Məhkəmə qərarları › İş №1(012)-586/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-586/2022

07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-586/2022 07.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşamış barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə 10 aprel 2022-ci il tarixdə, saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən fərdi evinin qarşısına gələrək evin pəncərəsini əli ilə sıxıb açmaqla qanunsuz içəri daxil olub evdən hər biri 400 (dörd yüz) manat dəyərində olan ümumi 800 (səkkiz yüz) manat dəyərində iki ədəd, “Nissan Qashqai” markalı avtomobilə aid ön sağ və sol faraları, bir ədəd, 100 (yüz) manat dəyərində çadırı, bir ədəd, 50 (əlli) manat dəyərində ütünü və bir ədəd, 50 (əlli) manat dəyərində “Çinar” markalı soyuducunun mühərrikini gizli yolla talamaqla sonuncuya ümumilikdə 1000 (bir min) manat maddi ziyan vuraraq oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə 20 aprel 2022-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən fərdi evinin qarşısına gələrək əlində olan dəmir alətlə evin giriş qapısını sındıraraq qanunsuz içəri daxil olub evdən bir ədəd, 40 (qırx) manat dəyərində “Bridgestone” markalı, 215/60R17 ölçülü şini, bir ədəd, 130 (yüz otuz) manat dəyərində olan, ikimərtəbəli aliminium çarpayını, bir ədəd, 50 (əlli) manat dəyərində olan metal çarpayını, hər biri 60 (altımış) manat dəyərində olan ümumim120(bir yüz iyirmi) manat dəyərində iki ədəd mebel başlıqlı metal çarpayını, bir ədəd, 30(otuz) manat dəyərində olan stolu, hər biri 10 (on) manat dəyərində olan ümumi 40(manat) dəyərində dörd ədəd stulu, bir dəst, 20 (iyirmi) manat dəyərində olan “smistitel”i ümumilikdə 610 manat dəyərində əmlakı gizli talayan zaman evin sahibi Zərərçəkmiş şəxs tərəfindən saxlanıldığından o, bilavasitə oğurluq törətməyə yönəlmiş qəsdən edilən əməli iradəsindən asılı olmayan səbəbə görə başa çatdıra bilməyərək oğurluq etməyə cəhd etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Yardımlı rayonu, Bozayran Ə/D, Bozayran kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, fərdi evdə yaşayır. Bildirmişdir ki, 10 aprel 2022-ci il tarixdə saat təxminən 20 radələrində Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən fərdi evin işıqlarının sönülü vəziyyətdə olduğunu, eyni zamanda küçəyə baxan pəncərəsinin dəmir barmaqlıqlarının olmadığını müşahidə etmiş və oğurluq etmək qərarına gəlmişdir. Evə yaxınlaşaraq plastik pəncərəni əli ilə sıxıb açdıqdan sonra içəri daxil olmuş və daxil olduğu otaqdan iki ədəd markasını bilmədiyi avtomobilə aid ön sağ və sol faraları, bir ədəd ütünü, bir ədəd çadırı, daha sonra sağdakı otağa keçərək markasını bimədiyi soyuducuya aid mühərriki oğurlayıb iki ədəd kisəyə qoymuş, Abşeron rayonu, Masazır kəndi ərazisində taksi sifariş edərək həmin əşyaları Abşeron rayonu, Masazır qəsəbəsində xatırlamadığı metal qəbulu ilə məşğul olan obyektə aparmış, bir ədəd ütünü və markasını bimədiyi soyuducuya aid mühərriki orada satmışdır. Bir ədəd çadırı və markasını bilmədiyi avtomobilə aid ön sağ və sol faraları 11 aprel 2022-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində tanımadığı şəxsə satmışdır. Bundan başqa bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində oğurluq etmək məqsədilə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən fərdi evin giriş qapısını sındırma yolu ilə içəri daxil olmuşdur. Niyyəti həmin evdə olan markasını bilmədiyi bir ədəd avtomobil təkərini, bir ədəd ikimərtəbəli aliminium çarpayını, bir ədəd metal çarpayını, iki ədəd mebel başlıqlı metal çarpayını, bir ədəd stolu, dörd ədəd stulları, bir dəst smistiteli oğurlamaq olmuşdur. O, evin içərisinə daxil olduqdan sonra markasını bilmədiyi bir ədəd avtomobil təkərini, bir ədəd stolu və dörd ədəd stulları qapının çıxış hissəsinə qoymuşdur. Daha sonra smistiteli sökərək qapının çıxış hissəsinə qoymuşdur. Daha sonra ikimərtəbəli aliminium çarpayının ikinci mərtəbəsini sökərək qapının çıxış hissəsinə qoymuşdur. Bundan sonra metal çarpayını sökərkən içəri bir nəfər şəxs daxil olmuşdur. O, həmin şəxsin evində nə işinin olduğunu soruşduqda həmin şəxsin ev yiyəsi olduğunu anlamışdır. Daha sonra o, 102 xidmətinə zəng edərək evinə girən oğrunu tutub saxlaması barədə məlumat vermiş və bir neçə dəqiqədən sonra polis əməkdaşları gələrək onu Abşeron rayon Polis İdarəsinə aparmışlar. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Laçın rayonu, Qarakeçdi kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Bildirmişdir ki, 08 aprel 2022-ci il tarixdən 14 aprel 2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxs və ya şəxslər ona məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən, yaşayış olmayan fərdi evin pəncərəsini sıxıb açma yolu ilə içəri daxil olmaqla iki ədəd, hər biri 400 manat dəyərində olan “Nissan Qashqai” markalı avtomobilə aid ön sağ və sol faraları, bir ədəd 100 manat dəyərində çadırı, bir ədəd 50 manat dəyərində ütünü və bir ədəd 50 manat dəyərində “Çinar” markalı soyuducunun mühərrikini oğurlamışdır. O, bunu 14 aprel 2022-ci il tarixdə müəyyən etmiş və baş vermiş hadisə barədə əvvəlcə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişəm, daha sonra Abşeron rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. O, ifadəsində əlavə olaraq qeyd etmişdir ki, 20 aprel 2022-ci il tarixdən saat 10 radələrində ona məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən, yaşayış olmayan fərdi evə baş çəkməyə getmişdir. Həmin vaxt evin dəmir qapısının açıq vəziyyətdə olduğunu müşahidə etmiş və içəridən səs eşitmişdir. İçəri daxil olduqda bir nəfər tanımadığı şəxsin evinin içərisində olan əşyaları oğurladığının şahidi olmuşdur. Dərhal həmin şəxsi saxlamış və bu barədə əvvəlcə DİN-in 102 xidməti-zəng mərkəzi sisteminə məlumat vermişdir. Polis əməkdaşları gələrək həmin şəxsi aparmışlar. Daha sonra bu barədə ərizə ilə Abşeron rayon Polis İdarəsinə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Ondan şikayətçi olduğunu, cəzalandırılmasını xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində metal qəbulu ilə məşğul olur, 11 aprel 2022-ci il tarixdə sonradan Sənani kimi tanıdığı şəxs onların obyektinə yaxınlaşaraq bir ədəd soyuducu mühərriki və bir ədəd ütü təqdim edib və o, həmin əşyaları çəkərək 10 manat qiymətləndirmiş, Sənani onunla razılaşdıqdan sonra 10 manat pulu ona vermişdir. O, aldığı əşyaların oğurluq olmasından xəbərsiz olduğunu bildirmişdir. İş materiallarında olan götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd, “Bridgestone” markalı, 215/60R17 ölçülü şin, bir ədəd ikimərtəbəli aliminium çarpayı, bir ədəd metal çarpayı, iki ədəd mebel başlıqlı metal çarpayı, bir ədəd stol, dörd ədəd stul, bir dəst “smistitel” aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə sorğu edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 998 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyul 2022-ci il tarixli 94 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd “Bridgestone” markalı 215/60R17 ölçülü şinin 20 aprel 2022-ci il tarixə ümumi orta bazar qiyməti 40.0 manat, bir ədəd ikimərtəbəli aliminium çarpayının 20 aprel 2022-ci il tarixə ümumi orta bazar qiyməti 130.0 manat, iki ədəd mebel başlıqlı metal çarpayının 20 aprel 2022-ci il tarixə ümumi orta bazar qiyməti 120.0 manat, bir ədəd stolun 20 aprel 2022-ci il tarixə ümumi orta bazar qiyməti 30.0 manat, dörd ədəd stulun 20 aprel 2022-ci il tarixə ümumi orta bazar qiyməti 40.0 manat, bir dəst “smistitel”in 20 aprel 2022-ci il tarixə ümumi orta bazar qiyməti 20.0 manat, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq təqdim olunan bir ədəd “Bridgestone” markalı 215/60R17 ölçülü şinin, bir ədəd ikimərtəbəli aliminium çarpayının, bir ədəd metal çarpayını, iki ədəd mebel başlıqlı metal çarpayının, bir ədəd stolun, dörd ədəd stulun, bir dəst “smistitel”in 20 aprel 2022-ci il tarixə, işlənmiş vəziyyətdə orta bazar qiyməti ilə ümumi təqribi dəyəri 380.0 manat məbləğində müəyyən edilir. İş materiallarında olan X2 29 iyul 2022-ci il tarixli, 94 nömrəli rəyinə əsasən 20 aprel 2022-ci il tarixə sizə məxsus, 1 ədəd “Bridgestone” markalı, 215/60 R17 ölüçülü şinin 40 manat, 1 ədəd ikimərtəbəli aliminium şarpayının 130 manat, 2 ədəd mbel başlıqlı metal çarpayının 120 manat, 1 ədəd stolun 30 manat, 4 ədəd stulun 40 manat, 1 ədəd smistitelin 20 manat, ümumi isə 380 manat olması olması ilə razılaşmır, əmlakını əvvəlki ifadəsindədə olduğu kimi 610 manat qiymətləndirir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd, “Bridgestone” markalı, 215/60R17 ölçülü şin, bir ədəd ikimərtəbəli aliminium çarpayı, bir ədəd metal çarpayı, iki ədəd mebel başlıqlı metal çarpayı, bir ədəd stol, dörd ədəd stul, bir dəst “smistitel” ekspertizadan sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs təhvil verililmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29,177.2.3-cü maddləri ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Belə ki, o, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamış, təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etmişdir. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29,177.2.3-cü maddləri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29,177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində xx.xx.2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həmin qətimkan tədbiri məhkəmədə öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət hüququ izah edilməlidir. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət hüququ izah edilsin. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar