Məhkəmə qərarları › İş №1(012)-586/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-586/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-586/2023 20.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd oğlunın sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, şikayət verən şəxs Zərərçəkmiş şəxs, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 may 2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Qobu qəsəbəsi, yeni məhəllədə yerləşən evlərində olan zaman Zərərçəkmiş şəxs ilə atası Təqsirləndirilən şəxs arasında, zərərçəkmişin arvadı X3ma mobil telefon işlətməyi qadağan etməsi məsələsinə müdaxilə etməsi səbəbindən mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir neçə dəfə qəsdən yumruq zərbələri vuraraq sonuncuya burun üstü nahiyənin qançır sıyrığı və burun sümüyünün qapalı cüzi yerdəyişən sınığı ilə müşaiyət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, oğlu Şəmsi Həsənov onunla birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində işdən evə gələn zaman Şəmsinin sərxoş olduğunu görmüş və özü də evdə təxminən 150-200 qram çaxır içmişdir. Daha sonra o, yataq otağına keçib uzanmışdır. Bir qədər sonra o, Şəmsinin arvadı Elvina ilə mübahisə etdiyini eşidib onların yanma getmiş və onları sakitləşdirməyə çalışarkən Şəmsi onunla da kobud tərzdə danışmışdır. Buna görə də o, əsəbləşərək oğlu Şəmsinin sifət nahiyəsinə 1-2 dəfə yumruq zərbələri vurmuşdur. Bu səbəbdən Şəmsi DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra isə onların ünvanına polis əməkdaşları yaxınlaşaraq onları polis bölməsinə dəvət etmişlər. O, əlavə olaraq hadisə baş verərkən orada özü, oğlu Şəmsi və gəlini Elvinadan başqa heç kimin olmadığını, eləcə də Şəmsinin ona müqavimət göstərmədiyini də qeyd etmişdir.Sonradan şikayət verən şəxs ilə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun doğma atasıdır və onlar yuxarıda göstərilən ünvanda birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində o, Qobu qəsəbəsi ərazisində yerləşən «Yurd» restoranında şam edib 200 qram araq içmiş, daha sonra isə saat təxminən 20 radələrində evə qayıtmışdır. Həmin vaxt onun atası Həsən də evə gəlmiş və 500-600 qram çaxır içmişdir. Söhbət əsnasında o, öz arvadı Elvinaya telefon işlətməyi qadağan etdiyini demiş, bu zaman atası Həsən söhbətə müdaxilə edərək gəlininə telefon işlətməsi üçün icazə verdiyini bildirmişdir. Bu mövzuda davam edən söhbət əsnasında onlar arasında mbahisə yaranmış və baş vermiş mübahisə zamanı atası Həsən onun sifət nahiyəsinə 1-2 dəfə yumruqla zərbə vuraraq burun nahiyəsinə xəsarət yetirmişdir. Bundan sonra o, DİN-in «102» xidməti-zəng mərkəzinə müraciət edərək bu barədə məlumat vermişdir. O, əlavə olaraq məlum mübahisənin təxminən 5-6 dəqiqə davam etdiyini, həmin vaxt orada onunla atası Həsən və arvadı Elvinadan başqa heç kimin olmadığını bildirmiş, eləcə də həmin vaxt atası Həsənə hər hansı bir formada müqavimət göstərmədiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid X2 elan olunmuş ifadəsindən görünür ki, şikayət verən şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ila eyni məzmunlu izahat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1009 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - burun üstü nahiyyənin qançır sıyrığı ilə müşayiət olunan burun sümüyünün qapalı cüzi yerdəyişən sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissələrinin (əl, yumruq və sair.) təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə AR CMnin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il islah işləri cəzasına məhkum olunmuşdur. Şikayət verən şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixdə ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, şikayət verən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, şikayət verən şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs şikayət verən şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət əməlini törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. İş materiallarında olan qərardan görünür ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Cinayət əməlini törətmiş şəxsə məhkəmə baxışı zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar