Məhkəmə qərarları › İş №1(012)-583/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-583/2022

07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-583/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X1 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci, 147.2-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış barəsində şikayət verilən şəxs və xüsusi ittihamçı bunun səbəbləri barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmədə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 nümayəndəsi Müdafiəçi şikayətin icraata qəbulundan imtina edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblər olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə isə şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməməsi hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtinaya əsas verir. İş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148 maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X3 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar