Məhkəmə qərarları › İş №1(012)-585/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-585/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-585/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Fərhad oğlunun və onun müdafiəçisi fərdi vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 2000-ci ildə Bakı şəhərində doğulmuş,Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsində fərdi yaşayış evində yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, buna hüququ olmadan kompüter məlumatlarını tamah və sair şəxsi niyyətlə qəsdən təkrar dəyişdirməklə kompüter sisteminə və kompüter məlumatlarına qanunsuz müdaxilə edərək əhəmiyyətli zərər vurulmasına səbəb olan hərəkətlər etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid4 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatını əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00-da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 1500 manat pul müqabilində qəsdən dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid6 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 3000 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid5 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 2500 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid9 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 5500 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid12 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını sonuncudan aldığı 8500 manat məbləğində pul müqabilində qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid7 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid8 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid3 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldə etmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək ona müraciət etmiş Şahid11 güzəştli şərtlərlə mənzil əldə etməsini təmin etmək məqsədilə xüsusi “BOT” proqram təminatı əldə edərək Mənzil X10 “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş “Captcha” mühafizə tədbirinə uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə saat 11:00 da “X18nın” Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən inzibati binasında “Güzəştli mənzil” informasiya sistemində “Captcha” mühafizə tədbirini avtomatik keçməklə kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə Mənzil X13 tərəfindən satışa çıxarılan güzəştli mənzilləri ümumi və bərabər əsaslarla əldəetmək hüququ olan vətəndaşların qeyd olunan hüquqlarını məhdudlaşdıraraq, Mənzil X13nin normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 -ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, zərəçəkənlərin şikayətçi olmamalarını bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. İşin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 -ci maddəsilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, o, uzun müddət İT sahəsində işlədiyi üçün əhatəsi çox geniş olmuşdur. Bunun üçün “Mida” nın keçirdiyi müsabiqədə iştirak etmək üçün şəxslər özləri ona müraciət edirmişlər. O da kompüter sahəsində xüsusi biliklərindən istifadə edərək bu müraciətlərdən ailə vəziyyəti ağır olduğu üçün yararlanmaq istəmişdir. O, sosial şəbəkədən bu işlə məşğul olan Ruslan Hacıyev adlı şəxsin olduğu barədə məlumat almış, Ruslanın Mida-nın mənzillərinin seçim prosesinə xüsusi “bot” proqram tətbiqi ilə qoşulmasını və həmin proqramın “Game Ring” internet klubunda işlək vəziyyətinin yoxlayacağını bilmişdir. Ruslan əldə etdiyi “bot” proqramını “Game ring” internet klubunda test etmək üçün kompüterlərin birinə quraşdırmışdır. Ruslan klubu tərk etdikdən sonra o, Ruslanın istifadə etdiyi kompüterdən yüklədiyi “BOT” proqramını götürmüşdür. Həmin proqramın müddəti keçdiyi üçün işlək deyilmiş. O, həmin proqramı Hakan adlı türk vətəndaşı olan tanışından 20.000 türk lirəsi müqabilində bərpa edərək işlək vəziyyətə gətirmişdir. Bunun üçün ödənişi kripto valyuta ilə ödəmişdir. Bundan sonra o, həmin proqramdan istifadə edərək mənfəət qarşılığında ona müraciət etmiş şəxslərin əvəzinə “Mida”-nın “Yasamal-2” layihəsi üzrə mənzil seçimini tamamlamaq qərarına gəlmişdir. Mənzil seçimini ona müraciət etmiş şəxslərdən 9 nəfər üçün cəhd edərək uğurla tamamlamış və bunu ailəsinin maddi durumuna kömək etmək məqsədilə etmişdir.Müsabiqədə iştirakla bağlı o, bildirmişdir ki, ümumiyyətlə heç bir proqram tətbiq etmədən müsabiqədə 13 saniyədən az iştirak etmək qeyri mümkündür. Onun müsabiqədə tətbiq etdiyi “BOT” proqramı bütün məlumatları avtomatlaşdırdığı kimi “Captcha” təhlükəsizlik kodunu da adlayır. Kompüterin gücü və internet sürətindən asılı olaraq proqramla 5-6 saniyə ərzində müsabiqədə iştirak mümkündür. Lakin, müsabiqə zamanı sistemdə “yüklənmə” olduğu üçün proqram 9 və 11 saniyə ərzində uduşu tamamlaya bilmişdir.Bundan başqa o, ifadəsində bildirmişdir ki, mənzil seçimi ilə bağlı ona müraciət etmiş şəxslərdən ümumilikdə 21.000 manat məbləğində vəsait almışdır. O, həmin vəsaitin bir hissəsini şəxsi ehtiyacları üçün xərcləmişdir. Lakin mənzil seçimi ilə bağlı araşdırma aparıldığı üçün bu vəsaitləri aldığı şəxslər həmin vəsaitləri ondan geri istədikləri üçün, o, həmin vəsaitlərin böyük hissəsini geri qaytarmışdır. Həmin vəsaitlərdən təxminən 5- 6 min manat vəsaiti qaytara bilməmiş, bu vəsaitləri də hissə-hissə həmin şəxslərə qaytaracaqdır.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid4 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Rəşaddan 1500 manat məbləğində pul vəsaitləri istəmişdir. Onlar məbləğ barədə razılığa gəldikdən sonra Rəşad öz adına verilmiş asan imza olan nömrəsini ona təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, “X18”nın Hökməli qəsəbəsində yerləşən filialında, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid4 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olmuşdur. Bundan sonra metronun Elmlər stansiyası yaxınlığında görüşərək əvvəlcədən razılaşdıqları məbləğ olan 1500 manat vəsaitləri Rəşaddan təhvil almış və ona Rəşadın təqdim etdiyi asan imza olan nömrəni sonuncuya təhvil vermişdir.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid6 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Vasifdən 3000 manat məbləğində pul vəsaitləri istəmişdir. Onlar məbləğ barədə razılığa gəldikdən sonra Vasif öz adına verilmiş asan imza olan nömrəsini ona təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, “Aurora Sənaye parkf’nın Hökməli qəsəbəsində yerləşən filialında, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid4 adından müsabiqəyə qatılaraq 1 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olmuşdur. Bundan sonra metronun “Gənclik” stansiyası yaxınlığında görüşərək əvvəlcədən razılaşdıqları məbləğ olan 3000 manat vəsaitləri Vasifdən təhvil almış və ona Vasifin təqdim etdiyi asan imza olan nömrəni sonuncuya təhvil vermişdir.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid5 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Esmiradan 2500 manat məbləğində pul vəsaitləri istəmişdir. Onlar məbləğ barədə razılığa gəldikdən sonra Esmira öz adına verilmiş asan imza olan nömrəsini ona təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, “X18”nın Hökməli qəsəbəsində yerləşən filialında, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid5 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olmişdir. Bundan sonra metronun “Əcəmi” stansiyası yaxınlığında görüşərək əvvəlcədən razılaşdıqları məbləğ olan 2500 manat vəsaitləri Esmiradan təhvil almış və Esmiranın təqdim etdiyi asan imza olan nömrəni sonuncuya təhvil vermişdir.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid10 həyat yoldaşı Şahid9 adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Tahirdən 5500 manat məbləğində pul vəsaitləri istəmişdir. Onlar məbləğ barədə razılığa gəldikdən sonra Tahir ona Şahid9 adına verilmiş asan imza olan nömrəsini təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, “X18”nın Hökməli qəsəbəsində yerləşən filialında, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid9 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olmuşdur. Bundan sonra onların yaşadığı Nərimanov rayonu ərazisində olan mənzillərində görüşərək əvvəlcədən razılaşdıqları məbləğ olan 5500 manat vəsaitləri Tahirdən təhvil almış və ona təqdim etdiyi asan imza olan nömrəni Tahirə təhvil vermişdir.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid12 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Umuddan 8500 manat məbləğində pul vəsaitləri istəmişdir. Onlar məbləğ barədə razılığa gəldikdən sonra Umud öz adına verilmiş asan imza olan nömrəsini ona təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, “X18”nın Hökməli qəsəbəsində yerləşən filialında, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid12 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olmuşdur. Bundan sonra metronun “Elmlər” stansiyası yaxınlığında görüşərək əvvəlcədən razılaşdıqları məbləğ olan 8500 manat vəsaitləri Umuddan təhvil amış və ona təqdim etdiyi asan imza olan nömrəni Umuda təhvil vermişdir.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid7 özünü və iş yoldaşı Şahid8 adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, Elmarla dost olduğu üçün sonuncudan hər hansı məbləğdə pul vəsaitləri istəməmiş, onlar üçün mənzili təmənnasız seçmişdir. Bundan sonra Elmar və Qadir asan imza olan nömrələrini ona təqdim etmişlər. 30 mart 2022ci il tarixdə saat 11:00 da o, “X18”nın Hökməli qəsəbəsində yerləşən filialında, o, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid7 və Şahid8 adından müsabiqəyə qatılaraq hər birinə 3 otaqlı olmaqla 2 mənzilin ipoteka ilə alınmasında qalib olmuşdur. Bundan sonra o, Elmar və Qadirin təqdim etdikləri asan imza olan nömrələri onlara qaytarmışdır.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid3 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. O, mənzil seçimini uğurla tamamlayacağı təqdirdə Aqildən 2500 manat məbləğində pul vəsaitləri istəmişdir. Onlar məbləğ barədə razılığa gəldikdən sonra Aqil ona adına verilmiş asan imza olan nömrəsini təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə saat 11:00 da o, “X18”nın Hökməli qəsəbəsində yerləşən filialında, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid3 adından müsabiqəyə qatılaraq 3 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olmuşdur. Lakin mənzil seçimi ilə bağlı araşdırma başlanıldığı üçün o, Aqildən hər hansı vəsait almamışdır.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, Şahid11 öz adından mənzil seçimini tamamlaması üçün ona müraciət etmişdir. Loğman onun yaxın dostu olduğu üçün Loğmandan hər hansı vəsait almağı düşünmürmüş. O, 30 mart 2022-ci il tarixdə saat 11:00 da mən “X18”nın Hökməli qəsəbəsində yerləşən filialında, əvvəlcədən əldə etdiyi xüsusi “Bot” proqramını tətbiq etməklə Şahid11 adından müsabiqəyə qatılaraq 1 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olmuşdur.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, yaxın dostu Şahid13 “X16 işləyir. Hüseynqulunun işlədiyi “X18”nda internet sürətli olduğu üçün o, Hüseynquludan həmin təşkilatın internet və kompüterindən 1 günlük istifadə etməyi xahiş etmişdir. Lakin o, Hüseynquluya bunu hansı məqsəd üçün istifadə etməsi, oradakı kompüterlərə xüsusi proqram quraşdıraraq mənzil seçimini müxtəlif şəxslər üçün tamamlayacağı barədə hər hansı məlumat verməmişdir. Hüseynqulu işin mahiyyətinə varmadan dost olduqları üçün ona kömək etmişdir. Bunun müqabilində o, Hüseynquluya hər hansı vəsait verməmişdir.İfadəsinə davam edən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona müraciət etmiş şəxslər üçün mənzil seçimini ümumilikdə 10 ədəd kompüterdən istifadə etməklə tamamlamışdır. Belə ki, “X18”nın İT şöbəsində təxminən 9 kompüter olmuşdur. O da özünə məxsus olan kompüteri əlavə olaraq aparmışdır. Belə ki, bir kompüterdən istifadə etməklə 2- 3 nəfər üçün mənzil seçimini tamamlamaq mümkündür. Bundan başqa, o, 30 mart 2022-ci il tarixdə “X9 fəhlə işləyən şəxslərin köməyindən istifadə etmişdir. Həmin şəxslərin xüsusi biliyinin olmasına ehtiyac olmamışdır. O, əvvəlcədən “Bot” proqramını kompüterlərə quraşdırmış və istifadəyə hazır vəziyyətə gətirmişdir. Bundan sonra həmin şəxslərə sadəcə “başla” əminə sıxmaqla proqramı işə salmaq qalmışdır. Qalan bütün prosesləri proqram özü tamamlamışdır. Ona mənzil seçimini bir düyməyə sıxmaqla yardım etmiş fəhlə olan şəxslər onu tanımamışlar. Həmin vaxt onlar sənaye parkında işləmişlər. O, həmin fəhlələrə kompüterdə bir düyməyə sıxmaqla kömək etmək lazım olduğunu bildirmiş, onlar məsələnin mahiyyətinə varmadan ona sadəcə kömək etmişlər. O, həmin şəxslərə göstərdikləri kömək müqabilində hər hansı vəsait verməmişdir. İş üzrə Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsiri aşağıda göstərilən çoxsaylı şahid ifadələri, əməliyyat orqanından daxil olmuş materiallar, ekspertiza rəyləri və arayışı, baxış protokolları və işin digər faktiki materialları ilə biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə bir daha tam təsdiq olunur və sübuta yetirilir: Məhkəmə iclasında Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə öz ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs Mənzil X10 “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan informasiya texnologiyaları sahəsində texniki imkanlardan istifadə edərək maddi maraq zəminində ona müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi proqram təminatları hazırlayıb və uyğunlaşdırıb tətbiq etməklə 30 mart 2022-ci il tarixdə “Güzəştli mənzil” informasiya sisteminə daxil olması və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etməsi, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşdur.Belə ki, 2022-ci ilin mart ayının 30-da Azərbaycan Respublikasının Mənzil X13 tərəfindən növbəti dəfə 442 mənzil satışa çıxarılıbmış. Mənzillər satışa çıxarılarkən hər bir kəsə bərabər hüquqlar yaradılmış. Mənzil seçimi prosesi başa çatdıqdan sonra agentlik tərəfindən sistemə kənar şəxslər tərəfindən müxtəlif proqramlardan istifadə edilməklə müdaxilə olunması ilə bağlı şübhələr olduğu üçün Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunmuşdur. Məhkəmə iclasında şahid və eyni zamanda digər Şahid9 nümayəndəsi qismində dindirilmiş Şahid10 öz ifadəsində bildirmişdir ki, 2022-ci ildə həyat yoldaşı Şahid9 adına “MİDA” güzəştli mənzillərin alınması əlaqədar Asan Xidmətə müraciət etmişdir. Bundan sonra qeydiyyata düşmüş və siyahı üzrə sənədləri tərtib etdikdən sonra həyat yoldaşına onlayn kabinet açılmışdır. O, “MİDA” güzəştli mənzillərin alınması ilə bağlı keçiriləcək olan onlayn müsabiqədə qalib gəlmək üçün internet sahəsində xüsusi biliyi olan Təqsirləndirilən şəxs müraciət etmişdir. O, Cavidlə telefon vasitəsilə danışıb ondan “MİDA” güzəştli mənzillərin onlayn qaydada alınmasının mümkün olub-olmamasını soruşmuş, Cavid ona bunun mümkün olduğunu və bunun müqabilində Cavidə 5.500 manat məbləğində pul vəsaitləri verməli olduğunu bildirmişdir. O, Cavidin təklifi ilə razılaşmışdır. Mənzillərin alınması ilə bağlı onlayn müsabiqə keçirilən zaman arvadı Şahid9 əvəzindən müsabiqədə xüsusi proqram işlədərək Təqsirləndirilən şəxs iştirak etmiş və qalib gəlmişdir. Müsabiqədə qalib gəlib evi qazandıqdan sonra o, Təqsirləndirilən şəxs yaşadığı ünvana dəvət etmiş və əvvəlcədən razılaşdırılmış məbləğ olan 5.500 manat məbləğində pul vəsaitlərini ona təqdim etmişdir. Onun Cavidin hər hansı proqramdan istifadə etməklə mənzil seçimini tamamlaması barədə məlumatı olmamış, Cavidə sadəcə bir mütəxəssis kimi müraciət etmişdir. Ona dəyən ziyan ödənilməmişdir.Dəyən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 öz ifadəsində bildirdi ki, 2018-ci il tarixdən o, Müdafiə Nazirliyində zabit olaraq xidmətə başlamışdır. 2022-ci ildə MİDA-nın “Güzəştli mənzil” sistemində mənzil əldə etmək üçün müsabiqələrdə iştirak etmək niyyətində olması barədə öz kursant yoldaşı Şahid7 bildirmişdir. Onunla danışıq zamanı Elmar da keçiriləcək onlayn müsabiqədə iştirak etmək niyyətinin olduğunu qeyd etmişdir. Bundan sonra Elmar tanışı Cavid adlı şəxsin keçiriləcək müsabiqədə ev qazanmaqlarına kömək edə biləcəyini və yaxın münasibətləri olduğu üçün Cavidin bunu onlar üçün təmənnasız edəcəyini bildirmişdir. Mənzil seçimini reallaşdıracağı təqdirdə onlar Cavidə qonaqlıq verməyi planlaşdırmışlar.O, Cavidlə 2022-ci ilin mart ayının ortalarında Bakı şəhərində “İnşaatçılar” metrostansiyasının yaxınlığında görüşmüş, MİDA-nın X7 ikinci mərhələsində 3 otaqlı mənzil almaqda köməklik göstərməsini ondan xahiş edərək, özünə məxsus “Asan İmza”-nı ona təqdim etmişdir.Müsabiqə günü, yəni 30 mart 2022-ci ildə onun adına verilmiş “ASAN imza” ilə Cavid yarışa qoşulmuş, həm onun, həm də Elmar üçün mənzil əldə etməyə nail olmuşdur. Bundan sonra o, Cavidlə yenidən görüşüb “Asan İmza”-nı ondan götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 öz ifadəsində bildirdi ki, 2018-ci ildən hərbi xidmətdədir. MİDA-nın güzəştli şərtlərlə satılan mənzilindən almaq istəmiş, bununla bağlı 2022-ci ildə MİDA-nın “Yasamal-2” layihəsi üzrə keçiriləcək mənzil seçimində iştirak etmək qərarına gəlmişdir. Lakin, onun kompüter sahəsində kifayət qədər bilikləri olmadığı üçün dostu Təqsirləndirilən şəxs müraciət etmişdir. Cavidlə yaxın dost olduğu üçün bunun müqabilində Cavid ondan hər hansı vəsait almamışdır. Cavid onun əvəzinə müsabiqədə iştiraka razılıq verdikdən sonra o, adına verilmiş asan imza olan ***-***-**-** saylı mobil nömrəni Cavidə təqdim etmişdir. 30 mart 2022-ci il MİDA-nın “Yasamal-2” layihəsi üzrə keçirilmiş mənzil seçimi başa çatdıqdan sonra Cavid ona zəng edərək mənzil seçimini tamamladığını və onun adından qoşulduğu müsabiqədə 3 otaqlı mənzilin ipoteka ilə alınmasında qalib olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 öz ifadəsində bildirdi ki, o, 2022-ci ildə “MİDA”nın “Yasamal-2” layihəsi ilə bağlı müsabiqədə iştirak etmək qərarına gəlmişdir. Lakin, onun kompüter bilikləri kifayət qədər olmadığı üçün, ortaq tanışları vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs müraciət etmişdir. Cavid müsabiqədə mənzil seçimi ilə bağlı ona dəqiq məlumat verməmiş, lakin, uduş baş tutacağı təqdirdə 2.500 manat məbləğində pul vəsaitləri verməli olduğunu bildirmişdir. Bununla bağlı razılığa gəldikdən sonra o, dövlət portalı olan e-gov.az portalında qeydiyyatdan keçdiyi, ASAN imza olan mobil nömrəsini Cavidə təqdim etmişdir.30 mart 2022-ci ildə “MİDA”nın güzəştli mənzillərin satışı ilə bağlı yarışması keçirilmişdir. Həmin gün saat 13:00 radələrində Cavid ona zəng edərək bildirmişdir ki, onun adından qoşulduğu müsabiqədə 3 otaqlı mənzilin ipoteka yolu ilə alınması qalib gəlmişdir. Bundan sonra o, razılaşdıqları 2500 manat məbləğində pul vəsaitlərini Cavidə yoldaşı təqdim etmişdir. Cavidin hər hansı proqramdan istifadə edəcəyindən məlumatlı olmamış, ona qeyd olunan vəsaitləri xidmət haqqı kimi ödəmişlər.Dəyən ziyan ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində bildirdi ki, 2017-ci ildən MİDA-nın “Güzəştli mənzil” sistemində mənzil əldə etmək üçün müsabiqələrdə iştirak etmiş, lakin heç birində mənzil əldə edə bilmədiyindən, sosial şəbəkə vasitəsilə adını öyrəndiyi və mənzil uduşunda kömək göstərmək vədi verən Cavid adlı şəxsə müraciət etmişdir. O, Caviddən X7 ikinci mərhələsində 1 otaqlı mənzili almaqda köməklik göstərməsini xahiş etmiş və bunun müqabilində nə qədər pul verməli olduğunu soruşmuşdur. Cavid mənzil seçimini reallaşdıracağı təqdirdə ondan 3000 manat məbləğində pul alacağını bildirmişdir. 30 mart 2022-ci ildə onun adına verilmiş ASAN imza olan nömrə ilə Cavid yarışa qoşulmuş və istədiyi mənzili əldə etməyə nail olmuşdur. O, həmin gün Cavidlə əlaqə saxladıqda Cavid ondan 3000 manat vəsaitləri istəmişdir. Bundan sonra o, həmin gün, yəni 30 mart 2022-ci il tarixdə təxminən saat 17:00-18:00 radələrində Bakı şəhəri, “Gənclik” metrostansiyasının yaxınlığında Cavidlə görüşərək 3000 manat nağd pulu şəxsən ona təqdim etmişdir. Həmin vəsaitləri aldıqdan sonra Cavid kompüter vasitəsi ilə evin alınmasını təsdiq etmişdir.Ona dəyən ziyan ödənilməmişdir.Şikayətçi deyil, amma xahiş edir ki, dəyən ziyan ödənilsin. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 öz ifadəsində bildirdi ki, o, 2022-ci ilin mart ayında MİDA-nın mənzillərinin satın alınması ilə bağlı onlayn müsabiqədə iştirak etmək fikrinə gəlmiş, bundan sonra MİDA tərəfindən mənzillərin satışı ilə əlaqədar keçirilən onlayn müsabiqədə qalib gəlmək üçün internet sahəsində xüsusi biliyi olan Təqsirləndirilən şəxs müraciət etmişdir. Cavid onun e-gov internet portalındakı login və parolundan istifadə edərək Mida-nın evlərinin satışında iştirak etmişdir. Həmçinin o, Cavidə prosedurla əlaqədar olaraq asan imza olan nömrəsini də vermişdir. Bundan sonra 30 mart 2022-ci il tarixdə MİDA-nın “Yasamal-2” layihəsi üzrə mənzil seçimi başa çatdıqdan sonra Cavid ona zəng edərək Yasamal ərazisində yerləşən MİDA-nın binalarından 1 otaqlı evin alınmasında qalib gəldiyini bildirmişdir. Bu işi görməsi barədə o, Cavidlə hər hansı məbləğlə bağlı razılığa gəlməmiş və Cavidə hər hansı məbləğdə pul vəsaitləri verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 öz ifadəsində bildirdi ki, o, 2016-cı ildən “X18”nın Nərimanov rayonu ərazisində yerləşən baş ofisində Texniki təminat şöbəsinin rəhbəri işləyir. Təqsirləndirilən şəxs ilə yaxın dostdur. Cavid onun “X18”nda Texniki təminat şöbəsinin rəhbəri işləməyindən məlumatlı olmuşdur. Təxminən 2022-ci ilin mart ayının sonlarında Cavid ona müraciət edərək işlədiyi ofisdə yüksək internet varsa ondan istifadə etməyi xahiş etmişdir. O Caviddən bunu nə məqsədlə istədiyini soruşduqda Cavid ona həmin kompüter və internetdən istifadə edərək “MİDA”-nın satışa çıxarılan mənzillərinin seçimini tamamlayacaqını bildirmişdir. Lakin, Cavid ona bunu xüsusi proqramdan istifadə edərək reallaşdırması barədə heç bir şey deməmişdir. Aralarındakı dostluq münasibətlərinə görə o, Cavidə kömək etmək qərarına gəlmişdir. “X18”ının Abşeron rayonu Hökməli qəsəbəsində yerləşən inzibati binasında internet daha güclü olduğu üçün o, Cavidə ora getməsini təklif etmişdir. Cavid razılaşdıqda o, “X16 işləyən mühafizəçiyə Cavid adlı şəxsi inzibati əraziyə buraxmalarını tapşırmış, bundan sonra mühafizəçilər X17 buraxaraq texniki şöbəyə istiqamətləndirmişlər. Cavid “X18”nda Texniki təminat şöbəsində olan kompüterlərdən və internetdən istifadə edərək mənzil seçimini tamamlamışdır. O, Cavidin yalnız özü üçün mənzil seçəcəyini bilmiş, lakin mənzil seçimindən sonra kütləvi informasiya vasitələrində Cavidin bir neçə şəxs üçün maddi maraq qarşılığında xüsusi proqram tətbiq etməklə mənzil seçimini tamamladığını görmüşdür. Bundan başqa o, ifadəsində bildirmişdir ki, Cavidə hər hansı cinayət etməsində yardım etməmişdir. Sadəcə dost olduqları üçün kömək etmək istəmişdir, Cavidin hər hansı xüsusi proqram əldə etməsi və ya onu tətbiq etməsi barədə məlumatsız olmuşdur.30 mart 2022- ci il tarixdə Cavid mənzil seçimini tamamlaması üçün sonuncunun xahişi ilə “X18”na yeni optik kabelin çəkilməsi ilə əlaqədar çalışan kənar şirkətin fəhlələri yardım etmişlər. Lakin həmin şəxslər onun işlədiyi şirkətin işçiləri olmadığı üçün onların şəxsiyyətləri barədə məlumatı yoxdur. Həmin şəxslər bir neçə gün ərzində işlərini tamamlayıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirdi ki, 2020-ci ilin avqust ayından R.İ.S.K. Elmi İstehsalat Şirkətində proqramçı vəzifəsində çalışır. Gördüyü işlərdən biri də MİDA güzəştli mənzil sisteminə texniki dəstək göstərilməsidir. Ondan başqa həmin layihədə layihə rəhbəri Abdullaxan Bəhri, proqramçı qismində Emin Payızov, verilən bazasının inzibatçısı Nəsrəddin Həsənov işləyirlər. Onlar 30 mart 2022-ci ildə keçirilən real müsabiqədən təxminən 1 ay əvvəl həmin sistemin demo versiyasını istifadəçilər məşq etməsi üçün yayımlayırlarş. Lakin, demo versiyada bəzi parametrlər, o cümlədən mənzil İD nömrələri real versiyadan fərqli hazırlanmışdır. Demo versiyada mənbə kodlarında mənzil seçim prosesinin mərhələli keçidi tələbi müvəqqəti olaraq təxirə salınır, bununla da istifadəçilər müəyyən proqram təminatı ilə həmin mənzil seçimini həyata keçirmək istədikdə uğurlu olsalar belə, real versiyada isə mərhələli keçid tələbini aktivləşdirdikləri üçün demo versiyada həmin metoddan istifadə edən şəxslər real versiyada uğursuzluqla qarşılaşırlar. Demo və real versiya arasında istifadəçi interfeysi və yerləşdirilən bölmələr tam eynilik təşkil edir və bu səbəbdən bəzi istifadəçilər həmin versiyaların mənbə kodlarının eynilik təşkil edəcəyinə inanırlar. Lakin əksinə mənbə kodlarında fərqliliklər tətbiq edilir.Real versiyada mənzil İD kodları MİDA əməkdaşları tərəfindən mənzil sistem daxilində yaradılarkən həmin sistem avtomatik olaraq müxtəlif hərf və rəqəm kombinasiyalarından ibarət hash kod yaradaraq generasiya edir. Bu kodlar yalnız layihədə çalışan şəxslər tərəfindən birbaşa bazadan görünə bilər. Lakin bu bazaya girişi olan şəxs hər hansı məlumatı kənara sızdırarsa mərhələli keçid prosesi zamanı hash kodun əvvəlcədən məlum olması mənzil seçimi prosesini uğurla yekunlaşdıra bilməz. Belə ki, hash kod yalnız demo versiyadakı mərhələli keçidin yoxlanılmadığı mühitdə uğurlu ola bilər, lakin real versiyada mərhələli keçid yoxlanıldığı üçün hash kod ilə birbaşa mənzil seçimi mümkün olmur,app.mida.gov.az saytında yerləşən MİDA güzəştli mənzil sistemində seçim prosesini kənar şəxslər tərəfindən süni avtomatlaşdırılmasından qoruyan “CAPTCHA” antibot mexanizminin ictimai açıq mənbələrdə (Github) açıq formada yerləşdirilmiş kodlardan istifadə edilməklə yaradılması və bunun nəticəsində müsabiqədə iştirak edən şəxslərin əvvəlcədən bu kodlara uyğunlaşdırılaraq hazırlanmış bot proqram təminatlarından istifadə etməklə mənzil seçimini həyata keçirməyə müvəffəq olmaları ilə bağlı suala cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X4 Xidmətində Mənzil X13nə app.mida.gov.az saytında yerləşən MİDA güzəştli mənzil sistemində seçim prosesini kənar şəxslər tərəfindən süni avtomatlaşdırılmasından qoruyan “CAPTCHA” antibot mexanizminin ictimai açıq mənbələrdə (Github) açıq formada yerləşdirilmiş kodlardan istifadə edilməklə yaradılması və bunun nəticəsində müsabiqədə iştirak edən şəxslər əvvəlcədən bu kodlara uyğunlaşdırılaraq hazırlanmış bot proqram təminatlarından istifadə etməklə mənzil seçiminin həyata keçirilməsi barədə yarışdan sonra 18 aprel 2022-ci il tarixdə rəsmi məktubla məlumat verilmişdir. Belə ki, bu mənbə kodlarından istifadə etməklə müsabiqə iştirakçıları xüsusi hazırlanmış bot proqram təminatları ilə normal insan tərəfindən əldə olunan ən sürətli nəticəni belə üstələyən vaxt göstəriciləri əsasında mənzil uduşuna nail olmuşdurlar. Bunları nəzərə alaraq dərhal onlar Xüsusi Rabitə və X4 Xidmətinin əməkdaşları ilə birlikdə göstərilən qüsurları aradan qaldırmışlar. Hazırda sistemdə belə boşluq mövcud deyildir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində bildirmişdir ki, o,1987-ci ildə Ağstafa rayonunda anadan olmuşdur. O, 2004-cü ildə Ağstafa şəhər 3 saylı məktəbi bitirmiş, 2014-cü ildən XDMX-də əməkdaş işləyir. Evlidir. 3 uşağı var. 2022-ci ilin mart ayında MİDA-nın mənzillərinin satın alınması ilə bağlı çəkilişdə iştirak etmək fikrinə gəlmişdir. Belə ki, o, hərbiçilər üçün olan kateqoriya üzrə iştirak etmişdir. Kompüter sahəsində kifayət qədər bilikləri olmadığı üçün o, 30 mart 2022-ci ildə mida.gov.az saytında evin çəkilişində onun adından iştirak etməsi üçün Təqsirləndirilən şəxs müraciət etmişdir. Təqsirləndirilən şəxs onunla danışıq zamanı bildirmişdir ki, Mida-nın satışa çıxarılmış evləri üzrə prosedur qaydalarında ona köməklik göstərə bilər. Cavid ona kompüter proqramlaşdırması üzrə xüsusi biliklərə malik olduğunu, göstərilən evlərin uduşu üzrə proseduru sürətləndirmək üçün müəyyən proqramdan istifadə etməklə onun üçün ev uda biləcəyini bildirmiş, bundan sonra o, Cavidlə razılaşmışdır. Bundan sonra Cavid 30 mart 2022-ci il tarixdə onun e-gov.az internet portalındakı login və parolundan istifadə edərək Mida-nın evlərinin satışında iştirak etmişdir. Həmçinin o, Cavidə prosedurla əlaqədar olaraq asan imza olan nömrəsini də təqdim etmişdir. 30 mart 2022-ci il tarixdə keçirilmiş mənzil seçimindən sonra Cavid ona zəng edərək Yasamal ərazisində yerləşən Midanın binalarından 3 otaqlı 76 kv/m evi udduğunu bildirmişdir. Cavid evin udulması müqabilində ondan 2500 manat pul vəsaitləri istəmiş, lakin seçilmiş mənzillərlə bağlı araşdırma aparıldığı üçün o, həmin vəsaitləri Cavidə verməkdən imtina etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid12 məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid12 öz ifadəsində bildirmişdir ki, 2004cu ildən Prezidentin Təhlükəsizliyi Xidmətinin Strateji obyektlərin mühafizəsi X11 neft-qaz boru kəmərlərinin təhlükəsizlik xidmətinin Ağstafa regional şöbəsinin əməkdaşı olmuşdur. Uzun müddət ev alınması ilə bağlı keçirilən müsabiqələri təqib etmiş, “MİDA”nın güzəştli şərtlərlə satılan mənzillərindən almaq istədiyi üçün mənzil ilə bağlı keçirilən müsabiqələri izləmiş, lakin həmin müsabiqədə qalib olmamışdır. 2022-ci ildə “MİDA”nın “Yasamal-2” layihəsi ilə bağlı müsabiqədə iştirak etmək qərarına gəlmişdir. Lakin, onun kompüter bilikləri kifayət qədər olmadığı üçün, sosial şəbəkədən tanıdığı Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. Cavid ona söz verməmiş, lakin bildirmişdir ki, uduş baş tutacağı təqdirdə o, Cavidə 8500 manat məbləğində pul vəsaitləri verməlidir. Onlar razılaşdıqdan sonra o, dövlət portalı olan e-gov.az portalında qeydiyyatdan keçdiyi, ASAN imza olan ***-***-**-** saylı mobil nömrəsini Cavidə təqdim etmişdir.30 mart 2022-ci ildə “MİDA”nın güzəştli mənzillərin satışı ilə bağlı yarışması keçirilmişdir. Həmin gün saat 12:00 radələrində Cavid ona zəng edərək bildirmişdir ki, 3 otaqlı mənzilin alınması ilə bağlı müsabiqədə qalib gəlmişdir. Bundan sonra onlar razılaşdıqları kimi 8500 manat məbləğində pul vəsaitlərini 01 aprel 2022-ci il tarixdə Bakı metrosunun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında görüşərək Cavidə şəxsən təqdim etmişdir. O, Cavidin müsabiqədə iştirakla bağlı hər hansı proqram tətbiq edəcəyindən məlumatlı olmamış, həmin vəsaitləri xidmət haqqı kimi ödəmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində bildirmişdir ki, 2016-cı ilin iyun ayından AR Mənzil İnşaatı Dövlət X3 və X12 müdir müavini vəzifəsində işə başlamışdır. Həmin ilin dekabr ayında eyni şöbənin müdiri vəzifəsinə təyin olunmuş, 2019-cu ilin dekabr ayında isə həmin Agentliyin aparat rəhbəri vəzifəsinə təyin edilmişdir. Yarandığı gündən bu günədək Mənzil X13 bir neçə layihənin icrasını başa çatdıraraq satışını həyata keçirmişdir. Sonuncu keçirilmiş mənzil seçimi mərhələsində o, satış zamanı təşkil edilmiş qərargahda müşahidəçi qismində iştirak etmişdir. Ümumiyyətlə satış prosesi ilə bağlı bildirmək istəyirəm ki, layihə hazır olduqda hissəli şəkildə onun satışı təşkil olunur. Satış prosesi bu məqsədlə yaradılmış “Güzəştli Mənzil” elektron sistemi vasitəsi ilə həyata keçirilir. Həmin sistemdə təhlükəsizlik tədbiri kimi “Captcha” təhlükəsizlik tədbiri tətbiq edilir. 30 mart 2022-ci il tarixdə “Yasamal-2” layihəsi üzrə növbəti mənzil seçimi mərhələsi həyata keçirildikdən sonra kənardan müxtəlif şəxslər tərəfindən sistemə müdaxilə hallarına şübhələr yarandı. Qeyd olunan halların araşdırılması üçün rəhbərlik tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olundu. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, 30 mart 2022-ci il tarixdə kənar şəxslər tərəfindən sistemə edilmiş müdaxilə nəticəsində Mənzil X13nin fəaliyyətində ciddi maneələr yaranmışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində bildirmişdir ki, o, Mənzil X10 Yasamal rayonu ərazisində tikmiş olduğu binadan 3 otaqlı ev əldə etmək üçün 30 mart 2022-ci il tarixdə keçiriləcək yarışda iştirak etmişdir. Bir çox insanlardan maraqlandıqdan sonra mənzilin özü tərəfindən seçilməsinin çətin olacağı qənaətinə gəlmiş və bu səbəbdən ona kömək edə biləcək adam axtarmağa başlamışdır. Bununla bağlı sosial şəbəkədə Təqsirləndirilən şəxs adlı bir şəxs tapmış və bu mövzuda ona köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs göstərəcəyi kömək müqabilində ondan 1500 manat məbləğində vəsait istəmişdir. 30 mart 2022-ci il saat 11:00-da ona məxsus ASAN imza ilə əlaqələndirmiş nömrəsindən istifadə etməklə Təqsirləndirilən şəxs e-gov.az saytına daxil olmuş və onun əvəzinə yarışda iştirak edərək 3 otaqlı mənzili udmuşdur. Bundan sonra o, metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında Cavid ilə görüşərək ona 1500 manat pulu vermiş və ASAN İmza nömrəsini təhvil götürərək digər sənədləşmə işləri ilə məşğul olmuşdur. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid9 öz ifadəsində bildirmişdir ki, 2022-ci ildə “MİDA” güzəştli mənzillərin alınması əlaqədar Asan Xidmətə müraciət etmişdir. Bundan sonra qeydiyyata düşmüş və siyahı üzrə sənədləri tərtib etdikdən sonra ona onlayn kabinet açılmışdır. Onun kompüter sahəsində kifayət qədər bilikləri olmadığı üçün həyat yoldaşı Şahid10 “MİDA” güzəştli mənzillərin alınması ilə bağlı keçiriləcək olan onlayn müsabiqədə qalib gəlmək üçün internet sahəsində xüsusi biliyi olan Təqsirləndirilən şəxs müraciət etmişdir. Tahir Cavidlə telefon vasitəsilə danışıb ondan “MİDA” güzəştli mənzillərin onlayn qaydada alınmasının mümkün olub-olmamasını soruşmuş, Cavid Tahirə bunun mümkün olduğunu və bunun müqabilində Cavidə 5.500 manat məbləğində pul vəsaitləri verməli olduğunu bildirmişdir. Onlar Cavidin təklifi ilə razılaşmışlar. Mənzillərin alınması ilə bağlı onlayn müsabiqə keçirilən zaman onun əvəzindən müsabiqədə xüsusi proqram işlədərək Təqsirləndirilən şəxs qoşulmuş və qalib gəlmişdir. Müsabiqədə qalib gəlib evi qazandıqdan sonra həyat yoldaşı Tahir Təqsirləndirilən şəxs yaşadığı ünvana dəvət etmiş və əvvəlcədən razılaşdırılmış məbləğ olan 5.500 manat məbləğində pul vəsaitlərini Cavidə təqdim etmişdir. Onların Cavidin hər hansı proqramdan istifadə etməklə mənzil seçimini tamamlaması barədə məlumatları olmamış, Cavidə sadəcə bir mütəxəssis kimi müraciət etmişlər. İşin materiallarında olan mənzil X8 Dövlət Təhlükəsizliyi Xidmətinə ünvanlanmış, İstintaq baş idarəsinə 9-780 saylı xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş Flash yaddaş qurğusuna keçirilmiş baxış zamanı aşkar edilmiş mənzil seçimini tamamlayan şəxslər barədə müəyyənedici məlumatlar və həmin mənzillərin seçildiyi İP ünvanların əks olunduğu sənədin məzmunundan görünür ki, Şahid6, Şahid4, Şahid7, Şahid5, Şahid12 mənzil seçimini "xxxx" MMC-yə məxsus 89.147.210.5 İP ünvanından tamamlamışlar. 13 iyun 2022-ci il tarixli ərizə ilə Təqsirləndirilən şəxs əvəzinə mənzil seçimini tamamladığı şəxslərin siyahısını istintaqa təqdim etmişdir. Azərbaycan Respublikasının Xüsusi Rabitə X4 Xidmətindən DTX-ya ünvanlanmış 9-1010 saylı xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş 27/74 saylı xx.xx.2022-ci il tarixli “məxfi” qrifli məktubundan çıxarış ilə Belə ki, həmin çıxarışın məzmunundan görünür:“...Satış platformasında istifadə olunan antibot sisteminin eynisini öz serverlərində quraşdıran kənar şəxslər həmin mühafizə sistemini analiz etməyə, xüsusi sürətləndirilmiş alqoritmlər və ML texnologiyalarının tətbiqi ilə antibot sistemini sürətlə keçməyə müvəffəq olmuşlar. Eyni zamanda satış loqlarının analizi zamanı 442 mənzil seçimi üçün 8939 nəfərin iştirak etdiyi satış prosesində 42 İP ünvandan 823 nəfərin satışda iştirak etdiyi və onlardan 275 nəfərin mənzil seçimini uğurla həyata keçirməsi şübhəli olmaqla yanaşı, 102 şəxsin antibot mühafizə sistemini 1 saniyədən tez, 151 nəfərin 1-2 saniyə ərzində, 46 şəxsin isə 2-3 saniyə ərzində keçdiyi müəyyən olunmuşdur (antibot mərhələsini 0.3 saniyəyə (310 ml saniyə) keçilmişdir). Bu isə ümumilikdə 299 nəfərin antibot sistemini 3 saniyədən tez keçməsi nəticəsində mənzillərin 68 faizini əldə etməsi deməkdir ki, bu da alış prosesinin qeyri bərabər şərtlərdə həyata keçirilməsi və seçim prosesinin “kütləvi avtomatlaşdırlmasından” xəbər verir. Əlavə məlumat üçün qeyd edək ki, antibot sistemini xüsusi sürətli yazı bacarığı ilə bir insanın avtomatlaşdırma istifadə etmədən keçməsi ən yaxşı halda 3-4 saniyə vaxt tələb edir.” AR DTX X1 daxil olmuş 04 avqust 2022-ci il tarixli 9-2201 saylı məktubla;AR DTX X1 daxil olmuş 04 avqust 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs götürülmüş proqram “MİDA”-nın sözügedən sisteminə müdaxilə məqsədilə baxılan proqram təminatını istifadə etməklə qrafik interfeysin avtomatlaşdırılması və təhlükəsizlik üçün nəzərdə tutulmuş “Captcha” mühafizə sisteminin rahat yan keçilməsi mümkün hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 5/29 saylı 10 fevral 2023-cü il tarixli ekspert rəyində istifadə edilmiş proqram təminatları ilə bağlı göstərilmişdir: “...proqram təminatı icraçı tərəfindən konfiqurasiya edildikdən sonra müvafiq cihazin əməliyyat sisteminə və proqramlarına nəzarət etmək, həmin proqramların istifadəçinin istəyinə uyğun avtomatik işləmə (istifadəçinin istədiyi kimi klikləmə tezliyinə və limitinə uyğun) vəziyyətini müəyyən etmək iqtidarına malik “BOT” (internet robot) proqram təminatıdır. Həmin proqram təminatı vasitəsi ilə istifadəçi tərəfindən öncədən müəyyən edilmiş avtomatik sazlamaya uyğun əmrlərin operativ icrası və saytda dayanıqlılıq məqsədi ilə yerləşdirilmiş “Captcha-mühafizə tədbirləri”ni pozmaqla avtomatik sətirlərin doldurulması həyata keçirilə bilər. .. tədqiq olunan flashkart tipli yaddaş qurğusunda olan proqram təminatı https://mida.qov.az internet resursunda quraşdırılmış “Captcha-mühafizə tədbirləri”ni avtomatik qaydada keçilə bilmə texniki imkanına malikdir. ” Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs səciyyələndirən hal yaşayış yeri üzrə müsbət xarakterizə olunması və əvvəllər məhkum olunmamasıdır. Ziyanın qismən ödənilməsi və cinayətin açılmasına kömək etməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi təqsirləndiirlən şəxsin etirafedici ifadəsi, zərərçəkənin nümayəndəsinin izahataı,şahidlərin ifadələri,aparılmış ekspertiza rəyi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.3.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda, həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini,cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” tədbiri ləğv edilməli, onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış flash yaddaş qurğusu materiallara əlavə edilmişdir və cinayət işində saxlanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə kompüter sistemləri və şəbəkələrinə dair fəaliyyətlə bağlı sahədə maddi məsul vəzifə tutmaq hüquqlarından məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Barəsində seçilmiş olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs”qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli onun həbsə alındığı xx.xx.2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan flash yaddaş qurğusu cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar