Məhkəmə qərarları › İş №1(012)-586/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-586/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-586/2025 23.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ İttiham aktına əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq Sumqayıt şəhərində istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamış yivli odlu silahı-tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 05 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 01 1985-ci, 01 ədədi 1986-cı, 01 ədədi 1988-ci, 02 ədədi 1989-cu illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı patronları əldə edib Abşeron rayonu, Saray qəsəbəsinə daşımış, saxlamış və gəzdirmiş, xx.xx.2024-cü il tarixdə saat 12:10 dəqiqədə Abşeron RPİ-nin cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah saxlama, daşıma və gəzdirmədə şübhəli bilinərək Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində saxlanılaraq Saray polis bölməsinə aparılmış orada həmin gün saat 19:45-dən 19:50-dək olan müddətə kimi onun üzərindən şəxsi axtarış keçirilərkən 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamış yivli odlu silahıtapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 05 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 01 1985-ci, 01 ədədi 1986-cı, 01 ədədi 1988-ci, 02 ədədi 1989-cu illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı patronları aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, istintaqda verdiyi ifadəsini təkzib edərək, həmin ifadəni könüllü vermədiyini, saxlanılan zaman üzərində silah olmasa da, qorxduğu üçün etiraf etməyə məcbur olduğunu bildirdi. Belə ki, o, 25 noyabr 2024-cü il tarixdə işdən çıxıb, marketə çörək almağa gedən zaman əvvəllər tanımadığı taksi sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə ona yaxınlaşaraq, siqaret üçün alışqanın olub-olmamasını soruşmuş, o isə hazırda üzərində olmadığını demiş, təxminən qısa müddət sonra polis əməkdaşları onun olduğu yerə gələrək, şübhəli şəxs olmasını bildirərək, üzərinə baxış keçirmişlər. Keçirilən baxış zamanı onun üzərində qanunla qadağan olunan hər hansı əşya və ya qanunsuz vasitə aşkar edilməməsinə baxmayaraq, onu bölməyə aparmışlar. Bölmədə olan zaman polis əməkdaşları tərəfindən ya narkotik vasitəni ya da silahı boynuna alması barədə ona təklif edilmişdir. O, əvvəl buna razı olmasa da sonradan təziqlərə tab gətirməmiş, başqa çarəsinin olmadığını görüb razılaşmışdır. O, narkotik vasitə istifadə etməsə də, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə məhkum olunduğu üçün, düşünmüşdür ki, silahı qəbul etsə cəzası daha yüngül olar. Həmçinin onun müdafiə hüququ təmin edilməmiş, heç bir prosesdə yanında vəkil olmamışdır. Vəkillə təmin edilmədiyi, müdafiəsiz qaldığı üçün etmədiyi əməli etiraf etmək məcburiyyətində qalmışdır. Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi ifadəsi ilə, məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında ziddiyət olmşdur. O, ilkin ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, 2024-cü ilin yay aylarında Sumqayıt şəhərində dəniz kənarında gəzən zaman torpağın üzərindən “Makarov” tipli tapançaya bənzər əşya görüb onu götürmüşdür. Dərhal onu üzərində gizlədib yaşadığı evə gətirmişdir. Evdə olan zaman azyaşlı qardaşının silahı götürüb istifadə edə bilməməsi üçün həyətyanı sahədə gizlətmişdir. Bir neçə dəfə həmin silahı üzərində gəzdirib yenidən gətirib həmin yerdə gizlətmişdir. xx.xx.2024-cü il tarixdə qeyd edilən “Makarov” tipli tapançaya bənzər əşyanı əynində olan göy rəngli cins şalvarın bel nahiyəsində gizlədib Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilindiyi üçün saxlayıb Saray PB-yə dəvət etmişdirlər. Abşeron RPİnin Saray PB-nə gətirildikdən sonra onun üzərinə şəxsi-axtarış keçiriləcəyi barədə məlumat verilmişdir. Daha sonra xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə və video çəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Hüquq və vəzifələri izah olunduqdan sonra üzərində hər hansı bir dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuş və əgər üzərində belə bir əşya varsa təqdim etməyi təklif edilmişdir. Bu zaman o, üzərində, yəni əynində olan göy rəngli cins şalvarın bel nahiyəsindən üzərində nömrəsi olmayan 01 ədəd “Makarov” tipli tapançaya bənzər əşya, 01 ədəd sandıqça, 05 ədəd patrona bənzər əşya aşkar olunmuşdur. Bundan sonra üzərinə polis əməkdaşları tərəfindən baxış keçirilərkən hər hansı əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş silah zərfə qoyulmuş, üzəri möhürlənmiş, axtarış və götürmədə iştirak edən polis əməkdaşları və müdafiəçi tərəfindən, habelə onun tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bütün qeyd olunanlar video çəkiliş vasitəsilə çəkilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında verilmiş suallara cavab olaraq, o, videoçəkiliş zamanı üzərindən aşkar olunan silah ona məxsus olmamışdır, qorxduğu üçün məcbur olaraq o cür ifadə vermişdir. O, polis əməkdaşları tərəfindən gələcəkdə ona problem yaradılcağına əmin olduğu üçün prokurorluğa və digər qrumlara şikayət etməmişdir. Düşünmüşdür ki, bu məsələdə haqlı olduğunu sübut edə bilsə də, gələcəkdə polislər onunla düşmənçilik edər və onu daha ağır əməllərdə təqsirləndirərlər. Lakin indi şox gec olsa da, həqiqəti danışmaq qərarına gəlmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə hesab edir. Onun törətdiyi cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, məhkəmə iclasında dindirilmiş və ifadəsi elan edilmiş şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasına dəvət edilərək, şahid qismində dindirilmiş Abşeron rayon Polis idarəsinin əməkdaşı Şahid1 istintaqda verdiyi ifadəsini təsdiq etdiyini qeyd etməklə, əlavə olaraq bildirimişdir ki, 25 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, saxlama və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçiriləcəyi ilə bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat qrupu yaradılaraq, qeyd olunan ünvana gedilərək, şübhəli şəxsin gəlməsini gözləmişlər. O, digər əməkdaş Şahid2la birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, H.Əliyev prospektində hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşaraq, Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını bildirib, qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilindiyi üçün onlarla birlikdə Saray polis bölməsinə getməsini bildirmiş, sonuncu heç bir etiraz etmədən və ya müqavimət göstərmədən bölməyə getmişdir. Bölmənin xidməti otağında müdafiəçinin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs geyindiyi cins şalvarın bel nahiyyəsindən nöməsi olmayan 01 ədəd “Makarov” tipli tapançaya bənzər əşya, 01 ədəd sandıqça, 05 ədəd patrona bənzər əşya aşkar olunaraq götürülmüşdür. Bundan əlavə Şahid1 məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs hazırda verdiyi ifadə cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsə tərəflərindən hər hansı formada təzyiq göstərilsəydi o, bu günə qədər müvafiq orqanlara müraciət edərdi. O, Abşeron rayon sakini olmamış, əvvəl məsuliyyətə Abşeron rayonu ərazisində cəlb edilməmişdir. Məhkəmə iclasına dəvət edilərək şahid qismində dindirilmiş Abşeron rayon Polis idarəsinin əməkdaşı Yaşar Misiyev digər Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. Şübhəli şəxsin tutulması haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;

2. “Şəxsi axtarış və götürülməsi haqqında” 25 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs həmin gün saat 12:10-da Abşeron rayonu, Saray qəsəbəsi, Heydər Əliyev prospektində müəyyən olunaraq, saxlanılmış və Saray polis bölməsinə aparılmış və orada dəvət olunmuş vəkilin iştirakı ilə video çəkilişlə üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs göy rəngli cins şalvarının bel hissəsindən 01 ədəd nömrəsiz tapançaya bənzər əşya, 01 ədəd sandıqça və içərisində 05 ədəd patrona bənzər əşya aşkar edilərək götürülmüşdür.

3. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində üzərində odlu silah gəzdirməsi barədə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır;

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistk Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 26 noyabr 2024-cü il tarixli, 24/1728 saylı rəyinə əsasən müəyyən edilmişdir;

1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 MM kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliyi məruz qalmamışdır;

2. Tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Steçkin (APS) konstruksiyalı və s. həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır, istifadəyə və atəş açmaq yararlıdır;

3. Tədqiqata təqdim olunmuş 05 ədəd patronlar zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 01 ədədi 1985-ci, 01 ədədi 1986-cı, 01 ədədi 1988-ci, 02 ədədi 1989-cu illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırla

4. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən “gülləgiliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir;

5. Qeyd: Təqdim edilmiş 05 ədəd 9x18 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu;

5. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək, ibtidai istintaqı aparılmışdır;

6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 27 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

7. Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, 4(012)-814/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablanmaqla barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;

8. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Cəlilabad rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində törədilməsində təqsirli bilinərək, 01 il 11 ay 28 gün müddətinə azadlığln məhdudlaşdırılması cəzasına məhkum edilmişdir;

9. Sumqayıt şəhər Probasiya Şöbəsinin 14 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Abşeron Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 1(012)-488/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş Salamov Elman Fəzayıl oğlu Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyatdan keçmədiyi üçün cəzası hesablanmamışdır.

10. Sumqayıt şəhər Probasiya Şöbəsinin 08 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Cəlilabad rayon Məhkəməsinin 22 iyun 2023-ci il tarixli, 1(012)- 488/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasna məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasından 01 il 05 ay 04 gününü çəkmiş və çəkilməmiş cəzası 06 ay 24 gün təşkil edir;

11. “Sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2024-cü il tarixdə götürülmüş, 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamış yivli odlu silahı-tapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 05 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 01 1985-ci, 01 ədədi 1986-cı, 01 ədədi 1988-ci, 02 ədədi 1989-cu illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı patronlar iş üzrə maddi sübut qismində tanınmış və saxlanılmasından ötrü Abşeron RPİ-nin X3 Otağına Təhvil verilmişdir;

12. Abşeron Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 1(012)-586/2025 saylı məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən 01 ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı texniki cəhətdən saz və atəş üçün yararlı, təyinatı hər hansı bir dəyişiklərə məruz qalmamış yivli odlu silahıtapançanı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi-olan, texniki cəhətdən saz və istifadə üçün yararlı darağı və 05 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 01 1985-ci, 01 ədədi 1986-cı, 01 ədədi 1988-ci, 02 ədədi 1989-cu illərdə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş, döyüş sursatı hesab olunan və atəş üçün yararlı patronları aşkar edilərək götürülmüşdür. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilir ki, qanunvericilik Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin dispozisiyasında sadalanan hərəkətlərin qanunsuz olaraq edilməsini nəzərdə tutur. Qanunsuzluq həmin hərəkətlərin “Xidməti və mülki silah haqqında” Qanunun və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyasının tələblərinin pozulması ilə yanaşı, “Xidməti və mülki silahın dövlət kadastrının aparılması Qaydası”nın, “Xarici dövlətlərin hüquqi şəxslərinin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvafiq olaraq xidməti və mülki silah əldə etməsi, saxlanılması və təyinatı üzrə istifadə etmə Qaydaları”nın, “Xidməti və mülki silahın Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması Qaydaları”nın, “Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın satış Qaydaları”nın, “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları”nın, “Silahın mühafizəsi ilə bağlı tələbləri”nin, “Mülki silahın kolleksiya edilməsi və ya onun sərgisinin keçirilməsi Qaydaları”nın, “Silahın geri alınması Qaydaları”nın və digər normativ aktların tələblərini pozmaqla törədilməsində ifadə olunur. Həmin Qanunun 5-ci maddəsinin 4-cü bəndinə görə Azərbaycan Respublikası ərazisində xidməti və mülki sidahın dövriyyəsinin əsası onlara verilən uyğunluq sertifikatıdır (5-ci bənd); Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Həmin predmetlərin qanunsuz daşınması dedikdə, onların yerinin dəyişdirilməsi ilə istənilən üsulla qəsdən edilən hər hansı bir hərəkət başa düşülməlidir. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədənin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. predmetlərdə gəzdirilməsi başa düşülməlidir (9-cu bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci və 232-ci maddələri ilə cinayət məsuliyyəti nəinki funksional istifadə üçün yararlı olan silahların qanunsuz dövriyyəsi və yaxud talanması zamanı, həmçinin təqsirli şəxsin məqsədi yararlı olmayan, o cümlədən təlim üçün nəzərdə tutulmuş silahların yenidən yararlı hala salınması və bunun üçün real imkanı olması zamanı da yaranır (11-ci bənd); təqsirkar şəxs qanunsuz olaraq odlu silahı və ya Cinayət Məcəlləsinin 228.1-ci maddəsində sadalanan digər predmetləri əldə edir, saxlayır və özündə gəzdirirsə, onun əməli vahid cinayət kimi Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməlidir (12-ci bənd). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli ilə bağlı ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində silah olmadığını, onlar tərəfindən təzyiqlərə məruz qaldığından silahın özünün olduğunu və etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından, eləcə də məhkəmədə dinlənilən şahid ifadələrindən, üzərinə baxış keçirilərkən aparılmış video çəkilişdən aydın olur ki, saxlanıldığı gündən Təqsirləndirilən şəxs etirafedici ifadələr vermiş, təzyiqə məruz qalması ilə bağlı heç bir dövlət qurumuna müraciətlər etməmiş, barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında təqdimat və vəsatətə baxılarkən xəsarətinin olması barədə məlumat verməmişdir.

Məhkəmə hesab edir ki, əgər həqiqətən də Təqsirləndirilən şəxs polis bölməsində olarkən fiziki zor tətbiq edilmişdirsə sonuncu ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olduğu halda bunu etməmiş, bu barədə yalnız məhkəmə iclasında bildirmişdir. Bu hallar da təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadənin məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığı qənaətinə gəlməyə imkan verir. Həmçinin o, da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edildiyi üçün qeyd edilən prosedurları əvvəl keçmiş, polis əməkdaşlarının sonradan ona qərəz göstərəcəyi ilə bağlı bildirdikləri, həmçinin ona görə inandırıcı hesab edilə bilməz ki, o, Abşeron rayon ərazisində deyil, Sumqayıt şəhərində yaşamışdır. Müdafiə hüququnun təmin edilməməsi ilə bağlı bildirdikləri isə video görüntü ilə bir daha öz təsdiqini tapmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Bu Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qəti olaraq ona 01 (bir) il 11 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, yəni barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir.

Məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməsinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması hazırki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, o cümlədən ona əvvəllər analoji cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb, yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunan Məcələnin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cəlilabad Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 24 (iyirmi dörd) gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 25 noyabr 2024-cü il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Cinayət işi üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X1 saxlanılan nömrəsi silinmiş silah - zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança - 01 ədəd yivli odlu silahı, 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi üçün nəzərdə tutulmuş istifadəyə yararlı – 01 ədəd daraq, ümumilikdə 05 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 01 ədəd 1985-ci il, 01 ədəd 1986-cı il, 01 ədəd 1988-ci il, 02 ədəd 1989-cu illərdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və eksperimental atəş zamanı istifadə olunmaqla qalmış - 03 ədəd - ştat patronları hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs hüquqları üzrə müdafiəsini həyata keçirmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqi yardıma görə sərf etdiyi 30 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 290 manat (30 saat x 6 AZN + 10 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddianın, məhkəmə məsrəfinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirinzadə X2 Rayon Məhkəməsinin 1(011)-367/2023 saylı, 13 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 06 (altı) ay 24 (iyirmi dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 03 (üç) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək, ona qəti olaraq 01 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 noyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsinin Maddi X1 saxlanılan nömrəsi silinmiş silah - zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapança - 01 ədəd yivli odlu silahı, 08 ədəd 9x18 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi üçün nəzərdə tutulmuş istifadəyə yararlı – 01 ədəd daraq, ümumilikdə 05 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 01 ədəd 1985-ci il, 01 ədəd 1986-cı il, 01 ədəd 1988-ci il, 02 ədəd 1989-cu illərdə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan və eksperimental atəş zamanı istifadə olunmaqla qalmış - 03 ədəd - ştat patronları hökm qanuni qüvvəyə mindikdən sonra xüsusi müsadirə edilərək Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə məsrəfinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saatın hər iş saatının 6 manatdan, 10 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 290 manat (30 saat x 6 AZN + 10 saat x 11 AZN) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar