Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-584/2020 06.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sə-drliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Baxşıyev Hikmət Möhübbət oğlunun, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baxşıyev Hikmət Möhübbət oğlu xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «köhnə bazar» adlanan ərazidə bir müddət əvvəl onun üçün kirayə ev tapmış, daşınmaz əmlak vasitəçisi X2 ilə başqa bir mənzil axtarması mövzusunda söhbət edən zaman sonuncunun oğlu Təqsirləndirilən şəxs zərərçəkmişə yaxınlaşaraq ayağını pilləkənə qoymuş vəziyyətdə söhbət etməsi ilə atasına qarşı hörmətsizlik göstərdiyini bəhanə gətirərək mübahisə yaratmış və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs Hikmət Baxşıyevi ilk əvvəl söyüb-təhqir etmiş, daha sonra isə şikayətçinin sifət nahiyəsinə kəllə zərbəsi vurmaqla ona burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin və sol gözün alt qapağının qançırlarından ibarət yüngül dərəcəli bədən xəsarəti yetirməklə ətrafda olan şəxslərin iştirakını nəzərə almadan, heç bir əsaslı səbəb olmadan yuksək səslə nalayiq ifadələr işlətməklə və ictimai yerdə dava-dalaş yaratmaqla öz şəxsiyyətini cəmiyyətin fövqündə qoyaraq ictimai qaydanı kobud surətdə pozan, şəxslər üzərində zor tətbiq olunması isə müşayiət olunan qərəzli hərəkətlərə yol vermişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdə, saat 19 radələrində Xırdalan şəhəri, «köhnə bazar» adlanan ərazidə yerləşən atası İlham İbrahimovun işlədiyi ofisin yaxınlığında olan zaman sonradan adını bildiyi Hikmət Baxşıyevin onun atası İlhamı ələ salıb sonuncu ilə aşağılayıcı tərzdə yersiz zarafat etməsini görüb onlara yaxınlaşaraq bu hərəkətlərinin səbəbini soruşmuş, həmin vaxt Hikmət ondan gedib işi ilə məşğul olmasını tələb etdiyi üçün onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Hikmət onun üzərinə gəldiyindən o, kəllə ilə bir dəfə sonuncunun sifət nahiyəsinə zərbə vurmuş, bundan sonra orada olan tanımadığı şəxslər onları ayırmış, o isə oradan çıxıb getmişdir. O, əlavə olaraq mübahisənin məlum məkanda təxminən 5-10 dəqiqə davam etdiyini, həmin vaxt orada tanımadığı şəxslərin də olduğunu, eləcə də mübahisənin, Hikmətin onun atası İlhamı ələ salması səbəbindən yarandığını qeyd etdi. Sonda o, tutduğu əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini bildirərək məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs Baxşıyev Hikmət Möhübbət oğlu ifadəsində göstərdi ki, təxminən 1 həftə əvvəl o, Xırdalan şəhəri, «köhnə bazar» adlanan ərazidə olan ev alqı-satqısı və kirayəsi ofisinə yaxınlaşaraq sonradan adını bildiyi İlham adlı şəxsə kirayə ev axtardığını bildirmiş, sonuncu isə ona yaxın ərazilərdə bir neçə ev göstərmiş, lakin o, təklif olunan evlərdən heç birini bəyənmədiyi üçün oradan çıxıb getmiş, sonradan isə Aqil adlı tanışına məxsus, Xırdalan şəhəri, «Quşçuluq» y/m-də yerləşən evdə yaşamağa başlamış, hadisədən üç gün əvvəl İlham hazırda yaşadığı evi ona təklif etmiş, o, həmin evə yerləşmiş və oraya yerləşməsinə rəğmən nə üçün zəhmət haqqını vermədiyini soruşub ona irad bildirmiş və bu hərəkətinə görə öz oğlanlarına onu döydürəcəyini demiş, lakin o, yaxın günlərdə başqa bir evə köçməkdə köməklik etməsi üçün yenidən müraciət edəcəyini İlhama deyib 20 manat təşkil edən zəhmət haqqını da verəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində o, İlhamın ofisinə gedərək 20 manat pulu İlhamın dediyi, şəxsə verdiyini bildirmiş və İlhamdan onun üçün başqa ev tapmasını istəmiş, həmin vaxt o, ayağını pilləkənə qoyub söhbət etdiyi üçün İlham ona bununla bağlı irad bildirmiş, o isə öz növbəsində iraddan nəticə çıxarıb ayağını aşağı salan zaman İlhamın oğlu İntiqam ona yaxınlaşaraq eyni məsələ ilə bağlı irad bildirib onu söyməyə başlamış, bu səbəbdən onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı İntiqam kəllə zərbəsi ilə onun sifət nahiyəsinə bir dəfə zərbə vurmuş, zərbənin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış, həmin vaxt orada olan tanımadığı şəxslər araya girərək onları ayırmış və o, oradan çıxıb getmiş və DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Sonda o, məhkəmədən təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 göstərdi ki, o, ünvan 3 ünvanənda ailəsi ilə birlikdə yaşayır, Xırdalan şəhəri, Köhnə bazarın yaxınlığında yerləşən ev-alqı satqı ofisində işləyir. xx.xx.2020-ci il tarixdə sonradan adını Hikmət bildiyi şəxs onun işlədiyi ev alqı-satqısı ofisinə gələrək kirayə ev axtardığını bildirərkən Xırdalan şəhəri ərazisində yerləşən bir neçə kirayə evləri ona göstərmiş, həmin vaxt Hikmət göstərdiyi evləri bəyənmədiyini bildirərək çıxıb getmiş, təxminən bir neçə gün sonra Hikmətin onun göstərdiyi evlərinin birində kirayə yaşamağa başladığını eşitmiş, bu səbəbdəndə Hikmətin istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək ona göstərdiyi evlərin birində kirayə yaşadığı üçün 20 manat xidmət haqqını istədikdə Hikmət 20 manat pulu verəcəyinə söz vermiş, o, Hikmətdən Zamin adlı şəxsə 20 manat borcu olduğu üçün 20 manat pulu ona çatdırmağını xahiş etmiş, Hikmət 20 manat pulu Zamin adlı şəxsə çatdırmışdır. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində Hikmət onun işlədiyi sözügedən ev alqı-satqısı ofisinə gəlmiş, həmin vaxt o, ofisin qapısının qarşısında oturmuş, o, isə piləkənə ayağını qoyaraq ona tapdığı evi bəyənmədiyini bildirib həmin evdən yaxın günlərdə çıxacağını və tez bir zamanda ona başqa ev tapmağını demiş, bu zaman onun ayağını piləkənə qoyub onunla əda ilə danışmağına və hörmətsiz formada yaşca özündən böyüklə danışanda aşağılamağına irad bildirmiş, həmin vaxt oğlu Təqsirləndirilən şəxs onlara yaxınlaşaraq Hikmətin kobud danışmağına irad bildirəndə Hikmət İntiqama əcəb edərək bu tərzdə danışdığını, gedib işiylə məşğul olmağını İntiqama dediyi üçün onların arasında sözlə mübahisə baş vermiş, mübahisə vaxtı Hikmət İntiqamın üzərinə getdiyi üçün İntiqam kəllə ilə bir dəfə Hikmətin sifət nahiyəsinə vurmuş, o tanımadığı şəxslərlə onları aralaşdırmış və Hikmət oradan çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və X6 rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 2069 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1988ci il təvəllüdlü Baxşıyev Hikmət Möhübbət oğlunun məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişməyən sınığı, burun nahiyəsinin və sol gözün alt qapağının qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2020ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Beləliklə, məhkəmə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs AzərbaycanRespublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. AzərbaycanRespublikasıCinayətMəcəlləsinin41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cümaddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İşmateriallarındaolanvəməhkəməbaxışındatədqiqedilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Rayon Hərbi Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum olunmuş, daha sonra Qazax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinin azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci və 18.4.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır İşmateriallarındaolan Abşeron RİHB-nın 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayş və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Xırdalan şəhəri, Quşçulu y/m, T.İsmayıl küçəsində qeydiyyatsız yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs tutduğu əməli səmimi etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kiimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan cəzasınıağırlaşdıranhallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə olmamış və barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. HökmünicrasıSumqayıt şəhər Probasiya şöbəsinə həvaləolunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 381, 384 və 385-cimaddələrinirəhbərtutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını və saat 23:00dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-584/2020
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-584/2020
06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver