Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-584/2025 29.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru X2, Şikayətverən şəxs Zərərçəkmiş şəxs Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Yardımlı rayonu, Astanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olmayan, işləməyən, Yardımlı rayonu, Aşağı Astanlı Ərazi Dairəsi ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq qəsəbəsi ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, X3 13 yanvar 2025-ci il gecə saat 23 radələrində ünvan 3 ünvanda qeyri-rasmi ər-arvad münasibətində olduğu tanışı Zərərçəkmiş şəxs ona başqa qadınlarla mobil və sosial şəbəkə vasitəsi ilə ünsiyyət saxlaması ilə bağlı irad bildirməsi səbəbindən qısqanclıq zəmnində aralarında yaranmış narazılıqla əlaqədar mübahisə etdikdə həmin mübahisə əsnasında əsəbiləşib Zərərçəkmiş şəxs üzərinə hücum edərək qəsdən əvvəlcə alları ilə sonuncunun saçından tutub dartaraq fizikı ağrı yetirməklə sifətindən sillə ilə zərbələr vurub, ardınca halı pisləşən Zərərçəkmiş şəxsm su içərək əlində saxladığı boş şüşə stəkanı sonuncunun əlindən zorla alaraq həmin stəkanla Zərərçəkmiş şəxs baş nahiyəsinə zərbə vurub başında sındıraraq Zərərçəkmiş şəxs başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü tam təqsirli bilmiş, təhqiqatda verdiyi ifadəsini təsdiq etmiş, Zərərçəkmiş şəxs ilə barışdıqlarını və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, 2024-cü ilin sentyabr ayında "Tik Tok" sosial şəbəkəsində tanış olduğu Zərərçəkmiş şəxs ilə bir müddət münasibət saxladıqdan sonra evlənməyə qərar vermiş və təxminən 5 aydır ki, Nəzakətin kirayədə yaşadığı evdə birgə yaşayırlar. Təxminən 1 ay əvvəl Nəzakətlə aralarında mübahisə olmuş və həmin ərəfədə 5-10 gün müddətində danışmamışlar. O, həmin vaxtlarda tarixdə o, Nəzakətin yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş 93" yaşayış kompleksi Nazakoudan avval tanıdığı xanımla görüşmüş və Nəzakətin bundan xəbəri olmusdur. xx.xx.2025-ci il bina 77 manzil 6 ünvanına getmiş, evdə onunla söhbət edərək həmin xanımla münasibətinin qalmadığını izah etmişdir. Bundan sonra Nəzakət onunla barımış və o, Nazakətin yaşadığı mənzildə qalmisdir. xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Nəzakət onun mobil telefonuna baxarkən "İnstagram" hesabından onun başqa xanımların paylaşımlarına şərh yazdığını görmüş və bu səbəbdən aralarında qısqanclıq zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı Nəzakət ona cavab qaytardığı üçün əsəbiləşərək onun saçından tutaraq sifat nahiyyəsinə 2 dəfə sillə ilə zərbə endirmşdir. Bundan sonra o, özünü pis hiss etdiyn deün çarpayıda uzanaraq ağlamağa başlamışdır. O, mətbəxdən Nəzakətə şüşə stəkanda su gətirib vermiş. Nəzakət həmin stəkanı öz başına vurmaq istədikdə stakanı onun əlindən almış və Nəzakəti sakitləşdirməyə çalışmışdır. Lakin Nəzakət sakitləşməyərək onu təhqir etdiyi üçün o da əsəblərini cilovlaya bilməmiş və şüşə stəkanını Nəzakətin başına vurmuşdur. Nəzakət başından xəsarət almışdır. Bundan sonra onlar təcili yardıma müraciət etmiş və TTY ekipajı ilə Nəzakəti Sumqayıt şəhərində yerləşən xəstəxanaya aparmışdır. O, həmin vaxt Nəzakətdən üzr istədiyi üçün Nəzakət də xəsəxanada yıxılaraq öz ehtiyatsızlığından xəsarət aldığını söyləmişdir. Orada Nəzakətə tibbi yardım göstərildikdən sonra evə qayıdıb gəlmişlər.hazırda barışmışlar. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İbtidai araşdırma zamanı şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirilmişdir ki, 2016-cı ildə ailə həyatı qurmuş və 2023-cü ildə boşanmışdır. Həmin vaxtdan sonra ailə həyatı qurmamışdır. 2024-cü ilin sentyabr ayında tanış olduğu Təqsirləndirilən şəxs ilə evlənmək məqsədi ilə münasibət qurmuşdur. Təqsirləndirilən şəxs evlənəcəkləri tarixədək mütəmadi olaraq onun yaşadığsünvana gələrək orada qalmışdır. Elnarla tanış olduğu müddətədək Masazır qəsəbəsində yerləşən ətir mağazasında işləmiş, lakin Elnarın narazılığı səbəbindən oradakı işindən çıxmışdır. Elnarla aralarında daimi olaraq Elnarın ona xəyanət etməsi və yalan danışması barədə mübahisələri baş vermişdir. Onlar xx.xx.2025-ci il tarixdə rəsmi nikaha daxil olmaq üçün vaxı götürmüşlər. xx.xx.2025ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanında yerləşən evinin yataq otağında olan zaman Elnarın mobil telefonunda olan "İnstagram" hesabına baxdığızaman müxtəlif qadınlarla danışdığını aşkar etmiş və bununla bağlı aralarında qısqanclıq zəminində mübahisə baş vermişdır. Mübahisə zamanı Elnar saçından tutaraq 2 dəfə sillə ilə üz nahiyəsinə zərbə endirmişdir. O, özünü pis hiss etdiyi üçün Elnar şüşə stəkanda ona su gətirib dolabın üzərinə qoymuş, o da dolabın üzərindən içərisində su olan şüşə stakanı götürərək əlində saxlamış, lakin Elnar işərisində su olan stəkanı onun əlindən alaraq həmin stəkanla onun baş nahiyəsinə vurmaqla başına xəsarət yetirmişdir. Stəkan onun başında sınmışdır. Bundan sonra Elnar ağlayaraq ondan üzr istəyərək təcili yardım çağırmışdır. TTYS əməkdaşları yaşadığı evə gəlmiş və tibbi yardım göstərilməsi üçün onu Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına aparmışlar. Təqsirləndirilən şəxs ondan üzr istədiyi üçün o xəstəxanada hamam otağında yıxılaraq xəsarət aldığını söyləmişdir. Bundan sonra Elnarla barışaraq birlikdə yaşamağa davam etmişlər. O, ertəsi gün evi yığışdırarkən Elnarın onu vurduğu stəkanın qırıntılarını evin yaxınlığında olan dəqiq yerini xatırlamadığı məişət tullantılarıüçün nəzərdə tutulmuş yeşiyə atmışdır. Məhkəməyə Zərərçəkmiş şəxs ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarına əlavə edilmiş "MTE və PA ETT Birliyi" X8 Abşeron rayon şöbəsinin xx.xx.2025-ci il tarixli 126 nömrəli rəyindən görünür ki, 1996-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni səthində aşkar olunmuş xəsarətlər başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası onun tibbi yardım üçün Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə Azərbaycan Respublikası DİN-BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar aşkar olunmamışdır. Məhkəmə, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə əməli törətmiş şəxsə qarşı irəli sürülmüş və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şikayət verən şəxsin ifadəsi, ekspertiza rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qeyd edilməlidir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan o, qeyd olunan maddə ilə nəzərdə tutulan cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməlidir. Belə ki, CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Beləliklə, məhkəmədə işə baxılarkən müəyyən olmuşdur ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iş üzrə şikayət verən şəxslə barışmışlar, sonuncunun ona qarşı şikayəti və tələbi yoxdur. Göstərilənləri və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron RayonVəkil Bürosunun vəkili X4 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və CPM-in 37, 39, 40, 43, 162, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan işin icraatına xitam verilsin. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron RayonVəkil Bürosunun vəkili Müdafiəçi 220 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-584/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-584/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver