Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-59/2021 20.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1967-ci ildə Ağdam rayo nunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Abşeron rayonu, Xırdalan şəhəri, S.Vurğun küçəsi, ev 27 B-də yaşamış, Abşeron Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərarı ilə barəsində seşilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmiş, 21.05.2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi 10.000 (on min) manat məbləğində pulu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödənilməsinə dair Ağdam Rayon Məhkəməsinin 01 iyun2012-ci il tarixli, 2(13)-330/2012 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Abşeron Rayon Məhkəməsinin 30 oktyabr2019-cu il tarixli, 3(012)-1768/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada inzibati qaydada həbs tənbeh növü təyin edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona 29 noyabr2019-cu il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu tələbkara ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, X2 təxminən 2009-cu il tarixdən Xırdalan şəhəri, B. Səfəroğlu küçəsində qonşuluqda yaşamış və aralarında qonşu kimi çox yaxın münasibətləri olmuşdur. Həmin ərəfələrdə Esmiralda Əliyeva qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğuna görə sonuncudan arabir qızıl-zinət əşyaları nisyə alaraq aldığı qiymətdən baha sataraq qazanc əldə edilmiş. 03 yanvar 2011-ci il tarixdə Eimiralda Əliyevadan 583 ayarlı briliyant qaşlı iki dəst qızıl-zinət əşyalarını 10.000 (on min) manata nisyə almış və həmin vaxtı qeyd olunan məbləği Esmiralda Əliyevaya bir il müddətinə yəni 2011-ci ilin sonunadək hissə-hissə qaytaracağı barədə öz yazılmış xətti ilə qəbz vermişdir. Həmin vaxtdan təxminən iki ay keçəndən sonra qeyd olunan məbləğdən 5.000 (beş min) manatını Esmiralda Əliyevaya vermiş və pulu ona verməyi barədə heç bir yazılı qəbz almamışdır. Aralarında olan yaxın münasibətə görə ondan 5.000 (beş min) manatı ona verməyi barədə qəbz almamışdır. Yerdə qalan məbləği yəni 5.000 (beş min) manatı isə Esmiralda Əliyevaya yaxın bir müddət ərzində qaytaracağına söz vermişdir. Sonradan bir neçə ay keçəndən sonra Esmiralda Əliyeva nisyə satdığı qızıl-zinət əşyalarına görə ondan 10.000 (on min) manat məbləğində pulu tələb etməyə başlamışdır. O, isə Esmiralda Əliyevaya bildirmişdir ki, ona olan borcundan 5.000 (beş min) manatını vermiş və verdiyi məbləğdə də borcu qalmışdır. Esmiralda Əliyeva isə tələb etdiyi məbləğin borclu qaldığın pulun faizi olduğunu və həmin məbləği ondan tam olaraq alacağını bildirmişdir. Bundan bir müddət sonra 2012-ci ilin yay aylarında Esmiralda Əliyeva onun barəsində iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən ondan 10.000 (on min) manat məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq X3 ödənilməsinə dair 01 iyun 2012-ci il ta-rixli, 2(13)-330/2012 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra o, Esmiralda Əliyevaya qətnamədə qeyd olunan məbləğdən müxtəlif vaxtlarda hissə-hissə müəyyən məbləğlər təklif etsədə, sonuncu məhkəmə qətnaməsində qeyd olunan məbləğin tam olaraq ona ödənilməsini ondan tələb etmişdir. Həmin məbləği tam olaraq ödəməyə maddi imkanı olmadığından heç bir ödəniş edə bilməmişdir. Bütün bunlara baxmayaraq dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə hörmətlə yanışdığını və yaxın müddət ərzində borclu olduğu məbləği tam olaraq hissə-hissə olaraq Esmiralda Əliyevaya ödəyəcəyinə söz vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 yanvar 2011-ci il tarixdə həyat yoldaşının müalicəsinə görə pula ehtiyacı olduğundan əvvəllər tanıdığı Xırdalan şəhərində qonşuluqda kirayədə yaşayan Ağdam rayon sakini Təqsirləndirilən şəxs biri 750 əyarlı və digəri isə 583 əyarlı özünə məxsus briliyant qaşlı qızıl-zinət əşyalarını sonuncuya 15.000 (on beş min) manata pulunu bir il müddətinə qaytarmaq şərti ilə satmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs qeyd olunan məbləğdən 5000 (beş min) manatını ona vermiş, yerdə qalan məbləği isə bir il müddətinə yəni 2011-ci ilin sonunadək hissə-hissə qaytaracağına söz vermişdir. Hətta bununla əlaqədar Təqsirləndirilən şəxs borclu qaldığı məbləği ona qaytarılması barədə öz yazılmış xətti ilə qəbz vermişdir. Bundan sonra, o, bir neçə dəfə Təqsirləndirilən şəxs borclu məbləği dəfələrlə tələb etsədə, sonuncu müxtəlif bəhanələr gətirərək ona borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Bundan sonra məcburiyyət qarşısında qalaraq aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 10.000 (on min) manat məbləğində pulun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair 01 iyun 2012-ci il tarixli, 2(13)-330/2012 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsindən sonra Təqsirləndirilən şəxs qətnamədə qeyd olunan məbləğdən ona bu günə qədər heç bir ödəniş etmədiyini və qeyd olunan məbləği Təqsirləndirilən şəxs dəfələrlə tələb etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs ona borclu olduğu məbləği tam olaraq ödəməyə maddi imkanının olmasına baxmayaraq qətnamədə qeyd olunan məbləğdən ona ödəniş etmədiyini və məhkəmə qətnaməsində qeyd olunan məbləğin Təqsirləndirilən şəxs alınaraq ona qaytarılmasında köməklik göstərilməsini xahiş edir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Ağdam Rayon Məhkəməsinin 01 iyun 2012-ci il tarixli, 2(13)-330/2012 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən 10.000 (on min) manat məbləğində pulu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunu Zərərçəkmiş şəxs ödəməlidir. Borcluya məhkəmə qətnaməsinə dair icra tələbini könüllü olaraq qanunla müəyyən olunmuş müddət ərzində icra edilməsi üçün bildiriş göndərilmiş, lakin o heç bir üzrlü səbəb olmadan icra tələbini icra etməmiş və bunun üçün heç bir səy də, göstərməmişdir. İcra sənədini icra etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs əmlak vəziyyəti, bank hesabları və digər gəlir mənbələrini müəyyən etmək üçün bank və digər bank qurumlarına sorğular verilmişdir. Bundan əlavə görülmüş tədbirlər nəticə vermədiyindən borclu Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli, 3(012)-1768/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Borclu məhkəmə qərarı ilə həbs olunduqdan sonra qanuna müvafiq olaraq ona icra sənədinin icrası üçün yeni müddət təyin olunmuş və həmin müddət başa çatdıqdan sonra barəsində cinayət məsuliyyətinə cəlb etmə haqqında təqdimat veriləcəyi barədə qabaqcadan rəsmi qaydada bildiriş verilmişdir. Bütün bunlara baxmayaraq borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Ağdam Rayon Məhkəməsinin 01 iyun 2012-ci il tarixli, 2(13)-330/2012 saylı qətnaməsinin sürətindən görünür ki, Zərərçəkmiş şəxs ata adı “Əli” kimi deyil Alı” kimi qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 3(012)-1768/2019 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 10.000 (on min) manat məbləğində pulu və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunu əvəzi tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 3(012)-1768/2019 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 28.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Abşeron Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli qərardan görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin icraatı dayandırılmışdır. 21.05.2021-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 21.05.2021-ci il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin 21.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 19.03.1997-ci il tarixli Qərar). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs borcundan hər hansı bir məbləği zərərçəkmiş şəxsə ödəməkdən qəti imtina etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 21.05.2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-59/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-59/2021
20.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver