Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-580/2025 05.12.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, İbrahimli Leyla Zaur qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X2, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Gəncə şəhəri, Nizami rayonu, X6 küçəsi, Döngə 1, ev 19 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə işə açıq audio və video yazı aparılmaqla məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 dekabr 2024-cü ildə gecə saatlarında yaşadığı ünvan 3 ünvanında qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ilə yemək yeyib alkoqollu içki qəbul etməklə «yüngül» dərəcəli alkoqol sərxoşluğu vəziyyətinə düşərkən həmin gecə saat 05 radələrində eyni, yəni «yüngül» dərəcəli alkoqol sərxoşluğunda vəziyyətində olmaqla ona intim münasibətdə olmaq istədiyini bildirən Zərərçəkmiş şəxs etiraz edərək irad bildirərkən həmin vaxtı tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla əlaqədar mübahisə baş verdikdə o həmin mübahisə əsnasında həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əvvəlcə əlləri ilə sonuncunun boğaz nahiyəsindən tutub dırnaq nahiyələri ilə boğazından sıxıb əlləri ilə sonuncunu sinəsindən itələdikdə Zərərçəkmiş şəxs kürək (bel) nahiyəsinin stula dəyməsinə səbəb olmuş, ardınca masanın üzərindəki boş şüşəni (araq şüşəsini) əlinə götürüb həmin şüşəni onu sakitləşdirməklə irad bildirən Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən vuraraq Zərərçəkmiş şəxs başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyunun sağ yan səthinin sıyrıqları, sağ bel nahiyəsinin qançırları ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş yekun protokol üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs onun qeyri-rəsmi münasibətdə olduğu şəxsdir. Hazırda subay olsa da, əvvəlki nikahından 2 azyaşlı övladı var. Təxminən 3 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi münasibətdə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən nömrəsiz fərdi yaşayış evində kirayədə yaşayır. Tez-tez Zərərçəkmiş şəxslə aralarında sözlə mübahisələri olur. Sonuncu dəfə 20 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxslə kirayə yaşadığı evdə birlikdə yemək yeyib bir qədər spirtli içki qəbul etmiş, xx.xx.2024-cü il tarixdə saat 05 radələrində yerinə uzanıb yatmaq istəyən zaman Fəxrəddin ona yaxınlaşaraq cinsi əlaqədə olmaq istədiyini bildirərkən ona bu istəyinə o, etiraz etmişdir. Bu səbəbdən həmin vaxt aralarında mübahisə yaranmışdır. O, əli ilə Fəxrəddinin boğaz nahiyəsindən tutub dırnağıyla onun boğazının sağ nahiyəsinə xəsarət yetirmiş, Fəxrəddin üstünə gələn zaman əli ilə onun sinəsindən tutub kənara itələmişdir. Həmin vaxt Fəxrəddinin belinin sağ nahiyəsi stula dəymişdir. Mübahisə davam edərkən Fəxrəddin onu təhqir etdiyi üçün o, yemək yedikləri masanın üzərində olan boş araq şüşəsini götürüb Fəxrəddinin başına vuraraq xəsarət yetirmişdir. Boş araq şüşəsi zərbədən sınaraq yerə dağılmışdır. Fəxrəddin yerə yıxıldıqdan sonra o evdən çıxıb getmişdir. Sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində Abşeron RPİnə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş hadisə zamanı Fəxrəddinin onu vurmadığını və heç bir xəsarət yetirmədiyini, mübahisə zamanı səs-küy yaranmadığını və yanlarında başqa şəxsin olmadığını, mübahisənin 10 dəqiqə davam etdiyini göstərmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda subay olsa da, əvvəlki nikahından 1 azyaşlı övladı var. Təxminən 3 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində kirayədə yaşayır. Tez-tez Təqsirləndirilən şəxs ilə aralarında sözlə münaqişələri olur. Sonuncu dəfə 20 dekabr 2024-cü il tarixdə saat 23 radələrində Samirə ilə kirayə yaşadığı evdə birlikdə yemək yeyib bir qədər alkoqol spirtli içki qəbul etmiş, xx.xx.2024-cü il tarixdə gecə saat 05 radələrində Təqsirləndirilən şəxs yerinə uzanıb yatan zaman o, Samirəyə yaxınlaşaraq ona cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Samirə isə ona etiraz edən zaman aralarında mübahisə yaranmışdır. Samirə ayağa qalxaraq əli ilə onun boğaz nahiyəsindən tutub dırnağı ilə sıxaraq xəsarət yetirmiş, həmin vaxt onun üstünə gedib sakitləşdirmək istəyən zaman Samirə əli ilə sinəsindən tutub itələmiş və onun belinin sağ nahiyəsi stula dəyərək xəsarət almışdır. Mübahisə davam edən zaman Samirə yemək yedikləri masanın üstündə olan boş araq şüşəsini götürüb onun üzərinə gələrək həmin şüşə ilə başına vurmuşdur. Həmin vaxt boş araq şüşəsi zərbədən sınaraq yerə dağılmışdır. Zərbənin təsirindən yerə yıxıldıqdan sonra Samirə evdən çıxıb getmişdir. O, da buna görə Təqsirləndirilən şəxs barəsində Abşeron RPİ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş hadisə zamanı Samirəni vurmadığını və ona heç bir bədən xəsarəti yetirmədiyini, həmin vaxt yanlarında başqa şəxsin olmadığını, səs-küy yaranmadığını, mübahisənin təxminən 10 dəqiqə davam etdiyini göstərmişdir. Sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 2943 nömrəli rəyindən görünür ki, 1988ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – başın sol təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyunun sağ yan səthinin sıyrıqları, sağ bel nahiyəsinin qançırlarıküt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətə vəşəraitdə, yəni xx.xx.2024-cü il tarixdə dava-dalaş zamanı şüşə butulka ilə baş nahiyəsinə endirilmiş zərbə təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 yanvar 2020-ci il tarixli, 1(043)-40/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci madəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(043)-40/2020 nömrəli qərarı ilə xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/71269 nömrəli tibbi müayinə protokolundan görünür ki, Zərərçəkmiş şəxs «yüngül» dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2024-cü il tarixli 2/71270 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs «yüngül» dərəcəli alkoqol sərxoşluğu vəziyyəti aşkar edilmişdir. Təqsirləndirilən şəxs X3 barəsində məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə axtarış elan edimişdir. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli tutma protokolundan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs oğlu tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində sadələşdirilmiş icraat materialı üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, birgə yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkənlə barışıq əldə etməsi müəyyən edilmişdir. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin cəzanın anlayışını və məqsədini müəyyən edən 41-ci maddəsinə görə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44-cü maddəinə əsasən cərimə cəzası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Təqsirləndirilən şəxs barəsində 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən cərimə növündə cəza və xüsusi müsadirə növündə cinayət-hüquqi tədbiri isə hökmü çıxaran məhkəmənin, həmçinin məhkumun işlədiyi və ya onun əmlakının olduğu yerin icra məmuru tərəfindən icra edilir. Həmin Məcəllənin 15-1-ci maddəsinə əsasən cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslərə probasiya nəzarəti tətbiq edilir. Cərimə cəzasının icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, maddi sübut yoxdur; şikayət vermiş şəxs məhkəməyədək icraat və məhkəmə iclası zamanı mülki iddia verməmişdir, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 1000 (min) manat məbləğində cərimə cəzası təyin edilsin. Cəzanın icrasına nəzarət Gəncə şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, müvafiq olaraq 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-580/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-580/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver