Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-584/2024 16.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi işkirakı ilə, xx.xx.2004-cü il tarixdə Naxçıvan MR, Ordubad rayonu, Tivi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonunda qeydiyyatda olan, Abşeron rayonu, Hökməli kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 28 yanvar 2024-cü il tarixdə saat 15:30 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evində bacısı Zərərçəkmiş şəxs sonuncunun xx.xx.2022-ci il təvəllüdlü azyaşlı övladı X3 danladığını görərək Zərərçəkmiş şəxs bununla bağlı irad bildirərkən ailə daxili münasibətlər zəmnində aralarında yaranmış narazılıq üstündə mübahisə edərək həmin mübahisə əsnasında Zərərçəkmiş şəxs üzərinə hücum edib qəsdən sonuncunun sifət, baş, ayaq və bədəninin müxtəlif nahiyələrinə yumruqla ardıcıl zərbələr vuraraq Zərərçəkmiş şəxs sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının dərialtı hematoması və sağ budun qançırı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs 2020-ci ildə X5 ilə qeyri rəsmi nigaha daxil olmuş və bu nigahdan 1 övladı var. Sonradan ailə daxili münasibətləri yolunda getmədiyi üçün Gülac 2021-ci ildə Quludan ayrılıb anasının və özünün yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində olan fərdi yaşayış evinə gəlib orada yaşamağa başlamışdır. Hər gün işə getmiş, axşam işdən gələndə isə evin natəmiz olması səbəbindən hər dəfə bunun üstündə evdə bacısı Gülac ilə söz söhbətləri olmuş, eyni zamanda Gülacın evdə azyaşlı uşağına olan rəftarı da, ona xoş gəlmədiyi üçün bu barədə dəfələrlə ona öz iradını bildirmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 15:30-da yaşadıqları ünvanda olarkən bacısı Gülac azyaşlı övladı Əsmanuru nadinclik etdiyinə görə cox danlamış, o da bunu görüb bacısı Gülaca uşağın bir yaşı olduğunu, onun heçnə başa düşmədiyini bildirmişdir. Bundan sonra aralarında mübahisə olmuş və əsəbləşərək bacısı Gülacın üstünə gedib onu döyərək sol gözündən, ayağından və bədəninin müxtəlif nahiyyələrinə yumruq zərbələri endirmişdir. Gülac da baş vermiş hadisə barəsində DİN-nin “102” qaynar xəttinə məlumat vermişdir. Baş verənlərin təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt yanlarında kənar şəxsin olmadığını, bacısının azyaşlı övladı olduğunu göstərmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi X4 onun qardaşıdır. 2020-ci ildə X5 ilə qeyri-rəsmi nigaha daxil olmuş, bu nigahdan 1 övladı var. Lakin sonradan ailə daxili münasibətləri yolunda getmədiyi üçün 2021-ci ildə ayırılıb anası və qardaşı Ənvərin yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsində olan fərdi yaşayış evinə gəlib orada yaşamağa başlamışdır. Həmin evdə yaşamağa başladıqdan sonra qardaşı Ənvərlə aralarında mütəmadi olaraq münaqişələri olmuş, buna səbəb isə azyaşlı uşağının onun özünə aldığı yeməkləri yeməsi və evin natəmiz olması olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:30-da yaşadığı ünvanda olarkən azyaşlı övladı Əsmanur nadinclik etdiyinə görə onu danlamış və qardaşı Ənvər bunu görüb onunla mübahisə edərək nəyə görə azyaşlı övladını danladığını soruşmuşdur. O da ona “özüm bilərəm öz övladımdı” deyəndən sonra Ənvər onun üzərinə hücüm çəkib sol gözündən, başından, ayağından və bədəninin müxtəlif nahiyyələrindən yumruq zərbələri endirib onu döymüşdür. Baş vermiş mübahisənin təxminən 4-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə azyaşlı övladından başqa şəxsin olmadığını göstərmişdir. Hazırda şikayəti yoxdur, təqsirləndirilən şəxslə barışmışdır, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli 188 nömrəli rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasının müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sol göz orbitasının dərialtı hematoması və sağ budun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən yarana bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Şikayət verən şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-584/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-584/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver