Məhkəmə qərarları › İş №1(012)-582/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-582/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-582/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, ünvan 1 ünvanında qеydiyyаtdа оlan və Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Alahverdiyev küçəsi, nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Azərbaycan Kağız və Karbon İstesalatı kombinatında operator vəzifəsində işləyən Zərərçəkmiş şəxs rəhbərliyə iş yerlərinin dəyişdirilməsi ilə bağlı müraciət etməsi üstündə baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs baş nahiyəsinə yumruqla vuraraq retroqrad amneziya (yaddaşın qısa müddətli itirilməsi) ilə müşayiət olunan sağ gicgah və təpə nahiyəsini əhatə edən sahənin dərialtı hematoması, alt çənənin qançırı ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, o, Azərbaycan Kağız və Kardon İstehsalatı kombinatında operator vəzifəsində işləyir. Zərərçəkmiş şəxs da işlədiyi müəssisəsindən tanıyır. Bir neçə ay əvvəl Elməddin ona yaxınlaşaraq iş yerilərini dəyişdirməyi ona təklif etmiş, o da bir müddət fikirləşdikdən sonra onun təklifi ilə razılaşmış və müəssisənin rəhbərliyi onların iş yerlərini dəyişdirmişdir. Həmin vaxtdan sonra o, Elməddinin işlədiyi emalatxanada, Elməddin isə onun işlədiyi emalatxanada operator vəzifəsində işləmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Elməddin təkrar olaraq ona heç bir məlumat vermədən müəssisənin rəhbərliyinə təkidlə müraciət etmiş və iş yerinin yenidən köhnə iş yeri ilə əvəz olunmasına nail olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində o, növbəni təhvil almaq üçün işlədiyi müəssisəyə gəlmişdir. Müəssisədəki paltar dəyişmə otağına daxil olduqda Elməddini görüb ona yaxınlaşaraq nə üçün ona xəbər vermədən müəssisənin rəhbərliyinə iş yerlərinin dəyişdirilməsi barədə müraciət etdiyini soruşub iradını bildirdikdə Elməddin onu söyüb təhqir etmişdir. O, Elməddinin təhqirlərindən əsəbləşib onun baş nahiyəsindən bir dəfə yumruqla zərbə vurmuş və zərbənin təsirindən Elməddin yerə yıxılmışdır. Daha sonra Elməddin ayağa qalxdıqda ona etdiyi hərəkətin düz olmadığını söyləmişdir. Elməddin isə ona heç bir söz demədən otaqdan çıxıb getmişdir. Aralarındakı münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən səmimi peşmandır və işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun iş yoldaşıdır. O, Azərbaycan Kağız və Kardon İstehsalatı kombinatında operator vəzifəsində işləyir. Bir neçə ay əvvəl işlədiyi müəssisənin rəhbərliyi Elnurla onun işlədiyi sexlər üzrə vəzifələri saxlanılmaqla iş yerlərini dəyişdirmişdir. Bu dəyişiklik onun razılığı olmadan aparılsa da, o, bir neçə ay həmin işdə çalışmışdır. Daha sonra o, yeni işinin çətin olduğunu görüb əvvəlki iş yerinə qayıtmaq istəməyi barədə müəssisənin rəhbərliyinə müraciət etmişdir. Müəssisə rəhbərliyi də onun istəyini nəzərə alıb əvvəlki iş yerinə qaytarmışdır. Bu səbəbdən də Elnurla aralarında olan münasibətlər pozulmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində o, iş saatının bitməsi səbəbindən paltar dəyişmək üçün nəzərdə tutulmuş otağa keçmiş və orada Elnurla qarşılaşmışdır. Enur ondan nə üçün iş yerinin dəyişdirilməsi barədə rəhbərliyə ondan xəbərsiz müraciət etdiyini soruşmuş, o da əvvəlki iş yerinin onu qane etdiyini və maaşının artırılmaması səbəbindən köhnə iş yerinə qayıtmaq istədiyi üçün rəhbərliyə müraciət etdiyini bildirmişdir. Elnur isə istənilən halda ona xəbərdarlıq etməli olduğunu bildirib onunla mübahisə etməyə başlamışdır. O, mübahisənin böyüməməsi üçün Elnurun dediklərinə fikir verməyərək paltarını dəyişməyə başlamışdır. Bu zaman Elnur arxasının ona tərəf olduğunu görüb bir dəfə yumruqla onun baş nahiyəsinə zərbə vurmuşdur. Zərbənin təsirindən o, huşunu itirib yerə yıxılmışdır. Özünə gəldikdən sonra isə otaqdan çıxmışdır. Lakin özünü yaxşı hiss etmədiyi üçün iş yoldaşı Şahid onu evə aparmışdır. Evdə olarkən səhhətinin pişləşdiyini görüb xəstəxanaya getmişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Aralarındakı münaqişə təxminən 10 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Azərbaycan Kağız və Kardon İstehsalatı kombinatında operator vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanıyır. Onlarla heç bir ədavəti və ya qərəzli münasibəti yoxdur. xx.xx.2022-ci il tarixdə saat 15:08 radələrində o işlədiyi müəssisədə Elməddinlə rastlaşmışdır. Onun vəziyyətinin normal olmadığını görüb nə baş verdiyini soruşmuşdur. Elməddin isə Təqsirləndirilən şəxsla aralarında iş yerlərinin dəyişdirilməsi səbəbindən müəssisənin geyinib-soyunma otağında mübahisə düşdüyünü, mübahisə zamanı Elnurun yumruqla onun baş nahiyəsindən vurub xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra ona evə qədər yoldaşlıq etməyi təklif etmiş və onunla birlikdə piyada yaşadığı evə qədər getmişdir. Yol boyu isə o özünü narahat hiss etdiyi üçün onunla aralarında heç bir əlavə danışıq olmamışdır. Yaşadığı evə Elməddini ötürdükdən sonra o da öz evinə getmişdir. Onlar arasında davadalaşın şahidi olmadığını, hadisə zamanı onların yanında kimlərin olduğunu bilmədiyini, hadisə barədə əlavə heç bir məlumatı olmadığını, hadisədən sonra isə Elnurdan və ya başqa birindən hadisə barədə heç bir söz soruşmadığını götərmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA Birliyi" publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixdə verdiyi 1993 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - retroqrad amneziya (yaddaşın qısa müddətli itirilməsi) ilə müşayiət olunan sağ gicgah və təpə nahiyəsini əhatə edən sahənin dərialtı hematoması, alt çənənin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən, eləcə də kənar şəxs tərəfindən bərk küt əşya ilə vurulma nəticəsində yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinyət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təhqiqat zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar