ay 9 gün azadlıqdan məhrum etmə cəzasına 2 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum edilmişdir. Abşeron Rayon Məhkəməsinə Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyinə görə onun təqsirləndirilən şəxsə qarşı şikayəti və maddi tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinə Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs ona qarşı şikayəti və maddi tələbi olmadığına görə barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2020-ci il tarixli 1709 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində məhkəmə tibbi və kliniki müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-koma halı ilə müşayiət olunan baş beyinin ağır dərəcəli əzilməsi, baş beyinin sol gicgah payında epidural qansızma (sərt qışanın altına qanın toplanması), pnevmosefaliya (kəllə boşluğuna havanın toplanması), sol gicgah sümüyünün xətti sınığı; sol tərəfli otohemolikvoriya (orta qulağa qanın və likvorun toplanması), sol diz oynağının bağlarının zədələnməsi, başın təpə-ənsə nahiyyəsinin əzilmiş-cırılmış yarası;üz və alın nahiyələrinin əzilməsi və sıyrıqları, döş qəfəsinin sol yarısının əzilməsi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər;qərarda qeyd olunan müddətdə və zərərçəkəninin göstərdiyi şəraitdə yəni xx.xx.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə həyat üçün təhlükəsi olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş üzrə keçirilmiş yol-nəqliyyat hadisələri eksperizasının xx xxxxxxxx 2020-ci il tarixli 8/1261 saylı rəyindən görünür ki, Opel Astara markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə istintaqının sonunda dövlət ittihamçısı öz çıxışında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə maddi köməklik etdiyinə və onunla barışdığına görə onun cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verilməsini, eyni zamanda təqsirləndirilən şəxsin inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün aidiyyəti materialların aidiyyəti prokurorluq orqanına göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1-1 və ya 263.1-1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 305.2-ci maddəsin əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalı, əməlinin inzibati məsuliyyətə səbəb olmasının araşdırılması üçün qərar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorluğuna göndərilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri xitam olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəlik bürosunun müdafiəçisi Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 321.1, 321.2, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri xitam olunsun. İş üzrə 100 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olubolmamasını araşdırıb, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq materialların və qərarın surəti aidiyatı üzrə Abşeron rayon prokurorluğuna göndərilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəlik bürosunun müdafiəçisi Müdafiəçi 30 saat göstərdiyi hüquqi yardıma görə 180 manat məbləğində pul Xırdlan şəhər vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar