Məhkəmə qərarları › İş №1(012)-585/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-585/2020

19.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-585/2020 19.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs «İntroduktion of X9» şirkətinin baş direktoru Təqsirləndirilən şəxs tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya məxsus Abşeron rayonu. Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «xxxxxxxxx» MTK tərəfindən inşa edilmiş 8 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 450 kv/m olan tikiliyə qaz sayğacını quraşdıracağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 8 saylı binanın qarşısında 700 manat məbləğində, xx.xx.2019-cu il tarixdə eyni ünvanda 600 manat məbləğində və xx.xx.2019cu il tarixdə eyni ünvanda, yəni Abşeron rayonu. Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 8 saylı binanın qarşısında tanışı X3 vasitəsi ilə 1000 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «xxxxxxxxx» MTK-nın direktoru olan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binalarda yerləşən mənzillərə su sayğaclarını quraşdıracağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «xxxxxxxxx» MTKnın ofisində 15000 (on beş min) manat məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi vurmaqla dələduzluq etmişdir. Abşeron rayon Pİ-in İŞ-si tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmənin hazırlıq iclasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı cinayət işinin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq hesab edir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ibtidai istintaq apararkən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələbləri pozulmaqla, yəni ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi düzgün göstərilməməklə verilmiş ittihamın təsviri əks etdirilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.6. maddəsinə əsasən ittiham aktını bu Məcəllənin 289.3-cü maddəsinin tələblərinə uyğun olmadığındancinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işində olan Abşeron rayon polis şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi X2 xx.xx.2020-ci il tarixli «cinayət işi üzrə» ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs «İntroduktion of X9» şirkətinin baş direktoru Təqsirləndirilən şəxs tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya məxsus Abşeron rayonu. Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «xxxxxxxxx» MTK tərəfindən inşa edilmiş 8 saylı binanın 1-ci mərtəbəsində ümumi sahəsi 450 kv/m olan tikiliyə qaz sayğacını quraşdıracağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 8 saylı binanın qarşısında 700 manat məbləğində, xx.xx.2019-cu il tarixdə eyni ünvanda 600 manat məbləğində və xx.xx.2019cu il tarixdə eyni ünvanda, yəni Abşeron rayonu. Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 8 saylı binanın qarşısında tanışı X3 vasitəsi ilə 1000 manat məbləğində nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «xxxxxxxxx» MTK-nın direktoru olan Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, həmin MTK tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə inşa edilmiş hündürmərtəbəli binalarda yerləşən mənzillərə su sayğaclarını quraşdıracağına dair yalandan vəd verib aldadaraq inandırmış, xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «xxxxxxxxx» MTKnın ofisində 15000 (on beş min) manat məbləğində pulunu alıb ələ keçirərək, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsi icraata qəbul edilərək, istintaq aparılmışdır. Göründüyü kimi Abşeron rayon polis şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 baş vermiş hadisəyə görə istintaqı yekunlaşdırarkən, cinayətin törədildiyi yeri, vaxtı, törədilmə üsulunu və cinayətin motivini göstərsə də, törətdilən cinayətin şəxsin öz qulluq mövqeyindən istifadə etməklə törədildiyini nəzərə almayaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4-cü maddəsi ilə ittiham aktı tərtib etmişdir. Belə ki, Abşeron rayon polis şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 xx.xx.2020-ci il tarixli ittiham aktında belə qərara gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Sadalanan qanun normasının mənasından göründüyü kimi, müstəntiq, şəxs barəsində cinayət işi üzrə tərtib etdiyi ittiam aktında, bir qayda olaraq təqsirləndirilən şəxs haqqında məlumatlar və törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun maddəsini göstərməlidir. Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ittiham aktının nəticəvi hissəsində cinayət qanununun maddəsi düzgün göstərilməməklə verilmiş ittihamın təsviri əks etdirilməmiş, yəni cinayət işi üzrə toplanmış materiallarda Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cu maddələr göstərilməsinə baxmayaraq, Abşeron RPİ-nin İŞ-nin müstəntiq Yasin İbrahimli tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələr qeyd edilmişdir. Lakin Abşeron rayon polis şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 xx.xx.2020-ci il tarixli ittiham aktında Təqsirləndirilən şəxs barədə məlumatları, cinayətin törədildiyi yeri, vaxtı, törədilmə üsulunu, nəticəsini, təqsirinin formasını və cinayətin motivini göstərsə də, törədilmiş cinayətə görə məsuliyyət nəzərdə tutan cinayət qanununun dəqiq maddəsini (yəni CM-in 178.2.3-cü maddəsini) göstərməmişdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Qərarda həmçinin qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. X4 Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 30.1-ci maddəsinə əsasən normativ hüquqi aktın struktur elementləri preambuladan, bölmədən, fəsildən, maddədən, hissədən, bənddən, yarımbənddən və abzasdan ibarətdir. Həmin Qanunun 30.6-cı maddəsinə əsasən normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində həmin maddənin adı (başlığı) - dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə kimi adlandırılmışdır. Hazırki cinayət işi üzrə ibtidai istintaq aparan Abşeron rayon polis şöbəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 baş vermiş hadisədə Təqsirləndirilən şəxs əməlində konkret olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin tərkib hissəsinin olmasını müəyyən etməmiş, nəticədə ittiham aktı üzrə cəlb etdiyi Təqsirləndirilən şəxs öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanını məhdudlaşdırmışdır. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair» xx xxx 2011-ci il tarixli Qərarında vurğulamışdır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar. İttiham aktı çox mühüm prosessual sənəd kimi ittihamın formulunu və həmin formulun isbat edilməsi (sübut olunması) qaydasını və hallarını, eləcə də səciyyəvi xüsusiyyətlərini ehtiva edir. İttiham aktı təqsirləndirilən şəxsin barəsində ittihamın tam sübuta yetirilməsi və istintaqın tamamlanması barədə müstəntiqin daxili inamıdır. Azərbaycan Respublikası CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarlması üçün əsasdır. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. CPM-in 159.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı işin müstəsna dərəcədə mürəkkəbliyi ilə əlaqədar həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.3-1-ci maddəsində nəzərdə tutulmuş qaydada az ağır cinayətlər üzrə 2 (iki) aydan, ağır cinayətlər üzrə 3 (üç) aydan, xüsusilə ağır cinayətlər üzrə isə 5 (beş) aydan artıq olmayan müddətə məhkəmə tərəfindən uzadıla bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 303.3.6-ci maddəsinin tələblərinə əsasən yuxarıda şərh olunan hallar mövcud olduğuna görə, cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 284, 286, 300.1, 300.1.5, 303.1, 303.3.6 , 303.4, 306.1 və 306.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 02 (iki) ay olmaqla, xx.xx.2020-ci il tarixədək uzadılsın. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən : Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar