Məhkəmə qərarları › İş №1(012)-587/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-587/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-587/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan və barəsində “polisin nəzarəti altına vemə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs vahid niyyətlə özgənin əmlakını etibarından sui-istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs xarici ölkədən “İphone” markalı telefon və 2 ədəd fen gətirəcəyinə dair yalan vəd verib aldadaraq, xx.xx.2021-ci il tarixdə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində öz hesabından onun "xxxx" ASC-yə məxsus olan 4169 7413 0764 8368 nömrəli kart hesabına 1350 manat, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 51-ci məhəllədə “milli ön” terminalı vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus olan 4169 7413 0764 8368 nömrəli kart hesabına 500 manat, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən “A.Plus” mağazasında yerləşən “milli ön” terminalı vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus olan 4169 7413 0764 8368 nömrəli kart hesabına 200 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, N.Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında “milli ön” terminalı vasitəsi ilə onun "xxxx" ASC-yə məxsus olan 4169 7413 0764 8368 nömrəli kart hesabına 200 manat, 02 yanvar 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri AAAF yaşayış kompleksində görüşüb əlbəəl ona 750 manat, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixədə Abşeron rayonu Xırdalan şəhəri AAAF yaşayış kompleksində görüşüb əlbəəl ona 1500 manat, ümumilikdə vahid niyyətlə Zərərçəkmiş şəxs 4500 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. İŞİN HALLARİ VƏ DƏLİLLƏRİ: Cinayət işinin məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təstiq edərək ifadəsində göstərdi ki, o, 2021-ci ildə sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs ilə təxminən iki dəfə görüşmüşdür. Söhbət əsnasında Zərərçəkmiş şəxs ondan nə işlə məşğul olduğunu soruşduqda o, parfum alqısatqısı ilə məşğul olduğunu, bundan da əlavə olaraq xaricdən İphone mobil telefonu və salon avadanlıqları gətizdirmək istədiyini, lakin əlində pulunun olmadığını bildirmişdir. Ləman ona həmin məbləği verə biləcəyini bildirmiş, lakin nə vaxt geri ala biləcəyini soruşduqda ona ən geci bir həftəyə qaytaracağını bildirmişdir. Səhəri gün Ləman ona zəng edib 1300 manat pul göndərmək istədiyini bildirdikdə, o, kart hesabının olmadğından tanışı Mədinə Fikrətliyə məxsus bank kartının nömrəsini sonuncuya göndərmişdir. Ləmanın göndərdiyi 1300 manat pulu bankomatdan çıxararaq, şəxsi xərcləri üçün istifadə etmişdir. Bundan iki gün sonra isə Ləman yerdə qalan 3200 manat pulu ona vermiş, o isə həmin pulla parfüm sifariş eləmiş və həmin parfümlərin satışı ilə qazanc əldə etmiş, lakin həmin pulu həbs olunduğundan Zərərçəkmiş şəxs qaytara bilməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, cinayət əməli nəticəsində dəymiş ziyanı qismən ödəməsini, müddət keçməsi ilə əlaqədar barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə elan olunmuş zərər çəkmiş şəxs ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla da təsdiq olunur. Məhkəmə iclaslnda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə təxminən 2021-ci ildə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. O, Nurlanla tanış olan ərədə gözəllik salonunda işləyirdi. Hazırda xatırlamadığı günlərdən birində Nurlan ondan nə işlə məşğul olduğunu soruşduqda o, gözəllik salonunda çalışdığını demiş, sonuncu isə xaricdən gətirdiyi elektronika mallarının satışı ilə m\əşğul olmasını demişdir. Nurlan ona lazım olarsa elektronikaya aid mallar gətirə biləcəyi barədə təklif etdikdə o, hələ onu tanımadığını, bu səbəbdən etibar edə bilməyəcəyini demişdir. Bu hadisədən sonra bir neçə gün keçdikdən sonra o, 1 ədəd İPHONE 13 markalı mobil telefon və 2 ədəd gözəllik salonu üçün fen gətirməsi ilə bağlı Nurlana sifariş vermiş, sonuncu isə narahat olmamasını, 4 gün müddətində sifarişi çatdıracağını demişdir. Həmin günün səhəri günü Nurlan artıq istədiyi malları xaricdən sifariş verdiyini, buna görə də ona üzərində Mədinə Fikrətli ad soyad yazılan Kapital Banka məxsus pul kartını göndərərək, ilkin olaraq 1350 manat pul göndərməyini demiş və o, 21 dekabr 2021-ci il tarixdə evdə olan müddətdə həmin kart hesabına öz kart hesabından deyilən məbləğdə pulu göndərmişdir. Bundan sonra o, 30 dekabr 2021-ci il tarixdə Sumqayıt şəhərində olarkən “milli ön” terminalı vasitəsi ilə Nurlanın "xxxx" ASC-yə məxsus olan 4169 7413 0764 8368 nömrəli kart hesabına 500 manat göndərmiş, daha sonra Abşeron rayonuna qayıdaraq Masazır qəsəbəsində yerləşən “A.Plus” mağazasında quraşdırılan “milli ön” terminalı vasitəsi ilə yenidən sonuncunun eyni kart hesabına 200 manat pul göndərmişdir. O, yenidən 01 yanvar 2022-ci il tarixdə Gənclik metrostansiyasının yaxınlığında quraşdırılan “milli ön” terminalı vasitəsi ilə Nurlanın "xxxx" ASC-yə məxsus olan 4169 7413 0764 8368 nömrəli kart hesabına 200 manat göndərdikdən sonra, 02 yanvar 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri AAAF yaşayış kompleksində sonuncu ilə görüşüb əlbəəl 750 manat pul vermişdir. O, hər dəfə Nurlana pul göndərdikdə o, mənə narahat olmamasını, malların yolda olmasını deyərək, müxtəlif bəhanələrlə onu yola vermişdir. 05 yanvar 2022-ci il tarixdə Nurlan onun mobil telefonuna zəng edərək, malların gömrükdə olduğunu və ordan çıxarılması üçün əlavə 1500 manat pul lazım olduğunu bildirdikdə, o qeyd edilən məbləğin həddindən çox olmasını demiş, sonuncu isə ona daha bundan sonra pul lazım olmayacağını malları götürdükdən sonra gətirib verəcəyini demişdir. O, başqa yolu qalmadığı üçün 07 yanvar 2022-ci il tarixdə Nurlanla AAAF park yaşayış kompleksində görüşüb, 1500 manat pulu vermiş, lakin həmin müddətdən sonra bir daha sonuncunu görməmiş, telefonlarına da cavab verməmişdir. Bir müddət sonra o, Nurlanı tapmadığı üçün Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, sonuncunun onu aldadaraq 4500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmiş, yalnız bundan sonra həmin puldan şikayət etdikdən sonra 500 manat, məhkəmə prosesi ərəfəsində əlavə olaraq 700 manat geri qaytarmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

1. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 01 aprel 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir

2. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın ləğv edilməsi və materialın əlavə yoxlanılması üçün qaytarılması barədə 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar Abşeron RPİ-nin İstintaq Şöbəsində toplanmış HK-1/1937 №-li material üzrə sabiq müstəntiq Rövşən Mirəliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir;

3. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 05 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir;

4. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın ləğv edilməsi və materialın əlavə yoxlanılması üçün qaytarılması barədə 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar Abşeron RPİnin İstintaq Şöbəsində toplanmış HK-1/1937 №-li material üzrə sabiq müstəntiq Yasin İbrahimlinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir;

5. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 28 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir:

6. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın ləğv edilməsi və materialın əlavə yoxlanılması üçün qaytarılması barədə 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar müstəntiq Rəşad Cəfərovun cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir;

7. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir:

8. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və cinayət işinin başlanması” barədə 12 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 09 aprel 2024-cü il tarixli qərar qanunsuz və əsassız olduğuna görə ləğv edilmiş, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır;

9. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir;

10. “Zərərçəkmiş şəxs qismində tanımaq” haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;

11. “Təqsirləndirilən şəxs qismində cəlb edilmə” haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir;

12. “İstintaqdan yayındığına görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi” haqqında 05 avqust 2024-cü il tarixli qərarına əsasən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə tutulması qərara alınmışdır;

13. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim ediləcəyi vaxtadək dayandılmışdır;

14. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 09 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm Bakı Apellyasiya Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarına əsasən dəyişdirilərək, 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, həmin məhkəməmin 04 may 2023-cü il tarixli qərarına əsasən dəyişdirilərək, 10 ay 15 gün müddətinə azadlığın azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir,

15. “Cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində 23 yanvar 2025-ci il tarixdə tutularaq, istintaqa təhvil verilmişdir;

16. “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməməsi” haqqında 24 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Tağızadə X2 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında vəsatət təmin edilməmiş, o, Abşeron RPİ-nin MSY-dən azad edilməklə, barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir;

17. “Sübutların qiymətləndirilməsi” haqqında 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, və digər istintaq hərəkəti protokolları onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cinayət işi üzrə sübut kimi qəbul edilməklə, cinayət işinin materiallarına əlavə edilmişdir;

18. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, barəsdində olan cinayət işi üzrə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir.

Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Belə ki, həmin əməlin törədilməsi məhkəmə iclasında təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyindən sonuncunun əməlinin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, əməlin törədildiyi vaxtdan iki ildən artıq müddət keçdiyi üçün cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiyəçi etiraz etmədiyindən, iş üzrə icraata xitam verilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 15.2-ci maddəsinə görə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə törətdiyi əməl, həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinin tələbinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Belə olan halda məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və ona təqsirli bilindiyi həmin maddə ilə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti olmadığı qənaətindədir. İş üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Müdafiəçi məhkəmədə hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) iş saatı üçün 150 (bir yüz əlli) manat pul ödənilməlidir.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə R A R A A L D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. Cinayət işi üzrə Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. X1 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun müvafiq hesablaşma hesabına köçürülsün. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, növbəti gün qərar qüvvəyə minir.

Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar