Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-580/2024 19.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Abşeron rayonunun Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6, RPİ ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyət ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs “brend_mebellerim_” səhifəsində bəyəndiyi mebel dəstini 10 gün müddətində düzəldib çatdıracağını yalandan vəd verib inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs öz istifadəsində olan 4169-388-5347-2458 nömrəli kart hesabını göndərərək həmin karta beh atmasını istəmiş, sonuncu da onun göndərdiyi kart hesabına xx.xx.2023-cü il tarixdə 555 manat, 10.11,2023-cü il tarixdə isə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən “Araz” marketdə olan ödəmə terminalı vasitəsi ilə 1200 manat pul göndərmiş, Təqsirləndirilən şəxs isə onun kart hesabına göndərilmiş ümumilikdə 1755 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, vədinə əməl etməyib, Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona məxsus olan “İnstagram” sosial şəbəkəsində “_brend mebellərim_” adlı səhifə işlətdiyi vaxt həmin səhifə vasitəsi ilə müxtəlif mebelləri reklam etmiş, mebellərin şəklini bəyənən müştərilər isə onunla həmin “İnstagram” sosial şəbəkəsində yerləşdirdiyi ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, müştərilərin bəyəndikləri mebeldən aslı olaraq beh götürürək, mebel ustasına göndərmişdir. Həmçinin onun şəxsiyyət vəsiqəsi olmadığından o, özünə kart hesabı açdıra bilməmişdir. Ona görə də bacısı Ülviyyənin razılığı ilə ona məxsus kartı ondan götürərərk həmin kartdan istifadə etmişdir. “İnstagram” sosial şəbəkəsində ona məxsus “_brend mebellərim’ adlı instagram səhifəsinə adı yadında qalmayan bir səhifədən bir nəfər şəxs mesaj yazaraq, mebel dəstinin qiymətini soruşmuşdur. O, həmin şəxsə səhifədə olan mobil nömrənin “Whatsapp” mobil tətbiqinə yazmasını demiş, həmin şəxs onun “Whatsapp” mobil tətbiqinə yazaraq, yenidən sosial şəbəkədə soruşduğu mebel dəstinin qiymətini soruşmuşdur. O, həmin mebel dəstinin qiymətinin 1850 manat olduğunu, lakin endirim ilə 1750 manata verə biləcəyini demiş və həmin şəxsə beh atmaq lazım olduğunu bildirərək göndərəcəyi kart hesabına 555 manat beh atmasını istəmişdir. Həmin şəxs də ona inanaraq, 25 oktyabr 2023-cü il tarixdə bacısı Ülviyyəyə məxsus ona işlətmək üçün verdiyi 4169-388-5347- 2458 kart hesabına 555 manat pul göndərmişdir. O, adını bilmədiyi müştəriyə mebelin 1 həftə uzağı 10 günə hazır olacağını demiş, lakin həmin vaxt pula ehdiyacı olduğu üçün sözügedən mebeli ustalara hazırlaması üçün sifariş etməmiş və əldə etdiyi 555 manat pulu şəxsi ehdiyacları üçün xərcləmişdir. Təxminən 15 gün sonra həmin müştəri ona zəng edərək, işlərin nə yerdə qaldığını soruşduqda o, mebelin təxminən 1 həftəyə hazır olacağını demişdir. Təxminən noyabr ayının 10-u ərəfələrində o, yenidən həmin şəxslə əlaqə saxlayaraq, mebeli göndərməyi üçün yerdə qalan 1200 manat pulu da göndərməsini demiş, həmin müştəri də etiraz etməyərək, 10 noyabr 2023-cü il tarixdə yenidən onun həmin kart hesabına 1200 manat pul göndərmişdir. Lakin onun pula yenidən ehdiyacı olduğu üçün 1200 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra müştəri ona dəfələrlə zəng etsə də, o, müştərinin zənglərinə cavab verməyib, nömrələrini əngəlləmişdir. O, Zərərçəkmiş şəxs mebel dəsti düzəltmək üçün hissə-hissə 555 və 1200 manat olmaqla, ümumilikdə 1755 manat pul almış, lakin həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, bu barədə nə bacısına, nə də hər hansısa ustaya məlumat verməmişdir. O, həmin pulları ələ keçirdikdən sonra öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxlə barışıq əldə etməsini, ona qarşı zərərçəkmiş şəxsin şikayətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, “İnstagram” sosial şəbəkəsində elanlara baxan zaman “Brend Mebellərim” səhifəsinə rast gəlmişdir. Həmin səhifəyə baxan zaman orada olan mebellərdən bəziləri onun xoşuna gəlmiş və o, həmin mebellərin şəkilini “screen” edərək telefonunun yaddaşında saxlamışdır. O, həmin mebel səhifəsində bir ədəd stol və 6 ədəd stul olan dəsti bəyənmişdir. Daha sonra həmin səhifəyə yığaraq bu mebellərin qiymətini öyrənməyə çalışmışdır. Həmin səhifənin sahibi ona ***-***-**-** saylı mobil nömrəni verərək həmin nömrə ilə əlaqə saxlamağını istəmişdir. O da həmin nömrənin “Vatsapp”ına yazaraq mebellərin qiymətini soruşmuşdur. Həmin vatsap nömrəsinin sahibi ona adının Ülviyyə Məmmədova olduğunu bildirmişdir. Ülviyyə adlı qadın ona həmin mebel dəstinin 1800 manat olduğunu demişdir. Həmin Ülviyyə adlı qadın ondan ilkin olaraq 555 manat beh atmağını istəmişdir. O da telefonunda olan mobil tətbiq vasitəsi ilə Ülviyyə Məmmədova adlı qadının ona göndərdiyi 4169-7388-5347-2458 saylı kart hesabına ilkin olaraq 555 manat beh göndərmişdir. Həmin qadın ona mebellərin təxminən 1 həftə və ya 10 gün müddətində hazır olacağını demişdir. Bundan sonra o, həmin şəxslə daimi olaraq telefon vasitəsi ilə əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu maraqlanmışdır. xx.xx.2023-cü il tarixdə o, həmin Ülviyyə adlı qadınla əlaqə saxlayaraq işlərin nə yerdə olduğunu soruşmuşdur. Ülviyyə də ona mebellərin hazır olduğunu, lakin anbardan çıxarılıb ünvana gətirilməsi üçün pul lazım olduğunu bildirmişdir. O da 10.11,2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən adını xatırlamadığı marketdən Ülviyyə adlı qadının ona göndərdiyi kart hesabına 1200 manat pul göndərmişdir. Daha sonra o, Ülviyyə adlı qadınla əlaqə saxlamaq istəyən zaman telefonlarına zəng çatmadığını görmüşdür. Daha sonra bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ülviyyə Məmmədova adlı qadına ona mebel düzəltməsi üçün xx.xx.2023-cü il tarixdə 555 manat və 10.11,2023-cü il tarixdə isə 1200 manat pul vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Şahid Cəfər qızı ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, hal-hazırda Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən “Nur” marketdə kassir kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs onun doğma bacısıdır. Bacısı da hal-hazırda Abşeron rayonu, Xırdalan şəhərində M.Ə.Rəsulzadə küçəsində kirayə şəkildə yaşayır. X5 şəhərində “Günay” mərasim evinin yaxınlığında yerləşən gözəllik salonunda fəaliyyət göstərir. Onun bacısı ilə münasibətləri normalıdır. Onun Xırdalan şəhəri, 27-ci məhəllədə yataqxanada olan evi bir otaqlı olduğundan X5 şəhərində digər bir mənzildə kirayə qalır və onlarla qalmır. Bacısə Ülkər “İnstagram” sosial şəbəkəsində “brend_mebellərim”_” səhifəsini işlədir. Həmin səhifədə mebellərin reklamı ilə məşğul olur. Bacısı həmin səhifə vasitəsi ilə müştəri toplayaraq mebel düzəltmək üçün ustaya verir. Usta da bacısının göndərdiyi mebelləri düzəldərək müştəriyə təhvil verir. Bacısı Ülkər təxminən 3 ay bundan öncə onunla danışan zaman özünə məxsus bank kartının itdiyini, buna görə də ondan istifadəsində olan “Kapital Bank” aid birbank kartını istəmişdir. O da nə üçün istədiyini soruşan zaman ona “İnstagram” sosial şəbəkəsində olan səhifəsindən müştərilər beh atmaq üçün kart istədiyini, lakin kartı olmadığından beh ata bilmədiklərini demişdir. O da bacısı Ülkərə öz istifadəsində olan “Kapital Bank”a adi olan 4169-388-5347-2458 nömrəli debit kartını vermişdir. O, bacısına kartı verən zaman həmin kart hesabında pul olmamışdır. O, həmin kartı bacısına verərəkən hər müştərilər mebel atan zaman beh atarkən və ya mebeli almaq üçün pul ödəyərkən pul atdıqları zaman onun telefonuna bildiriş gəlmişdir. Lakin o, həmin kartı artıq bacısına verdiyindən demək olar ki, həmin bildirişlərə heç vaxt baxmamışdır. Onun həmin karta nə qədər pul mədaxil və ya məxaric olduğundan da xəbəri olmamışdır. O, sadəcə bacısı Ülkərə həmin özümə məxsus kartı işlətmək üçün vermişdir. Həmin kart vasitəsi ilə bacının kimdən nə qədər beh aldığı və ya nə qədər pul aldığını bilməmişdir. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin əməkdaşları onun işlədiyi Hökməli qəsəbəsində yerləşən “Nur” marketə daxil olaraq ona məxsus “Kapital Bank”a aid olan 4169-388-5347-2458 nömrəli debit kartı vasitəsi ilə Zərərçəkmiş şəxs 1755 manat pulunun ələ keçirilməsi barədə məlumat verdikdən sonra onun bacısı Ülkərin törətdiyi əməldən xəbəri olmuşdur. O, bacısı Təqsirləndirilən şəxs öz istifadəsində olan “Kapital Bank” a adi olan 4169-388-5347-2458 nömrəli debit kartını istifadə etməsi üçün təxminən 3 ay bundan öncə vermişdir. Onun bacısının törətdiyi əməllərdən xəbəri olmamışdır. Özünə məxsus “Kapital Bank”a aid 4169-388-5347- 2458 nömrəli debit kartını sadəcə istifadə etmək üçün bacısı Ülkərə vermişdir. Onun Ülkərin törətdiyi əməllərdən heç bir xəbəri olmamışdır. Onun telefonuna mütəmadi olaraq mədaxil və məxaric olması barədə mesajlar daxil olsa da, o, həmin mesajları sadəcə bacısının mebel alıb satan zaman müştərilər tərəfindən göndərilən pullar olduğunu bilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, iclasda iştirak edə bilməyəcəyini, Təqsirləndirilən şəxs ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması, icraata qəbul edilməsi və zərərçəkmiş şəxs qismində tanınma haqqında” barədə 13 dekabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin tərkib əlamətləri olduğundan faktla görə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edimiş, eyni tarixli qərarla X3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” 14 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, eyni tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçikməklə, Abşeron RPİ-nin MSY-dən azad edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, Abşeron RPİnin MSY-dən azad edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 15 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - "xxxx" ASC tərəfindən təqdim olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məxsus 416973******2458 nömrəli kartdan xx.xx.2023-cü il tarixdə adı qeyd edilməyən hesabdan həmin karta 555 manat, xx.xx.2023-cü il tarixdə isə 1200 manat pul köçürülmüşdür. Bundan başqa sonuncu edilən 1200 manat ödənişin “əməliyyatın aparılması üçün əsas və ünvan” hissəsindən müəyyən edilir ki, həmin ödəniş 10 noyabr 2023-cü il tarixdə həyata keçirilmişdir. - “Sübutların qiymətləndirilməsi” 02 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, "xxxx"ASC tərəfindən verilmiş çıxarış və digər istintaq hərəkəti protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. - -Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanı tam şəkildə ödəməsini, heç bir şikayət və tələbinin olmadığını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. - Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, cinayət əməli nəticəsində dəymiş zərəri tam ödəyərək, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona qarşı şikayətinin olmadığını bildirmişdir. Barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, lakin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4- cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 37.4-cü maddəsinin tələblərinə görə həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər Beləliklə, məhkəmə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsi və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasına dair iş materiallarında olan yazılı ərizəsini, təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair yazılı razılığını, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Kapitalbank ASC”-yə aid 416973******2458 nömrəli hesab kartının surəti cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat məbləğində vəsait müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaitinin hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus “Kapitalbank ASC”-yə aid 416973******2458 nömrəli hesab kartının surəti cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə zamanı 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №1(012)-580/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-580/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver