Məhkəmə qərarları › İş №1(012)-588/2025

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-588/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-588/2025 15.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürsunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Bərdə rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Bərdə rayonu, Bəcirəvan ərazi dairəsi, Bəcirəvan kəndində qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 sentyabr 2024-ci il tarixdə saat 03:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən hüquqi şəxs "xxxx" MMC-yə məxsus «Rahat» marketin giriş qapısının qıfılını dəmir parçası ilə qırıb marketə qanunsuz daxil olaraq oradan 04 ədəd hər birinin dəyəri 6,90(altı manat doxsan qəpik) manat, ümumi dəyəri 27,6(iyirmi yeddi manat altmış qəpik) manat olan 0,2 litr həcmli «Nemiroff» markalı arağı, 02 ədəd hər birinin dəyəri 32,20(otuz iki manat iyirmi qəpik) manat, ümumi dəyəri 64,40(altmış dörd manat qırx qəpik) manat olan 1 litr həcmli «Nemiroff Original» markalı arağı, 02 ədəd hər birinin dəyəri 32,20(otuz iki manat iyirmi qəpik) manat, ümumi dəyəri 64,40(altmış dörd manat qırx qəpik) manat olan 1 litr həcmli «Nemiroff Pshenitsa» markalı arağı, 02 ədəd hər birinin dəyəri 32,20(otuz iki manat iyirmi qəpik) manat, ümumi dəyəri 64,40(altmış dörd manat qırx qəpik) manat olan 1 litr həcmli «Nemiroff Delikat» markalı arağı, 07 ədəd hər birinin dəyəri 5,40(beş manat qırx qəpik) manat, ümumi dəyəri 37,80(otuz yeddi manat səksən qəpik) manat olan 0,25 litr həcmli «Absheron Gilavar 5 il» markalı viskini, 03 ədəd hər birinin dəyəri 13,50(on üç manat əlli qəpik) manat, ümumi dəyəri 40,50(qırx manat əlli qəpik) manat olan 0,7 litr həcmli «Absheron Gilavar 5 il» markalı viskini, 01 ədəd dəyəri 9(doqquz) manat olan 0,5 litr həcmli «Black Jack» markalı viskini, 02 ədəd hər birinin dəyəri 12(on iki) manat, ümumi dəyəri 24(iyirmi dörd) manat olan 0,75 litr həcmli «Black Jack» markalı viskini, 02 ədəd hər birinin dəyəri 18(on səkkiz) manat, ümumi dəyəri 36(otuz altı) manat olan 1 litr həcmli «Yacht Club» markalı viskini, 02 ədəd hər birinin dəyəri 12,50(on iki manat əlli qəpik) manat, ümumi dəyəri 25(iyirmi beş) manat olan 0,7 litr həcmli «Martelli 5 Years» markalı viskini, 03 ədəd hər birinin dəyəri 14(on dörd) manat, ümumi dəyəri 42(qırx iki) manat olan 0,7 litr həcmli «Lumberjack» markalı viskini, 04 ədəd hər birinin dəyəri 9,40(doqquz manat qırx) manat, ümumi dəyəri 37,60(otuz yeddi manat altmış qəpik) manat olan 0,5 litr həcmli «Winchester 3 Years» markalı viskini, 01 ədəd dəyəri 6,95(altı manat doxsan beş qəpik) manat olan 0,25 litr həcmli «6*» markalı viskini və 01 ədəd 13(on üç) manat dəyərində olan 0,5 litr həcmli «Amaretto» markalı meyvəli likyoru gizli talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 492,65(dörd yüz doxsan iki manat altmış beş qəpik) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 sentyabr 2024-ci il tarixdə saat 03:31-də Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən hüquqi şəxs "xxxx" MMC-yə məxsus mağazanın giriş qapısının şüşəsini dəmir parçası ilə qırıb mağazaya qanunsuz daxil olaraq oradan 01 ədəd 950 (doqquz yüz əlli) manat dəyərində «HP» markalı «15-fd033nia» modelli(prodlD:943W4EA, SN:5CD3479D3W), texniki xüsusiyyətləri - daxili yaddaş: 256 GB SSD, ekran ölçüsü: 15.6"FHD, ekran tipi: İPS, görüntü imkanı: 1920x1080, operativ yaddaş: 8 GB DDR4, prosessor : İntel® Core™ İ3-1315U, qrafik yaddaş: İntel® UHD Graphics olan noutbuku, 01 ədəd 1550(min beş yüz əlli) manat dəyərində «HP» markalı «250 G10» modelli (prodİD:8A539EA, SN:5CD350F6JP), texniki xüsusiyyətləri - daxili yaddaş: 512 GB SSD, ekran ölçüsü: 15.6" FHD, görüntü imkanı: 1920x1080, operativ yaddaş: 8 GB, prosessor: İntel® Core™ İ5-1335U, qrafik yaddaş: NVİDİA GeForce MX550 2GB olan noutbuku, 01 ədəd 680(altı yüz səksən) manat dəyərində «HP» markalı «250 G9» modelli(prodİD:6S798EA1 SN:CND35106YM), texniki xüsusiyyətləri - daxili yaddaş: 256 GB SSD, ekran ölçüsü: 15.6, ekran tipi: LED, görüntü imkanı: 1920x1080, operativ yaddaş: 8 GB, Prosessor: İntel® Celeron® N4500, qrafik yaddaş : İntel® UHD Graphics olan noutbuku, 01 ədəd 500(beş yüz) manat dəyərində «Lenovo» markalı, «V15 G2 İJL» modelli(MTM:82QYA00HİN, SN:PF4S2GQ3), texniki xüsusiyyətləri - daxili yaddaş: 256 GB SSD, ekran ölçüsü: 15.6, görüntü imkanı: 1920x1080, operativ yaddaş: 8 GB, prosessor: İntel® Celeron® N4500, qrafik yaddaş: İntel® UHD Graphics olan noutbuku, 01 ədəd 580(beş yüz səksən) manat dəyərində «Lenovo» markalı, «İdeaPad 1 15İGL7» modelli(MTM:82V700DHUE, SN:PF4HLHD9), texniki xüsusiyyətləri - daxili yaddaş: 256 GB SSD, ekran ölçüsü: 15.6, görüntü imkanı: 1366x768, operativ yaddaş: 4 GB, prosessor: İntel® Celeron® N4020, qrafik yaddaş: İntel® UHD Graphics 600 olan noutbuku gizli talayıb, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 4260(dörd min iki yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 05 sentyabr 2024-cü il tarixdə saat 03 radələrində Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «Rahat market»in qarşısına gəlmişdir. Özülə gətirdiyi dəmir parçası ilə marketin qapısının üzərində olan qıfılı qırıb içəri daxil olmuşdur. Marketdə rəfdən 06 ədəd müxtəlif markalı və həcmli araqları, 04 ədəd müxtəlif markalı və həcmli viskiləri oğurlayıb marketi tərk etmişdir. Həmin günü günorta saatlarında oğurladığı spirtli içkiləri Masazır qəsəbəsində xatırlamadığı kafeyə 90 manata satmışdır. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsinə getdik. Təqsirləndirilən şəxs şüşəli obyekti göstərib bildirdi ki, həmin binada əvvəllər "xxxx" mağazası yerləşirmiş. xx.xx.2024-cü il tarixdə saat 03:30 radələrində oğurluq etmək məqsədi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən "xxxx" mağazasının qarşısına gəlmişdir. Üzərində olan dəmir parçası ilə mağazanın şüşədən olan qapısını sındırmışdır. Mağazanın içərisinə daxil olmuş, həmin vaxtı mağazanın təhlükəsizlik sistemi işə düşmüş və səs gəlməyə başlamışdır. Səsdən qorxuya düşmüş, həmin vaxtı dolabın üzərində olan noutbukları oğurlamaq qərarına gəlmişdir. Dolabın üzərində olan 05 ədəd noutbukları götürüb üzərində olan çantanın içərisində yerləşdirmiş və qaçaraq mağazanı tərk eləmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun 28 may stansiyasının yaxınlığında ünvanını və adını dəqiq xatırlamadığı mağazaya daxil olmuş və oğurladığı 05 ədəd noutbukları ümumilikdə 600 manat qarşılığında satmışdır. Həyat yoldaşı ağır xəstə olduğu üçün oğurluq etməli olmuşdur. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilmişdir. Zərəçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə şikayətçi olması barədə məhkəməyə ərizə göndərsə də, həmin hüquqi şəxsin başqa nümayəndəsi X2 şikayətçi olmaması, dəymiş ziyanın ödənilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizə vardır. Məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından etibarən "xxxx" MMC-də hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. O cəmiyyətin bütün hüquq və maraqlarını aidiyyatı təşkilatlarda təmsil və müdafiə edir. 05 sentyabr 2024-cü il tarixdə "xxxx" MMC-nin tərkibində fəaliyyət göstərən Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən «Rahat market»in müdiri X5 məlumat vermiş ki, 05 sentyabr 2024-cü il tarixdə saat 03 radələrində naməlum şəxs marketin qapısını sındırmaqla içəri daxil olmuş müxtəlif markalı spirtli içkiləri oğurlamışdır. "xxxx" MMC-nin sayım qurupu tərəfindən araşdırma aparılmış və müəyyən edilmiş ki, mağazadan 04 ədəd hər birinin dəyəri 6,90 (altı manat doxsan qəpik) manat, ümumi dəyəri 27,6 (iyirmi yeddi manat altmış qəpik) manat olan 0,2 litr həcmli «Nemiroff» markalı araq, 02 ədəd hər birinin dəyəri 32,20(otuz iki manat iyirmi qəpik) manat, ümumi dəyəri 64,40 (altmış dörd manat qırx qəpik) manat olan 1 litr həcmli «Nemiroff Original» markalı araq, 02 ədəd hər birinin dəyəri 32,20(otuz iki manat iyirmi qəpik) manat, ümumi dəyəri 64,40 (altmış dörd manat qırx qəpik) manat olan 1 litr həcmli «Nemiroff Pshenitsa» markalı araq, 02 ədəd hər birinin dəyəri 32,20(otuz iki manat iyirmi qəpik) manat, ümumi dəyəri 64,40 (altmış dörd manat qırx qəpik) manat olan 1 litr həcmli «Nemiroff Delikat» markalı araq, 07 ədəd hər birinin dəyəri 5,40(beş manat qırx qəpik) manat, ümumi dəyəri 37,80 (otuz yeddi manat səksən qəpik) manat olan 0,25 litr həcmli «Absheron Gilavar 5 il» markalı viski, 03 ədəd hər birinin dəyəri 13,50 (on üç manat əlli qəpik) manat, ümumi dəyəri 40,50 (qırx manat əlli qəpik) manat olan 0,7 litr həcmli «Absheron Gilavar 5 il» markalı viski, 01 ədəd dəyəri 9 (doqquz) manat olan 0,5 litr həcmli «Black Jack» markalı viski, 02 ədəd hər birinin dəyəri 12 (on iki) manat, ümumi dəyəri 24 (iyirmi dörd) manat olan 0,75 litr həcmli «Black Jack» markalı viski, 02 ədəd hər birinin dəyəri 18 (on səkkiz) manat, ümumi dəyəri 36(otuz altı) manat olan 1 litr həcmli «Yacht Club» markalı viski, 02 ədəd hər birinin dəyəri 12,50 (on iki manat əlli qəpik) manat, ümumi dəyəri 25 (iyirmi beş) manat olan 0,7 litr həcmli «Martelli 5 Years» markalı viski, 03 ədəd hər birinin dəyəri 14(on dörd) manat, ümumi dəyəri 42 (qırx iki) manat olan 0,7 litr həcmli «Lumberjack» markalı viski, 04 ədəd hər birinin dəyəri 9,40 (doqquz manat qırx) manat, ümumi dəyəri 37,60 (otuz yeddi manat altmış qəpik) manat olan 0,5 litr həcmli «Winchester 3 Years» markalı viski, 01 ədəd dəyəri 6,95 (altı manat doxsan beş qəpik) manat olan 0,25 litr həcmli «6*» markalı viski və 01 ədəd 13 (on üç) manat dəyərində olan 0,5 litr həcmli «Amaretto» markalı meyvəli likyor oğurlanmışdır. Oğurluq nəticəsində hüquqi şəxs "xxxx" MMC-yə ümumilikdə 492,65 (dörd yüz doxsan iki manat altmış beş qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Nümayəndə məhkəməyə ərizə göndərərək istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, zərərin ödənilməsini təqsirləndiriləndirilən şəxsdən tələb etdiyini və işə onların iştirakları olmadan baxılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də hüquqşünas vəzifəsində işləyir. O cəmiyyətin bütün hüquq və maraqlarını aidiyyatı təşkilatlarda təmsil və müdafiə edir. 06 sentyabr 2024-cü il tarixdə saat 03:31-də "xxxx" MMC-nin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində yerləşən mağazasında quraşdırılmış siqnalizasiya işə düşmüş və hadisə yerinə gəlmiş mühafizə polis əməkdaşları mağazanın giriş qapısının şüşəsinin sınmasını aşkar etmişlər. Bundan sonra hadisə yerinə gəlmiş mağazanın nümayəndələri mağazaya daxil olduqda, mağazadan oğurluq olduğunu aşkar etmişlər. Mağazadan ümumi dəyəri 4625,95 manat olan 01 ədəd «HP» markalı «15-fd033nia» modelli, 01 ədəd «HP» markalı «250 G10» modelli, 01 ədəd «HP» markalı «250 G9» modelli, 01 ədəd «Lenovo» markalı, «V15 G2 İJL» modelli, 01 ədəd «Lenovo» markalı, «İdeaPad 1 15İGL7» modelli noutbuklar oğurlanmışdır. Həmçinin mağazanın giriş qapısının şüşəsinin sındırılması nəticəsində mağazaya təxminən 350 manat maddi ziyan dəymişdir. Ümumilikdə mağazaya təxminən 4630 manat məbləğində maddi ziyan dəymişdir. "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını, bunun nəzərə alınmasının və onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində, yeni tikili evin zirzəmisində yerləşən iaşə obyektini icarəyə götürmüşdür. Sözü gedən iaşə obyektində müxtəlif təmir işləri apardıqdan sonra “Kanyon” adlı kafe kimi işlədir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Babək adlı şəxs kafeyə gəlmişdir. Babək ona yaxınlaşaraq bir neçə gün əvvəl yaşadığı evdə ailə üzüvləri ilə birlikdə, şənlik keçirildiyini və bir neçə ədəd spirtli içkinin artıq qaldığını söyləmiş və onları bir qədər ucuz qiymətə satmaq istədiyini bildirmişdir. O Babəkə ehtiyacı olmadığını almaq istəmədiyini bildirmişdir. Babəkin əlində sellofan torba var idi. Lakin Babək təkidlə maddi vəziyyətinin pis olduğunu, buna görə də məcbur olub sözü gedən spirtli içkiləri ucuz qaiymətə satdığını bir daha söyləmiş və sellofan torbanın içərində 06 ədəd “Nemirov” markalı spirtli içki hesab olunan araqlar və hal hazırda markasını xatırlamadığı yerli istehsal olan 04 ədəd spirtli içki hesab olunan viskiləri masanın üzərinə qoymuşdur. Bir qədər Babəklə danışmış, ona yazığı gəlmiş və gətirdiyi spirtli içkiləri almaq qərarına gəlmişdir. Babək adlı şəxsdən 90 manat qarşlığında 06 ədəd “Nemirov” markalı spirtli içki hesab olunan araqlar və hal hazırda markasını xatırlamadığı yerli istehsal olan 04 ədəd spirtli içki hesab olunan viskiləri almışdır. Babək adlı şəxsdən aldığı spirtli içkiləri bir neçə gün ərzində kafeyə gələn müştərilərə satmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında xx.xx.2024-cü il qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilib ibtidai istintaqı aparılmışdır. Zərər çəkmiş şəxs qismində və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmış, ********* nömrəli cinayət işi üzrə etibarnamə ilə səlahiyyət verilmiş "xxxx" MMC-nin hüquq şöbəsinin müdiri Nümayəndə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işlərinin birləşdirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraatda olan ********* saylı cinayət işinə birləşdirilmiş və bir icraatda istintaq edilmiş, birləşmiş cinayət işinin nömrəsi ********* saxlanılmış, iş üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq üçün icraata qəbul edilmişdir. Tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22:10-da tutulmuşdur. Zərər çəkmiş şəxs qismində və zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi "xxxx" MMC zərərçəkmiş şəxs qismində tanınmış, ********* nömrəli cinayət işi üzrə etibarnamə ilə səlahiyyət verilmiş "xxxx" MMC-nin hüquqşünası X3 zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-653/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdə saat 22:10-dan hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8322 saylı məhkəmə-əmtəəşünaslıq rəyindən görünür ki, ekspertiza təyini haqqıda qərarda qeyd olunan 05 adda noutbukların 2024-cü ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 4260.00 manat müəyyən edilmişdir. (Aparılmış tədqiqatın dəyəri-50 manat). Maddi sübut kimi tanınması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" MMC-yə məxsus 01 ədəd “HP” markalı “15-fd033nia” modelli, 01 ədəd “HP” markalı “250G10” modelli, 01 ədəd “HP” markalı “250 G9” modelli, 01 ədəd “Lenovo” markalı, “İdeaPad 1 15İGL7” modelli noutbuklar maddi sübut hesab edilmiş, 01 ədəd “HP” markalı “15-fd033nia” modelli, 01 ədəd “HP” markalı “250G10” modelli, 01 ədəd “HP” markalı “250 G9” modelli, 01 ədəd “Lenovo” markalı, “İdeaPad 1 15İGL7” modelli noutbuklar saxlanması üçün "xxxx" MMC-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-823/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri üzrə həbsdə saxlama müddəti 02 ay olmaqla 05 ayadək, yəni xx.xx.2025-ci il tarixə kimi uzadılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1; 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzası 09 ilə endirilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. Toplanmış sübutlara qiymət verilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 177.2.2; 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxıanılmış, barəsində seşilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, iş üzrə İrşad Electronics” MMC-yə məxsus 01 ədəd “HP” markalı “15-fd033nia” modelli, 01 ədəd “HP” markalı “250G10” modelli, 01 ədəd “HP” markalı “250 G9” modelli, 01 ədəd “Lenovo” markalı, “İdeaPad 1 15İGL7” modelli noutbuklar maddi sübut hesab edilmiş, 01 ədəd “HP” markalı “15-fd033nia” modelli, 01 ədəd “HP” markalı “250G10” modelli, 01 ədəd “HP” markalı “250 G9” modelli, 01 ədəd “Lenovo” markalı, “İdeaPad 1 15İGL7” modelli noutbuklar saxlanması üçün "xxxx" MMC-yə təhvil verilməsi nəzərə alınmış, iş üzrə Nümayəndə zərərçəkmiş hüquqi şəxsin qismində dindirmə protokolu, Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin qismində dindirmə protokolu, H.Kazımovun şahid qismində ifadəsi, Şahid2 şahid qismində ifadəsi, götürmə protokolu, əşyanıntanınmaya təqdim edilməsi protokolları, ifadələrin yerində yoxlanması protokolları sübut növü kimi qəbul edilmişdir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, zərərin ödənilməsini təqsirləndirilən şəxsdən tələb edir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli kassa mədaxil qəbzindən görünür ki, X5 tərəfindən 492 manat məbləğində pul qəbul edilmişdir. X5 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayətləri və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, zərəçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin ibtidai istintaqda zərərçəkmiş qismində tanınmış nümayəndəsi tərəfindən zərərin ödənilmədiyi bildirilsə də, təqsirləndirilən şəxsin təqdim etdiyi qəbzdən isə vurulmuş zərərin ödənilməsi və başqa bir nümayəndənin zərərin ödənilməsini bildirməsi və həmin nümayəndənin həmin hüquqi şəxsin nümayəndəsi olmasını təsdiq edən sənədlərin məhkəməyə təqdim edilməməsi ümumilikdə zərərin ödənilməsində ziddiyət yaradır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, məhkəmədə tədqiq olunmuş şahid ifadəsi, zərər çəkmiş şəxslərin ifadələri və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarın onun tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarın cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onun əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə zamanı müəyyən edildi ki, iş üzrə digər zərərçəkmiş şəxsə dəymiş maddi ziyan isə təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmədə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən ödənilməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq, əvvəllər təyin edilmiş cəzadan nəticə çıxarmamasını və ona təyin olunmuş cəzaların islahedici təsirinin yetərli olmadığı nəticəsinə gələrək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 183 (bir yüz səksən üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 14 saata görə 84 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 09 saata görə 99 manat olmaqla, cəmi 183 (bir yüz səksən üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Xırdalan şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar