Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-582/2025 14.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1997-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 10 radələrində, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, M.Hüseyn küçəsi, 63 saylı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ona növbəti dəfə ondan ayrı yaşamaq istəməsi fikri ilə bağlı fikirlər bildirməsindən əsəbiləşərək buna etiraz etdikdə tərəflər arasında həmin səbəbdən şəxsi münasibətlər zəmnində yaranmış narazılıqla əlaqədar mübahisə baş verərkən o həmin ünvanda, həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əvvəlcə ardıcıl əl, yumruq zərbələri ilə sonuncunun göz, qulaq, sifət, baş, əl, qol, bədəninin müxtəlif nahiyələrinə vurub ardınca əli ilə Zərərçəkmiş şəxs saçından tutub başını küt yerə (evin divarına) vurmaqla sonuncuya başın sağ alın nahiyəsini 1 (bir) ədəd, başın sol ənsə nahiyəsinin 1 (bir) ədəd hematomaları, sol alt və üst göz qapaqlarının, sol əlin üst səthinin qançırları ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə saat 10 radələrində, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Mehdi Hüseyn küçəsi, 63 saylı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ona növbəti dəfə ondan ayrı yaşamaq istəməsi fikri ilə bağlı fikirlər bildirməsindən əsəbiləşərək buna etiraz etdikdə onların arasında həmin səbəbdən şəxsi münasibətlər zəminində yaranmış narazılıqla əlaqədar mübahisə baş verərkən o həmin ünvanda, həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum etmiş, ona bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci il tarixdə saat 10 radələrində, yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, Mehdi Hüseyn küçəsi, 63 saylı evdə qeyri-rəsmi ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs onu döymüşdür. Bundan sonra bununla bağlı DİN-nin “102” xidmətinə zəng vurub məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş “MTE və PA ETT” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli, 163 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sağ alın nahiyəsinin 1 (bir) ədəd, başın sol ənsə nahiyəsinin 1 (bir) hematomaları, sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı sol gözün ağlı qişasına qansızma, sağ qulaq seyvanının, sol əlin üst səthinin qançırları küt əşyanın təsirindən törəmişdir –qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 22 yanvar 2025-ci il tarixdə dava-dalaş zamanı yumruq zərbələri təsirindən, eləcə də başının tinli bərk küt əşyaya vurulması nəticəsində əmələ gələ bilmələri mümkündür; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan DİN-nin BƏSİİ tərəfindən verilmiş 28 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs yazılı ərizə təqdim edərək cinayəti etiraf etdiyini, zərərçəkmiş şəxslə barışmasını, ona dəyən ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin məhkəmənin baxışı iclasında Zərərçəkmiş şəxs yazılı ərizə təqdim edərək Təqsirləndirilən şəxs səmimi peşmançılıq çəkdiyini, onunla barışdığını, ona dəyən ziyanı tamamilə ödədiyini nəzərə alaraq sonuncunun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Buna görə də təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-582/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-582/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver