Məhkəmə qərarları › İş №1(012)-585/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-585/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-585/2021 14.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Abşeron rayonu Xırdalan şəhəri, M.Əcəmi 58-də daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində təqaüd düzəldəcəyini vəd verib sonuncunu inandırmış, 2019-cu ilin iyul ayında bu niyyətlə Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, M.Əcəmi küçəsi, 15 nömrəli evin yaxınlığında 3400 (üç min dörd yüz) manat pulunu almış, Zərərçəkmiş şəxs7 inandırmaq üçün «Kapital Bank» da onun adına ödəmə kartı açdırıb Abşeron rayonu ərazisində «MilliÖn» vasitəsi ilə Zərərçəkmiş şəxs7 adına olan ödəmə kartına hər ay 200 manat pul yükləməklə, Zərərçəkmiş şəxs7 etibarını qazanmaqla 3400 (üç min dörd yüz) manat məbləgində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 həmin məbləgdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində sonuncunun arvadı X3 təqaüd düzəldəcəyini vəd verib inandırmış, 2019-cu ilin noyabr ayında Zərərçəkmiş şəxs7 yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi ərazisində 3400 (üç min dörd yüz) manat pulunu almış, Zərərçəkmiş şəxs7 inandırmaq üçün «Kapital Bank» da onun adına ödəmə kartı açdırıb Abşeron rayonu ərazisində «MilliÖn» vasitəsi ilə Zərərçəkmiş şəxs7 adına olan ödəmə kartına hər ay 200 manat pul yükləməklə, Zərərçəkmiş şəxs7 etibarını qazanmaqla 3400 (üç min dörd yüz) manat məbləğində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində sonuncunun azyaşlı oğlu Natiq Əliyevə sosial yardım düzəldəcəyinə dair yalan vəd verərək inandırmış, bu niyyətlə 2019-cu ilin dakabr ayında, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində sonuncudan 1000 (bir min) manat məbləğində pul almış, Zərərçəkmiş şəxs2 inandırmaq üçün «Kapital Bank» da onun adına ödəmə kartı açdırıb Abşeron rayonu ərazisində «MilliÖn» vasitəsi ilə Zərərçəkmiş şəxs2 adına olan ödəmə kartına hər ay 165 manat pul yükləməklə, Zərərçəkmiş şəxs2 etibarını qazanmaqla 1000 (bir min) manat məbləgində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 həmin məbləgdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində Zərərçəkmiş şəxs2 bacısı Zərərçəkmiş şəxs3 azyaşlı oğlu Nicat Tahir oğlu Bəşirova sosial yardım düzəltmək adı ilə yalan vəd verib inandırmış, 2020-ci ilin iyun ayının əvvəllərində Abşeron rayonu ərazisində Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs3 1000 (bir min) manat məbləğində pulunu ələ keçirib, Zərərçəkmiş şəxs3 inandırmaq üçün «Kapital Bank» da onun adına ödəmə kartı açdırıb Abşeron rayonu ərazisində «MilliÖn» vasitəsi ilə Zərərçəkmiş şəxs3 adına olan ödəmə kartına hər ay 165 manat pul yükləməklə, Zərərçəkmiş şəxs3 etibarını qazanmaqla 1000 (bir min ) manat məbləgində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 həmin məbləgdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 arvadına təqaüd düzəltmək adı ilə yalan vəd verib inandırmış, 2020-ci ilin yanvar ayında Abşeron rayonu ərazisində Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 1500 (bir min beş yüz) manat məbləğində pul almış, Zərərçəkmiş şəxs1 inandırmaq üçün «Kapital Bank» da onun adına ödəmə kartı açdırıb Abşeron rayonu ərazisində «MilliÖn» vasitəsi ilə Zərərçəkmiş şəxs1 adına olan ödəmə kartına hər ay 200 manat pul yükləməklə, Zərərçəkmiş şəxs1 etibarını qazanmaqla 1500 (bir min beş yüz) manat məbləgində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 həmin məbləgdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs4 təqaüd düzəltmək adı ilə yalan vəd verib inandırmış, 2020-ci ilin iyun ayının əvəllərində Abşeron rayonu ərazisində Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs4 2000 (iki min) manat məbləğində pulunu ələ keçirərək, Zərərçəkmiş şəxs4 inandırmaq üçün «Kapital Bank» da onun adına ödəmə kartı açdırıb Abşeron rayonu ərazisində «MilliÖn» vasitəsi ilə Zərərçəkmiş şəxs4 adına olan ödəmə kartına hər ay 200 manat pul yükləməklə, Zərərçəkmiş şəxs4 etibarını qazanmaqla 2000 (iki min ) manat məbləgində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs6 təqaüd düzəltmək adı ilə yalan vəd verib inandırmış, 2020-ci ilin iyun ayının ortalarında Abşeron rayonu ərazisində Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs6 2000 (iki min) manat məbləğində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 həmin məbləgdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərrüfat müdiri vəzifəsində işləyərkən, tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 işlədiyi yer barədə bildirərək müəyyən pul müqabilində tanışı Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs5 təqaüd düzəltmək adı ilə yalan vəd verib inandırmış, 2020-ci ilin iyun ayının ortalarında Abşeron rayonu ərazisində Zərərçəkmiş şəxs2 vasitəsi ilə Zərərçəkmiş şəxs5 1800 (bir min səkkiz yüz) manat məbləğində pulunu ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 həmin məbləgdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019cu ilin oktyabr ayında tanışı Rəşadın vasitəsi ilə Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Rəşad onun məhlə uşağıdır. Ona demişdir ki, tanışı Zərərçəkmiş şəxs2 uşağı əlildir. Ona görə ki, Rəşad onun Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «X9» təsərüffat müdiri vəzifəsində işlədiyini bilmişdir. Bu səbəbdən də ondan xahiş etmişdir ki, Namiqin uşağı əlil olduğu üçün ona köməklik göstərsin. O, da Namiqlə görüşəndə harada işlədiyni demiş və ona kömək edəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Namiq tanışı Rəşadla birlikdə onun iş yerinə gəlmişlər. O, «X11» onlara göstərmiş və əlil uşaqların orada neçə müalicə olunduqlarını izah etmişdir. Bundan sonra onlar Namiqlə Xırdalan şəhərində «Həzz» yeməkxanasında görüşmülər. Zərərçəkmiş şəxs2 çölə çıxıb yeməkxananın həyətində ona 1000 (bir min) manat pul vermiş və bildirmişdir ki, onun uşağına sosial yardım düzəltməkdə kömək göstərsin. O, da Namiqdən 1000 (bir min) manat pulu almış və onun uşağına sosial yardım göstərəcəyinə söz vermişdir. Namiqə bildirmişdir ki, «Kapital» banka gedib özünün adına kart açdırsın. Namiq özünün adına kart açdırdıqdan sonra, o, həmin günün səhərindən hər ay 165 manat olmaqla, 7 ay, yani 1155 manat pulu onun kartına köçürmüşdür. Həmin puları köçürməyi barədə onda qəbizlər vardır. O, həmin pulları «milyon» post terminaldan köçürmüşdür. Əvvəlcə Namiq elə bilmişdir ki, uşağı əlil olduğu üçün sosial yardım alır. Lakin sonradan o, pulları ödəyə bilməyəndə Namiq özü dili ilə ona deimşdir ki, «mən bilirəm ki, sən həmin pulu «Million» terminal vasitəsi ilə ödəyirsən». Namiq həmin söhbəti ona görə demişdir ki, o, Namiqin oğlu üçün güya sosial düzəldəndən sonra, onun bacısı Ülviyyənin uşağı üçün də sosial düzəltmişdir. Belə ki, həmin 1000 manat pulu ona Namiqin qardaşı Zərərçəkmiş şəxs1 gətirib bir dəfə Abşeron rayonu ərazisində əvvəlcə 500 manat vermişdir. O, Namiqin bacısı üçündə kart düzəltməyi, yəni bankamatdan öz adlarına kart açdırmağı bildirmişdir. Onların kartanı birinci ay 165 manat pul vurulduqdan sonra, yəni o, «Million» terminal vasitəsi ilə vurduqdan sonra, Namiqin qardaşı Sadiqdən qalan 500 manatıda almışdır. Bundan təxminən 1-2 ay sonra Namiqlə həmin yeməkxananın yaxınlığında görüşmüşlər. Namiq ona demişdir ki, qardaşı və qohumları üçün sosial yardım düzəltməyini istəyirlər. Ona iki nəfərə sosial yardım düzəltmək üçün, onlardan biri Zərərçəkmiş şəxs4, biri isə Namiqin qadaşı Zərərçəkmiş şəxs1 üçün sosial yardım düzəltməyə görə Namiq ona həmin şəxslərə sosial düzəltmək üçün 1900 manat pul vermişdir. O, da həmin 1900 manat pulu alıb, Namiqin, qardaşı Sadiqin və Zərərçəkmiş şəxs4 yanında söz vermişdir ki, hər ay onlar 200 manat olmaqla pul alacaqlar. Həmin şəxslərdə kapital bankdan öz adlarına kart açmaqlarını məsləhət görmüşdür. Onlar öz adlarına kart açdırdıqdan sonra həmin kartın üst nömrəsini ona vermişlər. O, da hər ay hər iki nəfər üçün 200 manat olmaqla, ümumilikdə 400 manat onların kartlarına köçürürmüş. Hazırda həmin şəxslərin, yəni Namiqin qadaşı Sadiqin və Zərərçəkmiş şəxs4 pulunu köçürmüş və onların ondan heç bir şikayətləri, tələbləri yoxdur. Bundan sonra o, 2 nəfər üçün sosial düzəltməyinə Namiqlə söhbətləşmişlər. O, Namiqə demişdir ki, həmin iki nəfər üçün 2000 (iki min) manatdan olmaqla 4000 manat al gətir onlarada sosial yardım düzəldəcək. Namiq həmin şəxslərdən 4000 manat alıb gətirmiş, həmin puldan 100 manatını Namiq özünə götürüb 3900 (üç min doqquz yüz) manat isə ona vermişdir. Qalan adları yadında qalmayan 1 nəfər üçün isə Namiqdən 1500 manat və yaxud 1600 manat dəqiq yadında qalmayıb, pul almışdır. Həmin şəxslərədə eyni üsulla «Million» terminaldan vasitəsi ilə pul köçürmüşdür. Onlarda kartlarından pullarını çıxarırmışlar. O, qeyd etmişdir ki, həmin altı nəfərdən əvvəl iki nəfərin pullarını kartları olmadığı üçün Namiqin kartına köçürmüşdür. Həmin şəxslər pullarını Namiqin kartından çıxarıb onlara veribdir. Qalanları isə özlərinin kartlarına vurmuşdur. O, dəqiq bilmir, kimin kartı yox idisə onun pulunu Namiqin kartına vurmuşdur. O, kimə pul köçürmüşəsə həmin şəxslərin qəbizlərini təqdim edəcəyini bildirmişdir. O qeyd etmişdir ki, 2020-ci ilin iyul ayında işdən çıxarılmış, hazırda heç bir yerdə işləmir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ilkin olaraq Namiqdən və onun bacısı Ülviyənin uşağı üçün sosial düzəldəcəyimə söz verib, hər birinə 1000 manat olmaqla, 2000 manat almış, lakin sonradan böyüklər üçün isə bir nəfər üçün 2000 (iki min) manat almışdır. O, bunları ona görə etmişdir ki, digər şəxslərin pulunu ödəyə bilsin, həmdə öz səhhəti ilə əlaqədar pul lazım olduğu üçün belə etmişdir. O, əvvəllər insult keçirmiş, hazırda 3-ci qrup əlildir, 2005ci ildən də dövlət tərəfindən qan köçürmə inistitunda qeydiyatdadır. O, Zərərçəkmiş şəxs2 uşağına sosial yardım düzəltmək üçün ondan 1000 manat almış, lakin ondan sonra da bacısı Ülviyyə və qardaşı Sadiq üçün də iş görmək adı ilə pul almış və onların əvvəlcə kartları olmadığı üçün onlarında pulunu Namiqin kartına köçürmüş, əvvəlcə pulları normal köçürmüş, bu səbəbdən də heç kim heç nədən şübhələnməmiş, sonra isə pandemiya olmuş və artıq pul tapıb köçürə bilməmiş, bu səbəbdən də Namiq sonda başa düşmuşdur ki, o, onları aldadır. O, işdən çıxandan sonra, heç kimdən sosial yardım düzəltmək adı ilə pul almamış və heç kimi aldatmamış, bütün işləri işlədiyi ərəfədə etmiş, ona görə ki həmin təşkilatda, yəni X9 işləyəndə insanlar ona inanmış, o, da bundan istifadə edib sosial yardım və pensiya düzəltmək adı ilə pul almış, Rəşad və Namiq onun yanına iki dəfə gəlmiş, onlar onun yanına gələndə o, ağ xalatda olmuş, ona görə ki, işdə olanda o, ağ xalat geyinmiş, o, həmin şəxslərə tibb-müəssəsində işlədiyni desə də həkim işlədiyini deməmiş, iş yerində hamı ağ xalatda gəzmiş, ola bilsin ki, ona görə onun həkim olduğunu başa düşüblər. O, Namiqə və Rəşada işlədiym mərkəzdə uşaqların yatdığı palatanı göstərib demişdir ki, bura palatadı uşaqlar burada müalicə alır. O, Zərərçəkmiş şəxs2 kartına ona görə 405 manat və yaxud 400 manat pul köçürmüşdür ki, Namiq kartından pulu çıxarıb, digər pul aldığım şəxslərə pul versin, ona görə ki, elə adamlar vardır ki, onlar hələ adlarına kart açdırmamışdırlar. Sonda o, əməlindən peşman olmasını bildirirək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkən şəxs qismində tanınan Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq Rusiyada olduğu üçün iclasda iştirak edə bilməyəcəyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 görə tanımışdır. Təqsirləndirilən şəxs qardaşı Namiqin azyaşlı övladı Nicata sosial yardım almasına köməklik edəcəyinə söz vermişdir. Hətta Namiqdən buna görə 1000 (bir min) manat pul da almışdır. Namiqə öz adına « Kapital » bankda kart açdırıb, hər ay həmin karta 165 manat olmaqla pulda köçürmüşdür. 2020-ci ilin yanvar ayında o və Cəlilabad rayonunda olan qohumları eşitmişlər ki, Namiq azyaşlı övladına sosial yardım düzəldib. Bundan sonra onun bacısı Ülviyyə (Əliyeva) Bəşirova qardaşı Namiqlə danışmış və Namiqdən xahiş etmişdir ki, onun da azyaşlı oğlu Nicat xəstə olduğu üçün ona da sosial yardım düzəltməsi üçün həmin Elxan adlı həkimdən xahiş etsin. Namiq bacısı Ülviyyəyə telefonla bildirmişdir ki, Elxan həkimlə danışıb, Elxan həkim deyib ki, 100 manat pul və uşağın sənədlərini göndərsin ki, həll etsin. O, bacısı Ülviyyənin uşağının sənədlərini və ondan aldığı 1000 manat pulu götürüb, 2020-ci ilin yanvar ayında, Abşeron rayonunda yaşayan qardaşı Namiqin evinə gəlmişdir. Qardaşı Namiq onu Elxan həkimlə tanış etmiş, o, bacısının uşağının sənədlərini və ona verdiyi 1000 manat pulu, Abşeron rayonunda Xırdalan şəhərində qardaşı Namiqin yanında Elxan həkimə vermişdir. Elxan həkim bildirmişdir ki, tezliklə Ülviyyənin uşağını işi düdzələcək. Həmin vaxtı o, Elxan həkimlə söhbət etmiş və həyat yoldaşına xəstə olduğu üçün pensiyə düzəltmək istədiyini bildirmişdir. Həmin vaxtı Elxan bildirmişdir ki, 2000 (iki min) manat versə, onun həyat yoldaşına pensiya düzəldər. Həmçinin demişdir ki, onun həyat yoldaşı xəstəxanada yatacağ, sonra isə ona təqaüd düzəldəcək, lakin əvvəlcədən 1500 manat pul verilməsini bildirmişdir. O, da Elxana inanıb sonuncuya, 2020-ci ilin təxminən fevral ayında, Abşeron rayonu, Xırdalan şəhərində 1500 manat pul vermişdir. Lakin sonradan məlum olmuşdur ki, Elxan qardaşı Namiqi, bacısı Ülviyyəni, onu və digər şəxsləri aldadaraq, onlardan aldığı pulu özünə götürməklə əvvəlcə Namiqə « Kapital » bankda açdırdığı karta pulu köçürmüş, onlarda ona inanaraq elə bilmişlər ki, həmin pulu Namiqin oğluna sosial yardımı Əmək və Əhalinin müdaiə fondu verir. Lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs2 aldığı puldan «Milion» vasitəsi ilə Namiqin adına olan karta pul köçürürmüş. Həmçinin bacısı Ülviyyədən aldığı pulun da müəyyən hissəsini onun adına olan karta köçürüb. O, da öz adına «Kapital» bankdan kart açdırsa da, Elxan onun adına olan həmin karta pul köçürməmiş, hər dəfə onu aldadaraq bu ay olacaq deməklə 4 ay onu yola vermişdir. O, da məcbur olub bu barədə şikayət etmişdir. Ondan, bacısı Ülviyyədən və qardaşı Namiqdən başqa Elxan bir neçə nəfəri də aldatmışdır. Onlardan da pul alaraq təqaüd düzəldəcəyinə söz vermiş, lakin aldığı puldan əvvəlcə bir neçəsinə düzəltdirdiyi karta «Milion» vasitəsi ilə pul yükləməklə həmin şəxsləri də inandırmışdır. O, 1500 manat pulu, 2020-ci ilin təxminən fevral və yaxud mart ayında, Abşeron rayonu ərazisində qardaşı Namiqin yanında Təqsirləndirilən şəxs vermişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs onu, qardaşı Zərərçəkmiş şəxs2, həmkəndliləri və qohumları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 da onun kimi sosial müavinat və təqaüd düzəltmək adı ilə aldadıbdır. Təqsirləndirilən şəxs uşaqlara sosial müavinat, böyüklərə isə təqaüd düzəldəcəyini demişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, Abşeron rayonu Xırdalan şəhərində, H.Əliyev prospektində «Mono» marketin yaxınlığında şüşə sexində işləyir. 2020-ci ilin yanvar ayında bir nəfər tanımadığı şəxs sexə gəlmiş, əvvəlcə sexdə şüşə ilə maraqlanmış, əlində bir neçə şəkil gətirib, ona göstərmiş və həmin şüşələrdən onun sexində olub-olmadığını soruşmuşdur. O, da həmin şəxsə sonradan tanıdığı Təqsirləndirilən şəxs demişdir ki, onda həmin şüşələrdən var. Təqsirləndirilən şəxs həmin şüşələrdən sifariş etdəcəyini bildirmişdir. Söhbət edən vaxtı məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs, Nərimanov rayonunda, polis idarəsinin yaxınlığında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xədimətinin «X9» həkim işlədiyni demişdir. O, da söhbət əsnasında Elxana ikinci oğlu Natiq Əliyevin nitq qüsurlu olmasını, yəni anadan gəlmə danışa bilmədiyini demişdir. Elxan ondan həmin uşağın neçənci ildə anadan olduğunu, həmin uşağa əlil pulu alıb almadığımı soruşmuş, Elxana demişdir ki, oğlu Natiq Əliyev 2015-ci ildə anadan olub, anadan gəlmə əlildir, yani danışa bilmir, heç bir təqaüd almır. Elxan ona demişdir ki, 1000 (min) manat pul versə həmin uşağa sosial yardım, yəni ömürlük təqaüd düzəldər. O, da evə gedib fikirləşəndən sonra Elxanın ona verdiyi mobil nömrəyə (hazırda həmin nömrə yadımda qalmayıbdır) zəng etmişdir. Elxan ona demişdir ki, Nərimanov polis idarəsinin yaxınlığına gəl, iş yeri onun yaxınlığındadır. 2020-ci ilin yanvar ayının əvvəllərində tanışı Rəşad adlı şəxslə, Nərimanov rayonunda, Polis İdarəsinin yaxınlığında yerləşən əlil uşaqlar üçün nəzərdə tutulmuş «Uşaq Pərpa» mərkəzinə getmişdir. Orada mühafizəçilər onu saxlayıb kimin yanına getməyi ilə maraqlanmışlar. O, isə Elxan həkimin yanına getdiyini demişdir. Bundan sonra mühafizəçilər onu içəri buraxmışlar. O, içəri keçib ikinci mərtəbədə Elxan həkimin otağına getmişdir. Elxan həkim ona uşaqlar müalicə alan dövürdə yatacaqları yeri göstərmiş və bildirmişdir ki, onun oğlu Natiq Əliyevin adı 45 gün həmin xəstəxanada müalicə alacaq, həmçinin Elxan bildirmişdir ki, uşağa təqaüd düzəldəndən sonra, oğlu Natiq Əliyev hər ay 165 manat əlilik pulu alacaqdır. O, da Elxana inanmış və evə gəlib bir azda götür qoy etidkdən sonra, pulu olmadığı üçün qardaşı Vüsal Əliyevdən 1000 manat pul borc almış və 2020-ci ilin yanvar ayında oğlu Natiqin sənədlərini və 1000 manat pulu Elxana həkim kimi tanıdığı şəxsə vermişdir. Bundan təxminən 1 həftə sonra Elxan ona demişdir ki, Kapital banka gedib öz adına kart açdırsın. O, da kapital banka gedib 13 manat pul ödədikdən sonra öz adına kart açdırmışdır. 2020-ci ilin fevral ayından sonra hər ayın 10-dan sonra onun kartına 165 manat pul köçməyə başlamış, o, da həmin pulu çıxpardıb oğlu üçün xərcləmişdir. Həmin kartdan 5 (beş) ay, hər ay 165 manat olmaqla, 825 manat pul çıxartmışdır. Həmin vaxtda onun qardaşı, bacısı və qohumları oğlu Natiqə pensiya düzəltdiyini eşitmişlər və ondan xahiş etmişlər ki, həmin həkimlə danışıb onlarında uşaqlarına və özlərinə təqaüd düzəltsin. O, da bu barədə Elxana demişdir. Elxan demişdir ki, uşaqlara 1000 manata, böyüklərə isə 2000 manata təqaüd düzəldir. O, da bacısı Ülviyyə Əliyevanın uşağı Nicat xəstə olduğu üçün, ona bu barədə demişdir. Ülviyyə də ondan xahiş etmişdir ki, onun oğlu Nicat yeriyə bilmir, ona da təqaüd düzəltsin. Ülviyyə qardaşı Zərərçəkmiş şəxs1lə ona 1000 manat pul və oğlunun sənədlərini yollamışdır. 2020-ci ilin təxminən fevral ayında qardaşı Sadiqi Elxanla tanış etmişdir. Xırdalan şəhərində iş yerinin yaxınlığında qardaşı Sadiq 1000 manat pulu və bacısı oğlunun sənədlərini Elxana vermişdir. Bir neçə gün sonra bacısı Cəlilabad rayonunda özləri üçün kart açdırmışlar, Elxan hər ay onlarında kartına 165 manat köçürmüşdür. Bu minvalla onlar Elxana inanmış və elə bilmişlər ki, bütün işləri o, düzəldir. Ona görə də qardaşı Zərərçəkmiş şəxs1 Elxanla danışıb, 2020-ci ilin təxminən mart ayında Elxana əlavə olaraq 2000 (iki min) manat pul verib özünə də təqaüd düzəltməyi xahiş etmişdir. Elxan ondan 2000 manat pulu alıb, eyni üsulla ona da təqaüd düzəltsin. Bundan sonra, bacısı Ülviyyənin qayınları Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və həmkəndliləri Zərərçəkmiş şəxs6 hərəsi, onun vasitəsilə Elxana 2000 manat pul verib özlərinə kart açdıraraq, hər ay 200 manat almaqla təqaüd düzəltdirdiklərini düşünmüşlər, onlardan Zərərçəkmiş şəxs5 1800 manat vermişdir. O, Elşən, Faiq və Cavidən aldıqları pulları təqaüd düzəltmək üçün, 2020-ci ilin iyun ayında, Abşeron rayonu Xırdalan şəhəri ərazisində Elxana vermiş, həmin vaxtı hələ Elxanı işdən çıxarmamışdılar. Onlarda bir neçə ay təqaüd alandan sonra hamının pulu birdən kəsilməyə başlamışdır. Onlar Elxandan bu nə işdir, bu barədə soruşanda, əvvəlcə demişdir ki, idarədə baş həkimi tutublar ona görə də alınmır. Lakin sonradan məlum olmuşdur ki, Elxan o, da olmaqla bir çox adamı aldıdıb, onlardan aldığı pulları öz kartlarına Bankomat vasitəsi ilə köçürərək, onları şirnikdirib və onlar ona inandıqları üçün onlara sosial və təqaüd düzəltmək üçün ümumilikdə bir neçə şəxsi aldadaraq pul alıbdır. Həmin puldan isə özü bankomatdan onların kartlarına pul köçürməklə onları aldatmışdır. Onlar sonradan başa düşmüşlər ki, ümumiyyətlə heç bir əlilik pulu və təqaüd olmayıb, sonda Elxan özü etiraf etmişdir ki, onların öz pullarını özlərinin kartlarına köçürməklə onları aldadıbdır. Onlara söz vermişdir ki, heç bir yerə şikayət etməsinlər pullarını qaytaracaq. Lakin bundan bir neçə müddət keçməsinə baxmayaraq Elxan onların pulunu qaytarmamışdır. O, dəfələrlə Elxanın yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi 58-da yerləşən evinə (5 saylı məktəbin yanı) getsə də Elxanın atası və anası ona deyirmişlər ki, «pulu Elxana vermisən ondan istə, mənim qapıma gəlmə». O, da məcbur olub şikayət etmişdir. Qeyd etmişdir ki, Elxana şəxsən öz oğlu Natiqin işi ilə əlaqədar 1000 manat, qardaşı Zərərçəkmiş şəxs1 bacısı Ülviyyənin azyaşlı oğlu Nicatın işinə görə 1000 manat, Sadiq öz işinə görə 1500 (bir min beş yüz) manat veribdir. O, isə qohumu Zərərçəkmiş şəxs4 ona təqaüd düzəltməsi üçün 2000 manat, Zərərçəkmiş şəxs5 1800 manat və Zərərçəkmiş şəxs6 isə 2000 manat alıb, hamısını ümumilikdə 5800 manat pulu Elxana vermişdir ki, onlara təqaüd düzəltsin. Elxan onlarada kart açdırıb, lakin sonradan məlum olmuşdur ki, Elxan onlarıda aldadır. O, şəxsən Elxana ümumilikdə qohumlarının pulu ilə bir yerdə 6800 (altı min səkkiz yüz) manat pul vermiş, belə ki, 1000 manat öz oğlu Natiq Əliyevin işinə görə, 2000 manat Zərərçəkmiş şəxs4 işinə görə, 2000 manat Zərərçəkmiş şəxs6 işinə görə 1800 manatda Zərərçəkmiş şəxs5 işinə görə onlardan alıb Elxana vermişdir. Qardaşı Zərərçəkmiş şəxs1 isə bacısı Ülviyyədən aldığı 1000 manat pulu, Ülviyyənin azyaşlı uşağına sosial yardım düzəltmək üçün, özünə təqaüd düzəltmək üçün isə 1500 manat pulu verməklə, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs1 2500 manat pul vermişdir. O, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs biləndə ki, onun oğlu anadan gəlmə danışa bilmir, ona Nərimanov rayonunda yerləşən «Uşaq Bərpa» mərkəzində həkim işlədiyni demiş, həmçinin söhbət əsanasında bildirmişdir ki, onun oğluna əlil olduğu üçün Sosial yardım, düzəldə bilər. O, da 2020-ci ilin yanvar ayında Elxanın işlədiyi yerə getmiş və görmüşdür ki, həqiqətən Təqsirləndirilən şəxs Nərimanov rayonunda yerləşən «Uşaq Bərpa» mərkəzində bir otaqda həkim xalatında əyləşibdir. Bundan sonra o, Elxana inanmış və «Nitq» qüsurlu olan oğluna sosial yardım düzəltməsi üçün, 2020-ci ilin yanvar ayında, Abşeron rayonu Xırdalan şəhəri ərazisində Elxana 1000 manat pul vermiş, bundan sonra onun qohumları da ona inanmış, o, yuxarıda göstərdiyi kimi, 2020-ci ilin yanvar ayından, 2020-ci ilin iyun ayınadək olan müddətdə, 2000 manat pulu Zərərçəkmiş şəxs4, 2000 manat pulu Zərərçəkmiş şəxs6, 1800 manat pulu Zərərçəkmiş şəxs5 alıb, Abşeron rayonu, Xırdalan şəhəri ərazsində, Təqsirləndirilən şəxs vermişdir. Ona görə ki, Təqsirləndirilən şəxs onlara təqaüd düzəldəcəyinə söz vermişdir. Qardaşı Zərərçəkmiş şəxs1 isə 2020-ci ilin fevral ayında bacısı Ülviyyədən aldığı 1000 manat pulu, Ülviyyənin azyaşlı uşağına sosial yardım düzəltmək üçün, özünə təqaüd düzəltmək üçün isə 2020-ci ilin mart ayında, 1500 manat pulu Xırdalan şəhəri ərazisində Elxana verməklə, Təqsirləndirilən şəxs ümumilikdə 2500 manat pul vermişdir. Onlar elə bilirmişlər ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xədimətinin «Uşaq Bərpa» Mərkəzində həkim işləyir, lakin sonradan onun həmin «Uşaq Bərpa» mərkəzində İnzibati-İdarəetmə heyyətində təsərüffat müdüri vəzifəsində işlədiyni bilmişlər. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin iyul ayında işdən çıxarıblar. Elxanı işdən çıxarandan sonra o, sonuncuya pul verməmişdir. O, pulu Elxan işləyən vaxtı vermişdir. Onun həmin işlərdə heç bir məqsədi və xeyri olmayıbdır. Məqsədi qohumlarına kömək etmək olmuşdur. Hazırda şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 tanıyır, onun həmkəndlisi və qohumudur. Zərərçəkmiş şəxs2lə normal münasibəti olub, heç bir ədavəti və düşmənçiliyi olmayıbdır. Onun qardaşı Tahir Bəşirov, həmkəndlisi Zərərçəkmiş şəxs2 bacısı Ülviyyə adlı qadınla evlənib onların azyaşlı uşaqları var. Zərərçəkmiş şəxs2 həmin uşağın dayısıdır. 2020-ci ilin iyun ayında azyaşlı bacısı oğlundan eşitmişdir ki, dayısı Zərərçəkmiş şəxs2 onun üçün təqaüd düzəldib, yəni onu xəstəliklə təqaüdə çıxarıb. O, da istifadəsində olan mobil telefonla qohumu Zərərçəkmiş şəxs2lə danışmışdır. Namiqə demişdir ki, «eşitmişəm pensiya düzəldirsən?» Namiqdə bildirmişdir ki, «bir nəfər Elxan adlı tanış həkim var, həmin həkimə pul verirsən təqaüd məsələsini həll edir». O, da Namiqdən nə qədər pul vermək lazım olduğunu soruşmuşdur, Namiq ona demişdir ki, 2000 (iki min) manat pul lazımdır. O, da Namiqə 2000 manat pulunun olmadığını demiş və Namiqə 1800 manat pulunun olduğunu bildirmişr, həmçinin Namiqdən xahiş etmişdir ki, onun işini həmin həkimlə 1800 manata danışıb razılaşsın. 24 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşüb 1800 manat pulu ona vermişdir. Həmin vaxtı orada heç kim olmamışdır. Namiq həmin pulu ondan alanda demişdir ki, həkimlə danışıb, həmin işi düzəldəcək və puluda həmin Elxan adlı həkimə verəcək, 2020-ci ildə avqust ayının axırı həmin pul karta yüklənəcəkdir. O, da bütün deyilənlərə inanmış və yuxarıda göstərdiyi kimi 1800 (bir min səkkiz yüz) manat pulu Bakı şəhəri, Nərimanov rayonu ərazisində, H. Əliyev proospektində «SAAT» qülləsinin yanında həmkəndlisi Namiqə vermişdir. 15 avqust 2020ci il tarixdə Bakı şəhərində «Kapital» banka gedib öz adına kart açdırmışdır. Lakin nə qədər gözləsə də pul köçməmişdir. Söhbət zamanı Namiq ona demişdir ki, «sizin pulları Elxan həkimdən alıb qaytaracam». Həmin işləri görən Elxan həkimi işdən çıxarıblar. Lakin bu günədək Namiq nə onun pulunu qaytarır, nədə onun işini düzəldir. O, sonradan eşitmişdir ki, Elxan həkim onun kimi bir neçə şəxsidə aldadıb, hələ pulu qaytarmayıbdır. O, şəxsən Elxan həkimlə telefonla danışmış, Elxan həkim telefonda ona demişdir ki, həmin 1800 manat pulu Namiqdən alıb, lakin onların işini düzəldə bilməyib və ona söz vermişdir ki, pullarını qaytaracaq. Lakin bu günədək onların pullarını qaytarmayıbdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun belində yırtıq var və böyrəkləri ağrıyırdı. Lakin Namiq demişdir ki, heç bir həkimdən keçmək lazım deyil. O, da Namiqə inanmış, bu səbəbdən də ona pul vermişdir. O, bu günədək heç bir həkimə getməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 tanıyır, onun həmkəndlisi və qohumudur. Zərərçəkmiş şəxs2lə normal müunasibəti olub, heç bir ədavəti və düşmənçiliyi olmayıbdır. 2020-ci ilin may ayında kənddə eşitmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs2 övladı üçün xəstəliklə əlaqədar təqaüd düzəldibdir. O, da telefonla Zərərçəkmiş şəxs2lə danışmışdır. Namiqə demişdir ki, «eşitmişəm pensiya düzəldirsən?» Namiqdə bildirmişdir ki, onun bir nəfər Elxan adlı həkim tanışı var, həmin həkimə pul verirsən pensiya məsələsini özü həll edir. O, da Namiqdən soruşmuşdur ki, nə qədər pul vermək lazımdır. Namiq ona demişdir ki, 2000 (iki min) manata Elxan özü bütün məsələni həll edir. O, da Namiqdən xahiş etmişdir ki, həmin həkimlə onun işinidə danışsın. Namiq ona demişdir ki, Elxan həkimlə danışıb, onun işi üçün Elxan həkim ondan 2000 manat pul istəyibdir. O, da Namiqlə danışıb 2000 manata razılaşandan sonra, 2020-ci ilin iyun ayında Bakı şəhəri Şamaxinka deyilən ərazidə Namiqlə görüşüb 2000 manat pulu Namiqə vermişdir. Həmin vaxtı onların yanında heç kim olmamışdır. Namiq həmin pulu ondan alanda demişdir ki, Elxan həkimlə danışıb, həmin Elxan həkim Nərimanov rayonunda «X9» işləyir, həmçinin ona demişdir ki, ondan aldığı 2000 manat pulu da işi düzəltmək üçün həmin Elxan həkimə verəcəkdir. 2020-ci ilin avqust ayından isə həmin pul karta yüklənəcəkdir. O, da bütün deyilənlərə inanmış və yuxarıda göstərdiyi kimi 2000 manat pulu Şamaxinka deyilən yerdə həmkəndlisi Zərərçəkmiş şəxs2 vermişdir. Həmin vaxtı gedib Bakı şəhərində Kapital bankda öz adıma kart açdırmışdır. Lakin nə qədər gözləsə də pul köçməmişdir. O, Namiqə zəng edəndə, Namiq ona demişdir ki, həmin işləri görən Elxan həkimi işdən çıxarıblar. Elxan həkim sizin pulları qaytaran kimi özlərinə qaytaracaq. Lakin bu günədək Namiq nə onun pulunu qaytarır, nədə onun işini düzəldir. Namiq ona deyir ki, Elxan həkim onları aldadıbdır. Elxan həkim bu günədək onların pullarını qaytarmayıbdır. Sonradan ona məlum olmuşdur ki, Elxan adlı həkim onun kimi əmisi Elşəni, Naimiqin qardaşı Sadiqi, bacısı Ülviyyəni də aldadıb pullarını ələ keçiribdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, uzun müddətdir ki, ayaqlarında sümük ağrıları var. Lakin o, heç bir vaxtı həkimə müraciət etməmişdir. Namiq demişdir ki, heç bir həkimdən keçmək lazım deyil. O, da Namiqə inanmış, bu səbəbdən də ona 2000 manat pulu vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Zərərçəkən şəxs qismində tanınan Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şiayətçi olduğunu bildirmiş və ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan edilmiş ifadəsindən görünür ki, Cəlilabad rayonu, Zərbəli kəndində daimi qeydiyyatdadır və həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs2 onun qardaşıdır, 2005-ci ildən Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. 2020-ci ilin yanvar ayında o, eşitmişdir ki, qardaşı Zərərçəkmiş şəxs2 azyaşlı oğlu Natiq Əliyevə «Nitq» qüsurlu olduğu üçün sosial yardım düzəltdiribdir. O, da qardaşım Namiqdən xahiş etmişdir ki, onunda azyaşlı oğlu xəstə olduğu üçün onada sosial yardım düzəltdir. Qardaşım Namiq ona demişdir ki, Elxan adlı həkim var, danışıb ona deyər. Bir müddət sonra qardaşı ona demişdir ki, Elxan həkimlə danışıb, hər bir uşağa 1000 (bir min) manata sosial yardım düzəldir və onun da uşağına sosial yardım düzəltməyə söz verib, bunun üçün 1000 manat pul lazımdır. Bundan sonra o, 1000 manat pul düzəldib, oğlu Nicatın sənədlərini və 1000 manat pulu digər qardaşı Sadiqə vermişdir ki, aparıb Namiqə versin. Sadiq Abşeron rayonu Xırdalan şəhərində yaşayan digər qardaşı Zərərçəkmiş şəxs2 evinə getmiş, orada Namin qardaşı Sadiqi Elxan həkimlə tanış etmiş, onlar bir yerdə 1000 manat pulu və Nicatın sənədlərini Elxana vermişlər. Bundan bir müddət sonra Namiq ona demişdir ki, öz adına kapital bankdan kart açdırsın, Elxan həkim onunla danışıb deyib ki, Sosial pulu uşağın anasının adına olan karta köçəcəkdir. O, da kapital banka gedərək öz adına kart açdırmış və bir neçə ay həmin karta 165 manat olmaqla pul köçmüş, lakin sonradan həmin pul dayanmışdır. O, sonuncu dəfə 12.04.2020-ci ildə kartdan pul çıxartmış, ondan sonra onun kartına pul köçməmişdir, Elxan həkim qardaşı Namiqə deyib ki, gecikmə olduğu üçün hələ pul köçmür. O, qeyd etmişdir ki, onun və qardaşı Namiqin pul aldığını görən, qardaşım Sadiq, qaynı Faiq və digər qohumları da Elxana pul verib özlərinə təqaüd düzəltdirmişdilər. Lakin sonradan məlum olmuşdur ki, ümumiyyəitlə Elxan həkim sosial yardım və təqaüd düzəltməyib, hamını aldadaraq etibardan istifadə etməklə onları aldadıb, onlardan aldığı pulu kartlarına keçirərək dələduzluq etmişdir. O, qeyd etmişdir ki, Elxan adlı həkim əvvəlcə qardaşı Zərərçəkmiş şəxs2 azyaşlı oğlu Natiq Əliyevə güya sosial yardım düzəltməklə, ondan 1000 manat pul alıb, həmin pulu Namiqin adına olan karta yükləməklə onları aldatmış, onlar Elxan həkimə inanmış və bu səbəbdən də ilkin olaraq o, 1000 manat pulu və oğlunun sənədlərini qardaşı Sadiqlə Namiqə yollamış, onlarda həmin pulu, 2020-ci ilin yanvar ayında, Abşeron rayonu ərazisində Elxana vermişdirlər. O, ümumilikdə 1000 manat pul vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs valideynləri və ailə üzvləri ilə birlikdə, onunla bir məhəllədə yaşayır. Təqsirləndirilən şəxs atasını çoxdan tanısa da, 2019-cu ilin əvvəlindən Təqsirləndirilən şəxs özünü tanıyır. O, bilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərüfat müdiri vəzifəsində işləyir. 2019-cu ilin ortasında təxminən avqust-sentyabr aylarında o, Təqsirləndirilən şəxsla söhbət edəndə sonuncu ona demişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi «X9» təsərüfat müdiri vəzifəsində işləyir və ona təqaüd düzəldə bilər. O, da inanmış və Elxanla razılaşıb yaşadığı evin qarşısında 3400 manat pulu, ona təqaüd düzəltməsi üçün Elxana vermişdir. Təqsirləndirilən şəxs hər dəfə onunla görüşəndə narahat olmamasını, nsənədləri yığdığını və onun işin düzəldəcəyini demişdir. Bundan 2-3 ay sonra Təqsirləndirilən şəxs məhlədə onunla görüşəndə bildirmişdir ki, onun həyat yoldaşına da təqaüd düzəldə bilər. O, da Elxana yenə inanmış və 2019-cu ilin axırlarında, təxminən oktyabr-noyabr aylarında yaşadığı küçədə əlavə olaraq Elxana 3400 amanat həyat yoldaşına təqaüd düzəltməsi üçün vermişdir. O, ümumilikdə Elxan Ömərova 6800 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona hər dəfə işin düzələcəyini desədə, lakin ona və həyat yoldaşına təqaüd düzəltməmişdir. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs onun kimi bir neçə şəxsin pulunu alaraq aldatmışdır. O, da məcbur Təqsirləndirilən şəxs pulunu qaytarmadığı üçün ondan Abşeron RPİ-nə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Zərərçəkən şəxs qismində tanınan X6 məhkəməyə teleqram ünvanlayaraq iclasda iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, dəymiş ziyan ödənildiyindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X4 elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs2 ilə normal münasibəti olub, heç bir ədavəti və düşmənçiliyi olmayıbdır. 2020-ci ilin iyun ayında həmkəndlisi və tanışı Zərərçəkmiş şəxs4 eşitmişdir ki, Abşeron rayonunda yaşayan həmkəndliləri Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 pensiya çıxmaq üçün köməklik edib, bunun müqabilində Zərərçəkmiş şəxs4 2000 (iki min) manat pul alıb. O, da telefonla Zərərçəkmiş şəxs2lə danışmışdır. Namiqə demişdir ki, «eşitmişəm pensiya düzəldirsən?» Namiq də bildirmişdir ki, «2000 manat pul verərsən sənə də düzəldərəm». Həmçinin Namiq ona demişdir ki, pulu qardaşı Zərərçəkmiş şəxs1 ver. Bundan bir gün sonra Namiqin qardaşı Sadiq onun yaşadığı evə gəlmiş, o, 2020-ci ilin iyun ayında Namiqin qardaşı Sadıqə 2000 manat pulu öz yaşadığı evin həyətində vermişdir. Sadiq ondan pulu alandan təxminən 10 gün sonra, Namiq onun istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, «Kapital» banka get, öz adına kart açdır. O, da «Kapital» banka gedib 15 manat pul köçürüb öz adına kart açdırmışdır. O, öz adına «Kapital» bankdan kart açdırandan sonra Namiqin istifadəsində olan telefona zəng etmiş, Namiq demişdir ki, avqust ayının 15-də sənin kartına pul köçəcək. Lakin o, Namiqə sentyabr ayında zəng edəndə, Namiq ona demişdir ki, «sizin pulları qaytaracam». Həmin işləri görən həkimi işdən çıxarıblar. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, hazırda Abşeron rayonunda daimi qeydiyyatdadır və yaşayır. Abşeron rayon, Xırdalan şəhər sakini Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs tanıyır, belə ki, Təqsirləndirilən şəxs onun qonşusudur, onunla normal münasibəti var, heç bir ədavəti və düşmənçiliy yoxdur. Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayonunda «X9» işləməsini bilmiş, lakin konkret hansı vəzifədə və nə işlə məşğul olduğunu bilmir. Təqsirləndirilən şəxs ona demişdir ki, əlil uşaqlara sosial yardım düzəldir. Təqsirləndirilən şəxs ona demişdir ki, yaşadığı evin pəncərəsinə şüşə düzəltdirmək istəyir, o, da onu Zərərçəkmiş şəxs2lə tanış etmişdir. Bundan sonra təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində Namiq ondan soruşmuşdur ki, Elxan harada işləyir, o, da ona demişdir ki, Elxan Nərimanov rayonunda «X9» işləyir, lakin nə vəzifəsində işlədiyni bilmir. Bundan sonra o, Zərərçəkmiş şəxs2lə birlikdə Nərimanov rayonunda yerləşən «X13» getmişlər, orada onları girişdən buraxmamışlar. Onlar demişlər ki, Elxan həkimin yanına gəlmişlər, bundan sonra Elxana zəng edib, onları binaya buraxmışlar. O, tanışı Zərərçəkmiş şəxs2lə gedib üçüncü mərtəbəyə çıxmış, üçüncü mərtəbədə Elxan dəhlizdə onları gözləmiş, Elxanın əynində ağ xalat vardır. Elxan onları həmin binada müəyyən otaqlara aparıb, həmin otaqlarla tanış etmiş və bildirmişdir ki, qüsurlu, yəni əlil uşaqlar burada müalicə alırlar. Bundan sonra Elxan onları öz otağına aparmış və həmin «Uşaq Bərpa» Mərkəzində həkim işlədiyni onlara demişdir. Onlar da ona inanmışlar. O, sonradan eşitmişdir ki, Elxan Zərərçəkmiş şəxs2 1000 ( bir min ) manat pul alıb və onun anadan gəlmə nitq qüsurlu oğluna sosial müavinat düzəldibdir. Lakin bir müddət sonrat məlum olmuşdur ki, Təqsirləndirilən şəxs heç də həmin «Uşaq Bərpa» mərkəzində həkim işləmirmiş, həmin müəssisədə təsərüfat müdiri vəzifəsində işləyirmiş və Zərərçəkmiş şəxs2 də aldadaraq ondan əvvəlcə 1000 manat alıb, Namiqə öz adına «Kapital» bankda kart açdıraraq, Namiqdən aldığı 1000 manat puldan hər ay 165 manat həmin karta «Milyon» apparat vasitəsi ilə köçürərək Zərərçəkmiş şəxs2 etibarını qazanmış və bundan istifadə edərək, Zərərçəkmiş şəxs2 bir neçə qohumunuda bu münvanla aldadıb, onların uşaqlarına və yaxud özlərinə sosial müavinat düzəltmə adı ilə, həmin şəxslərin pullarını əldə etmişdir. O, sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs bu işlərinə görə həmin «Uşaq Bərpa» mərkəzindən işdən uzaqlaşdırıblar. O, Elxanla Namiqi tanış edən vaxtı Təqsirləndirilən şəxs belə işlərlə, yəni insanları aldadaraq pullarını əldə etməsi barədə heç bir məlumatı olmamışdır. Bütün olanlar barədə o, sonradan bilmişdir. Ona bütün olanlar barədə Zərərçəkmiş şəxs2 danışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan qərarlardan görünür ki, 28.02.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində X1 Abşeron RPİ-nin X8 təhvil verilmiş və iş üzrə dayandırılmış icraat təzələnərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmiş, dərhal Abşeron RPİ-nin MSY-dən azad olunmaqla barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon məhkəməsinin 07.05.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhər Xəzər rayon məhkəməsinin 29.07.2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 06.08.2021-ci il tarixli Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 178.2.2 və 178.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. İş materiallarında olan məlumat vərəqindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 21.11.2004-cü il təvəllüdlü Nizam Ömərov adlı bir yetkinlik yaşına çatmayan və 25.01.2017-ci il təvəllüdlü Ruqiyyə Ömərova adlı bir azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs səmimi peşmanlığını, zərərçəkən şəxslərdən X6 və Zərərçəkmiş şəxs7 şikayətçi olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Məhkəmələr nəzərə almalıdırlar ki, həmin maddənin geniş təfsirinə yol verilmir. Məhkəmə qərarları ilə digər orqanlarda müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin vəzifələrindən biri CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəliliyini, həmin cinayətlərdən birinin korrupsiya cinayəti olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində dövlət orqanlarında və yerli özünüidarə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edilməsi həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqda bağlı cəzanın məqsədini təmin edə bilər. Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 29.07.2021ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətində azadlıqdan məhrumetmə cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 06.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut yoxdur. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddələrinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Bakı şəhər Xəzər rayon məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Bakı şəhər Xəzər rayon məhkəməsinin 29.07.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilən hissəsi ona hazırkı hökmlə təyin edilən cəzanın müddətinə hesablanmaqla cəzasının əvvəli 06.05.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 (qırx) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar