Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-580/2022 11.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdaıan Şəhər Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Şəki rayonu, Kömdələn kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq massivi M.İbrahimov küçəsi, ev- 15 qeydiyyatda olan və həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bacısı Şahid2 sonuncu ilə qonşulquda yaşayan Şahid3 arasında uzun müddətli münaqişələrin aradan qaldırılması üçün söhbət etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə arvadı Şahid1 ilə birlikdə bacısı Şahid2 Şəmmşəddin qızının ünvan 1 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə gəlmiş, həmin gün saat 21 radələrində söhbət etmək üçün Şahid1 və bacısı Şahid2 ilə birlikdə onun yaşadığı ünvan 2 ünvanında yerləşən evinin qapısını təpiklə döyəcləməyə başlamış, qapını açan kimi Zərərçəkmiş şəxs qarşısında görərək qapının məhs onun tərəfindən təpiklənməsini güman edərək yumruqla sonuncunun burun nahiyyəsindən qəsdən vuraraq, ona “burun nahiyəsinin burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi”ndən ibarət qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini qismən etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə onunla arasında ədavət və ya qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs bacısı Şahid2 Şəmmşəddin qızı onunla qonşuluqda yaşayır. Eyni zamanda həyat yoldaşı Şahid3 qonşuları Mehribanın mərhum əri Anarın xalasıdır. Yəni Mehriban onun baldızının gəlinidir. Mehribanla münasibətləri normal olmuşdur. Lakin, həyat yoldaşı Şahid3 ilə Şahid2 arasında münaqişəli vəziyyət mövcud olub. xx.xx.2022-ci il tarixdə saat 21:26-da yaşadığı evdə televizora baxarkən həyətqapısının təpiklənərək döyülməsini və bayırdan kiminsə “nə durmusunuz, gəlin qancığı tutub bayıra çıxardaq” sözlərini deməsini eşitmiş, tələsik evin qapısını açmış, qapını açan kimi Zərərçəkmiş şəxs qapının qarşısında dayandığını görüb əsəbi halda onu əli ilə kənara itələmişdir. Həmin vaxt qızı Şahid4 və baldızı oğlu Şahid5 onu içəri aparmışlar. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində qapımı təpiklə döyəcləməsinə görə əsəsbiləşib əli ilə Zərərçəkmiş şəxs itələmiş, həmin vaxt əlinin sonuncunun burnuna dəyməsi nəticəsində Ədil xəsarət almış, qeyd olunan hadisə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qapısının qarşısında baş vermişdir. Hadisə təxminən 1 (bir) dəqiqə müddətində davam etmiş, Zərərçəkmiş şəxs arvadı Şahid1, bacısı Şahid2, öz qızı Şahid4, baldızı oğlu Şahid5 və həyat yoldaşı Şahid3 yaxınlıqda olmuşlar. xx.xx.2022-ci il tarixdə saat 21:26-da yaşadığı evdə televizora baxarkən həyət qapısının təpiklənərək döyülməsini və bayırdan kiminsə “nə durmusunuz, gəlin qancığı tutub bayıra çıxardaq” sözlərini eşitdiyi üçün tələsik evin qapısını açan kimi Zərərçəkmiş şəxs qapının qarşısında dayandığını görüb əsəbi halda sonuncunu əli ilə kənara itələmiş, Zərərçəkmiş şəxs xəsarət yetirməsində başqa bir səbəb olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Əmirov X6 rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, döngə-2, nömrəsiz fərdi yaşayış evində yaşayan bacısı Şahid2 Şəmmşəddin qızı ilə qonşuluqda yaşayır. Qonşu kimi uzun müddətdir ki, Təqsirləndirilən şəxs arvadı Şahid3 ilə onun bacısı Şahid2 arasında münaqişəli vəziyyət mövcuddur. Eyni zamanda Şahid3 bacısı Mehribanın mərhum əri Anarın xalasıdır. X10 arasında uzun müddətli münaqişələr olmasını, mütəmadi olaraq İradənin bacısını hədələməsini eşitdiyi üçün məsələyə aydınlıq gətirmək və onları barışdırmaq üçün xx.xx.2022-ci il tarixdə yaşadığı Ağstafa rayonu, Aşağı Kəsəmən kəndindən Abşeron rayonu Xırdalan şəhərinə bacısının evinə gəlmişdir. Həmin gün saat 21 radələrində İradənin yaşadığı evin həyətyanı qapısını döymüşlər. Lakin, qapını açan omamış, bundan 30 dəqiqə sonra bir daha həmin qapını yenə döyüb onlardan kiminsə bayıra çıxmasını gözləmişlər. Gözləmədiyi halda Təqsirləndirilən şəxs qapını açıb heç bir söz demədən birbaşa yumruqla onun burnuna zərbə vurmuşdur. Zərbənin təsirindən ani vəziyyətdə özünü itirmiş, özünü toparlayanda isə burnundan qan gəldiyini görmüş, Təqsirləndirilən şəxs isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. İlham Mahmudovun arvadı Şahid3 İlhamı aralayıb evə aparmış, o da bacısının evinə getmişdir. Təqsirləndirilən şəxs konkret olaraq qapısını döydüyü üçün onu döymüşdür. Əslində qapını döyməkdə məqsədi sonuncu ilə söhbət edib məsələni aydınlaşdırmaq və tərəfləri barışdırmaq olmuşdur. Təqsirləndirilən şəxs gözləmədiyi halda burnuna yumruqla bir dəfə zərbə vurmuş, hadisə ünvan 1 ünvanında yerləşən və Təqsirləndirilən şəxs məxsus olan evin qapısının qarşısında baş vermişdir. Hadisə təxminən 2-3 dəqiqə müddətində davam etmiş, həmin vaxt arvadı Şahid1, bacısı Şahid2, Dinar adlı şəxs, Təqsirləndirilən şəxs arvadı Şahid3 və sonuncuların qızları yaxınlıqda olmuşlar. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir. Zərərçəkmiş şəxs barəsində şikayət etdiyi Əmirov X6 rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, döngə- 2, nömrəsiz fərdi yaşayış evində yaşayan baldızı Şahid2 Şəmmşəddin qızı ilə qonşuluqda yaşayır. Qonşu kimi uzun müddətdir ki, Təqsirləndirilən şəxs arvadı Şahid3 ilə baldızı Şahid2 arasında münaqişəli vəziyyət mövcuddur. Eyni zamanda Şahid3 baldızı Mehribanın mərhum əri Anarın xalasıdır. Ədil, onların arasında uzun müddətli münaqişələr olmasını, mütəmadi olaraq İradənin baldızı Mehribanı hədələməsini eşitdiyi üçün məsələyə aydınlıq gətirmək və onları barışdırmaq üçün xx.xx.2022-ci il tarixdə yaşadıqları Ağstafa rayonu, Aşağı Kəsəmən kəndindən Abşeron rayonu Xırdalan şəhərinə baldızının evinə gəlmişdir. Həmin gün saat 21 radələrində İradənin yaşadığı evin qapısını döymüşlər. Lakin, qapını açan olmamışdır. Bundan 30 dəqiqə sonra baldızı Mehribanla onların evinin qarşısına getmişlər və Mehriban onların qapısını döymüşdür. Gözləmədiyi halda Təqsirləndirilən şəxs qapını açıb heç bir söz demədən birbaşa əri Zərərçəkmiş şəxs üzərinə gedib yumruqla burnuna zərbə vurmuşdur. Bundan sonra Mehribanın üstünə gəlmək istədikdə Dinar onu tutub saxlamış, İlhamın arvadı Şahid3 evə gedib plastik borunu götürərək onların üstünə hücum eləmiş, baldızı Şahid2 da DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Şahid1 həmçinin ifadəsində Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs hücum edib gözləmədiyi halda yumruqla bir dəfə burnuna zərbə vuraraq sonuncuya xəsarət yetirdiyini, hadisənin ünvan 1 ünvanda baş verdiyini, təxminən 2-3 dəqiqə müddətində davam etdiyini, baldızı Şahid2 Şəmmşəddin qızının, Mehribanın qaynı Şahid5, İlhamın arvadı Şahid3 və İlhamın qızı Şahid4 yaxınlıqda olduqlarını, hadisə zamanı heç kimin Təqsirləndirilən şəxs hər hansı formada xəsarət və ya fiziki ağrı yetirmədiyni, münaqişə zamanı səs-küy, yüksək səslə qışıqırıq, həmçinin kənar şəxslərin hadisə yerinə yığılması faktları olmasa da İradə və İlhamın onları orada söydüklərini, heç kimlə aralarında hər hansı ədavət, yaxud düşmənçilik olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Əmirov X6 rayonu Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, M.İbrahimov küçəsi, döngə- 2-də onunla qonşuluqda yaşayır. Eyni zamanda Şahid3 onun mərhum əri X4 xalasıdır. Qonşu kimi uzun müddətdir ki, Təqsirləndirilən şəxs arvadı Şahid3 ilə aralarında münaqişəli vəziyyət mövcuddur. Belə ki, Anarın vəfatından sonra qaynanası X3 və sonuncunun bacısı Şahid3 Anarla birgə nikah dövründə tikdirdiyi evdən özlərinə pay və ya qarşılığında onlara 15000 (on beş min) manat məbləğində pul verməyini tələb edirlər. O da həmin şəxslərin tələblərini yerinə yetirməkdən imtina etdikdə isə onun üstünə gəlib münaqişə yaradırlar. Qardaşı Zərərçəkmiş şəxs bunu bildikdə xx.xx.2022-ci il tarixdə yaşadığı Ağstafa rayonu, Aşağı Kəsəmən kəndindən Abşeron rayonu Xırdalan şəhərinə onun yaşadığı evə gəlmiş, onunla söhbət etdikdən sonra Əmirovların evlərinin qarşısına gedib İradənin əri Təqsirləndirilən şəxsla söhbət etmək istəmişdir. Bu məqsədlə də həmin gün saat 21 radələrində qardaşı Zərərçəkmiş şəxs arvadı Şahid1 ilə birlikdə İradənin yaşadığı evin qarşısına gedib qapını döymüşlər. Lakin, qapını açan olmamışdır. Bundan 30 dəqiqə sonra onunla birlikdə həmin evə getmişlər. Bu dəfə qapını biraz möhkəm döymüş, həmin vaxt qardaşı Ədil onun qolundan tutub qapını möhkəm döyməməyi tapşırmış, gözləmədiyi halda Təqsirləndirilən şəxs qapını açıb heç bir söz demədən birbaşa qardaşı Zərərçəkmiş şəxs üzərinə gedib yumruqla burnuna zərbə vurmuşdur. Bundan sonra onun üstünə gəlmək istədikdə Dinar İlhamı tutub saxlamış, İlhamin aravadı Şahid3 da evə gedib plastik borunu götürərək üstünə gəlmiş, o da Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Şahid2 həmçinin ifadəsində Təqsirləndirilən şəxs konkret olaraq qapılarını döydüyü üçün qardaşı Zərərçəkmiş şəxs döydüyünü, Təqsirləndirilən şəxs münaqişə zamanı yaşadığı evin qapısını açıb qardaşı Zərərçəkmiş şəxs hücum edib gözləmədiyi halda yumruqla bir dəfə burnuna zərbə vurduğunu, hadisənin ünvan 1 ünvanda baş verdiyini, təxminən 2-3 dəqiqə müddətində davam etdiyini, yaxınlıqda qardaşı arvadı Şahid1, qaynı Şahid5 və İlhamın arvadı Şahid3 yaxınlıqda olduqlarını, mübahisə zamanı nə özünün, nə də qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hər hansı formada xəsarət və ya fiziki ağrı yetirmədiyini, münaqişə zamanı səs-küy, yüksək səslə qışıqırıq, həmçinin kənar şəxslərin hadisə yerinə yığılması faktları olmasa da İradə və İlhamın onları söydüklərini, heç kimlə aralarında hər hansı ədavət, yaxud düşmənçilik olmadığını, sadəcə Təqsirləndirilən şəxsla aralarında inciklik və sonuncunun arvadı Şahid3 ilə aralarında münaqişələr olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər, ədavət və ya qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs bacısı Şahid2 onunla qonşuluqda yaşayır. Eyni zamanda Mehriban onun mərhum bacısı oğlu Anarın arvadı olmuşdur. Onunla əvvəllər münasibətləri normal olub. Lakin, Anarın vəfatından sonra bacısı X2 ev məsələsinə görə Mehribanla aralarında mülki mübahisələr olmuşdur. Mehriban isə həmin mübahisələrin səbəbkarının o, olduğunu hesab edərək onunla münaqişələ edir, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində evlərinin qapısı döyüldü. Pəncərədən baxdıqda Mehribanın qardaşı Zərərçəkmiş şəxs və sonuncunun arvadı Şahid1 qapını döydüklərini görmüş, lakin, onlarla danışmaq istəmədiyi üçün qapını açmamışdır. Təxminən, 30 dəqiqə sonra Mehriban da onlarla birlikdə yaşadıqları evin qapısı qarşısına gəlib qardaşı Ədil ilə birlikdə qapını təpikləməyə, nalayiq ifadələr işlətməyə və küçə söyüşləri söyməyə başlamış, həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs da səsləri eşidib nə baş verməsi ilə maraqlandıqda o, məsələyə qarışmamağı xahiş eləmişdir. Lakin, Mehriban bayır tərəfdən “nə durmusunuz, gəlin qancığı tutub bayıra çıxardaq” sözlərini dedikdə İlham da özünü saxlaya bilməyib tələsik evin qapısını açmış, qapını açan kimi Zərərçəkmiş şəxs qapının qarşısında dayandığını görüb əsəbi halda onu əli ilə kənara itələmiş, həmin vaxt özü və qızı Şahid4 əri İlhamı tutub sakitləşdirmişlər. Şahid3 həmçinin ifadəsində əri Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində qapını təpiklə döyəcləməsinə görə əsəbləşib əli ilə Zərərçəkmiş şəxs itələdiyini, həmin vaxt İlhamın əlinin onun burnuna dəyməsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasını düşündüyünü, qeyd olunan hadisənin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin qapısının qarşısında baş verdiyini, hadisələrin təxminən 1 dəqiqə müddətində davam etdiyini, yaxınlıqda Zərərçəkmiş şəxs arvadı Şahid1, bacısı Şahid2, qızı Şahid4 və bacısı oğlu Şahid5 yaxınlıqda olduqlarını, münaqişə zamanı səs-küy, yüksək səslə qışıqırıq, söyüş söyülməsi və kənar şəxslərinn narahat edilməsi faktları baş vermədiyini, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlərə yol verilmədiyini, heç kimlə aralarında hər hansı ədavət, yaxud düşmənçilik olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər, ədavət və ya qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs bacısı Şahid2 onlarla qonşuluqda yaşayır. Eyni zamanda Mehriban onun mərhum xalası oğlu Anarın arvadı olmuşdur. Onunla əvvəllər münasibətləri normal olub. Lakin, Anarın vəfatından sonra xalası X5 ilə ev məsələsinə görə Mehriban arasında mülki mübahisələr olmuşdur. Mehriban isə həmin mübahisələrin səbəbkarının anası Şahid3 olduğunu hesab edərək münaqişələr yaradır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində yaşadıqları evin qapısı döyülmüş, pəncərədən baxdıqda Mehribanın qardaşı Zərərçəkmiş şəxs və sonuncunun arvadı Şahid1 qapını döydüklərini görmüş, lakin, onlarla danışmaq istəmədiyi üçün qapını açmamışdır. Təxminən, 30 dəqiqə sonra Mehriban da onlarla birlikdə yaşadıqları evin qapısı qarşısına gəlib qardaşı Ədil ilə birlikdə qapılarını təpikləməyə, nalayiq ifadələr işlətməyə və küçə söyüşləri söyməyə başlamış, həmin vaxt atası Təqsirləndirilən şəxs da səsləri eşidib nə baş verməsi ilə maraqlanarkən Mehriban bayır tərəfdən “nə durmusunuz, gəlin qancığı tutub bayıra çıxardaq” sözlərini demişdir. Atası Təqsirləndirilən şəxs da özünü saxlaya bilməyib tələsik evin qapısını açmış, qapını açan kimi Zərərçəkmiş şəxs qapının qarşısında dayandığını görüb əsəbi halda onu əli ilə kənara itələmiş, həmin vaxt anası Şahid3 ilə birlikdə atası Təqsirləndirilən şəxs saxlayıb sakitləşdirmişlər. Nübar Əhmədova həmçinin ifadəsində atası Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində qapını təpiklə döyəcləməsinə görə əsəsbləşib əli ilə Zərərçəkmiş şəxs itələdiyini, həmin vaxt atası Təqsirləndirilən şəxs əlinin Zərərçəkmiş şəxs burnuna dəyməsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasını düşündüyünü, qeyd olunan hadisənin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin qapısının qarşısında baş verdiyini, hadisələrin təxminən 1 dəqiqə müddətində davam etdiyini, yaxınlıqda Zərərçəkmiş şəxs arvadı Şahid1, bacısı Şahid2, anası Şahid3 və xalası oğlu Şahid5 yaxınlıqda olduqlarını, münaqişə zamanı səs-küy, yüksək səslə qışıqırıq, söyüş söyülməsi və kənar şəxslərinn narahat edilməsi faktları baş vermədiyini, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlərə yol verilmədiyini, heç kimlə aralarında hər hansı ədavət, yaxud düşmənçilik olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə arasında şəxsi münasibətlər, ədavət və ya qərəzli münasibət olmamışdır. Zərərçəkmiş şəxs bacısı Şahid2 onunla qonşuluqda yaşayır. Eyni zamanda Mehriban onun mərhum qardaşı Anarın arvadı olmuşdur. Onunla əvvəllər münasibətləri normal olub. Lakin, Anarın vəfatından sonra anası X5 ilə ev məsələsinə görə Mehriban arasında mülki mübahisələr olmuşdur. Mehriban isə həmin mübahisələrin səbəbkarının xalası Şahid3 olduğunu hesab edərək münaqişələr yaradır. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs arvadı Şahid1 ilə birlikdə yaşadıqları məhəllədə, konkret olaraq xalası Şahid3 ailəsi ilə birlikdə yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərinin qarşısında olduqlarını görmüş, onlarla görüşdükdə Zərərçəkmiş şəxs ona xalasıgilin qapısını döydüyünü, lakin qapını heç kimin açmadığını, xalası və onun ailəsi ilə söhbət etmək istədiyini bildirmişdir. O da Zərərçəkmiş şəxs və Şahid1 öz yaşadıqları evə dəvət eləmişdir. Öz yaşadığı evdə Ədilin bacısı Şahid2 ilə anası Nüşabə Əhmədova və xalası Şahid3 arasında olan mübahisələr barədə söhbət eləmişlər. O da Nərgiz və Zərərçəkmiş şəxslara mərhum qardaşı Anarın Əhmədovun ölümündən əvvəlki bir- iki ay ərzində xəstə olduğu dövrdə Mehribanın qardaşına diqqət yetirməməsi, qardaşının söz-söhbət olmasın deyə həmin ərəfələrdə həkim müayinəsinə getməməsi və onlardan biraz uzaqlaşması, Mehribanın əsassız olaraq münaqişələr yaratması, onun yaşadığı evə dair oratada olan mülki iddialar barəsində söhbət etmişdir. Həmin ərəfələrdə anası Nüşabə Mahmudova da yanlarına gəlib söhbətə qoşulduqda Zərərçəkmiş şəxs arvadı Şahid1 bir qədər mübahisəyə meylli və aqressiv danışdığı üçün söhbəti yekunlaşdırmış və birlikdə bayıra çıxmışlar. Yolda söhbət edərkən Şahid2 haradansa yanlarına gəlmiş, nalayiq ifadələr işlətməklə səs-küy salmağa başlamış, Mehribana özünün münaqişələrə səbəb olduğu halda xalası haqqında nalayiq ifadələr səsləndirməsinə görə irad bildirmiş, Mehriban isə sakitləşməyib əksinə “nə durmusunuz, gəlin qancığı tutub bayıra çıxardaq” sözlərini deyib xalasının yaşadığı evin qapısını təpikləməyə başlamışdır. Zərərçəkmiş şəxs və arvadı Şahid1 da qapının qarşısına getdikdə o, Mehribanı kənara çəkmiş, həmin ərəfədə xalası Şahid3 yaşadığı evin qapısı açılmış və həyat yoldaşı Təqsirləndirilən şəxs bayıra çıxıb Zərərçəkmiş şəxs qarşısında gördükdə onu əli ilə itələyib özündən kənarlaşdırmışdır. Həmin vaxt onlara yaxınlaşıb ayırmağa çalışmış, onunla birlikdə xalası Şahid3 və xalası qızı Şahid4 Təqsirləndirilən şəxs qarşısına keçib münaqişənin böyüməsinin qarşısını alıb onu içəri aparmışlar. Şahid5 həmçinin ifadəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində qapını təpiklə döyəcləməsinə görə əsəsbləşib əli ilə Zərərçəkmiş şəxs itələdiyini, həmin vaxt Təqsirləndirilən şəxs əlinin Zərərçəkmiş şəxs burnuna dəyməsi nəticəsində Zərərçəkmiş şəxs xəsarət almasını düşündüyünü, qeyd olunan hadisənin xalas Şahid3 ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evlərinin qapısının qarşısında baş verdiyini, hadisələrin təxminən 1 dəqiqə müddətində davam etdiyini, yaxınlıqda ifadəsində göstərdiyi şəxslərdən başqa heç kimin olmadığını, münaqişə zamanı səs-küy, yüksək səslə qışıqırıq, söyüş söyülməsi və kənar şəxslərinn narahat edilməsi faktları baş vermədiyini, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən hərəkətlərə yol verilmədiyini, heç kimlə aralarında hər hansı ədavət, yaxud düşmənçilik olmadığını, əksinə, hər iksinə həmişə hörmətlə yanaşdığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin xx.xx.2022-ci il tarixli 2011 nömrəli rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - burun nahiyəsinin burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan qançır-şişkinliyi küt əşyanın təsirindən törənmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə insan bədəninin hissələrinin (əl, baş və.s) təsirindən əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə irəli sürülmüş yekun protokolda qeyd edilən əməl üzrə özünü qismən təqsirli bilməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Belə ki, təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxsi vurmadığını bildirsə də ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin üzləşdirilməsi zamanı zərərçəkmiş şəxs onun dediklərini təkzib edərək, Təqsirləndirilən şəxs gözləmədiyi halda onun burnuna yumruqla bir dəfə zərbə vurduğunu təqsirləndirilən şəxsin üzünə qarşı deyərək onu ifşa etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 140.0.1-ci maddəsinə əsasən bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspert rəyi ilə müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2011 nömrəli rəyi ilə Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsi, həmin xəsarətlərin bərk küt əşya(əşyalar) təsirindən, insan bədəninin hissələrinin (əl, baş və.s) təsirindən və eyni zamanda davadalaş nəticəsində nəticəsində əmələ gələ bilməsi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsinə də tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəyi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmədə, Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.3-cü bəndində törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması tövsiyə olunmuşdur. Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat miqdarında cərimə edilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmün icrası Sumqayıt Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs müdafiəçinin məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi 30 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına 180 manat məbləğdə pul köçürülsün. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-580/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-580/2022
11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver