Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-587/2021 15.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Dəvəçi rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Siyəzən rayonu Yenikənd kəndində daimi qeydiyyatla olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda ƏN-i Bakı İT-da həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 08 avqust 2021-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, T.Salahov küçəsi 10-da yerləşən yeni inşa edilmiş fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsini açaraq həmin pəncərədən binaya qanunsuz daxil olub, binanın divarlarda bərkidilmiş və döşəmənin üzərində qoyulmuş Zərərçəkmiş şəxs məxsus 9 top 585 manat dəyərində, 8 top 344 manat dəyərində, 2 top 240 manat dəyərində elektrik naqillərini, 90 metr 80 manat dəyərində kemera naqilini, 400 manat dəyərində televizor antena və internet kabellərini, hər birinin qiyməti 4 manat olmaqla 200 manat dəyərində 50 ədəd avtomat qoruyucusu, hər birinin qiyməti 10 manat olmaqla 310 manat dəyərində 31 ədəd elektirik mənbəyini və hər birinin qiyməti 7 manat olmaqla 21 manat dəyərində 3 ədəd elektirik mənbəyini, hər birinin qiyməti 27 manat olmaqla hər birində 15 ədəd olan 1620 manat dəyərində 4 dəst kollektor istilik sistemlərini və hər biri 20 manat olan 4 ədəd su krantlarını oğurlayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 3880 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla həmin evdə atası və anası ilə birlikdə yaşayır, subaydır, bir bacısı ailəlidir və ailəsi ilə birlikdə yaşayır. O, evin tək oğlu olduğu üçün valideyinləri ilə birlikdə yaşayır, işləmir. Tutulmazdan bir il əvvəl Bakı şəhəri, Sahil qəsəbəsində yerləşən “Neft Qazma” özəl şirkətdə aşbaz işləmişdir, sonra iş yeri bağlandığı üçün işsiz qalmış və rayona evlərinə qayıtmışdır. 03.08.2021-ci il tarixdə Bakı şəhərinə gəlmişdir ki, iş tapıb işləsin. Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan xalası evinə gedib orada qalmışdır. Bir neçə gün gecələri xalasıgildə qalmış, gündüzlər isə Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən kafelərə, Abşeron rayonu Masazır qəsəbəsində və Qurtuluş qəsəbəsində yerləşən kafelərə gedib iş axtarmış, lakin iş tapa bilməmişdir. 08.08.2021-ci il tarixdə saat təxminən 17 radələrində yenə də iş axtararkən pulu olmadığına görə Abşeron rayonu, Masazır qəsəbəsi, Tahir Salahov küçəsində təsadüfən iki mərtəbəli ev onun diqqətini çəkmişdir. Ev təzə tikilmiş və evin kənarları hasarlansa da evin qabaq tərəfindən darvazası olmamışdır. O, həmin evdən oğurluq etmək məqsədilə həyətə girib və həyətdə evə yaxınlaşanda evin dəmir qapısı bağlı olduğunu gördüb kənarda heç kimin olmamasından istifadə edərək evin birinci mərtəbəsində plastik materialdan olan pəncərəsini əli ilə itələyib açmış və həmin pəncərədən evə daxil olmuşdur. Ev yeni təmir olunmuş, evin birinci mərtəbəsi suvanmışdır. O, evin ikinci mərtəbəsinə çıxdıqda görmüşdür ki, ikinci mərtəbədə eletkirik avadanlıqları olsa da evin bir otağında suvaq vurulmamış, digər otağına isə suvaq vurulmuşdur. Həmin suvaq vurulmayan hissələrdən divara bağlanmış elektirik naqillərini və avadanlıqları çəkib qopardaraq həmin avadanlıqları evdə olan boş bir kisəyə yığmış, həmçinin evdə olan santexnik mallarını da özü ilə götürdüyü kisəyə yığmış və evdən həmin daxil olduğu pəncərədən çıxmışdır. Məqsədi həmin elekritik avadanlıqlarını yandırıb, mis əldə edib, sonra da santexnik malları ilə birlikdə satıb pul qazanmaq olmuşdur. Bu məqsədlə də həmin evdən oğurladığı elektirik avadanlıqlarını təxminən 50-100 metr kənarda heç kimin olmadığı bir yerdə yandırmışdır ki. mis və ya aliminium əldə edib aparıb satsın, pul əldə etsin. Onun elektirik naqillərini və avadanlıqları y yandırdığını görən tanımadığı şəxslər ona yaxınlaşdılar və nə etdiyini soruşmuşlar. O, həmin şəxslərə naqilləri yandırdığını bildirdikdə həmin şəxslər yenə də ondan naqilləri hardan əldə etdiyini soruşmuşlar. O da həmin şəxslərə elektrik naqillərini tapdığını bildirmişdir. Həmin şəxslər ondan aralanıb getmişlər və bir neçə dəqiqədən sonra yenidən ona tərəf gəldiklərini görüb və başa düşmüşdür ki, həmin şəxslər onun oğurluq etdiyini başa düşüblər, ona görə də həmin yandırdığı əşyaları və santexnik mallarını orada qoyub, oradan uzaqlaşıb getmişdir. O, bir başa Sumqayıt şəhəri, H.Tağıyev qəsəbəsində yaşayan xalasıgilə gedib bir neçə gün xalasıgildə qalmışdır. 25.08.2021-ci il tarixdə təxminən saat 11-12 radələrində yenə də iş axtarmaq məqsədilə Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompleksinin yaxınlığına gəlmişdir. Məqsədi yaxınlıqda yerləşən kafelərdə və başqa həyət evlərində iş axtarmaq olmuşdur. O, həyət evlərinin yerləşdiyi yerlərə gedib, küçədə olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb özünü təqdim edərək polis əməkdaşı olduğunu bidirmiş, ondan kimliyini, şəxsiyyət vəsiqəsini soruşmuşdur. Onunla sorğu-sual edib və ondan oğurluq etməyində şübhələndiyini deyib, onunla birlikdə polisə getməyini bildirmişdir. Bundan sonra o, polisə getməyə razılaşmış və birlikdə Abşeron rayon polis idarəsinə getmişlər Onunla sorğu-sual zamanı bir neçə gün əvvəl Masazır qəsəbəsində yeni inşa edilmiş bir evə girdiyini və oradan naqilləri və santexnik mallarını oğurladığını, 08.08.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Tahir Salahov küçəsində iki mərtəbəli evdən oğurladığı elektirik avadanlığını evin yaxınlığında yandırdığını, lakin tanımadığı şəxslərin gəldiyini görüb yandırdığı elektirik naqillərını və santexnik mallarını orada atıb getdiyini, başqa hər hansı bir evdən hər hansı bir əşya götürmədiyini, başqa evlərə girmədyini bildirmişdir. O, oğurluğu tək etmiş, oğurluq etməyi barədə kimsəyə deməmiş, ona həmin oğurluq etdiyi evi kimsə istiqamət verməmişdir, bu barədə heç kim bilməmişdir. Polis İdarəsinə gətirilən zaman, eləcə də rayon polis idarəsində hər hansı fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Sonda ona yüngül cəza verilməsini xahiş etdi. İstintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və məhkəmə iclasında tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, o, ailə üzvlərimlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi Tahir Salahov küçəsində yerləşən fərdi yaşayış evində yaşayır, həmçinin T.Salahov küçəsi 10 ünvanda yeni ev tikdirmiş, həmin evdə hazırda təmir işləri aparıldığına, yaşayış üçün tam hazır olmadığına görə orada yaşayış olmamışdır. Yaşayış evi iki mərtəbəlidir, yaşayış evinin giriş qapısı dəmir materialdan, evin pəncərələri isə plastik materialdandır. Qeyd olunan oğurluq hadisəsindən əvvəl sonuncu dəfə 08.08.2021-ci il tarixdə saat 12 radələrində evdən çıxmış, evdən çıxan zaman evin plastik materialdan olan pəncərələrini içəridən bağlamışdır, dəmir materialdan olan qapısını isə açarla bağlayıb açarı isə özü ilə götürmüşdür. Həmin gün vacib işi olduğuna görə işinin ardınca getmiş, axşam gec qayıtdığına görə həmin evə gəlməyib, yaşadığı evə getmişdir. 09.08.2021-ci il tarixdə saat təxminən 09 radələrində təzə evə gələn zaman evinin birinci mərtəbəsinin plastik materialdan olan pəncərəsinin açıq olduğunu görüb, içəri daxil olduqda naməlum şəxsin evin plastikdən olan pəncərəsini açıb evə daxil olduğunu, evdə olan elektirik naqillərini və avadanlıqlarını, santexnik materiallarını oğurladığını görmüşdür. Bundan başqa həmin oğru evin divarda çəkilmiş elektirik naqillərini də çəkib qopararaq oğurlamışdır. Yaşayış evinə baxan zaman evdə saxladığı 1 topu 65 manat olan 9 top 1x4 cəmi -585 manat, 1 topu 43 manat olan 8 top 1x25 cəmi - 344 manat, 1 topu 120 manat olan 2 top 1x10 cəmi – 240 manat təşkil edən naqilləri, 90 metr 80 manat dəyərində kamera naqili, 400 manat dəyərində televiziya, antena və internet üçün kabelləri, hər birinin qiyməti 4 manat olan 50 ədəd avtomat qoruyucu cəmi - 200 manat, hər birinin qiyməti 10 manat olan 310 manat dəyərində 31 ədəd elektirik mənbəyini və hər birinin qiyməti 7 manat olan 31 manat dəyərində 3 ədəd elektirik mənbəyini, bundan başqa 1 ədədi 27 manat olan, hər birində 15 ədəd olmaqla cəmi –1620 manat təşkil edən 4 dəst kollektor istilik sistemlərini və hər biri 20 manat olan 4 ədəd su krantlarını oğurlanmışdır. Həmin santexnik materialları İtaliya istehsalı olmuş, ümumilikdə həmin santexnik materiallarını bazardan alan zaman 1700 manat manat pul vermişdir. Qanunsuz olaraq yeni tikilmiş yaşayış evinə daxil olub oğurluq etmiş naməlum şəxs onun ümumilikdə 3880 manat dəyərində əmlakını oğurlamışdır. Ona görə də dərhal qonşuluqda yaşayanlardan hadisə barədə soruşmuş və DİN-nin Abşeron RPİ-nə yazılı ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək fərdi yaşayış evindən 2180 manat dəyərində elektrik materiallarını və 1700 manat dəyərində santexnik materiallarını oğurlayan şəxs Təqsirləndirilən şəxs ona yertirmiş zərərin yaxınları tərəfindən tam ödənildiyini və heç bir şikayəti və tələbi olmadığını, istintaq verdiyi ifadəni təsdiq etdiyini bilidrmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, o, DİN-nin Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantıdır. 26.08.2021-ci il tarixdə Masazır qəsəbəsində iş başında olan zaman bir nəfər kənar şəxsi görmüş, həmin şəxsin özünü şübhəli aparmasından, onu gördükdə qaçmaq istədiyini gördükdə həmin şəxsin Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Masazır qəsəbəsi Tahir Salahov küçəsi 10-da yerləşən fərdi yaşayış evindən 08 avqust 2021-ci il tarixdə elektrik materiallarını və santexnik materiallarını oğurlayan şəxs olmasından şübhələnmişdir. Dərhal həmin həmin şəxsə yaxınlaşıb özünü təqdim etmiş, kim olmasını soruşmuş və şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini bildirdikdə o, şəxsiyyətini təsdiq edən hər hansı bir sənədi olmadığını bildirmiş, kimi və nə axtardığını dəqiq izah edə bilməmiş, ona görə də həmin şəxsi onunla birlikdə Abşeron RPİ-nə getməsini tələb etdikdə o, heç bir etiraz etmədən birlikdə Polis İdarəsinə gəlmişdir. Polis İdarəsində həmin şəxsin Siyəzən rayon sakini, 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Sorğu-sual zamanı həmin şəxs 08 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi Tahir Salahov küçəsi 10-da yerləşən fərdi yaşayış evinin plastik materialdan olan pəncərəsindən evə qanunsuz daxil olmaqla, həmin evdən ev sahibinə məxsus olan elektrik materiallarını divardan çəkib qopardığını və həmin evdə olan santexnik materiallarını da oğurladığını etiraf etmişdir. Bundan sonra o, raportla idarənin rəhbərliyə məruzə etmiş, İŞ-də həmin oğurluq faktı ilə əlaqədar cinayət işinin istintaqı aparıldığından onu istintaqa təqdim etmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmaçılıq hissi çəkməsi dəlili ilə bağlı məhkəmə diqqəti ona yönəldir ki, şəxsin əməlindən səmimi peşmançılıq çəkməsi əməlin etiraf olunması ilə sıx bağlıdır və birlikdə götürülməklə bunların əhəmiyyəti ondadır ki, cinayət törətmiş şəxsi səciyyələndirir, onun şəxsiyyəti, törətdiyi cinayətə münasibəti, islah olunmaq perspektivləri haqqında icraatı aparan orqanda düzgün təsəvvürlərin yaranmasına xidmət edirlər. Əməlin etiraf olunması ilə peşmançılıq hisslərinin keçirilməsi şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olmaqla onu müsbət cəhətdən xarakterizə edən, islah olunmaq yolunda olduğuna dəlalət edən haldır. İşin müəyyən olunmuş hallarına görə isə təqsirləndirilən şəxs həm məhkəməyədək icraatda, həm də məhkəmə iclasında birmənalı olaraq törətdiyi cinayəti etiraf etməklə əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Siyəzən RİHB-nın Yenikənd kənd üzrə Ərazi nümayəndəsi tərəfindən verilmiş 23.09.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Siyəzən rayonu, Yenikənd qəsəbəsində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsi, əməlindən səmimi peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Abşeron rayon Məhkəməsinin 28.08.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 26.08.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 37 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 222 (iki yüz iyirmi iki) manat, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu 26.08.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron RPİ-nə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 37 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 222 (iki yüz iyirmi iki) manat manat, məhkəmə zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-587/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-587/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver