Məhkəmə qərarları › İş №1(012)-585/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-585/2022

21.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-585/2022 21.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı il tarixdə Abşeron rayonu anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Hökməli qəsəbəsi, Xaqani küçəsi, ev 1-də qeydiyyatda olmaqla faktiki olaraq Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni məhəllədə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhələdə fərdi yaşayış evlərində ögey qardaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə-məişət münasibətləri zəmnində yaranmış mübahisə zamanı, yəni Zərərçəkmiş şəxs anası Raidədən 10 manat pul istəməsi üstündə Təqsirləndirilən şəxs yumruqla və taxta parçası ilə ögey qardaşı atası Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, eləcədə sol baldırın qançırı ilə nəticələnən, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirib, qəsdən sağlamlığına Yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs, onunögey qardaşıdır. Hal-hazırda onunla birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində evdə olarkən ögey qardaşı Ağahüseynin anası Raidədən 10 manat pul istədiyinə görə Ağahüseynə öz iradını bildirmişdir. Bu səbəbdən də aralarında sözlə mübahisələri baş vermişdir. Mübahisə zamanı əsəbləşərək yumruqla və taxta parçası ilə ögey qardaşı Ağahüseynin sifətinə başına va bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmişdir. Baş vermiş mübahisə zamanı evdə anası Raidədənbaşqa şəxsin olmadığını, mübahisənin təxminən 3- 5 dəqiqə davam etdiyini, əvvəllər ögey qardaşı Ağahüseyn ilə aralarında heç bir dava-dalaşın olmadığını göstərmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Zərərçəkmiş şəxs ilə barışdığını, hərəkətindən peşman olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə baxışında ifadəsi elan və tədqiq edilən Zərərçəkmiş şəxs ifadəsində görünür ki, Təqsirləndirilən şəxs onun ögey qardaşıdır və hazırda onunla birlikdə Abşeron rayonu, Qobu qəsəbəsi yeni məhəllədə yaşayırlar. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən anası Şahid 10 manat pul istədiyinə görə ögey qardaşı Təqsirləndirilən şəxs onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Əlişirin onun üzərinə gələrək yumruq və taxta parçası ilə müxtəlif nahiyələrinə (sifət, baş və digər nahiyələr) .vura döymüşdür.Sonra bu barədə xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin nə ərizə ilə müraciət etmişdir. Baş vermiş mübahisənin 3-5 dəqiqə davam etdiyini, həmin vaxt evdə anası Raidədən başqa kənar şəxsin olmadığını, əvvəllər ögey qardaşı Əlişirin ilə aralarında dava-dalaşın olmadığını göstərmişdir. O, ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid bildirdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun oğlanlarıdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində evdə olarkən kiçik oğlu Ağahüseyn ondan 10 manat pul istədiyinə görə böyük oğlu Əlişirin ögey qardaşı Ağahüseynə sözlə irad bildirmişdir. Buna görə də onların aralarında sözlə mübahisə baş vermiş və həmin vaxt Əlişirin yumruqla və taxta parçası ilə Ağahüseynin sifətinə, başına və bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döyərək xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MTE və PA Birliyinin Abşeron rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 2015 nömrəli rəyindən görünür ki, 1998-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - ənsə nahiyəsinin cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, eləcədə sol baldırın qançırı, bərk-küt əşya təsirindən törənmişdir qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİl-dən daxil olmuş arayışda göstərilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən Abşeron məhkəməsinin qərarı ilə borcu fiziki şəxs və cavabdeh olaraq axtarış elan edilmişdir lakin, o heç vaxt cinayət məsuliiyətinə cəlb olunmamışdır. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi və cinayət işində olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxsarasında barışıq əldə olunması, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmaması və hər ikisinin məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edən ərizə ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 321, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar