Məhkəmə qərarları › İş №1(012)-582/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-582/2021

02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-582/2021 02.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X2 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsi, ev 84-də qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, S.Bəhlulzadə küçəsində yerləşən 84 nömrəli fərdi yaşayış evinin qarşısında tanışı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnindəki yəni, Şahmurazın Məmmədovun aldığı geyim əşyasının ödənişini etməməsi, eləcə də Zərərçəkmiş şəxs geyim əşyasının ödənişini tələb etmək məqsədilə icazəsiz olaraq Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olması səbəbindən yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsindən vuraraq ona sağ göz qapaqlarının və sağ-gözaltı almacıq nahiyəsinin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi, sol göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır şişkinliyi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə döymüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 3-4 ay müddətdir tanıyır. Yaşadığı evin yaxınlığında bərbər işləyir. Aydın isə taksi fəaliyyəti ilə məşğul olur. Aydınla aralarında olan tanışlıq da sonuncunun onu taksi kimi bir neçə dəfə müxtəlif yerlərə aparması zamanı yaranmışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində Aydın və tanışı Əkbər adlı şəxslə birlikdə olan zaman Aydın ona Ruslan adlı şəxsdən özünə paltar alacağını demiş və Xırdalan şəhəri, "AAAF-Park" yaşayış kompleksi yaxınlığına getmələrini təklif etmiş, o, Aydına etiraz etməmiş və Aydınla birlikdə deyilən yerə getmiş, Aydın avtomobildən düşmüş və bir qədər sonra əlində bir neçə paltarla geri qayıtmış, o, Aydının əlində olan paltarları görüb bəyənmiş və almaq istədiyini demiş, bundan sonra onlar birlikdə Ruslanın yaşadığı evə getmiş, o, orada özünə 20 manat dəyərində, Əkbər isə 50 manat dəyərində nisyə köynəklə idman paltarı almış, həmçinin Ruslanla gündəlik olaraq 10 manat məbləğində ödəniş etməyə razılaşmış, lakin imkanı olmadığından paltarın ödənişini edə bilməmişdir. 12.10.2021 -ci il tarixdə saat 11 radələrində yaşadığı evin həyətinə çıxan zaman Aydının evin həyətində olduğunu görmüş, Aydından nə üçün icazəsiz həyətə daxil olduğunu soruşmuş, həmçinin evin həyətindən çölə çıxmasını demiş, Aydın evin həyətindən çölə çıxmış, o özü də Aydının arxasınca evin qarşısına çıxmış və Aydından nə üçün gəldiyini soruşmuş, Aydın paltar aldığı Ruslan adlı şəxsin onun evinə gələrək pulu və ya paltarı tələb etdiyini demiş, o, Ruslan adlı şəxsin nə üçün onunla əlaqə saxlamadığını və Aydının evinə getdiyini soruşmuş, Aydın onun yanında Ruslanla telefon vasitəsilə əlaqə saxlamış və kənara çəkilib telefonla danışmış, Aydın telefonla danışdıqdan sonra ona yaxınlaşmış, o, özü də Ruslanla telefon vasitəsilə əlaqə saxlamaq istəmiş, lakin Aydın üstünə gələrək onun Ruslana zəng etməsinə imkan verməmiş, bu səbəbdən aralarında mübahisə yaranmış, o, mübahisə zamanı yumruqla iki dəfə Aydının sifət nahiyəsindən zərbə vurmuş, daha sonra isə yaşadığı evdən Ruslandan aldığı idman paltarını gətirib Aydına qaytarmış, həmçinin iş yerinin yanma getməsini, oradan da Ruslanın yanma gedəcəklərini demiş, Aydın bundan sonra çıxıb getmiş, lakin onunla əlaqə saxlamamış, sonradan Aydının onun barəsində şikayət etməsindən məlumatı olmuşdur. O, 12.10.2021-ci il tarixdə saat 11 radələrində yaşadığı evin qarşısında mübahisə zamanı yumruqla iki dəfə Aydının sifət nahiyəsindən zərbə vurmuş, aralarındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmiş, həmin zaman orada onun yanında işləyən İlqar adlı şəxs olmuş, mübahisənin yaranma səbəbi Aydının icazəsiz onun yaşadığı evin həyətinə daxil olması və yalandan Ruslanın adından istifadə edərək aldığı paltarın pulunu tələb etməsi olmuş, Aydınla aralarında olan mübahisə zamanı səs-küy yaranmamış, oraya kənardan heç kəsin yaxınlaşmamış və Aydın mübahisə zamanı ona müqavimət göstərməmişdir. Sonda təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3-4 ay müddətdir tanıyır. Belə ki, Şahmurazla tanışlığı sonuncunun uzun müddətdir tanıdığı dayısı Elcana görə yaranmış, bundan sonra da Şahmurazla aralarında münasibət yaranmışdır. Təxminən 1 ay bundan əvvəl Şahmurazla birlikdə olan zaman sonuncu ona pulu olmadığını və köynək almaqda köməklik göstərməsini xahiş etmiş, o da etiraz etməyərək Şahmurazı Xırdalan şəhəri, "AAAF-Park" yaşayış kompleksi yaxınlığında yerləşən həmişə özünə paltar aldığı Ruslan adlı şəxsin yanma aparmış, Şahmuraz oradan özünə və Əkbər adlı tanışma ümumilikdə 70 manat məbləğində nisyə köynəklə idman dəsti almış, həmçinin Ruslan onu tanıdığına görə gündəlik olaraq 10 manat məbləğində ödəniş etməyə razılaşmışlar. Lakin bir neçə gün keçdikdən sonra Ruslan onunla telefon vasitəsilə əlaqə saxlayaraq Şahmurazın aldığı paltara görə heç bir ödəniş etmədiyini bildirmiş, o, Şahmuraza bu barədə bildirsə də sonuncu hər dəfə ona ödəniş edəcəyini demiş, buna baxmayaraq heç bir ödəniş etməmişdir. O, buna görə 12.10.2021 -ci il tarixdə əvvəlcə Şahmurazın Əkbər adlı tanışının yanma gedib Şahmurazın aldığı paltarı geri almış, saat 11 radələrində isə Şahmurazın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Bəhlulzadə küçəsində yerləşən evinə getmiş və Şahmurazdan ödəniş etmədiyi üçün aldığı köynəyi geri verməsini tələb etmiş, Şahmuraz isə köynəyi verməyəcəyini demiş, bu səbəbdən aralarında mübahisə yaranmış, mübahisə zamanı Şahmuraz yumruqla 2-3 dəfə onun sifət nahiyəsinə zərbə vurmuş, o, zərbənin təsirindən özünü itirmiş, Şahmuraz bundan sonra gedib köynəyi gətirib ona qaytarmış, həmçinin həmin zaman da yumruqla onun sifət nahiyəsinə zərbə vurmuş, bundan sonra orada olan Şahmurazla birlikdə işləyən tanımadığı şəxs onları aralaşdırmış, o, oradan uzaqlaşmış, sonradan isə Şahmuraz barəsində şikayət etmək qərarına gəlmişdir. Şahmuraz 12.10.2021 -ci il tarixdə saat 11 radələrində yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində yerləşən evinin qarşısında mübahisə zamanı yumruqla bir neçə dəfə sifət nahiyəsinə zərbələr vurmaqla onu döymüş, mübahisə təxminən 20 dəqiqə davam etmiş, həmin zaman orada Şahmurazla birlikdə işləyən tanımadığı şəxs olmuş, mübahisənin yaranma səbəbi Şahmurazın ona görə nisyə olaraq aldığı köynəyin ödənişini etməməsi və həmin köynəyi geri qaytarmaq istəməməsi olmuş, mübahisə zamanı səs-küy yaranmamış və oraya kənardan yaxınlaşan olmamış, mübahisə zamanı Şahmurazı vurmamış və mübahisə zamanı ona heç bir maddi ziyan dəyməmişdir. Sonda zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş,ibtidai istintaq zamanı qanuni nümayəndənin iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşma çatmayan Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, 1 ay müddətdir Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində bərbər işləyən Təqsirləndirilən şəxs yanında işi öyrənir. Aydın da bir neçə dəfə onun işlədiyi salona gəlmişdir. 12.10.2021-ci il tarixdə saat 11 radələrində işdə olan zaman Aydın oraya gəlmiş və ondan Şahmurazın yaşadığı evin yerini bilib-bilmədiyini soruşmuş, o, Aydına Şahmurazın yaşadığı evin yerini dəqiq bilmədiyini, lakin yaşadığı küçəni tanıdığını demiş, Aydın ona həmin küçəni göstərməsini demiş, o da Aydınla birlikdə gedərək Şahmurazın yaşadığı küçəni göstərmiş, Aydın Şahmurazın yaşadığı evi dəqiq öyrəndikdən sonra qapını döymədən evin həyətinə daxil olmuş, bir qədər sonra Aydınla Şahmuraz evin qarşısına çıxmış, orada Aydın telefonla danışmağa başlamış, Aydın danışıb qurtardıqdan sonra Şahmuraz da öz mobil telefonu ilə Aydının danışdığı şəxsə zəng etmək istəmiş, lakin Aydın Şahmurazın zəng etməsinə imkan verməmiş, bu səbəbdən onlar arasında mübahisə yaranmış, Aydın qışqıra-qışqıra danışdığından Şahmuraz Aydına sakit şəkildə danışmasını demiş, lakin Aydın danışıq tonunun bu cür olduğunu bildirmiş, bu zaman Şahmuraz yumruqla bir-iki dəfə Aydının sifət nahiyəsindən zərbə vurmuş, o da onları aralaşdırmağa çalışmış, bundan sonra onlar sakitləşmiş, o isə işlədiyi salona getmiş, sonradan Aydının şikayət etməsindən məlumatı olmuşdur. Şahmurazla Aydın arasında baş vermiş mübahisənin şahidi olmuş, belə ki, Şahmurazın 12.10.2021 -ci il tarixdə saat 11 radələrində öz yaşadığı evin qarşısında mübahisə zamanı yumruqla bir-iki dəfə Aydının sifət nahiyəsindən zərbə vurmuş, mübahisə təxminən 10 dəqiqə davam etmiş, həmin zaman orada özündən başqa heç kəs olmamış, mübahisə zamanı səs-küy yaranmamış və kənardan heç kəs yaxınlaşmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir. Həmin Qərarın: 1.12-ci və 1.16-cı bəndlərinə əsasən qadınlar və öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud birinci və ya ikinci dərəcə əlil övladı olan şəxslər, o cümlədən bu Qərarın qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); 9.1-ci bəndinə əsasən məhkəmələr- icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). 23.5-ci hissəsinə əsasən Amnistiya məhkəmələr tərəfindən müvafiq hallarda Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi bir ilədək müddət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 22.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur, Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər müəyyən edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; iş üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş müdafiəçi X3 Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar