Məhkəmə qərarları › İş №1(012)-585/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-585/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-585/2025 15.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Nəbili Cəlal Rauf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi- Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəşə yararlı, döyüş sursatı hesab edilən 02 ədəd patronu əldə edib ünvan 2 ünvanına daşımaqla orada saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 25 dekabr 2024-cü il tarixdə saat 15:33-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, “AL” marketin yaxınlığında olduğu zaman saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş, 26 dekabr 2024-cü il tarixdə saat 13:01-dən yaşadığı ünvan 2 ünvanına keçirilmiş baxış və götürmə zamanı qonaq otağının giriş hissəsinin sağ tərəfində yerləşən dolabın sol tərəfində olan rəfdən keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş, 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları olan, atəşə yararlı, döyüş sursatı hesab edilən 02 ədəd patron aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-2024-cü illərdə ANAMA-da işləmişdir. 2024-cü ilin əvvəllərində maddi vəziyyəti ilə əlaqədar ANAMA-dan öz ərizəsi ilə işdən çıxmışdır. ANAMA-dan işdən çıxdıqdan sonra Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində maşın ustası kimi işləyərək qazanc əldə edirmiş. Saxlanılmamışdan təxminən 1 il ANAMA-da işlədiyi zaman Xankəndi rayonu ərazisində xidmətdə olan vaxtı yerdən 02 patron tapmışdır. Həmin patronlar onda maraq oyatdığı üçün götürüb üzərində saxlamışdır. Xankəndidən qayıtdıqdan sonra götürdüyü patronları yaşadığı ünvan 3 ünvanına qoymuşdur. 25 dekabr 2024-cü il tarixdə saat 15-16 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, “AL” marketin yaxınlığında tanışı Şahid2 ilə birlikdə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkaşları olduqlarını bildirmiş və onlardan anket məumatlarını soruşmuşlar. O və tanışı Şahid2 özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla tanış etmişlər. Ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkilişdən istifafə edilməklə üzərləri yoxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmazdan əvvəl paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahın, döyüş sursatının və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri veməyi təklif edilmişdir. Bu təklifdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirərək əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Üstünün yoxlanılması davam etdirilərkən üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid2 üzərinə baxış keçirilmiş və baxış zamanı onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Üstünü yoxlama prosesi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, “AL” marketin yaxınlığında saxlanıldığı yerdən təxminən 10 metr aralıda keçirilmişdir. Prosesdən sonra Baş İdarəyə dəvət edilmişlər. Orada müvafiq protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı nə üzərində, nə də ki yaşadığı ünvanda odlu silah, döyüş sursatı, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet saxlamadığını bildirmişdir. Daha sonra yaşadığı ünvana baxışın keçirilməsinə hər hansı formada etirazının olmadığı və baxışın keçirilməsinə icazə verməsi ilə bağlı ərizə vermişdir. 26 dekabr 2024-cü il tarixdə saat 13:01-də tədbir iştirakçıları ilə birlikdə yaşadığı ünvan 5 ünvanına getmişlər. Baxış keçirilməzdən əvvəl ona baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmişdir. O da buna etirazının olmadığını bildirmişdir. Bundan sonra yaşadığı ünvana razılığı və iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. Baxış davam etdirilərkən həmin ünvanda qonaq otağının giriş hissəsinin sağ tərəfində yerləşən dolab tərəfindən açılarkən dolabda gözlə görünən yerdə 01 ədəd qara rəngli tapançanın olması müşahidə edilmişdir. Daha sonra aşkar edilmiş tapançaya baxış keçirilmiş və baxış zamanı tapançanın içərisində 01 ədəd darağın olması müşahidə edilmişdir. Bundan sonra həmin dolabın sol tərəfində rəfdən 02 ədəd patronu götürüb təqdim etmişdir. Daha sonra aşkar edilmiş 01 ədəd tapança və 02 ədəd patron qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı aşkar edilmiş tapançaya bənzər predmetin oyuncaq olduğunu və onu 1 il əvvəl “Tiktok” sosial şəbəkəsində yerləşdirilmiş elandan aldığını, həmin predmetdən hər hansı bir cinayətdə istifadə etmədiyini, dolabın sol tərəfində yerləşən rəfdən aşkar edilmiş 02 ədəd patronu isə 1 il əvvəl ANAMA-da işləyərkən Xankəndi rayonu ərazisində tapdığını və marağı olduğu üçün yaşadığı ünvanda saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. 25 dekabr 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib üzərində gəzdirməsi və yaşadığı ünvanda saxlaması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və həmin əməliyyat qrupuna işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri polis mayoru X2 və polis kapitanı X4 daxil edilmişlər. 25 dekabr 2024-cü il tarixdə saat 15-16 radələrində Təqsirləndirilən şəxs olacağı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksinə getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 15:33-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, “AL” marketin yaxınlığında Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görmüşlər. Bu zaman onun yanında başqa bir nəfər şəxs də var imiş. Həmin şəxslərə yaxınlaşıb Özlərini təqdim etmiş və onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid2 olduqlarını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Onlara hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsilə üstlərinin yoxlanılmasına və götürmə aparılmasına başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahı, döyüş sursatını və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olmadığını bildirərək əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman üzərindən hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Emil Quliyevin üzəri yoxlanılmış və üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarəyə gəldikdən sonra tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və saxlanılmış şəxsin üstünün yoxlanılmasına dair protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı polis mayoru X3 tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilib şübhəli şəxs qismində tutularaq ona hüquq və vəzifələri izah edilmişdir. Daxil olmuş məlumatla bağlı Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatları, o cümlədən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğunu nəzərə alaraq onun yaşadığı ünvan 2 ünvanına baxış və götürmə prosesinin aparılması zərurəti yaranması ona izah olunduqdan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış və götürmə prosesinin keçirilməsinə etirazının olmadığını bildirərək bu barədə ərizə yazaraq təqdim etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməklə tədqiq edilən iş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 3-4 aydır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksində avtomobil təmiri ustası kimi işləyərək qazanc əldə edirmiş. Təqsirləndirilən şəxs ilə aralarında qohumluq əlaqəsi var. Təqsirləndirilən şəxs əvvəlcədən tanısada onunla yaxın münasibəti olmamışdır. Təqsirləndirilən şəxs də onun işlədiyi yerdə usta kimi işləyirmiş. Onun ilə yaxın münasibəti birlikdə işləməyə başladıqdan sonra yaranmışdır. Behçətin döyüş sursatı əldə etməsi barədə heç bir məlumatı olmamışdır. 25 dekabr 2024-cü il tarixdə, iş yerində olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaxın bir yerə ona bank kartı gətirdiklərini bildirərək birlikdə gedib götürməyi təklif etmişdir. O da bu təklif ilə razılaşaraq Behçət ilə birlikdə kartı götürmək üçün getmişdir. 25 dekabr 2024-cü il tarixdə saat 15:33-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, “AL” marketin yaxınlığında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə piyada hərəkət edən zaman onlara 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş onlardan anket məlumatlarını soruşmuşlar. O və Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etməsi və saxlaması barədə bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra videoçəkilişdən istifadə edilməklə üzəriləri yoxlanılmışdır. Üstünü yoxlama və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silahın, döyüş sursatının və qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olmadığını bildirmiş əynində olan qara rəngli idman şalvarının sol yan cibindən “Redmi” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Üstünün yoxlanılması davam etdirilərkən Betçət Məmmədzadənin üzərindən başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra onun üstünə baxış keçirilmiş və baxış zamanı üzərindən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üstündə və yaşadığı ünvanda odlu silah, döyüş sursatı, dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet olmadığını, eləcə də yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Üstlərinin yoxlanılması prosesi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi” yaşayış kompleksi, “AL” marketin yaxınlığında saxlanıldıqları yerdən təxminən 10 metr aralıda keçirilmişdir. Prosesdən sonra onlar Baş İdarəyə dəvət edilmişlər. Orada müvafiq protokol tərtib edilmişdir Protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 25 dekabr 2024-cü il tarixdə, saat 15:33 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Baxış və götürmə aparılması haqqında” 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı ünvana yəni ünvan 2 ünvanına baxış keçirilərkən qonaq otağının giriş hissəsinin sağ tərəfində yerləşən dolab Təqsirləndirilən şəxs tərəfindən açılarkən dolabda gözlə görünən yerdə 01 ədəd qara rəngli tapança tipli predmetin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin predmetin oyuncaq olduğunu və onu 1 il əvvəl “Tiktok” sosial şəbəkəsində yerləşdirilmiş elandan aldığını, həmin predmetdən hər hansı bir cinayətdə istifadə etmədiyini bildirmişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs həmin dolabın sol tərəfində rəfdən 02 ədəd patron tipli predmeti götürüb təqdim etmişdir. Şifahi sorğu zamanı həmin patronları 1 il əvvəl ANAMA-da işləyərkən Xankəndi rayonu ərazisində tapdığını və marağı olduğu üçün yaşadığı ünvanda saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 01 ədəd tapança tipli, 01 ədəd daraq tipli və 02 ədəd patron tipli predmetlər qablaşdırılıb, möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Mənzildə baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığı üçün Baş İdarəyə qayıtdıqdan sonra təhqiqatçı tərəfindən baxış və götürmə aparılmasına dair protokol tərtib edilmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli, 24/1828 saylı rəyinə əsasən müəyyən edilmişdir: 1.Tədqiqata təqdim edilmiş 01 ədəd əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş tapança formasında olan uşaq oyuncaqdır və odlu silah hesab edilmir. Həmin tapança formasında olan əşya 6 mm diametrli plastik qırmalarla yaxın məsafəyə atmaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. 2.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 6 mm diametrli plastik qırmalar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli uşaq oyuncağı tapançasının komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır. 3.Tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1975-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatlarıdır və atəş üçün yararlıdır. Qeyd: Təqdim edilmiş 02 ədəd 7,62x39 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Qeyd: Təqdim edilmiş 02 ədəd 7,62x39 mm kalibrli patronlardan 01 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Eksperimental atəşlərdən sonra əldə olunmuş 01 ədəd güllə və 01 ədəd giliz göndərilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)- 1555/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 dekabr 2024-cü il tarixdən hesablanmaqla barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - “Maddi sübut hesab edilməsi haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və eksperimental atəşin həyata keçirilməsindən sonra 01 ədəd qalmış 7,62x39 mm kalibrli patron (güllə) və 01 ədəd giliz maddi maddi sübut hesab edilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və eksperimental atəşin həyata keçirilməsindən sonra 01 ədəd qalmış 7,62x39 mm kalibrli patron (güllə) və 01 ədəd giliz, oyuncaq tipli 01 ədəd tapança və 01 ədəd daraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-585/2025 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. - Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Füzuli rayonu, Horadiz qəsəbəsində anadan olması, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olması, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşaması və yaşadığı yer üzrə müsbət xarekterizə olunması onu səciyyələndirən hallardır. -Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı ünvana yəni ünvan 2 ünvanına baxış keçirilərkən qonaq otağının giriş hissəsinin sağ tərəfində yerləşən dolab Təqsirləndirilən şəxs tərəfindən açılarkən dolabda gözlə görünən yerdə 01 ədəd qara rəngli tapança tipli predmet və Bundan sonra isə Təqsirləndirilən şəxs həmin dolabın sol tərəfində rəfdən 02 ədəd patron tipli predmet aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Beləliklə, təqsirləndirilən Təqsirləndirilən şəxs özünün etirafı, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntüyə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə tam sübuta yetirilir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci, 58.1-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hallar- əvvəllər məhkum olunmaması, törətdiyi əməldən səmimi peşmançılığı olmasıdır. Cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaşını, eləcə də, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli isə həbsdə alındığı vaxtdan –25 dekabr 2024-cü il tarixdən hesablanmalı, həmçinin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Maddi sübutları saxlama yerində saxlanılan oyuncaq tipli 01 ədəd tapança və 01 ədəd daraq məhv edilməlidir. Cinayət işi üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in BMCMİ-nin X5 Yerində saxlanılan 01 ədəd qalmış 7,62x39 mm kalibrli patron (güllə) və 01 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli 25 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin X5 Yerində saxlanılan saxlanılan 01 ədəd qalmış 7,62x39 mm kalibrli patron (güllə) və 01 ədəd giliz hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Maddi sübutları saxlama yerində maddi sübut kimi saxlanılan oyuncaq tipli 01 ədəd tapança və 01 ədəd daraq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar