Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-583/2023 09.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalında yerləşən yaşayış massivində qeydiyyatda olan, ünvan 1 ünvanında, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı Abşeron rayonu, Masazır kəndi, X.Natəvan küçəsində evinin qarşısında avtomobilini saxlamasına etiraz edən qonşusu Zərərçəkmiş şəxs ərazinin polis sahə rəisinə məlumat verməsindən narazı qaldığı üçün sonuncunun ünvanına danışdığına görə Zərərçəkmiş şəxs oğlu Şahid2 ona «WhatsApp»-la zəng edib söyərək küçəyə çağırıb orada mübahisəni davam etdirərək dalaşan zaman qəsdən yumruqla orada olan Zərərçəkmiş şəxs sifətinə, burun və baş nahiyələrinə vurararaq, burun sümüyünün yerdəyişən sınığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının dərialtı hematoması, sağ gözün torlu qişasının qopması sağ gözaltı və burun nahiyələrinin qançırları, sol təpə və alın nahiyələrinin sıyrıqlarından ibarət həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, qonşuluqda kirayədə yaşayan Zərərçəkmiş şəxs və Şahid2 ilə əvvəllər münasibətləri normal olmuşdur. Lakin hadisənin baş verdiyi 17 fevral 2023-cü il tarixdən bir neçə gün əvvəl münasibətlərində narazılıq əmələ gəlmişdir. Belə ki, o, özünə məxsus “saypa” markalı maşınını həmişə evinin qarşısından keçən küçədə saxladığı halda hadisədən təxminən on gün əvvəl qonşu İlqar maşını həmin küçədə saxlamasına etiraz etmiş, maşının onun həyətinə girməsinə mane olduğunu bildirmişdir. O, maşını həmin yerdə saxlayacağını bildirmişdir. Bir neçə gün sonra ərazinin sahə rəisi ona rast gəldikdə qonşu İlqarın ondan maşını onun evinin qarşısında saxlayaraq yolunu kəsdiyindən narazılıq etdiyini bildirmişdir. 17 fevral 2023-cü ildə saat 20 radələrində Bakı şəhərində Yasamal rayonunda olarkən onun mobil nömrəsinin “Whatsapp” -na İlqarın oğlu Rəvan mesaj yazıb onu evinin qarşısındakı küçəyə çağırmış, o, Rəvandan nə səbəbə onu çağırdığını soruşduqda, Rəvan onun atasının ünvanına danışdığını söyləmişdir. O da bildirmişdir ki, Rəvanın atası ondan sahə rəisinə şikayət edib. Bu zaman Rəvan onun ünvanına nalayiq söyüş söymüşdür. Ona görə də, o, yaşadığı ünvana təxminən saat 23 radələrində gəlmişdir. Taksi ilə gəlib, küçədə taksidən düşmüş və həyətə girmişdir. Həmin vaxt qardaşı Vüqar həyətdə olmuş, o qardaşı ilə danışarkən Rəvan onun həyətinin qapısında durub onu küçəyə çağırmış, o da küçəyə çıxmışdır. Onun ardınca qardaşı Vüqar və anası Bikə də küçəyə çıxmışlar. Rəvanın atası da küçədə olmuşdur. O, evə gələnə qədər Rəvanın anası Hicran qonşu Solmazı çağırmışdır ki. Solmaz hadisənin qarşısını almağa kömək etsin. Ona görə də, hadisə yerinə Hicranla Solmaz da gəlmişlər. O, Rəvanı küçədən öz həyətimə dəvət etmişdir ki, onunla sakit danışsın və məsələni aydınlaşdırsın. Lakin Rəvan gəlməmiş və atası İlqar onun qolundan tutub küçəyə dartmışdır ki, “gəl, səninlə işim var”. Həmin vaxt İlqar ona kəllə atmış, lakin İlqarın kəlləsi ona dəyməmişdir. O, hirslənib İlqarın burun nahiyəsinə bir yumruq vurmuşdur. Həmçinin onun sifətinə və başına da üç-dörd dəfə yumruqla vurmuşdur. Həmin vaxtı Rəvan onun sağ gicgah nahiyəsindən beşbarmaqla vurmuşdur. Onun başı silkələnmiş və gözü qaralmışdır. O, Rəvanın onu beşbarmaqla vurduğunu həmin anda görməsə də, sonradan hadisə yerini Rəvan axtardığı üçün başa düşmüşdür ki, Rəvan onu beşbarmaqla vurmuşdur. Rəvan sonradan öz evinə gedib onun üstünə bıçaq götürüb gəlmişdir. Həmin vaxt qardaşı Vüqar onun qarşısına keçib bıçağı onun əlindən almaq istədikdə bıçaq qardaşının sağ qolunu kəsmişdir. Lakin qardaşı və o aldıqları xəsarətlərlə əlaqədar şikayət etməmişlər. X4 bıçağı almış və kənara tullamışdır. Hadisə yerinə gələn qonşular onları ayırmışlar. O, Hicranı vurmamışdır. Heç vaxt heç bir qadını, o cümlədən , Hicranı da vurmamışdır. Hicranın ekspertiza tərəfindən müəyyən olunmuş xəsarəti nə kimi şəraitdə alması, həmin xəsarəti ona kimin yetirməsi ona məlum deyildir. Hadisə zamanı onun yanında kənar şəxslər olmamışdır. Onu tanımadığı taksi sürücüsü düşürtdükdən sonra həyət qapısına gəlib su istəmiş, ona su verdikdən sonra çıxıb getmişdir. Hadisə yerində qardaşı və anası olmuşdur. Hicran isə, hadisə yerinə qonşu Solmazı çağırmış, sonradan hadisə yerinə onun evi ilə üzbəüz evdə kirayədə yaşayan oğlan və qonşu Cabid gəlmişlər. Hadisə təxminən on dəqiqə müddətində baş vermişdir. Sonradan qonşusu olan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 fevral 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdə olarkən həyat yoldaşı Hicran küçəyə çıxmış, o, küçəyə çıxdıqdan bir neçə dəqiqə sonra küçədə səs-küy eşitmişdir. Odur ki, o da küçəyə çıxmış və qonşusu Etibarın onun həyat yoldaşı Hicranla mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı Etibar, onun həyat yoldaşı Hicranın başına yumruqla vurduqda, hadisə yerində olan anası Bikə oğlu Etibarı tutmuşdur. O, Etibara irad tutmuşdur ki, onun həyat yoldaşı ilə nə işi var, onu nə üçün vurdun? Bu zaman aralarında sözlə mübahisə olmuşdur. Mübahisə zamanı Etibarın yanında üç nəfər orta yaşlı kişilər də olmuşlar. Etibar ona hücum edib əlbəyaxa olarkən həmin şəxslərdən biri getmiş, digər ikisi hadisə yerində qalmışlar. Hadisə yerində qalan iki nəfərdən biri hadisə zamanı onu tutmuş və Etibar həmin vaxt onu yumruqlarla vurmuşdur. Etibarla əlbəyaxa olduğu zaman Etibar onun burun nahiyəmə güclü zərbə ilə yumruq vurmuşdur. Bundan sonra onun alnına, sifətinə də bir neçə dəfə yumruqlarla vurmuşdur. Onları Etibarın anası Bikə ayırmışdır. Hadisə zamanı Etibarı vurmağa onun imkanı olmamış və onu vurmamışdır. Hadisə zamanı oğlu Rəvan hamamda olduğu üçün hadisə yerinə sonradan gəlmiş və dava-dalaşda iştirak etməmişdir. Hadisə yerində olan Bikə oğlu Etibarın qolundan tutub yaşadığı evinə aparmışdır. Hadisə zamanı onun həyat yoldaşı Hicran söyüş söyməmiş, lakin Etibar Hicranı vurmuşdur. Hadisə zaman hadisə yerində o, arvadı Hicran, oğlu Rəvan, qarşı tərəfdən Etibar, onun tanışları olan tanımadığı üç nəfər şəxs və anası Bikə olmuşlar. Hadisə yerində başqa kənar şəxslər olmamışdır. Qonşular hadisə yerinə gəlməmişlər. Çünki hadisə qısa müddətdə, təxminən on dəqiqə müddətində baş vermişdir. Bir neçə gün əvvəl Etibarın maşınının sağ yan şüşəsi sınmış, maşını oğlu Rəvanla birlikdə onun həyətinə gətirmişlər. Maşın bir neçə gün onun həyətində qalmışdır. Maşının şüşəsini düzəltdikdən sonra həyat yoldaşı Hicran, Etibara demişdir ki, maşını onun həyətindən götürsün, yolu kəsir. Etibar da bundan narazı qaldığı üçün onlarla prinsip aparmışdır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşı, Təqsirləndirilən şəxs isə, onun qonşusudur. Onunla əvvəllər hər hansı narazılıq və ədavəti olmamışdır. Lakin son vaxtlar, hadisədən bir neçə gün əvvəl Etibarın onun ailə üzvləri ilə münasibəti pisləşmişdir. Belə ki, baş vermiş hadisədən təxminən on gün əvvəl, Etibarın maşının qabaq sağ yan şüşəsi sınmışdır. Oğlu Rəvanla birlikdə həmin maşını gətirib onun həyətində saxlamışlar. Maşının şüşəsini düzəltdikdən sonra o, Etibara demişdir ki, maşını həyətdən götürsün, yolu kəsir. Etibar maşını götürsə də, bundan narazı qaldığı üçün onlarla prinsip aparır. Etibar hadisədən bir neçə gün əvvəl oğlu Rəvanla küçədə söhbət edərkən deyib ki, guya onun maşınının şüşəsinin sınması barədə İlqar polisə məlumat vermiş, polis də onunla maraqlanıb. Rəvan bu barədə İlqara dedikdə İlqar bunu inkar etmişdir. 17 fevral 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdən küçəyə çıxmışdır ki, hava alsın. Oğlu Rəvan həmin vaxt hamamda başını yumuş, yoldaşı İlqar isə evdə oturmuşdur. O, küçəyə çıxdıqda qonşu Etibar evlərinin qarşısında dayanmış, onun yanında iiç nəfər tanımadığı orta yaşlı kişilər olmuşdur. xx.xx.2023- cü il tarixdə, saat 23 radələrində küçəyə çıxdıqda Etibar onu görən kimi demişdir ki, neçə gün bundan əvvəl məndən beş manat pul istəmiş, verməmişəm. O da əsəbləşib qışqırmış və demişdir ki, pulu yoxdur, haradan versin? O, qışqırdığı üçün mübahisə etmişlər. Onların mübahisəsinə evdən həyat yoldaşı İlqar, Etibarın anası Bikə də çıxmışlar. Mübahisə zamanı Etibar onun başına yumruqla vurmuşdur. Etibarın onu vurmasını görən X5 hərəkətlərinin qarşısını almaq üçün ondan yapışmışdır. X3 döyməsinin qarşısını alarkan Etibar onun burun nahiyyəsinə güclü bir yumruq zərbəsi vurmuşdur. Hadisə yerində olan tanımadığı Etibarın tanışı, İlqarı tutmuş, bundan sonra da Etibar onun sifətinə və başına yumruq zərbələri vurmuşdur. Hadisə yerində olan Etibarın anası Bikə Etibarın qolundan tutub onu evə aparmışdır. Hadisə yerinə sonradan gələn oğlu Rəvan da atası İlqarı evə aparmışdır. Ona görə də, əvvəlcə o, DİN-nin “102 xidmətinə"' zəng edib məlumat vermişdir. Sonra İlqarın burnundan və başından qan gəldiyini görüb narahat olan oğlu Rəvan da DİN-nin “102 xidmətinə” zəng edib məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, atası İlqarla Təqsirləndirilən şəxs arasında mübahisə olduğunu eşitdikdən sonra bu barədə atasından soruşmumş, lakin atası İlqar ona heç bir məlumat verməmişdir. Ona görə də o, xx.xx.2023-cü il tarixdə Etibarın mobil telefonuna zəng vurub, ona demişdir ki, məhəlləyə gələndə onunla görüşsün. Etibar telefonda bildirmişdir ki, bir saata gələr, lakin həmin bğir saat müddətində gəlməmişdir. Həmin axşam o, evdə olarkan atası İlqar həyət qapısından küçəyə çıxanda o da onun arxasınca küçəyə çıxmış, küçədə Etibarı görmüş, onun yanında üç nəfər şəxs olmuşdur. Onlardan biri Etibarın qardaşı Vüqar olmuş, digr iki nəfəri isə tanımamışdır. Orada Etibar, atası İlqarla mübahisə etməyə başlayanda o, Etibara demişdir ki, kənara gəl, ikimiz söhbət edək. Bundan sonra Etibar onun üstünə gələndə onu və qardaşı Viiqarı da itələmiş və Etibar yıxılmışdır. Etibar sonra yerdən qalxıb atasının üstünə cummuş , atasının burnuna yumruqla vurmuşdur. Həmçinin sonra anası Hicranın başından yumruqla vurmuşdur. Səsə Etibarın anası Bikə xanım çölə çıxmış , oğlanlarını evə aparmışdır. Bununla da dalaşma qurtarmışdır. Dalaşma zamanı onu heç kim vurmamışdır. Atasını və anasını isə, Təqsirləndirilən şəxs yumruqla vurmuşdur. Hadisə zamanı onda hər hansı bir əşya, o, cümlədən beşbarmaq olmamışdır. Təqsirləndirilən şəxs onu beşbarmaq ilə, qardaşı Vüqarı isə, bıçaqla onun vurduğunu bildirərkən yalan məlumat vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, anası Bikə Sultanova və qardaşı Təqsirləndirilən şəxs ilə bir evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs, Şahid2 onların qonşuluğunda təxminən bir ilə yaxındır ki, kirayədə yaşayırlar. 17 fevral 2023-cü il tarixdə işdən evə saat 23 radələrində gəlmiş, evdə paltrarlarım dəyişərkən küçədə səs-küy eşitmişdir. Ona görə də, paltarlarını tez dəyişib küçəyə çıxmışdır. O, küçəyə çıxanda qonşu İlqar, arvadı Hicran, İlqarın oğlu Rəvan, onun qardaşı Etibar və anası Bikə küçədə olmuşlar. O, küçəyə çıxdıqda Rəvanın ucadan nalayiq söyüşlər söydüyünü görmüşdür. Həmin vaxt qardaşı bir tərəfdə, qonşusu İlqar isə bir tərəfdə durmuşdur. O, ayağımda tapıçka olduğu üçün evə qayıtmışdır ki, ayaqqabı geyinib hadisə yerinə getsin. Evə qayıdıb atyaqqabı geyinmiş və yenidən küçəyə çıxmışdır. Həmin vaxt Etibar, Rəvan və İlqarın əlbəyaxa olduğunu görmüşdür. Etibar İlqarı yumruqla vurmuşdur, onun əlində hər hansı əşya olduğunu görməmişdir. O, müdaxilə edib qonşularla birlikdə onları aralamışdır. Sonra Rəvan ona hücum etmiş və onu itələmişdir. Etibarı anası Bikə evə gətirmişdir. Hadisəyə qədər onun hadisənin səbəbi barədə heç bir məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, qardaşı Etibarın küçədə maşın saxlamasından narazı qalan qonşu İlqar bu barədə polisə bildirmiş, bunula əlaqədar aralarında narazılıq yaranmışdır. O, qardaşı Etibarın Şahid1m vurduğunu görməmişdir. Rəvanla qardaşı Etibarın əlbəyaxa dalaşdığını görmüşdür. Hadisədən sonra qardaşının sol gözündə qaraltı, başında şişkinlik olduğunu görmüşdür. Qardaşı Etibar bildirmişdir ki, həmin xəsarətləri ona Rəvan və İlqar yetirmişlər. O, isə, Rəvanın əlində bıçaq görməmişdir. Hadisə zamanı hadisə yerində İlqarın və onun qeyd edilən ailə üzvləri və bir neçə qonşu olmuşdur. Qardaşı Etibarın yanında kənar şəxslər olmamışdır.Qardaşının yanında olan şəxsin İlqarı tutması və Etibarın da İlqarı ona görə vurması barədə Şahid1 və Zərərçəkmiş şəxs yalan məlumat vermişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 göstrmişdir ki, Zərərçəkmiş şəxs və onun ailə üzvləri, o cümlədən Təqsirləndirilən şəxs və onun ailə üzvləri onun qonşularıdır. O, 17 fevral 2023-cü il tarixdə, saat 23 radələrində o, Bakı şəhərindən öz şəxsi minik maşını ilə evə gəlmişdir. Yaşadığı evin qarşısına çatdıqda qonşu Etibarın evinin qarşısında adamlar olduğunu görmüşdür. Odur ki. Etibarın evinin qarşısına yaxınlaşmışdır. Hadisə yerində Etibar, qardaşı Vüqar, anası Bikə, digər qonşu İlqar, onun arvadı Hicran, oğlu Rəvan və bir neçə qonşu olmuşdur. Qaranlıq olduğu üçün hadisə yerində konkret kimlərin olduğunu xatırlamır. O, hadisə yerinə gələndə Etibarla İlqar əlbəyaxa olmuşlar. O, Etibarı və İlqarı aralamışdır. Etibarı anası Bikə öz evinə aparmışdır. İlqar, oğlu Rəvan və arvadı Hicran da öz evblərinə getmişlər. O da öz evinə getmişdir. O, hadisə yerində Şahid2 kimi isə beşbarmaqla və bıçaqla vurduğunu görməmişdir. Habelə onun əlində beşbarmaq və bıçaq olduğunu da görməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 323 saylı rəyindən görünür ki. Şahid1 bədən səthində aşkar olunmuş xəsarət- başın sol təpə-alın nahiyəsinin qançırşişkinliyi küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 15 saylı əlavə rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- burun sümüyünün yerdəyişən sınığı, sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının dərialtı hematoması, sağ gözün torlu qişasının qopması sağ gözaltı və burun nahiyələrinin qançırları, sol təpə və alın nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissəsinin (əl, ayaq, və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BMCMİnin İŞ-də istintaqı aparılan ********* saylı cinayət işi üzrə AR CM-nin 234.4.3, 228.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə tövsif edilərək 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödədiyini və onunla barışdıqlarını göstərmiş, bu barədə ərizəni məhkəməyə təqdim edərək, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödədiyini və onunla barışdıqlarını göstərərək, təqsirləndirilən şəxsin barəsindəki işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-583/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-583/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver