Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-581/2023 13.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Abşeron rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Abşeron rayonu Novxanı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Bakı şəhər Qaradağ rayonu, Lökbatan qəsəbəsi, mədən 1 inzibati binada qeydiyyatda olan və Abşeron rayon Novxanı kəndi, Qurbanov küçəsi, ev 14-də yaşayan, barəsində başqa cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi ıstehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, daşıma və saxlama və binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı 1) daxil edilmiş, bir ədəd siqaretin gümüşü rəngli kağınıza bükülmüş, təmiz çəkisi 0,845 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 30 manat müqabilində qanunsuz əldə edib Abşeron rayonu Novxanı kəndi Qurbanov küçəsinə daşıyaraq üzərində saxlamış, 08 fevral 2023-cü il tarixdə saat 18 radələrində Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Novxanı kəndində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb Abşeron RPİ-nin X3 gətirilmiş, üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin 0,845 qram çəkidə narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində tamah niyyəti ilə, özgənin əmlakını talama məqsədilə Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən, yenitikilən iki mərtəbəli fərdi yaşayış evinin həyətinə, oradan da pəcərənin altında olan yerdən zirzəminin giriş hissəsini sökmək yolu ilə binaya qanunsuz daxil olmaqla oradan ümumi dəyəri 600 (altı yüz) manat, hər birinin qiyməti 200(iki yüz) manat olan 3 (üç) top, 100 (yüz) metr uzunluğunda, 6 mm qalınlığında elektrik naqillərini və 300 (üç yüz) manat dəyərində elektrik yuvaları, elektrik açarları, elektrik paylayıcılardan ibarət elektrik ləvazimatlarını, bundan başqa xx.xx.2023-cü il tarixdə saat 15:30 radələrində yenə qeyd edilən üsulla həmin binaya qanunsuz daxil olmaqla evin zirzəmisindən və ikinci mərtəbəsindən 100(yüz) manat dəyərində elektrik naqillərini divardan sökərək, həmçinin zirzəmidə olan qaynaq aparatının 250 (iki yüz əlli) manat dəyərində mis dolağını və elektrik naqilini kəsərək vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1250 (min iki yüz əlli) manat məbləğdə ziyan vurmaqla oğurluq etmişdir.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri aşağıdakı mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci və 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstədi ki, oğurluqla bağlı ziyanın məbləği ilə razı deyildir,belə də hər iki hadisəni törətmişdir. İşin materiallarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1 -ci və177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o,əvvəllər bir neçə dəfə oğurluq və qanunsuz olaraq narkotik vasitələr əldə etmə, daşıma və saxlama cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə, Abşeron rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021ci ildə Qaradağ rayon məhkəməsinin qərarı ilə 02 ay 02 gün vaxtdından əvvəl şərti azad olunmuşdur. xx.xx.2023-cü ildə, səhər saat 08 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 30 (otuz) manat qarşılığında 1 (bir) bükümdə narkotik vasitə olan heroin almışdır. Həmin gün, saat 18 radələrində Abşeron rayon Novxanı kəndində piyada gedərkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq Polis əməkdaşları olduqlarını bildirib onu Abşeron RPİ-nin X3 dəvət etmişlər. O, polis əməkdaşlarına narkotik vasitə istifadəçisi olduğunu etiraf edərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında ona hüquqları izah edilərək üzərinə şəxsi axtarış keçirilməsinin zəruriliyi izah edilmişdir. Ərizəsi əsasında dəvət edilmiş vəkillə onların arasında konfidensial görüş təmin edildikdən sonra video-çəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bır əşya, maddə və ya predmet olub-olmaması barədə soruşulduqda o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroini çıxarıb təqdim edərək həmin narkotik vasitəni həmin gün, səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində tanımadığı şəxsdən 30 (otuz) manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş narkotik vasitə polis əməkdaşları tərəfindən kağız zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa,xx.xx.2023-cü ildə, saat 13 radələrində Novxanı kəndində yeni məhəllədə tullantı toplayarkən, şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs məxsus yeni tikilmiş evin hasarına çıxaraq həyətə baxmış, orada heç kimin olmadığına əmin olduqdan sonra həyətə düşüb pəncərənin altında olan giriş qapısını təpiklə vurub açaraq evə daxil olmuşdur. Evin içərisində olan 3 (üç) top 100 (yüz) metr uzunluğunda elektrik naqillərini, elektrik yuvalarını, elektrik açarlarını, elektrik paylayıcılardan ibarət elektrik ləvazimatlarını oğurlayıb yaxınlıqda olan zibillikdə yandırmaqla əridib içərisindəki mis materiallarını götürüb Abşeron rayon Novxanı qəsəbəsində səyyar formada metal qəbul edən şəxsə 106 manata satmışdır. 18.03.2023- cü ildə həmin yerdə qalan digər əşyaları da oğurlamaq məqsədi ilə yenə həmin evə getmiş, saat 15:30 radələrində yenə hasara çıxıb ətrafı müşahidə etdikdən sonra orada heç kimin olmadığına əmin olduqdan sonra həyətə düşüb pəncərənin alt hissəsindən evə daxil olaraq divarlara çəkilmiş elektrik naqillərini və bir ədəd qaynaq aparatının naqilini özü ilə apardığı kəlbətinlə kəsib apardığı torbaya yığaraq evdən çıxmış və bir qədər aralıda olan zibillikdə həmin naqilləri əridib mis hissəsini çıxararaq dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “QAZ-24” markalı avtomobil ilə həmin ərazidə səyyar formada metal qəbul edən şəxsə 16 manata satmışdır. İtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü ildə, saat 21-dək Abşeron rayonu Novxanı qəsəbəsində tikdirdiyi fərdi yaşayış evində müəyyən təmir işləri gördükdən sonra yaşadığı evə getmişdir. xx.xx.2023-cü ildə, saat 21 radələrində həmin evə gəldikdə pəncərənin açıq olduğunu və evin zirzəmisindən 3 (üç) top 100 (yüz) metr uzunluğunda, 6 mm qalınlığında elektrik naqillərinin və az müddət əvvəl 300 (üç yüz) manata aldığı elektrik yuvalarının, elektrik açarlarının və elektrik paylayıcılardan ibarət elektrik ləvazimatlarının oğurlandığını görüb polisə məlumat vermişdir. Həmin vaxtdan sonra xx.xx.2023-cü il tarixədək həmin evə getməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində təmir işlərini davam etdirmək üçün həmin evə getdikdə yenə pəncərənin açıq olduğunu, zirzəmidən və evin ikici mərtəbəsində divarlara çəkilmiş ümumilikdə 100 (yüz) manat dəyərində elektrik naqillərinin divardan söküldüyünü, həmçinin zirzəmidə olan qaynaq aparatının mis dolağının və elektrik naqilinin kəsilərək oğurlandığını görüb Abşeron rayon polis idarəsinin X3 ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1250 (min iki yüz əlli) manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Abşeron rayon Polis İdarəsinin Saray polis bölməsində cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 fevral 2023-cü il tarixdə Abşeron rayonu Novxanı kəndi K.Qurbanov küçəsi ev 14-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, saxlaması və üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvü, polis nəfəri Şahid2la birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlayaraq polis bölməsinə dəvət etmişlər. Saray polis bölməsinin inzibati binasında təhqıqatçı Elməddin Əsgərov və müdafiəçi Gülnar Mirzəm ə m məd ovanın iştirakı ilə video-çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Baxış başlanmazdan əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet olub-olmamasi barədə soruşulduqda o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni çıxarıb təqdim edərək bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir və həmin narkotik vasitəni səhər saatlarında Sumqayıt şəhər Corat qəsəbəsində tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə etmişdir. Aşkar edilərək götürülmüş həmin narkotik vasitə kağız zərfə qablaşdırılaraq üzəri möhürlənmişdir. Sonra bu bərədə protokol tərtib edilmiş və həmin protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 6/782 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi və “...Əliyev-imza...İştirak etdilər-3 imza,Tərtib etdi: E.Əsgərov - imza” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdəki təmiz çəkisi - 0,845 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxş tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1216 nömrəli eksprt rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq materiallarına əlavə edilmiş, bir ədəd CD diskdə 1 ədəd qovluqdakı görüntüyə məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs, 08 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində DİN-nin Abşeron RPİ-nin Saray polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb bölmənin inzibati binasına gətirilmiş və saat 18:45 radələrindən saat 18:54 radələrindək olan müddət ərzində üstünə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən üzərinə baxış keçirilmiş hər hansı əşya və predmet tapılmamışdır.ş materiallarına əlavə edilmiş 19 fevral 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus tikili Novxanı kəndi yaşayış massivində yerləşir. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs 14 fevral 2023-cü il və 18 fevral 2023-cü il tarixdə oğurlanmış elektrik naqillərinin və qaynaq aparatının mis dolağının yerini göstərmişdir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair əşyalar götürülməmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 10 mart 2023-cü il tarixli protokoldan və əlavə olunan fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş, ifadənin yerində yoxlanılması zamanı o, əli ilə Zərərçəkmiş şəxs məxsus evin həyətyanı sahəsini əhatə edən hasarı göstərərək həmin hasardan aşmaqla həyətə daxil olduğunu, oradan evin pəncərəsinin altında olan giriş hissədən əvvəlcə evin zirzəmisinə daxil olub zirzəmidən bütün otaqlara getdiyini, 14 fevral 2023-cü il tarixdə, saat 13:00 radələrində 3 (üç) top 100 (yüz) metr uzunluğunda elektrik naqillərini, elektrik yuvalarını, elektrik açarlarını və elektrik paylayıcılardan ibarət əşyaları, eləcə də 18 fevral 2023-cü il tarixdə, saat 15:30 radələrində həmin evin zirzəmisindən və ikinci mərtəbəsindən 50 metr uzunluğunda elektrik naqillərini divardan sökərək, həmçinin zirzəmidə olan qaynaq aparatının mis dolağını və elektrik naqilini kəsərək oğurladığını, hər iki dəfədə pəncərədən bayıra çıxdığını, hasardan aşaraq getdiyini, həmin yerdən bir qədər aralıda yerləşən zibillikdə oğurladığı əşyaları yandırmaqla əridib əldə etdiyi mis metalıərintilərini “QAZ- 24” markalı avtomobillə səyyari şəkildə metal qəbul edən şəxsə satdığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi özünün qismən etirafı ilə yanaşı, bunu tamamlayan şahidin məhkəmə iclasında verdiyi ifadəsi,zərərçəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur.Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi özünü müdafiə xarakteri kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Əliyev X1 rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli hökmü ilə CM-nin 234.1 maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 30.07. 2021-ci il tarixli Qərarına əsasən 02 ay 02 gün vaxtından əvvəl şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. AR CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Odur ki, AR CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayəti məhkumluq dövründə törətdiyindən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Belə olan halda isə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi müəyyən olunur. Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olması isə onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını ağırlaşdıran halın olmasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tarixində şübhəli şəxs qismində tutulmuş,10.02 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir İşdə olan Abşeron rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli Qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ciddi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmaçılıq hissi keçirməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalı, CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilməli və qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan 0.845 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan naromaniyada məcburi müalicə olunmalıdır. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan iki) manat manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona 02 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3 maddəsinə əsasən təyin edilmiş qəti cəzadan tutulduğu 02 gün çıxılsın və üzərində 03 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 13 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli Qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslərə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Müdafiəçi Abşeron rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına ona ödənilsin. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-581/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-581/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver