Məhkəmə qərarları › İş №1(012)-583/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-583/2025

08.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-583/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1990-cı ildə Beyləqan rayonu, Əhmədli anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evində qeyri-rəsmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ona növbəti dəfə evə gec gəlməsi və maddi dəstək olmaması ilə bağlı irad bildirməsi zamanı şəxsi münasibətlər zəmnində aralarında yaranmış narazılıqla əlaqədar mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşərək həmin ünvanda Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən əl, yumruq zərbələri ilə sonuncunun qulaq, göz, çənə, sifət, baş, boyun, qol və bədəninin müxtəlif nahiyələrindən ardıcıl vuraraq, Zərərçəkmiş şəxs başın təpə və ənsə nahiyələrinin şişkinlikli qançırları, sol göz almasının kontuziyası ilə müşayiət olunan üzün sol yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının qançır-şişkinliyi, gözün ağlı qişasına qansızma, üzün sol yanaq vəçənə nahiyələrinin sıyrıqları, sol qulaq seyvanının və sağ bazu nahiyəsinin şişkinlikli qançırları ilə müşahidə olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirib Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs 1 ilə yaxındır tanıyır, onunla bir neçə ay qeyri rəsmi ər-arvad münasibətində yaşamışdır. Bundan əvvəl o, 2017-ci ildə X2 ilə ailə həyatı qurmuş və rəsmi nikahdan iki azyaşlı, 2019 və 2024-cü il təvəllüdlüövladları var. Sevincləo hazırda rəsmi nigahdadır. 11 yanvar 2025-ci il tarixdə saat 22 radələrində o, Maxruxla birlikdə yaşadığı Xırdalan şəhərində yerləşən yaşadığı evə gəlmiş və bir qədər sonra Maxrux onunla evə gec gəlməyi üstündə mübahisə etməyə başlamışdır. Bir qədər sonra aralarında mübahiə sakitləşsə də, Maxrux yenə də, xx.xx.2025-ci il təxminən gecə saat 01 radələrində ona ailəyə baxmadığını, qayğı göstərmədiyini və evə gec gəldiyini sözlə iradla bildirdiyi üçün əsəbiləşmiş və onun üzərinə gedib əl-yumruq zərbələriylə Maxruxun sifətindən və bədəninin müxtəlif nahiyələrindən vuraraq onu döyüb xəsarət yetirmişdir. Daha sonra isəgedib yatdığını göstərmişdir. Baş vermiş mübahisə zamanı Maxrux onu vurmamış və hər hansı bir formada bədən xəsarəti yetirmədiyini bildirmişdir. Hazırda nə qədər cəhd etsə də, zərərçəkmiş şəxslə barışıq əldə edə bilməmişdir. Odur ki, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs təxminən 1 il olar ki, tanıyır. Onunla 5 aydır qeyri-rəsmi ər-arvad münasibətində yaşamışdır. Nicatla olan münasibətindən övladı yoxdur. Nicatla əvvəllər münasibətləri normal olsa da, Nicatın son zamanlar evə gec gəlməsi və qayğı göstərməməsi üstündə aralarında sözlə mübahisələri baş verir. O, Nicatdan ayrılmaq istəsə də Nicat buna razı olmur. Nicat ona söz vermişdir ki, bir daha evə gec gəlməyəcəkdir. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Nicat yaşadığı evə gəlmiş və bir müddət sonra onların arasında sözlə mübahisələri baş vermişdir. Mübahisəyə səbəb Nicatın evə pul gətirməməsinə, evə gec gəlməsinə onun irad bildirməyi olmuşdur. xx.xx.2025-ci il tarixdə gecə saat 01 radələrində Nicatla aralarında həmin məsələ ilə, yəni Nicatın evə gec gəliməsi və ona maddi dəstək olmaması ilə bağlı söz mübahisəsi olarkən Nicat əsəbiləşib onun üzərinə gəlib onu döyməyə başlamışdır. Nicat əl və yumruq zərbələri ilə onun sifətindən, gözündən, qulağından, başından, qollarından və bədəninin müxtəlif nahiyələrindən vuraraq ona bədən xəsarətləri yetirmişdir. Bundan sonra isə Nicat onun mobil telefonunu əlindən almışdır ki, heç bir yerə zəng etməsin. O, telefonu olmadığına görə polisə müraciət edə bilməmiş, həmin gün səhər saat 08 radələrində evdən gizli çıxıb qonşuya getmiş və qonşudan polisə məlumat verməsini xahiş etmişdir. Baş vermiş mübahisənin təxminən 5-10 dəqiqə davam etdiyini, həmin zaman evdə heç kimin olmadığını, mübahisənin yaranmasına səbəbi Nicatın evə növbəti dəfə gec gəlməsi, evə pul gətirməməsi olmuşdur. Mübahisə zamanı səs-küy yaranmadığını və evə kənardan yaxınlaşan olmadığını, həmin vaxt Nicatı vurmadığını, mübahisə zamanı ona heç bir maddi ziyan dəymədiyini göstərmişdir. Sona Təqsirləndirilən şəxs şikayətçi olduğunu,barışmadıqlarını bildirərək onun barəsində qanuna uyğun cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:  13.01.2025-ci il tarixli qərardan görünür ki, fakta görə toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-in 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat işi açılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 100 saylı ekspert rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – başın təpə və ənsə nahiyələrinin şişkinlikli qançırları, sol göz almasının kontuziyası ilə müşayiət olunan üzün sol yanaq və gözaltı nahiyələrinin, göz qapaqlarının qançır-şişkinliyi, gözün ağlı qişasına qansızma, üzün sol yanaq vəçənə nahiyələrinin sıyrıqları, sol qulaq seyvanının və sağ bazu nahiyəsinin şişkinlikli qançırları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdirlər, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən əllə və yumruqla vurulan zərbələrin təsirindən əmələ gələ bilərdilər.  “Zərərçəkmiş şəxs qismində tanınma” barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.  AzeMis “Elektron İnformasiya sistemi vasitəsilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli tutulmuş şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X3, xx.xx.2024-cü il təvəllüdlü X4 adlı övladları var. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurma cinayət əməlini törətməsi, tərəflərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüzmanatadək miqdarda cərimə və yaiki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılmasıvə ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı övladının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşirən hal kimi nəzərə alındı. Eyni zamanda Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını, habelə zərərçəkmiş şəxslə barışığa gəlməməsi və ümumiyyətlə barışığa cəhd etməməsini, nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minədədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törəmiş şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı məhkəmədə hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi 8 saat üçün nəzərdə tutulan 88 manat pul ödənilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minədədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, saat 23:00dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 8 saata görə 88 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə məhkəmə xərcinin, mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın və mülki iddia olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar